Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-445/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “xxxx” X2rşı “cavabdehin ##.##.2025-ci il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixindən Z********EHQ nömrəli göndəriş əsasında “ümumi xəstəlik” səbəbi ilə “Əlilliyin müəyyən olunması” Meyarlarının 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbayvan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Ruhi xəstə olmağı əsasında ona təyin edilmiş, lakin hazırki dövrdə verilməsinə heç bir əsas olmadan dayandırılmış pensiyanın bərpa olunaraq yenidən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Sonuncu dəfə iddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən Z********EHQ nömrəli göndəriş əsasında “ümumi xəstəlik” səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı tərəfindən iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1989-cu il tarixdə Imişli rayonunun Yalavac kəndində anadan olmuşdur. Deyilənlərə görə anadan olarkən travma almışdır. Onda olan ruhi xəstəliklə əlaqədar həkim əmək komissiyasının rəyi ilə ona əlillik təyin edilmişdir. 18 yaşınadək pensiya almış və 18 yaşı tamam olduqdan sonra pensiyası kəsilmişdir. Ruhi xəstə olan bir insan kimi hərbi xidmətdə olarkən ona verilən tapşırıqları yerinə yetirə bilmədiyindən, ona həvalə edilən işlərin mahiyyətini anlamadığından və insanlar arasında özünü apara bilmək qabiliyyəti olmadığından 5 ay uğursuz xidmətdən sonra onu hərbi hospitala göndərmişlər. Hospitalda müayinə və müalicə etdikdən sonra ruhi xəstə olduğunu əsas götürərək onu ordudan tərxis etmişlər. Ona verilən tibbi sənədlərə əsasən yenidən əlilliyə görə pensiya təyin edilmiş, 2023-cü ilədək pensiya almışdır. Lakin, 2023-cü ildən pensiyası yenidən dayandırmışlar. ##.##.2024-cü ildə X4 Rezonans Tomoqrafiya müayinəsindən keçmiş və Müayinə Protokolunda (Siemens 1,5T) aşağıdakı diaqnoz qoyulmuşdur: Hər iki alın qayda dərin ağ maddə içərisində və sağ ənsə payda ən böyüyü 10 mm olan, bir neçə ədəd qlioz ocaqlar izlənilir. Burun çəpərində sol tərəfə doğru əyrilik qeyd olunur. ##.##.2023-cü il tarixdə Imişli rayon Mərkəzi xəstəxanasının göndərişi əsasında X1 Dispanserində yoxlamadan keçmiş, yoxlamanın rəyində Diaqnoz: "Üzv mənşəli həyəcan pozuntusu". F60.4 qeyd olunmuşdur. Bir çox yerlərdə müayinə olunmuş və bütün müayinələrdə və Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından (xəstəlik tarixindən) çıxarışda eyni xəstəliklərin təsviri öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış etirazda göstərilmişdir ki, iddiaçı İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnozun mətni: Əsas diaqnoz F06.6 Üzvi mənşəli emosional labil [astenik] pоzuntu, Üzvi mənşəli emosional labil (asterik) pozuntu. Imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: F88-də təsvir olunan xəstəliyin xüsusiyyətləri və onların əvvəlki müraciətdə uyğunsuz var. Dəqiqləşdirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən, xəstəliyin və onun fəsadlarının kəmiyyət göstəriciləri mütləq qaydada obyektiv müayinə nəticələri ilə verifikasiya olunmalıdır. Məhkəmə psixiatrik ekspertizası tərəfindən təqdim edilən rəy xəstənin subyektiv şikayətlərinin vizual müşahidəsi üzərində qurulmuşdur. Bu cür subyektiv yanaşmanın məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi prosessual baxımdan qəbulolunmazdır. Həmçinin, nəzərə alınmalıdır ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. Məhkəmə isə öz əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş meyarların bu fundamental tələblərini nəzərə almadan, yalnız formal diaqnoz faktına istinad etməklə hüquqi yanlışlığa yol vermişdir. Həmçinin, Ali məhkəmə son icmal məktubunda da bildirmişdir ki, məhkəmələr tərəfindən əlilliyin təyin edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmadan şəxsə əlillik təyinatı aparıla bilməz. Qiymətləndirmə meyarlarının hər hansı birinin mövcudluğu ilə bağlı yaranmış mübahisənin həlli üçün ekspertiza keçirilməsinə zərurət yarandığı hallarda, ilk növbədə nəzərə alınmalıdır ki, ekspert qarşısında hüquqi deyil, yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən olunmasına dair suallar qoyula bilər. Belə suallar yalnız göndərişdə göstərilmiş xəstəliyin özünün mövcudluğunun deyil, həm də həmin xəstəliyin Əlilliyin müəyyən olunması qaydalarında öz əskini tapmış müvafiq ağırlaşmalara uyğunluğunun yoxlanılmasını da əhatə etməlidir. Bu zaman, göndərişdə göstərilmiş xəstəliklərlə bağlı ekspert qarşısında qoyulmuş suallar şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarlarına uyğun olaraq bütün bəndlər üzrə yoxlanılmasına imkan verəcək qaydada tərtib edilməlidir. Ekspert rəyində isə şəxsin sağlamlıq vəziyyətinin həmin bəndlərdə sadalanan hallardan hər hansı birinə (və ya bir neçəsinə) uyğun gəlibgəlmədiyi barədə dəqiq mövqe bildirilməlidir. Beləliklə, qeyd olunan xüsusatlar onun təsdiqidir ki,Əsasnamədə nəzərdə tutulmuş əlillik təyin olunmasına əsas verən patalogiyalar şəxsdə aşkar edilmədiyindən DTSERA tərəfindən qəbul edilmiş inzibati akt qanunauyğunluq və əsaslılıq meyarlarına tam cavab verir, işin faktiki halları ilə obyektiv vəhdət təşkil edir və qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə müvafiqdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən Z********EHQ nömrəli göndəriş əsasında “ümumi xəstəlik” səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş müayinələrlə öz təsdiqini tapmışdır. Iddiaçı İddiaçı məxsus xəstəlik sənədləri və məhkəmə tərəfindən əldə edilən sübutlarla qeyd edilən "Əlilliyin müəyyən olunması meyarları”nın qarşılıqlı təhlili zamanı iddiaçıda olan xəstəliklər meyarların 7.6.2.1-ci bəndi üzrə qiymətləndirmə halına – “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)”na uyğun olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən xəstəliklər iddiaçı İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi üçün kifayətdir və iddiaçı iddiası üzrə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0007 saylı qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmiş, imtinanın səbəbi əlavə müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 publik hüquqi şəxsin # ####### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildirilir ki, İddiaçı əlillik vəziyyəti təkrar olaraq ##.##.2014-cü il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə 1 il müddətinə (##.##.2015-ci il tarixinədək), sonrakı dövrdə isə ##.##.2015-ci il tarixindən ümumi xəstəlik səbəbilə ikinci dərəcə 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Şəxsin ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2021-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin N********QJF nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsi tərəfindən Z********EHQ nömrəli göndəriş əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ##.##.2014-cü il tarixindən ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə (##.##.2015-ci il tarixinədək), sonrakı dövrdə isə ##.##.2015-ci il tarixindən ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcə (##.##.2016-cı il tarixinədək) əlillik təyinatı aparılmışdır. Daha sonra şəxsin ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyinatı 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Ağdam RƏD-in Z********EHQ nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Hazırda iddiaçı tərəfindən həmin qərar mübahisələndirilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; ... 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Ağdam RƏD tərəfindən “Üzvi mənşəli emosional labil [astenik] pоzuntu, Üzvi mənşəli emosional labil (asterik) pozuntu.” diaqnozu ##.##.2025-ci il tarixdə əlilliyin təyini ilə bağlı Z********EHQ №-li göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ## ####### 2025-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Birlik tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi mənşəli emosional labil pozuntu” (F06.6) müəyyən edilir. Buna anamnestik məlumatlar (kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, baş ağnsından, yuxusuzluqdan şikayət etməsi, Azərbaycan Respublikas Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi emosional labil pozuntu diaqnozu müalicədə olması) və hal-hazırki müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, əhvali mhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə Dəmirov VüsaI Ilqar oğluna təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur və aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. Iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AO******* nömrəli hərbi biletin 21- 22-ci səhifələrində aparılmış qeyddən görünür ki, MN MHHK-nın ## ####### 2007-ci il tarixli Xəstəlik haqqında Şəhadətməsinə əsasən iddiaçı “mərkəzi sinir sisteminin keçirilmiş üzvi asteno-nevrotik vəziyyəti” ilə təzahür edən əlamətlərlə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdehin mübahisələndirilən imtina qərarında iddiaçıya əlilliyin müəyyən edilməsində imtina əsası kimi “əlavə müalicəyə ehtiyacın olması” qeyd edilmişdir. Yəni, əslində cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu mübahisələndirməmişdir. Iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş forma 88 göndərişindən müəyyən edilir ki,iddiaçının xəstəliyi xronikidir.Xəstəliyin başlanma tarixi onun doğulduğu vaxtdan müəyyən edilmiş,özünəqulluq,sərbəst hərəkətetmə və davranışına nəzarətetmə bacarıqlarının İ dərəcə məhdud olduğu göndərişdə təsbit edilmişdir. X7 əsasən F06.6 kodu “emosional səbirsizliklə və ya labilliklə, yorğunluqla, çox sayda xoşagəlməz fiziki hissiyyatlarla məsələn, başgicəllənmə ilə, ağrılarla və üzvi patologiyalar nəticəsində əmələ gəlməsi ilə səciyyələnən pozğunluq” vəziyyətini nəzərdə tutur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *- *(***)-****/**** nömrəli, 2-1(102)- ****/**** nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, 2-1(102) ****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)) uyğundur və həmin bəndə əsasən onun əlilliyi iki il müddətinə 35-60% dərəcə ilə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-445/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-445/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver