Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-436/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş Idarəsinə qarşı şəxsi hesab vərəqəsindən faiz borcunun silinməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi hesab vərəqəsindən iddia müddəti ötmüş 2.779,96 manat qalıq faiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarının araşdırılması məqsədilə ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmiş, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iddiaçıya göndərilmiş ##.##.2026-cı il tarixli sərəncamda, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması bildirilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə hazırlıq icraatı çərçivəsində ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərində üç məhkəmə iclası təyin edilmişdir. Sonuncu məhkəmə iclasından əvvəl iddiaçı tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edilmiş, həmin ərizədə iddiaçının nümayəndəsi və vəkilinin ##.##.2026-cı il tarixində saat 11:00-da Sumqayıt Inzibati Məhkəməsi tərəfindən baxılan *-*(*-*)-****/**** saylı iş üzrə keçirilən məhkəmə iclasında iştirak edəcəyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini əsaslandırmış, eyni zamanda iclasın iddiaçı tərəfin iştirakı olmadan keçirilməsinə etiraz edilmədiyi məhkəmənin diqqətinə çatdırılmışdır. Göründüyü kimi məhkəmənin iddianı geri götürülmüş hesab etməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə işə onun iştirakı olmadan baxılmasına etiraz edilmədiyi açıq şəkildə ifadə edilmişdir. Bu halda iddiaçı faktiki olaraq məhkəmə icraatından yayınmağa deyil, əksinə, işə mahiyyəti üzrə baxılmasında maraqlı olmuş və prosesin davam etdirilməsinə razılıq verdiyini təsdiq etmişdir. Bu zaman iddianın geri götürülmüş hesab olunması əsassızdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işdə olan ## ### 2026-cı il tarixli iddiaçının vəkili Vəkil tərəfindən birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsi ilə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, Sumqayıt Inzibati Məhkəməsində *-*(*-*)-****/**** saylı iş üzrə ##.##.2026cı il tarixdə, saat 11:00-a məhkəmə iclası təyin edildiyinə görə Şirvan Inzibati Məhkəməsində e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixində, saat 10:30-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmir. Bundan başqa, birinci instansiya məhkəməsinin iddiaçıya göndərilmiş ## ##### 2026-cı il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının ## ##### 2026-cı il tarixli məhkəmə iclasında iştirak etməməsi səbəbindən həmin iclas ## ### 2026-cı il tarixə, saat 10:30-a təxirə salınmışdır. Iddiaçının yuxarıda göstərilən tarixdə keçiriləcək məhkəmə iclasında iştirak etməsi tövsiyə edilmişdir. Iddiaçı bir daha iştirakını təmin etmədiyi halda iddianın Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən geri götürülmüş hesab ediləcəyi barədə xəbərdarlıq edilsə də, bunun səbəbləri və əsasları izah edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2014cü il tarixli Qərarınında qeyd edilmişdir ki, qanunverici iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Iddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: -məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); -tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; -tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); -tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında iştirakının zəruriliyini əsaslandırmadan və bu barədə iddiaçıya məlumat vermədən iddianı geri götürülmüş hesab edərək, icraata xitam verməklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında təsbit etdiyi mövqeyə zidd qərar qəbul etmişdir. Odur ki, qeyd olunan hallar baxımından birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə qaytarılması məqsədəuyğundur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-436/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-436/2026
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver