Məhkəmə qərarları › İş №2-1(3-9)-428/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-428/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2-1(3-9)-428/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyası hakimlәr Hüseynov Fikrәt Cilingir oğlu (sәdrlik edәn vә mәruzәçi), X1 vә Quliyev Ceyhun Əmir oğlundan ibarәt tәrkibdә, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçıların, onlardan iddiaçı2 vәkillәri vәkil2 vә vәkil1 iştirakı ilә, Şirvan Inzibati Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrәli qәrardadından iddiaçılar tәrәfindәn verilmiş apellyasiya şikayәti әsasında iddiaçı iddiaçı1 vә iddiaçı2 cavabdeh Azәrbaycan Respublikası Cavabdeh qarşı hüquqi şәxsin qeydә alınması tәlәbinә dair inzibati işә açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi: Iddiaçılar iddiaçı1 vә iddiaçı2 cavabdeh Azәrbaycan Respublikası Cavabdeh qarşı iddia әrizәsi ilә Şirvan Inzibati Mәhkәmәsinә müraciәt edәrәk, “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin bazasında (törәmәsi kimi) yeni “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin dövlәt qeydiyyatına alınması öhdәliyinin cavabdehin üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Şirvan Inzibati Mәhkәmәsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrәli qәrardadı ilә iddianın mümkün sayılmaması qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, qeyd olunan növ iddialar üzrә mübahisәlәrә baxılarkәn müәyyәn edilmәli olan xüsusi mümkünlük şәrtlәrindәn biri kimi iddiaçının inzibati orqana qarşı mәhkәmәdә iddia qaldırmazdan öncә müvafiq әrizә ilә әvvәlcә inzibati orqana müraciәt etmәsi tәlәb olunur. Iddiaçının Azәrbaycan Respublikası Cavabdeh müraciәti barәdә sübut mәhkәmәyә tәqdim olunmamışdır. Bundan әlavә iddiaçının Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinә ünvanlanmış müraciәtinә Kiçik vә X2 Agentliyindә baxılmış vә müvafiq araşdırma aparılması nәticәsindә iddiaçılara hüquqi şәxsә dair tәsis sәnәdlәrinin tәqdim olunması tәklif olunmuşdur. Yәni ilkin müraciәtlәri üzrә iddiaçılara imtina cavabı verilmәmişdir. Belәliklә, cavabdeh inzibati orqan tәrәfindәn hüquqi şәxsin qeydә alınması ilә bağlı müraciәtә imtina olunduqdan sonra iddiaçıların hazırki iddia tәlәbi ilә bağlı yarana bilәcәk mübahisәyә mәhkәmәdә baxılması mümkün ola bilәr. Qәrardaddan iddiaçılar tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Işin halları Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, 1992-ci ildә iddiaçı1, bacısı iddiaçı2 vә qohumu X5 ilә birlikdә birgә tәsisçi kimi “xxxx” Kiçik Müәssisәsini yaratmış vә Füzuli Rayon Icra Hakimiyyәtinin müvafiq komissiyasında qeydiyyata aldırmışlar. ##.##.1992-ci ildә kiçik müәssisәsinin direktoru kimi onunla Füzuli Rayon Icra Hakimiyyәtinin Horadiz qәsәbә nümayәndәsi X4 arasında müqavilә bağlanmışdır. Horadiz qәsәbәsinin arxüstü adlanan hissәsindәn “xxxx” Kiçik Müәssisәsinә 0,04 ha torpaq sahәsi ayrılıb verilmәsi vә vaxtlı-vaxtında torpaq haqqı alınması qәrara alınmışdır vә torpaq sahәsi onlara tәhvil verilmişdir. Bundan sonra tәrәflәrindәn hәmin torpaq sahәsindә müәssisәnin balansında olmaqla bir sıra obyektlәr, hәmçinin ictimai-iaşә obyektlәri tikilmiş vә ## ####### 1993cü ilә kimi, yәni Horadiz şәhәri ermәni silahlı qüvvәlәri tәrәfindәn işğal olunan günә qәdәr xxxx kimi istifadә olunmuşdur. Tәxminәn üç aylıq işğaldan sonra yenidәn qәsәbәyә qayıtdıqlarında bütün obyektlәrin yandırıldığını vә tamamәn dağıldığını görümüşlәr. Bundan sonra başları qarışdığı üçün hәmin obyektlәrin yenidәn inşasına başlaya bilmәmişlәr. Sonradan hәmin torpaq sahәsinin bir hissәsindә bir kafe inşa etmişlәr vә halhazırda hәmin kafe istifadәdәdir. Hazırda hәmin torpaq sahәsini sәnәdlәşdirә bilmir. Sәbәb isә “xxxx” kiçik müәssisәsinin fәaliyyәtinin olmamasıdır. “xxxx” Kiçik Müәssisәsinin fәaliyyәtinin bәrpa edilmәsi vә müәssisәnin bazasında (törәmәsi kimi) “xxxx” MMC qeydiyyata alınması mәqsәdilә aidiyyәti üzrә Dövlәt Vergi Xidmәtinә müvafiq әrizә ilә müraciәt etmişdir. Müraciәti baxılması üçün Kiçik vә X2 Agentliyinә göndәrilmişdir. Apellyasiya şikayәtinin dәlillәri Iddiaçılar apellyasiya şikayәtindә iddia әrizәsinin mәzmununa oxşar dәlillәrә istinad etmiş vә birinci instansiya mәhkәmәsinin qәrardadının lәğv edilmәsini, iddianın mümkün hesab edilmәklә, tәmin olunması barәdә qәrar çıxarılmasını xahiş etmişlәr. Şikayәtdә әlavә olaraq qeyd edilmişdir ki, “xxxx” Kiçik Müәssisәsi 1992-ci ildә Füzuli Rayon Icra Hakimiyyәti müvafiq komissiyasında qeydiyyata alınmış vә Nizamnamәsi dә Icra hakimiyyәti tәrәfindәn tәsdiq olunmuşdur, lakin hәmin dövrdә reyestr olmadığından qeydiyyatla bağlı müvafiq çıxarış verilmәmişdir. Lakin qanunvericiliyә edilmiş dәyişikliklәrdәn sonra tәxminәn 2000-ci ildәn hüquqi şәxslәrin dövlәt qeydiyyatına alınması vә müvafiq reyestrdәn çıxarışın verilmәsi aidiyyәti vergi orqanlarına hәvalә edilmişdir. Iş materiallarından o da görünür ki, müәssisәnin arxiv-baza mәlumatları aşkar edilmәmişdir. Bu hal iddianın mümkün sayılmaması üçün әsas ola bilmәzdi, belә ki, müәssisәnin barәsindә mәlumatların arxivә tәhvil verilmәsi öhdәliyi ona aid deyildir, hәmin mәlumatları Icra Hakimiyyәti aidiyyәti dövlәt orqanlarının arxivlәrinә tәhvil vermәli idi ki, bu da işğal sәbәbindәn mümkün olmamışdır. Prosessual mәsәlәlәr Iddiaçılar vә onların vәkillәri ayrı-ayrılıqda apellyasiya şikayәtini müdafiә etdilәr, birinci instansiya mәhkәmәsinin qәrardadının lәğv edilmәsini xahiş etdilәr. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq, cavabdeh nümayәndәsinin iştirakını tәmin etmәmişdir. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 62-ci maddәsinә әsasәn işә cavabdehin nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 82-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya instansiyası mәhkәmәsi hәmçinin bu Mәcәllәnin 12-ci maddәsinin tәlәblәrinә әsasәn yeni tәqdim olunmuş sübutları (sübutetmә vasitәlәrini) vә faktları (faktiki halları) da nәzәrә alır. Mәhkәmә kollegiyası mәruzәni dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini vә iş üzrә materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәlidir. Iş materiallarında olan: -Kiçik vә X2 Agentliyi tәrәfindәn iddiaçı1a ünvanlanmış *-**-*/*-Q-***-**/****/**** saylı, ##.##.2025-ci il tarixli mәktubda qeyd olunmuşdur ki, sahibkarlıq fәaliyyәtindә yaranmış çәtinliyin aradan qaldırılmasına kömәklik göstәrilmәsi barәdә Iqtisadiyyat Nazirliyinә ünvanlanmış müraciәtlәrinә Kiçik vә X2 Agentliyindә aidiyyәti üzrә baxılmışdır. Müraciәtlәrinin ilkin dinlәnilmәsi mәqsәdilә Agentliyin әmәkdaşı tәrәfindәn onlarla ##.##.2025-ci il tarixindә görüş keçirilmiş vә mәsәlә ilә bağlı müzakirә aparılmışdır. Görüş zamanı tәrәflәrindәn 1992-ci ildә bacısı iddiaçı2 ilә birlikdә Füzuli rayonunun Horadiz qәsәbәsindә yaradılmış “xxxx” Kiçik Müәssisәsinin qeydiyyata alınması ilә bağlı arxiv sәnәdlәrinin işğal nәticәsindә mәhv edildiyi bildirilmiş vә bu sәbәbdәn sözügedәn müәssisәnin törәmәsi kimi “xxxx” MMC-nin tәsis edilmәsindә yaranmış çәtinliyin aradan qaldırılmasına kömәklik göstәrilmәsi xahiş edilmişdir. Müraciәtdә qaldırılan mәsәlәyә müvafiq kömәkliyin göstәrilmәsi mәqsәdilә Agentlik tәrәfindәn Dövlәt Vergi Xidmәtinә mәktub ünvanlanmışdır. Dövlәt Vergi Xidmәtindәn daxil olmuş cavab mәktubunda dövlәt reyestrindә “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin dövlәt qediyyatından keçmәsi barәdә mәlumat mövcud olmadığı vә 2008-ci ildә әdliyyә Nazirliyindәn tәhvil götürülmüş arxiv sәnәdlәri arasında “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsә aid qovluq aşkar edilmәdiyi bildirilmişdir. Hәmçinin cavab mәktubunda qeyd olunanları nәzәrә alaraq, “xxxx” Kiçik Müәssisәsinin törәmә cәmiyyәtinin dövlәt qeydiyyatına alınması üçün ilk öncә “xxxx” Kiçik Müәssisәsinin mövcud tәsis sәnәdlәrinin qeydiyyat orqanına tәqdim edilmәsi, hәmin müәssisәyә dair dövlәt reyestrindә qeydiyyata alınma faktlarını tәsdiq edәn sәnәdlәrin mövcud olmadığı vә başqa qaydada әldә edilmәsi mümkün olmadığı tәqdirdә isә aidiyyәti üzrә mәhkәmәyә müraciәt edilmәsi tövsiyә olunmuşdur. -“xxxx” X9 görünür ki, iddiaçı1 Alıca oğlu, iddiaçı2 Alıca qızı vә X5 tәrәfindәn 1992ci ildә tәsis edilmiş vә hәmin Nizamnamә Füzuli Rayon Icra Hakimiyyәti tәrәfindәn tәsdiq edilmişdir. -##.##.1992-ci il tarixli “Müqavilәnamә”dәn vә aktdan görünür ki, Füzuli Rayon Icra Hakimiyyәtinin Horadiz qәsәbә nümayәndәsi tәrәfindәn “xxxx” Kiçik Müәssisәsinә 0,04 ha torpaq sahәsi verilmişdir. -Dövlәt arxivinin Füzuli filialının 2022-ci il tarixli arayışında Füzuli rayon XDS IKnin 1989-1993-cü illәrә dair sәnәdlәrinin arxivә tәhvil verilmәdiyi bildirilmişdir. -Şirvan Inzibati Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrәli iddiaçılara ünvanlanmış hüquqi yardım mәktubunda bildirilir ki, iddia әrizәsinә iddiaçılar tәrәfindәn mәhkәmәyә iddia әrizәsi ilә müraciәt olunan zaman hazırki tәlәblә cavabdeh orqana müraciәt olunması ilә bağlı sübut әlavә olunmamışdır. -Dövlәt Vergi Xidmәtinin *-**-*-*/*-******/**** saylı ##.##.2025-ci il tarixli cavab mәktubunda dövlәt reyestrindә “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin dövlәt qeydiyyatından keçmәsi barәdә mәlumatın mövcud olmadığı qeyd edilmişdir. -Dövlәt Vergi Xidmәtinin Milli Gәlirlәr Baş Idarәsinin Hüquqi Şәxslәrin Dövlәt Qeydiyyatı Idarәsinin *-**-*-*-*/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli cavab mәktubunda qeyd olunmuşdur ki, dövlәt reyestrindә “xxxx” Kiçik Müәssisәsi adlı Kommersiya qurumu aşkar edilmәmişdir. -Dövlәt Vergi Xidmәtinin *-**-*-*/*-******/**** saylı, ##.##.2025-ci il tarixli cavab mәktubunda qeyd olunmuşdur ki, dövlәt reyestrindә “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin dövlәt qeydiyyatından keçmәsi barәdә mәlumat mövcud deyildir. Eyni zamanda 2008-ci ildә Ədliyyә Nazirliyindәn tәhvil götürülmüş arxiv sәnәdlәri bazasında “xxxx” Kiçik Müәssisәsinә aid qovluq aşkar edilmәmişdir. Şәrh olunan sәnәdlәrdәn vә işin faktiki hallarından göründüyü kimi iddiaçılar tәrәfindәn “xxxx” Kiçik Müәssisәsi tәsis edilmiş, müәssisәnin nizamnamәsi 1992-ci ildә Füzuli Rayon Icra Hakimiyyәti tәrәfindәn tәsdiq edilmişdir. Iddiaçıların hüquqi marağı “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin bazasında yeni “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin dövlәt qeydiyyatına alınmasıdır. Cavabdeh “xxxx” Kiçik Müәssisәsi adlı hüquqi şәxsin qeydiyyatı barәdә mәlumat olmaması әsası ilә mәsәlәnin hәllindәn imtina etmişdir. Birinci instansiya mәhkәmәsinin iddianı ümumilikdә mümkünsüz hesab etmәklә bağlı gәldiyi qәnaәt ondan ibarәtdir ki, iddiaçılar inzibati orqana qarşı mәhkәmәdә iddia qaldırmazdan öncә müvafiq әrizә ilә әvvәlcә inzibati orqana (Dövlәt Vergi Xidmәtinin Qarabağ Ərazi Vergilәr Baş Idarәsinә) müraciәt etmәmişlәr, hәmçinin hüquqi şәxsә dair tәsis sәnәdlәri cavabdehә tәqdim olunmadığından inzibati orqan tәrәfindәn verilmiş cavab imtina xarakterli deyil. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi qәnaәtlә razılaşmır vә qeyd edir ki, iddiaçılar tәrәfindәn hazırki mübahisә ilә bağlı Dövlәt Vergi Xidmәtinә müraciәt edilmiş, hәmin qurum tәrәfindәn yuxarıda qeyd olunan mәzmunda cavab verilmişdir. Qarabağ Ərazi Vergilәr Baş Idarәsinin Dövlәt Vergi Xidmәtinin tabe qurumu olması baxımından ilkin müraciәtin birbaşa tabe quruma edilmәmәsi hәlә mümkünlük şәrtlәrinin ödәnilmәmәsi anlamına gәlmir. Birinci instansiya mәhkәmәsinin digәr qәnaәti ilә bağlı qeyd olunur ki, hüquqi şәxsә dair tәsis sәnәdlәrinin cavabdehә tәqdim olunmamasının sәbәblәri, bunun iddiaçının iradәsindәn asılı olub-olmaması ilә bağlı mәsәlәlәrә qiymәt verilmәsi işin mahiyyәti üzrә araşdırılmasından keçir. Belә ki, Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 33.1-ci maddәsinә әsasәn Vergi nәzarәtinin hәyata keçirilmәsini tәmin etmәk mәqsәdi ilә vergi ödәyicisi olan hüquqi şәxslәr, filial vә nümayәndәliklәr olduqları (dövlәt qeydiyyatı haqqında sәnәdlәrdә qeyd olunmuş hüquqi ünvan), vergiyә cәlb olunan gәliri Azәrbaycan mәnbәyindәn olan vә bu gәlirdәn ödәmә yerindә vergi tutulmayan qeyri-rezidentlәr Azәrbaycan mәnbәyindәn gәlirin alındığı yer üzrә, fәrdi sahibkarlar vә bu Mәcәllәnin müddәalarına uyğun olaraq bәyannamә vermәli olan rezident fiziki şәxslәr yaşadıqları, xüsusi notariuslar vә xüsusi icra mәmurları isә fәaliyyәt göstәrdiyi yer üzrә vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şәxslәrinә, publik hüquqi şәxslәrә, habelә xarici kommersiya hüquqi şәxsinin nümayәndәlik vә filiallarına qanunvericiliyә müvafiq qaydada dövlәt qeydiyyatına alındığı zaman vergi ödәyicisinin eynilәşdirmә nömrәsi verilir vә hәmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilәn dövlәt qeydiyyatı haqqında şәhadәtnamә bu Mәcәllәnin mәqsәdlәri üçün vergi ödәyicisinin vergi uçotuna alınmasını tәsdiq edәn şәhadәtnamә hesab edilir. “Azәrbaycan Respublikasının rayonlarında, şәhәrlәrindә, şәhәr rayonlarında, kәndlәrindә vә qәsәbәlәrindә dövlәt hakimiyyәt vә idarәetmә orqanlarının strukturunu vә fәaliyyәtini tәkmillәşdirmәk haqqında” Azәrbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il tarixli *** nömrәli Fәrmanı:-

1. Azәrbaycan Respublikasının rayonlarında, şәhәrlәrindә, şәhәr rayonlarında icra hakimiyyәtinin başçısı vәzifәsi tәsis edilsin.

2. "Azәrbaycan Respublikasının rayonlarında, şәhәrlәrindә dövlәt hakimiyyәt vә idarәetmә orqanları haqqında Əsasnamә"- tәsdiq edilsin.

3. Indiki çağırış rayon, şәhәr (respublika tabeli şәhәrlәr) xalq deputatları Sovetlәri "Azәrbaycan Respublikasının rayonlarında, şәhәrlәrindә dövlәt hakimiyyәt vә idarәetmә orqanları haqqında Əsasnamә"dә müәyyәn edilәn sәlahiyyәtlәr hüdudunda fәaliyyәt göstәrirlәr.

4. Şәhәr rayonlarında icra hakimiyyәtinin başçısı tәyin edilәn kimi şәhәrlәrdә rayon xalq deputatları Sovetlәrinin vә onların icraiyyә komitәlәrinin sәlahiyyәtlәrinә xitam verilir.

5. Rayonlarda, şәhәrlәrdә icra hakimiyyәtinin başçısı tәyin edilәn kimi rayonların, şәhәrlәrin (respublika tabeli şәhәrlәrin) xalq deputatları Sovetlәrinin icraiyyә komitәlәri öz fәaliyyәtlәrini dayandırırlar. Rayonların, şәhәrlәrin (respublika tabeli şәhәrlәrin), şәhәrlәrdә rayonların xalq deputatları Sovetlәri icraiyyә komitәlәrinin şöbәlәri vә idarәlәri icra hakimiyyәti başçısı aparatının müvafiq struktur bölmәlәri yaradılanadәk fәaliyyәt göstәrirlәr.

6. Rayonun, şәhәrin icra hakimiyyәtinin başçısı kәndlәrdә, qәsәbәlәrdә, şәhәrlәrdә (rayon tabeli şәhәrlәrdә) öz nümayәndәlәrini tәyin edәn kimi hәmin inzibatiәrazi vahidlәrinin xalq deputatları Sovetlәrinin vә onların icraiyyә komitәlәrinin sәlahiyyәtlәrinә xitam. verilir. Bundan sonra Azәrbaycan Respublikası Prezidentinin 1999-cu il ## #### tarixli *** nömrәli Fәrmanı (qüvvәdәn düşüb) vә Azәrbaycan Respublikası Prezidentinin 2012ci il # #### tarixli *** nömrәli Fәrmanı ilә “Yerli icra hakimiyyәtlәri haqqında” Əsasnamәlәr tәsdiq edilmişdir. # #### 1994-cü il tarixdә qәbul edilmiş vә ## ##### 2002-ci il tarixli ***-IIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu ilә lәğv edilmiş “xxxx” Qanunun 18-ci maddәsinә әsasәn müәssisәnin dövlәt qeydiyyatı Azәrbaycan Respublikasının müvafiq qanunu ilә nәzәrdә tutulan qaydada hәyata keçirilir. Müәssisәnin dövlәt qeydiyyatı haqqında mәlumat Azәrbaycan Respublikasının uçot vahidlәrinin dövlәt reyestrinә daxil edilmәk üçün qeydiyyat orqanı tәrәfindәn on gün müddәtindә Azәrbaycan Respublikası Maliyyә Nazirliyinә, Azәrbaycan Respublikası Dövlәt Statistika Komitәsinә vә müәssisәnin yerlәşdiyi әrazinin dövlәt vergi müfәttişliyi orqanına verilir. # ###### 1996-cı il tarixdә qәbul edilmiş vә ## ###### 2003-cü il tarixdә qüvvәdәn düşmüş “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı haqqında” Qanunun 22-ci maddәsindә qeyd edilmişdir ki, bu Qanun qәbul edilәnәdәk başqa orqanlarda dövlәt qeydiyyatına alınmış hüquqi şәxslәrin, xarici hüquqi şәxslәrin filiallarının vә nümayәndәliklәrinin qeydiyyat sәnәdlәri müvafiq әdliyyә orqanlarına tәhvil verilir vә onlar bu orqanlarda uçota alınırlar. ## ###### 2003-cü il tarixdә qәbul edilmiş “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı vә dövlәt reyestri haqqında” Qanunun: -4.1-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının әrazisindә hüquqi şәxs statusu almaq istәyәn qurum, habelә xarici hüquqi şәxsin nümayәndәliyi vә ya filialı dövlәt qeydiyyatına alınmalı vә dövlәt reyestrinә daxil edilmәlidir. Kommersiya tәşkilatları, publik hüquqi şәxslәr, siyasi partiyalar, habelә xarici hüquqi şәxslәrin nümayәndәliklәri vә ya filialları yalnız dövlәt qeydiyyatına alındıqdan sonra fәaliyyәt göstәrә bilәrlәr. Onların dövlәt qeydiyyatına alınmadan fәaliyyәt göstәrmәsi qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәtә sәbәb olur. -20.3. “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı haqqında” 1996-cı il # ###### tarixli **- IQ saylı Azәrbaycan Respublikasının Qanunu qüvvәyә minәnәdәk başqa dövlәt orqanlarında dövlәt qeydiyyatına alınmış hüquqi şәxslәrin qeydiyyat sәnәdlәri bu Qanun qüvvәyә mindiyi gündәn 1 il müddәtindә onları qeydiyyata almış orqanlar tәrәfindәn Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına tәhvil verilmәlidir. Bu sәnәdlәr hәmin hüquqi şәxslәr vә ya onların tәsisçilәri tәrәfindәn dә tәqdim edilә bilәr. Qeyd edilmәlidir ki, iddia tәlәbi yeni hüquqi şәxsin qeydiyyata alınması ilә bağlı deyil, “xxxx” Kiçik Müәssisәsinin bazasında eyniadlı hüquqi şәxsin yaradılmasına (qeydә alınmasına) yönәlmişdir. Bu isә öz növbәsindә, eyniadlı hüquqi şәxsin qeydiyyatı haqqında mәlumatların mövcudluğunu zәruri edir. Hazırki iş üzrә eyniadlı hüquqi şәxsin mövcudluğu, fәaliyyәti vә qeydiyyatı barәdә mәlumatlar mövcud deyildir vә iş materialları ilә öz tәsdiqini tapmır. Qeyd olunan hüquqi aktların mәzmununa istinadәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn hüquqi şәxsә dair tәsis sәnәdlәrinin cavabdehә tәqdim olunmamasının sәbәblәri, bunun iddiaçının iradәsindәn asılı olubolmaması ilә bağlı mәsәlәlәrә, habelә hüquqi şәxsin yardıldığı vaxt dövlәt qeydiyyatının aparılması vә qüvvәdә olan qanunvericiliyin tәlәblәrinә әsasәn qeydiyyat barәdә sәnәdlәrin aidiyyәti üzrә tәhvil verilmәsi vәzifәsinin hansı subyektә mәxsus olması ilә bağlı mәsәlәlәrә qiymәt verilmәlidir. Başqa sözlә, hazırki iddianın mümkünlük şәrtlәrinә qiymәt verilmәsi imkanı onun mahiyyәti üzrә dәyәrlәndirilmәsindәn asılıdır ki, bunun üçün mәhkәmә yuxarıda qeyd edilmiş prosessual tәlәblәrә riayәt edilmәli, işin hallarından asılı olaraq gәldiyi qәnaәtin hüquqi әsaslarını müәyyәn etmәlidir. Azәrbaycan Respublikasının Inzibati Prosessual Mәcәllәsinin 35.1-ci maddәsinә әsasәn bu Mәcәllәdә başqa qayda nәzәrdә tutulmamışdırsa, iddiaçı iddia әrizәsindәn inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә onun hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırdığı hallarda mübahisәlәndirmә haqqında, mәcburetmә haqqında, öhdәliklәrin icrası haqqında vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә dair iddia mümkün sayılır. Qeyd edilәn normanın tәlәbinә görә istәnilәn növ inzibati mәhkәmә icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şәrt yerinә yetirildiyi halda yolverilәndir. Iddianın әsaslı hesab edilәrәk mәhkәmә tәrәfindәn mümkün sayılması üçün әsas şәrtlәr - tәlәbin iddia müddәtinә dair normalara riayәt edilmәklә vә iddiaya cavab vermәli olan inzibati orqana qarşı yönәlmәsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahәsindә qüvvәdә olan qanunlardan vә qanun qüvvәli aktlardan irәli gәlmәsidir. “Inzibati mәhkәmә icraatında iddianın mümkünlüyünә dair” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrәli Qәrarının: -1.1-ci bәndindә qeyd edilir ki, mәhkәmәlәr nәzәrә almalıdırlar ki, inzibati mübahisәlәrә dair iddianın әsaslılığının yoxlanılması üçün zәruri ilkin şәrt onun mümkün olmasıdır. -1.3-cü bәndindә qeyd edilir ki, mümkünlük şәrtlәri iddiaya mahiyyәti üzrә baxmağa imkan verәn şәrtlәrin mövcudluğunun yoxlanılmasını nәzәrdә tutur. Hәmin Qәrarın 1.4-cü bәndindә qeyd edilir ki, iddianın mümkünlüyü hәmişә onun әsaslılığının yoxlanılmasından әvvәl aparılan hüquqi dәyәrlәndirmәdir. -2.3-cü bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәr ilk növbәdә iddiaçının hәmin iddia tәlәbi üzrә subyektiv hüququnun olub-olmamasını, cavabdehin hәmin iddiaya cavab vermәli olub-olmamasını, qanunvericilikdә nәzәrdә tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Mәcәllәdә nәzәrdә tutulmuş iddia müddәtlәrinә riayәt edilib-edilmәdiyini, prosessual hәmiştirakçılığın yol verilәnliyini, tәlәblәrin bir iddiada birlәşdirilmәsinin mümkünlüyünü Inzibati Prosessual Mәcәllәnin 37ci maddәsinә uyğun yoxlamalıdırlar. Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 87.7.1-ci maddәsinә әsasәn inzibati mәhkәmәdә icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular sәbәbindәn әhәmiyyәtli sayda vә ya geniş hәcmdә sübutların araşdırılması tәlәb olunduqda apellyasiya instansiyası mәhkәmәsi barәsindә şikayәt verilmiş mәhkәmә qәrarını lәğv edәrәk işi müvafiq inzibati mәhkәmәyә göndәrә bilәr. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilmәli vә sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 82-ci, 87-ci, 89-cu, 90-cı vә 94-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

qәrara aldı:

Apellyasiya şikayәti tәmin edilsin. Şirvan Inzibati Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin, inzibati iş Şirvan Inzibati Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar