Məhkəmə qərarları › İş №2-1(3-9)-426/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-426/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-426/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Kürdəmir rayon Karrar bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı MMC-nin cavabdeh Üçüncü şəxs Cavabdeh qarşı torpaq sahəsinə dair daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdeh Üçüncü şəxs Cavabdehn ** saylı Ucar Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir rayonu, Pirili kəndi ərazisində yerləşən 32,62 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadları ilə Kürdəmir rayon Karrar bələdiyyəsi və Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Üçüncü şəxs Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, həmçinin məhkəmə xərcinin iddiaçıdan alınaraq, müvafiq hesaba ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarı ilə “Sevinc” kooperativinə mal-qara saxlamaq üçün “Pirili yeri” adlanan Dövlət ehtiyat fondunun örüşotlaq sahəsindən 40 hektar torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır, eyni zamanda həmin sərəncama dair iddiaçının etimad hüququnun qorunmasını istisna edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Eyni zamanda torpağın ayrılmasına dair qərar ləğv edilməmiş, hal-hazırda qüvvədə olmaqla hər hansı qaydada mübahisələndirilməmişdir. Məhkəmə, eyni zamanda ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Rəyə əsasən 32.62 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, Kürdəmir rayonu, Pirili kəndinin kompleks yerquruluşu islahat layihəsi üzərində mövcud olan topoqrafik xəritədə 32.62 ha torpaq sahəsinin uqodiyası əkin olaraq göstərildiyi, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin konfiqurasiyasında oxşarlığın mövcud olduğu, digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halının olmadığı və üzərində hər hansı tikilinin olmadığı müəyyən edilmişdir. Cavabdehin imtinasında göstərilən dəlillər hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ## #### 1988-ci il tarixli *** saylı qərarı ilə İddiaçı MMC-ə kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı MMC-nin adına “Torpaqdan mülkiyyət və daim istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. Halhazırda İddiaçı MMC-nin hüquqi varisi İddiaçı MMC-dir. Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin Başçısının ## #### 1988-ci il tarixli *** saylı qərarı ilə İddiaçı MMC-nin ayrılmış 40 hektar torpaq sahəsinə icarə hüququnun tanınması və müvafiq çıxarışın ona verilməsini xahiş etsə də, imtina edilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, elektron məlumat bazasında və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsindən qəbul edilmiş arxiv sənədlərində təqdim edilmiş dövlət aktı ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktının verilməsinə əsas olmuş sənədlərin surətinin Ərazi idarəsinə təqdim edilməsi üçün aydiyyəti üzrə müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq göndərilmiş məktub da bildirilmişdir ki, “Sevinc” kooperativinin adına verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquna dair Dövlət Aktı”na dair məlumat aşkar edilməmişdir. Həmçinin, Dövlət aktında torpaq sahəsinin koordinatları olmadığından elektron baza xəritəsində torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” əsasnaməyə uyğun olaraq, Kürdəmir rayonu, Pirili kəndində yerləşən 40.0 hektar torpaq sahəsi üzərində “Torpağa mülkiyyət sahiblik və daimi istifadə hüquna dair” dövlət aktı yeni təsdiq olunmuş nümunələrlə əvəz edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində istifadə hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq qısamüddətli və uzunmüddətli olur. Torpaq sahəsinin daimi istifadəyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən edilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Prosessual məsələlər Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Kürdəmir rayon Karrar bələdiyyəsinin üçüncü şəxs qismində cəlb edilməsi barədə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. Iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “Sevinc” kooperativinə mal-qara saxlamaq üçün “Pirili yeri” adlanan Dövlət ehtiyat fondunun örüş-otlaq sahəsindən 40 hektar torpaq sahəsi ayrılması məqsədə müvafiq hesab edilmişdir. -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Kürdəmir rayonu “Sevinc” kooperativinə Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 40.0 ha torpaq sahəsi verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir ki, Cavabdeh ** saylı Ucar Ərazi Idarəsinin rəyində qeyd edilir ki, Kürdəmir rayon XDS-nin Icarəyyə Komitəsinin Başçısının ##.##.1988-ci il tarixli *** saylı qərarı əsasında tərtib edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən edilməsi mümkün olmamışdır; Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 32.62 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir; Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 32.62 ha torpaq sahəsinin və Kürdəmir rayon XDSnin Icarəyyə Komitəsinin Başçısının ##.##.1988-ci il tarixli *** saylı qərarı əsasında tərtib edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin konfiqurasiyasını idarənin elektron baza məlumatlarında təqdim olunan, 2007-ci ildə tərtib edilmiş “Kürdəmir rayonu ərazisində dövlət torpaq fondu və köçəri mal-qara düşərgələri suvarılan torpaqlarının invertarizasiyasına aid yerquruluşu planı” ilə müqayisələndirdikdə məlum olmuşdur ki, 32.62 ha. torpaq sahəsi ehtiyat fondu torpaqları kateqoriyalı, əkin uqodiyalı dövlət mülkiyyətinə aid ərazidə yerləşir. 32.62 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşən Kürdəmir rayonu Pirili kəndinin kompleks yerquruluşu islahat layihəsi üzərində mövcud olan topoqrafik xəritədə 32.62 ha torpaq sahəsinin uqodiyası əkin olaraq göstərilmişdir; Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 32.62 ha torpaq sahəsinin və Kürdəmir rayon XDS-nin Icarəyyə Komitəsinin Başçısının ##.##.1988-ci il tarixli *** saylı qərarı əsasında tərtib edilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin konfiqurasiyasında oxşarlıq mövcuddur; Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 32.62 ha torpaq sahəsinin koordinatlarının digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi idarənin elektron baza məlumatlarında aşkar edilməmişdir; Iddiaçının nümayəndəsinin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 32.62 ha torpaq sahəsində mütəxəssis tərəfindən hər hansı tikili müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. -67-ci maddəsində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. -67.1. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. -67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli Fərmanı ilə *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 1-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: -(1.4-cü bənd) rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarı ilə İddiaçınə verilmiş və bunun əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət Aktı ilə işlənmişdir ki, bu hal iddiaçının mübahisələndirilən torpaq sahəsini yuxarıda qeyd olunan Fərmanla müəyyən edilmiş imtiyazlar daxilində əldə etdiyini deməyə əsas verir. Göründüyü kimi iddiaçı qeyd olunan torpaq sahəsini həmin dövrün qanunvericiliyinə uyğun qaydada əldə etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə 40 ha torpaq sahəsi verilmiş olsa da, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyindən müəyyən edilir ki, “Dövlət Aktı”nda 40 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilməsi mümkün olmamış, həmçinin qeyd edilən sahənin 32.62 ha olan hissəsi iddiaçının faktiki istifadəsindədir və həmin torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahəsinin koordinatları üstüstə düşmür. Iş üzrə tələb də məhz 32,62 ha torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınmasından ibarətdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayon XDS-nin Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** nömrəli qərarında torpaq sahəsindən istifadə müddətinin müəyyən edilməməsi halı istifadə hüququnun daimi olaraq qeydə alınması üçün yetərli deyil. Belə ki, torpaq sahəsinin iddiaçının istifadəsinə verilən zaman qüvvədə olan ##.##.1971-ci il tarixdə qüvvəyə minmiş (##.##.1999-cu il tarixədək qüvvədə olub) Azərbaycan SSR Torpaq Məcəlləsində torpaq sahələrindən istifadə müddətləri konkret müəyyən edilməsə də, ## #### 1999-cu il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinin 50ci maddəsinin 3-cü bəndində torpaqdan qısamüddətli müvəqqəti istifadə on beş ilədək, uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən edilmişdir. Eyni zamanda həmin maddənin 2-ci bəndində torpaq sahəsinin daimi istifadəsinə verilə bilən subyektlərin dairəsi müəyyən edilmişdir ki, bu dairəyə dövlət hakimiyyət və yerli özünüidarə orqanları, dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələr, idarələr, təşkilatlar və birliklər, həmkarlar ittifaqları və dini təşkilatlar, dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektləri, müəssisələri və idarələri, dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələr, idarələr və təşkilatlar, dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatları daxil edilmiş, digər hüquqi şəxslərə, yaxud fiziki şəxslərə daimi istifadə üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Kollegiya hesab edir ki, tərəflər arasında torpaq sahəsindən istifadəyə dair davam edən münasibətlər zəminində iddiaçıya ayrılmış torpaq sahəsindən istifadə müddətinin məhz qüvvədə olan torpaq qanunvericiliyi ilə tənzimlənməsi bu sahədə dövlətin, eyni zamanda ictimai maraqların qorunmasına xidmət edir. Belə ki, torpaq qanunvericiliyinin məqsədi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsindən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsindən və torpaq üzərində hüquqlarının müdafiəsi, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasından ibarətdir. Bu qanunvericiılik dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətləri tənzimləyir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin daimi olaraq qeydə alınması ilə bağlı qənaəti səhv olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin ##.##.1988-ci il tarixdə istifadəyə verilməsi nəzərə alınaraq, istifadə hüququnun ##.##.2037-ci il tarixədək qeydə alınması məqsədəuyğundur və bu baxımdan birinci instansiya məhkəməsinin qərarı istifadə hüququnun müddəti hissəsində dəyişdirilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Kürdəmir rayon XDS Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli, *** saylı qərarına əsasən İddiaçı MMC-yə ayrılmış 32,62 ha torpaq sahəsinə dair müvəqqəti (##.##.2037ci il tarixədək) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Üçüncü şəxs Cavabdehn üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar