Məhkəmə qərarları › İş №2-1(3-9)-429/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-429/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-429/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqinin göndərilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə) inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Seriya A ****** nömrəli qeydiyyat nömrəsi 756 olan diplomdan və diploma əlavədən görünür ki, İddiaçı 1996-##.##.2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *-**-**/*- **/**** nömrəli məktubda qeyd edilmişdir ki , “...İddiaçı barədə “Tələbə-məzun” dövlət elektron məlumat sistemində əks olunan məlumatlara əsasən o, 1996-2000-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində “ağac emalının texnologiyası” ixtisasının əyani təhsilalma forması üzrə (dövlət hesablı) təhsil almışdır. Dövlət Attestasiya Komissiyasının ##.##.2000-ci il tarixli qərarı ilə ona bakalavr dərəcəsi və A seriyalı ****** nömrəli diplom verilmişdir.” Seriya AO ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2009-cu il tarixdən ##.##.2024cü il tarixədək Fövqəladə Hallar Nazirliyinin orqanlarında xidmət keçmişdir. Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsi tərəfindən iddaçı barəsində verilmiş “Xidməti siyahıdan çıxarış”dan görünür ki, İddiaçı ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni (AR FHN-nin ****/ş nömrəli ##.##.2009-cu il tarixli əmri), ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin böyük yanğınsöndürəni (FHN DYMX-in ****/ş nömrəli ##.##.2014-cü il tarixli əmri), ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayonu Dövlət yanğından mühafizə hissəsinin *** nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin kömçəkçisi (AR FHN-nin ****/ş nömrəli ##.##.2016cı il tarixli əmri), ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi (AR FHN-nin ****/ş nömrəli 21.11ş2016-cı il tarixli əmri), ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Şəhəri Binəqədi Rayonu Dövlət yanğından mühafizə hissəsinin * nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin kömçəkçisi (AR FHN-nin ****/ş nömrəli ##.##.2018ci il tarixli əmri), ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin yanğın profilaktikası sektorunun inspektoru (AR FHN-nin ****/ş nömrəli ##.##.2023-cü il tarixli əmri) vəzifələrində işləmiş, ##.##.2024-cü il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir (AR FHN-nin ****/ş nömrəli ##.##.2024-cü il tarixli əmri). Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Sizin xidmətkeçmənizə şəxsən təqdim etdiyiniz ərizə əsasında ##.##.2024-cü il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq xitam verilmişdir. Xidmətdən xaric edildiyiniz günə 15 il 05 ay 9 gün təqvimi və 1 il 11 ay təhsil dövrü olmaqla cəmi xidmət müddətiniz 17 il 04 ay 9 gün müəyyən edilmişdir.” Üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanmış ## ######## 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki. “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinin # ###### 2024-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən iddiaçıya dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən (ötürüldükdən) sonra sizə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2009-cu ildən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində xidmət müddəti nəzərə alınmaqla məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2009-cu il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində müvafiq vəzifələrdə işləmişdir. 2024-cü ilin aprel ayında öz xahişilə işinə xitam verilmişdir. Güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Oradan ona rəsmi məktubla bildirilmişdir ki, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidməti müddəti və təminat xərcliyi barədə məlumat vərəqi onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülməlidir. Bu məsələ ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ## #### 2025-ci il tarixli *-**/*-M-****-**/**** nömrəli məktubla müraciətinə imtina cavabı verilmişdir. İmtinanın əsası kimi isə xahişinin mahiyyəti üzrə baxılmasının “imkan xaricində olması” göstərilmişdir. İmtina qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidməti müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Cavabdehin etirazları: Cavabdeh iddiaya münasibət bildirməmişdir. Üçüncü şəxsin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinin # ###### 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: - hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Həmin Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən Qaydaların tələblərinə uyğun olaraq iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən iddiaçıya dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Mərkəzi Filiala təqdim edildikdən sonra ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində ##.##.2009-cu ildən ##.##.2024 cü il tarixinədək keçdiyi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsi elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən iddiaçının xidmət müddəti düzgün hesablanmamışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə halar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli Qərarına uyğun olaraq təqvimi xidmət müddətinin hesablanarkən aşağıdakı xidmət dövrləri daxil edilməlidir:

1. ##.##.1996-cı ildən ##.##.2000-ci il tarixədək Azərbaycan Memarlıq və İnşaat Universitetində 03 il 10 ay əyani təhsilinin təlimin bir ili altı ay sayılmaqla 01 il 11 ay dövrü;

2. ##.##.2000-ci ildən ##.##.2001-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 11 ay 16 gün müddətli həqiqi hərbi xidmət dövrü;

3. ##.##.2009-cu ildən ##.##.2024-cü il tarixinədək Fövqəladə Hallar orqanlarında 14 il 5 ay 23 gün xidmət dövrü, cəmi: 01 il 11 ay + 11 ay 16 gün + 14 il 5 ay 23 gün = 17 il 04 ay 09 gün. Məhkəmə iddiaçının hesablanmış 17 il 04 ay 09 gün təqvimi xidmət müddətinin üzərinə təkrar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil müddətini artıq hesablayaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət dövrünü gələrək bu dövrləri onun təqvimi xidmətinə əsassız olaraq ikiqatdan artıq hesablamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il ######ın #-dək qüvvədə olan redaksiyasının 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi quluqçuların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçının təqvim ili xidməti 17 il 04 ay 09 gün olmaqla İddiaçı pensiya hüququ əldə etməmişdir.

Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1 və 20.14.1-ci maddələri üzrə qanunvericilik hərbi quluqçunun pensiya hüququnun əldə edilməsini 2 halla şərtləndirib: 1.Müvafiq xidmət ilərini toplaması; 2.Xidmətdən buraxılması. İddiaçı Həmdula oğlunun iş, təhsil, həqiqi hərbi xidmət dövrləri nəzərə alınmaqla Fövqəladə Halar orqanlarında xidmət müddəti 14 il 5 ay 23 gün + 11 ay 26 gün + 2 il = 17 il 5 ay 9 gündür. Bu müddət isə Qanunun 9.5.1-ci maddəsinə əsasən tələb edilən (hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi quluqçular) müddətdən azdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, bildirdi ki, Lerik rayonunda xidmət etdiyi müddət xidmətin bir ayı ayyarım hesablanmalıdır. Sonda İddiaçı Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (9.5.1-ci maddənin ##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiya): 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunmas” Qaydaları:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-1. Hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid edilir: 2-1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə başladıqları gündən həqiqi hərbi xidmətin son gününədək olan dövr; ... 2-1.14. zabit heyətinə və xüsusi rütbəli şəxslərə (daxili işlər, fövqəladə hallar və ədliyyə orqanlarında kiçik rəis heyəti və gömrük orqanlarında kiçik heyət istisna olmaqla) Qanunun 9.5.1ci maddəsinə əsasən əmək pensiyası təyin edilərkən beş ilədək müddət daxilində təhsilin bir ili altı ay sayılmaqla (ən çoxu iki il altı ay hesablanmaqla) hərbi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrə qəbul edilməzdən əvvəl mülki ali (qiyabi və axşam təhsilalma formalarında təhsil dövrü daxil olmaqla), habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təhsil dövrü. Qeyd. Həmin şəxslər bilavasitə mülki ali təhsil və xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrində təhsilini başa vurmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, qeyd olunan təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə xidmət müddətinə daxil edilir. ... 2-2. Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid edilir: 2-2.2. xidmətin bir ayı ayyarım sayılmaqla: 2-2.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət dövrü;

“Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin a) bəndinə və 42-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın 2-2.2 və 2.2.8-ci bəndlərinə əsasən respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti xidmətin bir ayı ayyarım sayılmaqla hesablanmasına əsaslanaraq, iddiaçının ##.##.2009-cu il tarixdən ##.##.2024-cü il tarixədək fövqəladə hallar orqanlarında xidmət keçdiyi 14 il 5 ay 23 gün müddətin 7 il 10 ay 4 gün müddətini respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metrdən 2500 metrədək hündürlükdə xidmət keçməsini nəzərə alaraq xidmət müddətinə daha 3 il 11 ay 4 gün əlavə edilməklə xidmət müddətinin 17 il 4 ay 27 gün təşkil etməsini, 4 il təhsil müddətinin 2 il, 11 ay 26 gün həqiqi hərbi xidmət müddətini nəzərə almaqla, cəmi 17 il 4 ay 27 gün + 11 ay 26 gün + 2 il = 20 il 4 ay 23 gün xidmət müddətinin olmasına əsaslanmışdır. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) 1996-##.##.2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani təhsil almış, ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, ##.##.2009-cu il tarixdən ##.##.2024-cü il tarixədək Fövqəladə Hallar Nazirliyinin orqanlarında xidmət keçmişdir. İddiaçı ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni (AR FHN-nin ****/ş nömrəli ##.##.2009-cu il tarixli əmri), ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin böyük yanğınsöndürəni (FHN DYMX-in ****/ş nömrəli ##.##.2014-cü il tarixli əmri), ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayonu Dövlət yanğından mühafizə hissəsinin *** nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin kömçəkçisi (AR FHN-nin ****/ş nömrəli ##.##.2016-cı il tarixli əmri), ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayonu Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi (AR FHN-nin ****/ş nömrəli 21.11ş2016cı il tarixli əmri), ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Şəhəri Binəqədi Rayonu Dövlət yanğından mühafizə hissəsinin * nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsi rəisinin kömçəkçisi (AR FHN-nin ****/ş nömrəli ##.##.2018-ci il tarixli əmri), ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin yanğın profilaktikası sektorunun inspektoru (AR FHN-nin ****/ş nömrəli ##.##.2023-cü il tarixli əmri) vəzifələrində işləmiş, ##.##.2024-cü il tarixdə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir (AR FHN-nin ****/ş nömrəli ##.##.2024-cü il tarixli əmri). Cavabdeh tərəfindən iddiaçının xidmət müddəti 17 il 04 ay 09 gün (15 il 05 ay 9 gün təqvimi ili və 1 il 11 ay təhsil); üçüncü şəxs tərəfindən isə 17 il 5 ay 9 gün (14 il 5 ay 23 gün + 11 ay 23 həqiqi hərbi xidmət + 2 il təhsil dövrü) qəbul edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün işlədiyi orqan tərəfindən məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsinə nail olmaqdan ibarətdir. Məlumat vərəqinin göndərilməsi əmək pensiyasının təyin edilməsinə xidmət edir. Mübahisəyə qiymət verilməsi üçün iddiaçının xidmət müddətinin neçə təqvim ili olması həlledici əhəmiyyət daşıyır. İddiaçı Lerik rayonunda işlədiyi müddətin (bu 7 il ay 6 gündür) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunmas” Qaydalarına görə bir ayı ayyarım sayılmaqla xüsusi qaydada hesablanmalı olmasını iddia edir və beləliklə 20 ildən artıq təqvim ili xidmət müddətinin olmasını iddia edir. Birinci instansiya məhkəməsi də maddi hüquq normasının tətbiqində səhvə yol verərək, əmək əmək pensiyası təyin edilməsi üçün iddiaçının Lerik rayonunda işlədiyi müddəti bir ayı ayyarım sayılmaqla xüsusi qaydada hesablamış, həmçinin, Məhkəmə qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsində “ildən” deyil, “təqvim ilindən” söhbət gedir. Əmək pensiyasının təyin edilməsi üçün təqvim ili ilə hesablanan müddətə isə xüsusi qaydada hesablanan müddət daxil deyil. Bu məsələ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli Qərarında imperativ şəkildə göstərlimişdir. Belə ki, həmin Plenum qərarında qeyd edilmişdir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərar). ... “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Qanunverici pensiya islahatlarını həyata keçirərkən vətəndaşların qanuna olan etimadı prinsipini nəzərə alaraq, qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə hesablanır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına təsir etməsə də, qulluq stajının artımına, bununla da, əmək pensiyasına əlavələrin hesablanmasına əsas yaradır.” Göründüyü kimi Plenum qərarında imperativ şəkildə göstərilir ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına təsir etmir. Hazırki işlə oxşar iş olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qəbul etdiyi ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarında da eyni mövqe göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qəbul etdiyi ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının 27-ci bəndində göstərilmişdir ki, “...Hazırkı iş üzrə iddiaçının hərbi qulluqçu kimi xidmət illəri 20 təqvim ilindən az olmaqla, 19 təqvim ili, 03 gün təşkil etdiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır.” Qeyd edilən iş üzrə şəxsin imtiyazlı xidmət müddəti - 21 il, 05 ay 12 gün olmuşdur. İşin araşdırılması ilə iddiaçının xidmət nüddətinin 20 təqvim ilindən az (##.##.2000- ##.##.2001 həqiqi hərbi xidmət - 11 ay 17 gün + ən çoxu iki il altı ay hesablanmaqla təhsil müddəti + ##.##.2009-##.##.2024 - 14 il 5 ay 24 gün = 17 il 11 ay 21 gün, təhsil müddəti tam şəkildə götürülsə, yenə də 20 təqvim ili düzəlmir) olması müəyyən edildi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar