Məhkəmə qərarları › İş №2-1(3-9)-434/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-434/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-434/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Imişli Rayon Icra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Imişli RIH başçısının * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin sabiq müavini İddiaçı ## ### 2025-ci il tarixdə 9 may “Qələbə günü” münasibətilə Sarıxanlı kəndində yerləşən Böyük Vətən müharibəsi abidəsinin önündə keçmiş SSRI bayrağı altında dayanaraq yaxasına imperianın rəmzlərindən biri olan “Georgi lenti”ni taxaraq çıxış etmiş, o cümlədən tədbirdən bir neçə gün əvvəl keçmiş SSRI-nin bayrağını hazırladığı videogörüntüləri sosial şəbəkələrdə yaymışdır. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılmış və ictimaiyyətin qınağına səbəb olmuşdur. Məhkəmə qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununlarına əsasən dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikdə, vəzifədə olaraq etik davranış qaydalarına əməl etmədikdə onların barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə qeyd olunan intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Məhkəmə iş üzrə tərəflərin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının müvafiq hərəkətlərə (etik davranış qaydalarına əməl olunmamasına) yol verməklə “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunlarının tələblərini pozması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunan əsasla ona “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununuun 25.2-ci maddəsinin və «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxmından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl ...”dövlət qulluğunun ona verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydalarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət təşkil edir Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Imişli Rayon Icra Hakimiyyəti başçısının ** saylı, ## ### 2025-ci il tarixli sərəncamı ilə “Yerli Icra Hakimiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 2.15-ci maddəsi rəhbər tutularaq və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4 və 25.2.6-cı maddəsinə əsasən ##.##.2025-ci il tarixdən RIHB-nin * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmiş və Dövlət Qulluğu haqqında qanunun 33.1.6 maddəsinə əsasən onun Dövlət Qulluğuna xitam verilmişdir. Sərəncamda göstərilmişdir ki, guya onun barəsində təqdimat verilmişdir. Onun barəsində sərəncamda və təqdimatda göstərilənlər tamamilə yalan və uydurmadır. Heç vaxt əmək intizamını pozmamışdır. Əgər əmək intizamını pozmuş olsaydı, vaxtında barəsində intizam tənbehi görülməli idi, lakin belə bir təhbeh bu günədək olmamışdır. Heç bir qanuni əsas olmadan saxta və quraşdırma bəhanələrlə işdən azad etmişdir. ##.##.2025-ci il iş günü deyildir və Ulu Öndərin anadan olmasının 102-ci illiyini qeyd etmiş və həmin vaxt əlavə olaraq Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 80-ci illərində böyük vətən müharibəsində həlak olmuş həmvətənlilərin xatirəsinə Sarıxanlı kəndində ucaldılmış abidə kompleksin, Imişli rayon Ağsaqqallar Şurası tərəfindən bərpa və təmir aparılmasından sonra açılışında iştirak etmişdir. Təqdimatda göstərilən lent georgi lenti deyil, 1942-ci ildə təsis olunmuş qvardiya lentidir. Təqdimatda ittiham kimi irəli sürülən SSRI bayrağı əslində faşizm üzərində qələbə bayrağıdır. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin məzmunu iddia ərizəsində qeyd edilmiş dəlillərlə eynilik təşkil edir, şikayətdə qərarın ləğvini şərtləndirən hər-hansı dəlil göstərilməmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərin mühüm hissəsi birinci instansiya məhkəməsində araşdırılmış hallara aiddir. Iddiaçının məhkəmənin gəldiyi nəticə ilə razılaşmaması özlüyündə həmin qərarın qanunsuz və ya əsassız olması demək deyildir. Iddiaçı apellyasiya şikayətində tədbirdə istifadə edilən lentin “Georgi lenti” deyil, 1942-ci ildə təsis edilmiş “qvardiya lenti” olduğunu, istifadə edilmiş bayrağın isə faşizm üzərində qələbəni simvolizə etdiyini bildirir. Məhkəmə yekunda iddiaçının hərəkətlərinin dövlət qulluqçusunun etik davranış qaydaları və dövlət orqanının nüfuzunun qorunması ilə bağlı öhdəlikləri baxımından qiymətləndirilməli olduğu nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçının konkret lent və bayrağın tarixi adı barədə irəli sürdüyü arqumentlər birinci instansiya məhkəməsinin hüquqi nəticəsini özlüyündə aradan qaldırmır. Iddiaçının mühüm arqumentlərindən biri bundan ibarətdir ki, əgər o, əvvəllər əmək intizamını pozmuş olsaydı, barəsində müvafiq intizam tənbehi tətbiq edilməli idi və belə tənbehin mövcud olmaması onun işdən azad edilməsinin qanunsuzluğunu göstərir. Bu arqument də qanunvericiliyin məzmunundan irəli gəlmir, əksinə tətbiq ediləcək tədbirin növü konkret pozuntunun xarakteri və ağırlığı nəzərə alınmaqla müəyyən edilməlidir. Iddiaçının hərəkətləri cəmiyyətdə birmənalı qarşılanmayan və dövlət orqanının nüfuzuna ciddi xələl gətirən hərəkət olduğu üçün inzibati orqan tərəfindən haqlı olaraq kobud pozuntu kimi qiymətləndirilmiş və birbaşa qulluğa xitam verilməsi tədbiri seçilmişdir. Prosessual məsələlər Iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: -Imişli Rayon Icra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, ** nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 18.0.4 və 25.2.6. maddələrinə əsasən ##.##.2025-ci il tarixdən Imişli RIH başçısının * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilmiş və “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6. maddəsinə əsasən onun dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. -Imişli Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı Imişli RIH başçısının Sərəncamına əsasən onun əmək müqaviləsinə Əmək və Məşğulluq Altsistemində elektron qaydada xitam verilmişdir. Iddiaçı İddiaçı Əmək və Məşğulluq Altsistemində yaradılmış şəxsi kabinetində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatlarla tanış ola bilər. Həmçinin, qanunvericiliyə uyğun olaraq sənədləşdirmə işlərinin aparılması üçün Sərəncamın surəti Imişli Rayon Icra Hakimiyyəti başçısının * saylı Yeni Bəhrəmtəpə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinə təqdim edilmişdir. -Imişli Rayon Icra Hakimiyyəti başçısının birinci müavini tərəfindən Imişli Rayon Icra Hakimiyyəti başçısının * saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini İddiaçı barəsində verilmiş təqdimatda qeyd edilmişdir ki, * saylı Yeni Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsinin müavini İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Belə ki, A. Kərimov ## ### 2025-ci il tarixdə Imişli rayonunun Sarıxanlı kəndində 9 may faşizm üzərində Qələbə Günü münasibətilə Imişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə keçmiş SSRI bayrağının qarşısında dayanaraq yaxasına imperiyanın rəmzlərindən biri olan “Georgi lenti”ni taxaraq çıxış etmiş, o cümlədən tədbirdən bir neçə gün əvvəl keçmiş SSRI-nin bayrağını hazırladığı videogörüntüləri sosial şəbəkələrdə yaymışdır. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılmış və ictimaiyyətin qınağına səbəb olmuşdur. Həmçinin A. Kərimov mütəmadi olaraq nümayəndəliyin əmək intizamını pozmuş və işə vaxtlı-vaxtında gəlməmişdir. -Imişli Rayon Icra Hakimiyyəti başçısının * nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı barəsində verilmiş məlumatda qeyd edilmişdir ki, RIH başçısının * nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin müavini İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq işlədiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol vermişdir. Belə ki, A. Kərimov ## ### 2025-ci il tarixdə Imişli rayonunun Sarıxanlı kəndində 9 may faşizm üzərində Qələbə Günü münasibətilə Imişli rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə keçmiş SSRI bayrağının qarşısında dayanaraq yaxasına imperiyanın rəmzlərindən biri olan "Georgi lenti"ni taxaraq çıxış etmiş, o cümlədən tədbirdən bir neçə gün əvvəl keçmiş SSRI-nin bayrağını hazırladığı videogörüntüləri sosial şəbəkələrdə yaymışdır. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılmış və ictimaiyyətin qınağına səbəb olmuşdur. Əlavə olaraq A. Kərimova dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, mütəmadi olaraq əmək intizamını pozmuş və vaxtlı-vaxtında işə gəlməmişdir. Əmək intizamını pozduğuna görə İddiaçı yazılı izahat alınmış və mövcud qanunvericiliyin tələblərinə əsasən ona xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməlin törədilməsi onun mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla dövlət qulluğuna xitam verilməsinə hüquqi zəmin yaradır. Belə ki, iddiaçı dövlət qulluqçusu olaraq, Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə yönələn davranış nümayiş etdirmək vəzifəsi daşıdığı halda, ## ### 2025-ci il tarixdə 9 may "Qələbə günü” münasibətilə Imişli rayonu, Sarıxanlı kəndində yerləşən Böyük Vətən müharibəsi abidəsinin önündə keçmiş SSRI bayrağı altında dayanaraq çıxış etmişdir. Həmin tədbirin iştirakçılarının yaxasında Rus imperiyasının rəmzi olan “Georgi” lentinin taxılması (iddiaçı bu lentin 1942-ci ildə təsis olunmuş qvardiya lenti olduğunu bildirir) Sovet rejiminin rəmzi olan bayrağın iddiaçının məhz özü tərəfindən hazırlanması (iddiaçının sosial şəbəkədə paylaşdığı videogörüntülərdən görünür), həmin bayrağın qaldırılması və nümayiş etdirilməsi vətəndaşı olduğu ölkəyə və ölkənin bayrağına, müstəqilliyinə, qanunlarına hörmətsiz yanaşma olmaqla, dövlət qulluğu ilə bir araya sığmayan hərəkətdir və cavabdehin bu hərəkətlərə münasibətdə tətbiq etdiyi tədbir adekvat olmuşdur. Məhkəmə kollegiyası gəldiyi qənaəti aşağıdakı normalarla əsaslandırır: "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 12.2. dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. 15.2. dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. 23.1. etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». 18.0.4. dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 18.0.12. dövlət qulluqçuları vəzifədə olaraq etik davranış qaydalarına əməl etməlidir. 25.1. dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:- töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. 25.5. dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.7. bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən qanun pozuntusuna yol verilməmiş, akt qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar