Məhkəmə qərarları › İş №2-1(3-9)-432/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-432/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-432/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2021-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən əmək pensiyası məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim İddiaçıa) ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal iddiaçının ##.##.2002-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində “X3 Stansiyası” MMC-də işlədiyi Qazan turbin sexinin işini təmin edən istilik avtomatika və ölçmə sexində elektrik çilingəri vəzifəsinin güzəştli iş stajı sayılmaması, beləliklə də onun tələb olunan güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır. Qanunvericiliyin müvafiq normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, ”xxxx” ASC “X3 Stnasiyası” MMC-nin ##.##.2026-cı il tarixli və “xxxx”ASC-nin ##.##.2026-cı il tarixli arayışda iddiaçının ##.##.2002-1##.##.2009-cu illərdə işlədiyi “NÖC-nın avtomatikasına nəzarət və təmiri üzrə elektrik-çilingəri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXIII (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) bölməsi: “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri–Kod- 2140000a—18455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli,** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr: qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürücü avadanlığın və onların işini təmin edən ölçü və avtomatika vasitələrinin, həmçinin köməkçi yeraltı avadanlığın təmiri və xidməti ilə məşğul olan çilingərlər, bütün adlarda elektrik çilingərləri peşəsinə aid olması konkret olaraq göstərilmişdir. Odur ki, iddiaçının ##.##.2002-1##.##.2009-cu il tarixlərdə ”xxxx” ASC “X3 Stnasiyası” MMC-də işlədiyi “NÖC-nın avtomatikasına nəzarət və təmiri üzrə elektrik-çilingər” vəzifəsi onun güzəştli iş stajına daxil edilməlidir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1984-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır. ##.##.1984-cü il tarixdən ##.##.2015-ci il tarixədək müxtəlif müəssisələrdə, ağır və zərərli sahələrdə çalışmışdır. Buna əsasən də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar müraciət etmiş, müraciətinə çalışdığı müəssisələrdən arayışlar, sübutlar təqdim olunmasına baxmayaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Çalışdığı “xxxx” ASC tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli, 01-PH/488saylı məktuba əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən “çilingərlər və bütün adlardan olan elektrik çilingərləri güzəştli şərtlərə görə pensiya hüququna malik olduğu və həmin pensiya stajı 27 il, 10 ay, 06 gün təşkil etdiyi qeyd edilmişdir. Daha sonra isə çalışdığı digər müəssisə olan “xxxx” ASC-nin “X3 Stansiyası” MMC tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş arayışa əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən “qazanxana, turbin (buxar qaz trubini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər” peşəsinin xüsusiyyətləri eyni olduğundan güzəştli şərtlərə görə pensiya hüququna malik olmağı qeyd olunmuşdur. Eynilə ##.##.2025-ci il tarixdə “xxxx” ASC-nin “X3 Stansiyası” MMC tərəfindən verilmiş arayışda “qazanxana, trubin (buxar qaz trubini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər” peşəsinin xüsusiyyətləri eyni ilə olduğundan güzəştli şərtlərə görə pensiya hüququna malik olmağı qeyd olunmuş və işlədiyi vəzifə üzrə zərərli iş stajı 7 il, 2 ay, 17 gün olaraq qeyd olunmuşdur. Lakin, göstərilən bu xüsusatlara Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı heç bir hüquqi qiymət verməmiş, imtina etməklə kifayətlənmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı daha əvvəl eyni tələblə bağlı cavabdehə müraciət etmiş, müraciətinə ##.##.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) fəhlələr yarımbəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər vəzifələri ilə eyniyyət təşkil etmir. Mərkəzi Filiala təqdim edilən ИТ-İ ******* nömrəli əmək kitabçasında və “xxxx” ASC-nin ##.##.2023- cü il tarixli **-PH/*** nömrəli arayışında 21.09/984-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində Əlibayramlı Elektrik stansiyasının X6 avtomatikasına nəzarət və təmir üzrə elektrik-çilingəri, ##.##.2009-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində isə Elektrik Stansiyaları və X9 sexində çilingər, “X3 Stansiyası” MMC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli ***/**-**/**-**** nömrəli arayışında ##.##.2002- ##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə istilik avtomatika və ölçmə sexində avtomatika və ölçü vasitələrinin təmiri və xidməti üzrə elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda elektrik-çilingəri və çilingər vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə fəaliyyət göstərib-göstərməməyi barədə hərhansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, nəticədə iş üzrə yanlış hüquqi nəticəyə gəlinmişdir. Iş materiallarında olan əmək kitabçası və arayışlarda iddiaçının “elektrik-çilingəri” və “çilingər” vəzifələrində işlədiyi göstərilsə də, bu sənədlər iddiaçının konkret olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş güzəştli peşə və iş yerləri siyahısında nəzərdə tutulan əmək fəaliyyətini yerinə yetirdiyini təsdiq etmir. Xüsusilə vurğulanmalıdır ki, təqdim olunmuş arayışlarda iddiaçının texniki xidmət və təmir işlərində iştirak etməsi qeyd olunsa da, onun qanunvericiliklə güzəştli pensiya hüququ verən zərərli və ağır istehsalat prosesində bilavasitə, fasiləsiz və daimi məşğulluğunu təsdiq edən konkret hüquqi məzmunlu məlumat mövcud deyildir. Prosessual məsələlə Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Iş materiallarına əlavə edilmiş: -AA seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ##.##.1964-cü ildə doğulmuşdur. -Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş *-**- **/*-Ə-***-**/**** saylı, ##.##.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı ##.##.1981-ci il tarixdə ** nömrəli X1 Məktəbinin “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna qəbul olunmuş və ##.##.1982-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış ****** nömrəli diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir (7 ay 14 gün). -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin *-*-**/******/**** saylı, ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı keçmiş SSR ordusunda N saylı hərbi hissədə ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur (2 il 13 gün ). -##.##.1984-cü ildə tərtib olunmuş, ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan vəzifələrdə işləməsi qeyd edilmişdir: ##.##.1984-cü ildə “xxxxsazlama” müəssisəsi-Əli-Bayramlı NÖÇ və avtomatikanın təmiri və sazlanması sahəsinin NÖÇ və avtomatikanın təmiri və sazlanması sexinə istilik texniki nəzarət və avtomatika cihazlarının təmiri üzrə 2-ci dərəcəli elektrik çilingər vəzifəsinə qəbul olunmuşdur. ##.##.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № ***-y, ##.##.2009). (24 il 11 ay 10 gün) ##.##.2009-cu ildə “xxxx” ASC-yə EAT idarəsinin Şirvan Təmir sahəsinin E/S və IAÖ sexinə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir (Əmr № **/e*, ##.##.2009) ##.##.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № **/*-19, ##.##.2012) (3 il 11 ay 14 gün). ##.##.2012-ci il tarixdə X5 Turbin təmir sexinin Bakı təmir sahəsinin Şirvan Elektrik avadanlıqlarının təmiri bölməsinə a/ö 5-ci 8 dərəcəli cihaz təmirçisi vəzifəsinə təyin edilmişdir (Əmr № **-19, ##.##.2012) ##.##.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № **/KŞ, ##.##.2015) (2 il 5 gün). -X4 Filialının *-**-DA-**F/*-**/**** saylı məktubu ilə təqdim olunmuş Əli-Bayramlı DRES üzrə işə qəbul haqqında ** №-li, ##.##.2002-ci il tarixli əmrdən müəyyən olunur ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin ** №-li-1374-2002-ci il tarixli R.A.Əliyevin öz işinə bərpa olunması barədə hökümünə və “xxxx” ASC-nin hüquq şöbəsinin rəisi C.C.Əliyevanın ##.##.2002-ci il tarixli H-* №-li arayışına əsasən, aylıq əmək haqqı 366900 (üç yüz altmış altı min doqquz yüz manat) ağır və zərərli iş şəraitinə görə aylıq əmək haqqına 12 faiz əlavə verilməklə, ##.##.2002-ci il tarixdən Istilik avtomatikası ilə ölçü sexinə avtomatika və ölçü vasitələrinin təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul olunmuşdur. Məktuba əlavə olunmuş “X3 Stansiyası” MMCnin “Əmək müqaviləsinə xitam verilməsi barədə” 224-y №-li, ##.##.2008-cu il tarixli əmrindən müəyyən olunur ki, Istilik avtomatikası və ölçmə sexinin avtomatika və ölçü vasitələrinin təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik çilingərinin əmək müqaviləsinə ##.##.2009-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. -“xxxx” ASC-nin **-PH/** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ##.##.1984-cü ildə (Əmr №-li 79-ok.##.##.1984-cü il) “xxxx” müəssisəsinin Əli-Bayramlı Elektrik stansiyasının X6 avtomatikasına nəzarət və təmiri üzrə elektrik-çilingəri peşəsinə qəbul edilmiş və ##.##.2002-ci ildə (Əmr № **-ş, ##.##.2002-ci il) əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2009-cu ildə (əmr №-03/17kş, ##.##.2009-cu il) "xxxx”ASC-nin Energetika Avadanlıqlarının Təmiri Idarəsinin Şirvan təmiri sahəsinin Elektrik Stansiyaları və X9 sexinə çilingər peşəsinə qəbul edilmiş və ##.##.2012-ci ildə (əmr № **/*-kş, ##.##.2012-ci il) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi elektrik-çilingəri və çilingər peşələri X7 Istilik Avadanlıqlarının, Ölçü cihazlarını avtomatikasına və onların normal işləməsinə nəzarəti təmin edən vəzifələr təşkil edir. Qeyd olunan peşədə işləyənlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 24-cü "‘Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a" fəhlələr bəndinə əsasən çilingərlərin və elektrik çilingərlərinin işi güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahısının, XIII Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın *******a-***** saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün stajı 27 il, 10 ay, 06 gün təşkil edir. Qeyd edilən dövrlərdə elektrik çilingəri və çilingər vəzifələrində işlədiyi müddətlərdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikasına xidmət üzrə fəaliyyət göstərmişdir. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti”xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, **/***- **/**-**** saylı şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd olunmuşdur ki, “X3 Stansiyası” MMC istismar müddətini başa vurmuş, istehsal fəaliyyətini tam dayandırmışdır. Bu səbəbdən də kadrlarla bağlı mühüm əhəmiyyət kəsb edən sənədlər ##.##.2020-ci ildə Azərbaycan Respublikasının Dövlət Arxivi Şirvan şəhər filialına təhvil verilmişdir. İddiaçı təqdim etdiyi arxiv sənədlərindən göründüyü kimi, ##.##.2002-ci il tarixindən ##.##.2009-cu il tarixinədək “xxxx’ASC “X3 Stansiyası” MMC-nin qazan turbin sexinin işini təmin edən istilik avtomatika və ölçmə sexində avtomatika və ölçü vasitələrinin təmiri və xidməti üzrə elektrik çilingəri işləmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı “xxxx”ASC-nin “X3 Stansiyası” MMC-də fəaliyyət göstərdiyi qazan turbin sexinin işini təmin edən istilik avtomatika və ölçmə sexində avtomatika və ölçü vasitələrinin təmiri və xidməti üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazanda olan elektrik intiqallı armaturların quraşdırılması və təmiri, yüksək təzyiqli buxar xətlərində olan səviyyə göstəricilərinə, temperatur göstəricilərinə, təzyiq göstəricilərinə və s.nəzarətdən ibarət olmaqla, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı fəslinin a) fəhlələr bölməsi, qazanxana, turbin(buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eyni olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məqsədəuyğun hesab edilir. Eyni zamanda İddiaçı “xxxx” ASC-nin “X3 Stansiyası ” MMC-də fəaliyyət göstərdiyi qazan turbin sexinin işini təmin edən istilik avtomatika və ölçmə sexində ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarının XIII. “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının * nömrəli Siyahısının *******a***** saylı şifrəsi üzrə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə eyni olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququna malikdir. Işlədiyi vəzifə üzrə zərərli iş stajı 7(yeddi) il, 2 (iki) ay, 17 (on yeddi) gün təşkil edir.Bu vəzifədə çalışarkən ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 12 faiz əlavə və 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. Işin faktiki hallarından və tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh əmək kitabçası və şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət ilə bağlı olub-olmamasının göstərilmədiyini əsas gətirməklə, iddiaçının həmin dövrdəki əmək fəaliyyətini güzəştli iş stajına daxil etmir. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmək fəaliyyəti faktının və ya vəzifə adının formal uyğunluğu ilə kifayətlənmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarda (“xxxx” ASC”xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, **/***-**/**-**** saylı şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış) onun çilingər və elektrik çilingəri vəzifələrində işlədiyi müddət ərzində konkret olaraq qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına, habelə onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə əmək funksiyalarını yerinə yetirdiyi göstərilmişdir. Göründüyü kimi iddiaçının elektrik çilingəri və çilingər vəzifələrində yerinə yetirdiyi əmək funksiyaları mahiyyət etibarı ilə sözügedən Siyahıda öz əksini tapan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi ilə eynidir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bəndinin a) fəhlələr: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar