Məhkəmə qərarları › İş №2-1(3-9)-438/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-438/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-438/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ####### 2023-cü il tarixli qərarının izah edilməsi barədə Üçüncü şəxs Cavabdehsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə X1 fəxri adla təltif edilməsi üçün tərtib edilmiş müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəlik kimi cavabdeh Üçüncü şəxs N saylı hərbi hissəsinin üzərinə qoyulmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2- 1(106)- ***/**** nömrəli qərarı ilə üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmə icraatına iştirakına xitam verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Üçüncü şəxs N saylı hərbi hissəsi Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, *- *(***)-****/**** nömrəli ## ####### 2023-cü il tarixli qərara izah verilməsini xahiş etmiş, müraciət onunla əsaslandırılmışdır ki, iddiaçıya hansı fəxri adın verilməsi və icra mexanizmi qərarda göstərilmədiyindən qərarın icrası mümkün deyil. Belə ki, “Azərbaycan Respublikasının fəxri adları haqqında” Prezidentin ## ### 1998-ci il tarixli *** nömrəli Fərmanında Mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı və mülki aviasiya sahələrində Azərbaycan Respublikasının aşağıdakı fəxri adları təsis edilmişdir: xalq yazıçısı; xalq şairi; xalq artisti; xalq rəssamı; əməkdar elm xadimi; əməkdar incəsənət xadimi; əməkdar artist; əməkdar rəssam; əməkdar mədəniyyət işçisi; əməkdar müəllim; əməkdar həkim; əməkdar memar; əməkdar dövlət qulluqçusu; əməkdar bədən tərbiyəsi və idman xadimi; əməkdar jurnalist; əməkdar mühəndis; əməkdar hüquqşünas; əməkdar kənd təsərrüfatı işçisi; əməkdar pilot; əməkdar tibb işçisi. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən qərarın nəticə hissəsi tərtib edilmiş müvafiq təltif sənədlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilməsi öhdəliyi olmuşdur ki, Müdafiə Nazirliyi tərəfindən təltif sənədləri üzrə hansı qaydada icra edilmə qaydasının qeyd edilən qanuni qüvvəsini alan məhkəmə qərarının nəticə hissəsi ilə səbəbli əlaqəsi yoxdur. Belə ki, Müdafiə Nazirliyi tərəfindən qərarın nəticə hissəsinin izah edilməsi xahiş olunsa da, inzibati orqanın hüquqi marağının hansı fəxri adla təltif olunmasında ibarətdir ki, qeyd edilən hal Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə müəyyən edilməli hal deyil. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və sözügedən qərara izah verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ərizənin məzmunu ilə eynilik təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəni dinləyib iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, ərizəçinin qeyd etdiyi kimi, Azərbaycan Respublikası Prezidentinin ## ### 1998-ci il tarixli *** nömrəli Fərmanı ilə Mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı və mülki aviasiya sahələrində Azərbaycan Respublikasının aşağıdakı fəxri adları təsis edilmiş, Prezidentin ## ### 1999-cu il tarixli, *** nömrəli Fərmanı ilə həmin fəxri adların verilməsi ilə bağlı Əsasnamə təsdiq edilmişdir. Lakin qeyd olunan əsasnamədə yalnız fəaliyyəti mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı və mülki aviasiya sferasına aid olan şəxslərə bu adların verilməsi nəzərdə tutulmuş, hərbiçilərə müvafiq adların verilməsi həmin Fərmanla tənzimlənməmişdir. Həmçinin qeyd olunur ki, ərizəçi ərizənin məzmunda Azərbaycan Respublikası müdafiə nazirinin ## ### 2004-cü il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında Təlimat”ın tələblərini şərh etmiş, həmin təlimata əsasən yüksək fərqlənmə dərəcəsi ilə təltiflər barədə təqdimatın müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Icra Aparatına göndərilməli olduğunu, Müdafiə nazirinin səlahiyyətlərinə aid olan təltiflərlə bağlı təqdimatların isə həmin nazirliyə göndərilməli olmasını qeyd etmişdir. Göründüyü kimi, ərizənin məzmununda izah verilməsi tələb olunan qərarın icra mexanizminin ərizəçinin özü tərəfindən şərh olunması məhkəmə qərarına izah verilməsi zərurətini aradan qaldırır. Bununla yanaşı, *-*(***)-****/**** nömrəli ## ####### 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı etiraz mülahizələrində qeyd etmişdir ki, ## ### 2004-cü il tarixli *** nömrəli əmr ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: N. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir; 2. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil Idarəsinə təqdim edilir; 3. Kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim olunur; 4. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki müraciətdə qeyd olunan məsələ ilə bağlı qərara izah verilməsi istisna olunur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. -230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. -230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, yuxarıda şərh olunan normaları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci, Mülki Prosessual Məcəlləsinin 230-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar