Məhkəmə qərarları › İş №2-1(3-9)-444/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-444/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-444/2026 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı Ağalar Ilham Əli oğlunun iştirakı ilə, Iddiaçı Ağalar Ilham Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı Ağalar Ilham Əli oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ilin mart ayının 02-dən 1998-ci ilin may ayına qədər Azərbaycan ordusunda xidmət etmiş, Güney Qarabağ istiqamətində gedən bütün döyüşlərdə iştirak etmiş, R rütbəli zabitdir. O, 1992-ci ilin mart ayından 1993-cü il avqust ayına qədər N saylı hərbi hissədə motoatıcı bölüyün komandiri, tabur komandirinin müavini və qərargah rəisi kimi müxtəlif vəzifələrdə olmuşdur.Sonra 1993-cü ilin avqust ayında *** saylı briqadanın əlahiddə kəşfiyyat bölüyünə komandir təyin edilmiş, 1994-cü il yanvar ayında həyata keçirilən məşhur Horadiz əməliyyatının hazırlanması, planlaşdırılması və icrasında göstərdiyi xidmətlər etmişdir. Daha sonra 1994-cü ilin may ayında bağlanmış atəşkəs razılaşmasından dərhal sonra Türkiyə Respublikasına təlim üçün göndərilmiş, oradakı “Komando” okulunu bitirib geri dönən kimi (dekabr 1994) *** saylı həbi hissənin kəşfiyyat rəisi vəzifəsinə təyinat almış, 1995-ci ilin aprel ayına qədər orada xidmət keçmiş, may ayında yeni yaradılmış ikinci Ordu korpusuna əlahiddə kəşfiyyat bölüyünün komandiri olaraq göndərilmiş, 1998-ci ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, xidmət keçdiyi dövrdə üç dəfə yaralanmış, iki dəfə kontuziya almış, sağ qolunda qalmış qəlpələrin sinir toxumalarına təsiri səbəbindən sağlamlığı pozulmuş və bir müddət üçüncü dərəcəli əlil olaraq Dövlətdən müavinət almışdır. Sosial müdafiə nazirliyinin nəzdindəki VTEK deyilən qurumun 2022-ci il fevral ayında verdiyi qərara görə əlilliyi ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası IPM-nin 38.1, 38,2 və 39.1 maddələrinin tələblərinə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Cavabdeh yanında veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi barədə Komissiyaya müraciət etmiş, həmin komissiyanın katibi Hafiz Cəbiyevin imzası ilə ##.##.2025-ci il tarixli, 3-25-14/2A299 **/**** saylı məktubla imtina cavabı verilmişdir. Qeyd olunanlara əssən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## ####### 2025-ci il tarixli 3-25-29/2-2304 /**** nömrəli arxiv arayışına əsasən iddiaçının, N nömrəli hərbi hissə komandirinin ## ####### 1994-cü il tarixli *** nömrəli əmrində soyadı “Ağalarov” yazılmışdır, atasının adı yazılmamışdır, vəzifəsi göstərilməmişdir, əsas-kimi hazırlanmiş “raport” qeyd olunmuşdur, ştatdan çıxarılma səbəbi göstərilmişdir ## ####### 1994- cü il tarixdən ştatdan kənar çıxarılması barədə məlumat qeyd edilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli ** nömrəli əmrilə əmrdə sovadı “Ağalarov” yazılmışdır, hərbi rütbəsi göstərilməmişdir. Ağalar Ilham Əli oqlu 5-ci rotanın komandir müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Iddiaçı Ağalar Ilham Əli oğlunun cavabdeh Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı (hakim H.Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 2024-cü ilədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ## ####### 2025-ci il tarixli 3-25-29/2-2304 /**** nömrəli arxiv arayışına əsasən iddiaçının, N nömrəli hərbi hissə komandirinin ## ####### 1994-cü il tarixli *** nömrəli əmrində soyadı “Ağalarov” yazılmışdır, atasının adı yazılmamışdır,vəzifəsi göstərilməmişdir, əsas-kimi hazırlanmiş “raport” qeyd olunmuşdur, ştatdan çıxarılma səbəbi göstərilmişdir ## ####### 1994-cü il tarixdən ştatdan kənar çıxarılması barədə məlumat qeyd edilmişdir. 848 (N) nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli ** nömrəli əmrilə əmrdə sovadı “Ağalarov” yazılmışdır, hərbi rütbəsi göstərilməmişdir Ağalar Ilham Əli oğlu 5-ci rotanın komandir müavini vəzifəsindən azad edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı Ağalar Ilham Əli oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə: 1. Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 90.1. Inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. IPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. IPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. IPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. IPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. IPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. IPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdır. Iddiaçının tələbi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək yaralanmışsa və ona bu xəsarətinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşsa bu hal yuxarıda qeyd edilən hüquq normalarına əsasən müharibə veteranı adının verilməsi üçün əsas verir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. Iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Işdə olan ##.##.2011-ci il tarixli, ZE ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Ağalar Ilham Əli oğlu ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək 837 və N saylı hərbi hissələrin tərkibində Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Işdə olan Cavabdeh Mərkəzi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, ** nömrəli qərarının surətindən görünür ki, Fizuli RHK tərəfindən 1992- ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş Ağalarov Ilham Əli oğlunun döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildə N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sağ bazu və kürəkdə qəlpə yarası» (Fizuli RHK-nın ##.##.2011-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2011-ci il tarixli **** nömrəli arayışı, MN MHKH-dan verilmiş ##.##.2010-cu il tarixli *** nömrəli arayış, MN MHHKnın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir). «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı Almışdır”. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin ##.##.2017-ci il tarixli, *******0002 nömrəli qərarın surətindən görünür ki, Ağalarov Ilham Əli oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Işdə olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin ##.##.2023-cü il tarixli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən ## ######## 1961-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Ağalar Ilham Əli oğlunun məhkumluğu yoxdur. Işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şəbəsinin ##.##.2023-cü il tarixli, ** nömrəli arayışından görünür ki, 1961-ci il təvəllüdlü istefada olan R Ağalar Ilham Əli oğlu həqiqətən ##.##.1992-ci il tarixdən ##.##.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətində həqiqi hərbi xidmət keçmişdir. ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Işdə olan Cavabdeh şəxsi heyət baş idarəsinin Ağalar Ilham Əli oğluna ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-**/*-A-***-**/**** nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli iclasında baxılmış vəbarənizdə müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən ##.##.1994cü il tarixdən ##.##.1995-ci il tarixədək xidməti tam təsdiqlənmədiyinə və Füzuli Hərbi Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə məhkum edildiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şəbəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, 3-43-19/2- *****/**** nömrəli məktubundan görünür ki, ##.##.1961-ci il təvəllüdlü istefada olan R Ağalar Ilham Əli oğlunun qeydiyyat xidmət kartasına və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin **/*-**** nömrəli ##.##.2012-ci il tarixli, **/*-**** nömrəli ##.##.2012-ci il tarixli arayışlarına əsasən O, ##.##.1992-ci il tarixdən ##.##.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qvvələrində zabit heyətində həqiqi hərbi xidmət keçmiş və ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar vardır. Işdə olan Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə Ağalar Ilham Əli oğlu 5-ci rotanın komandir müavini vəzifəsinə təyin olunmuşdur. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə Ağalar Ilham Əli oğlu 5-ci rotanın komandir müavini vəzifəsindən azad edilmişdir. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə Ağalar Ilham Əli oğlu 5-ci rotanın komandiri vəzifəsinə təyin edilmişdir. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** №li əmrində batalyon komandirinin imzaladığı raporta əsasən, 5-ci rotanın komandiri Ağalar Ilham Əli oğlunun N №-li hərbi hissənin şəxsi heyətinin tərkibindən azad edilərək bütün növ təchizatlardan çıxarılması qeyd olunmuşdur. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** №-li əmrilə Ağalar Ilham Əli oğlu 5-ci rotaya qəbul edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində Ağalar Ilham Əli oğluna “starşina” hərbi rütbəsinin verilməsi qeyd olunmuşdur. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində Ağalar Ilham Əli oğlunun N №-li hərbi hissə komandirinin 1-ci müavini vəzifəsinə təyin edilməsi qeyd olunmuşdur. 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində starşina Ağalar Ilham Əli oğlunun qısamüddətli zabit kursuna göndərilərək təcizatlardan çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.1993-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, Ağalar Ilham Əli oğluna “R” hərbi rütbəsinin verilməsi və ##.##.1993- cü il tarixdən N №-li hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin olunması və xidməti vəzifəsinin icrasına buraxılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrində kəşfiyyat bölüyünün komandiri, R «M.A.AranapoB»a 1 (bir) aylıq əmək haqqı məbləğində maddi yardım verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində R «M.A.AranapoB»un ##.##.1993cü il tarixdən ##.##.1993-cü il tarixədək “Seyfəli” Təlim mərkəzində olması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrində kəşfiyyat bölüyünün hərbi qulluqçusu, R Ilham Ağaların ##.##.1994-cü il tarixdən ştatdan kənar çıxarılması barədə məlumat qeyd edilmişdir. Kəşfiyyat bölüyünün komandiri, R Ağalar Ilham Əli oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin ##.##.1994-cü il tarixli müvafiq nömrəli əmrinə əsasən, vəzifəsindən azad edilməklə xidmətini davam etdirmək üçün Ehtiyat Taboru komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə ##.##.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş və ##.##.1992-ci ildə yaralanmışdır. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə diaqnozunun səbəbli əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı allınmışdır” gəstərilmişdir. Ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçının tələbi hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi olmuşdur. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən işin faktiki hallarını nəzərə almadan, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndi və həmin bəndin “Qeyd” hissəsinin tələbini iddiaçıya münasibətdə nəzərə almalı idi. Belə ki, həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Həmin hissənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur. Eyni qayda “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin Qeyd” hissəsində yer almışdır. Həmin Qanunun 3-cü maddəsinin “Qeyd” hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Göründüyü kimi hətta, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş olsalar belə, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə müharibə veteranı adı verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, əlilliyin səbəbli əlaqəsidir. Iddiaçıya əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Işdə olan TSEK-in müayinə aktlarından, qərarlarından, o cümlədən Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçı döyüş əməliyatlarında iştirak edərkən xəsarət almış və aldığı xəsarətə görə ona əlillik təyin edilmiş və əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmuşdur. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının mətnində iddiaçının soyadı “Ağalar” yerinə “Ağalarov” kimi yazılmışdır.Qeyd olunan hal qərarın icrası zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar