Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-449/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0012 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən C*******IQA nömrəli göndəriş əsasında “Ümumi xəstəlik” səbəbi ilə İddiaçı göndərişdə qeyd edilən əsas və yanaşı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 1 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş C********IQAN nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçının vəkili və nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0012 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən C*******IQA nömrəli göndəriş əsasında “Ümumi xəstəlik” səbəbi ilə İddiaçı göndərişdə qeyd edilən əsas və yanaşı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 1 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun səhhətində yaranmış xəstəliklə bağlı 2023-2025-ci illərdə müxtəlif tibb müəssisələrində müalicə almasına baxmayaraq reabilitasiya olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin aidiyyəti tibb müəssisələri tərəfindən cavabdeh Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanan göndərişlərdə (daxil olma və çıxma tarixi: ##.##.2023-##.##.2023 və ##.##.2025-##.##.2025) iddiaçı İddiaçı “Miokardin ön divarının təkrar infarktı, U.J.X stabil gərginlik stenokardiya FS (Funksional sinif) II-III, stent əməliyyatından sonrakı vəziyyət X.U.Ç (X1) FS II-III, infarktdan sonrakı kardioskleroz, hipertoniya xəstəliyi III mərhələ, somatikləşdirilmiş pozuntu, Asteno nevrotik vəziyyət, dissosiativ konvulsiya, hər iki aşağı ətrafların venaların varikoz genişlənməsi, dərin venaların tromboflebiti, endovenoz lazer və kiçik fleboektomiya əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi nəticəsində əlillik təyinatına əsas verən tibbi dəyişikliklər, ağırlaşmalar aşkar olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiyalar Ümumi xəstəlik Yanaşı xəstəliklər I11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertoniya III dərəcə Ümumi xəstəlik Somatikləşdirilmiş pozuntu, Somatikləşdirilmiş pozuntu Ümumi xəstəlik Ağırlaşma I25.2 Əvvəllər keçirilən miokard infarktı, Infarktdan sonrakı kardioskleroz. Ümumi xəstəlik Dissosiativ konvulsiyalar, Dissosiativ konvulsiyalar. Durğunluq ürək çatmamazlığı, X1 İ F.S.Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Əsas diaqnoz və instrumental müayinələrin nəticələri barədə qeyd edilmiş məlumatlar əlillik dərəcəsinin təyininə əsas vermir..” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Şəxsdə olan xəstəliklərin əlillik dərəcəsi təyin etmək üçün kifayət etməməsi qənaətinə gəlinərək iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətində qeyd olunan göstəricilər müvafiq meyarların tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum — 35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Vurğulanmalıdır ki, qüvvədə olan qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş meyarların tələblərinə əsasən, orqanizmin funksiyalarının pozulma dərəcəsi müəyyən edilmiş minimal kvotadan aşağı olduğu təqdirdə, Agentliyin əlillik təyinatı aparmağa hüquqi əsası yoxdur. Bu prizmadan, iddiaçının patofunksional vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş cari qiymətləndirmə meyarlarına cavab verməməsi səbəbindən verilmiş imtina qərarı maddi və prosessual hüquq normaları çərçivəsində tam qanunidir. Işin hallarından görünür ki, iddiaçının adına rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz kimi “I25.2” diaqnozu qeyd edilmişdir. Həmin XBT kodu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud deyildir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin 2-1(120)-605/2025, saylı, ## #### 2025-ci il tarixli qərarının ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə iddia tərəfinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “xxxxnin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0012 saylı qərarının ləğv edilməsi və ##.##.2025-ci il tarixdən C*******IQA nömrəli göndəriş əsasında “Ümumi xəstəlik” səbəbi ilə İddiaçı göndərişdə qeyd edilən əsas və yanaşı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulmasının 35- 60 faiz dərəcəsi ilə 1 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnozlar qoyulmuşdur. Qeyd edilən xəstəliklərə, xəstəliklər üzrə diaqnozlara, ağırlaşma hallarına və məhkəmə tərəfindən iddiaçının xəstəliyi üzrə əldə edilən sübutlara əsasən şəxsdə yuxarıda qeyd edilən xəstəliklərin mövcud olduğu müəyyən edilir. Iddiaçı orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsi ilə 1 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Məhkəmə iddiaçının təqdim etdiyi xəstəlik sənədlərini, eləcə də araşdırma aparılması məqsədilə əldə etdiyi sübutları, rəyləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etmiş və yekun olaraq tərəfin tələbi ilə razılaşmışdır. Tərəfə əvvəllər əlillik təyin edilən zamanda qeyd edilən xəstəliklərin şəxsdə aşkar olunduğu müəyyən edilir. Mübahisəli qərarın verilməsinə əsas olan diaqnozlar və təhlillərə əsasən isə xəstəliyin məhz 35-60 faiz dərəcəsinə uyğunluğu aşkar müəyyən edilir. Belə ki, iddiaçı ilə bağlı tərtib edilən forma- 88 göndərişində qeyd edilən əsas xəstəlik və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilən meyarlara əsasən qarşılıqlı təhlili zamanı həm əsas xəstəlik üzrə, həmdə ağırlaşmalar üzrə qeyd edilən həkim müayinələrinin, köməkçi diaqnostik müayinələrinin və laborator müayinələrinin nəticələri iddiaçıda olan xəstəliklərin 2.2.1 bəndində qeyd edilən “ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 35-60 faiz – 1 il müddətinə” uyğunluğu müəyyən edilmişdir. Belə olan halda isə məhkəmə qeyd edilən hissədə əlavə araşdırma aparılmasına zərurət görmür. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tələbində əlilliyin səbəbli əlaqəsin düzgün olaraq “ümumi xəstəlik” səbəbi kimi qeyd etməsini haqlı hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi * nömrəli Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******00** nömrəli qərarı ilə İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Rüstəm Ayaz oğluna ##.##.2025-ci il tarixli, *-**-*/*-R-*****/**** nömrəli məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin C********IQA nömrəli göndərişi əsasında ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubundan görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx” publik hüquqi şəxsin (bundan sonra - Institut) poliklinika şöbəsində ambulator müayinələrdən keçmişdir. Aparılmış kardioloji müayinələrdən sonra həkim-kardioloq tərəfindən tibbi rəy tərtib edilmiş ##.##.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, təngnəfəslikdən, ürəkdöyünmədən, ürək nahiyəsindəki sıxıq ağrıdan. Özünü uzun müddətdir xəstə hesab edir. Xəstənin halı stabildir. Dəri və görünən selikli qişaları avazıyıb. Dərialtı piy toxuması normadan artıq inkişaf edib. Auskultasiyada ürək tonları karlaşıb. A\T 220\100 mm.c.st. Ps-85 v\dəq. Auskultasiyada hər iki ağciyər üzərində sərt tənəffüs eşidilir. Sinus ritmi. ÜEO sola meyl edib.Sol mədəciyin hipertrofıya əlaməti. Sol ön yayılmış nahiyədə qan təchizatının zəifləməsi. Sol mədəciyin sistola diastolic ölçüləri normal. Sistolik funksiyamı azalıb, LVEF-53 %. Scqmentar hərəkət qüsuru qeyd olunur. Sol mədəciyin diastolik disfunksiyası və konsentrik hipertrofıya. Sol qulaqcıq genişlənib. Sağ boşluq ölçüləri N..SPAP mmHg-N. Tredmil test: əks göstərişdir. ÜIX:I20.8 Stabil gərginliok stenokardiyası II fs. Z95.5 Koronar angioplastikadan sonrakı vəziyyət. 111.0 Arterial hipertoniya III dər. 150.0 X1 İ fs. Işin hallarından görünür ki, iddiaçının sonuncu müraciətinə əsasən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli, C*******IQA nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə ##.##.2025-ci il tarixdə baxılmış və “Diaqnozun mətni: Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiyalar Ümumi xəstəlik Yanaşı xəstəliklər il 11.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsı ilə hipertenziv [hipertoniya] xəstəlik |-yi|, Arterial hipertoniya III dərəcə Ümumi xəstəlik Somatikləşdirilmiş pozuntu, Somatıkləşdırilmiş pozuntu Ümumi xəstəlik Ağırlaşma I25.2 Əvvəllər keçirilən mlokard Infarktı, Infarktdan sonrakı kardloskleroz. Ümumi xəstəlik Dissosiativ konvulsiyalar, Dissosiativ konvulsiyalar. Durğunluq ürək çatmamazlığı, X1 İ F.S” diaqnozu qoyularaq əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; ... 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-***/**** nömrəli məktubundan görünür ki, 1983-cü il təvəllüdlü İddiaçı ##.##.2025- ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx” publik hüquqi şəxsin (bundan sonra - Institut) poliklinika şöbəsində ambulator müayinələrdən keçmişdir. Aparılmış kardioloji müayinələrdən sonra həkim-kardioloq tərəfindən tibbi rəy tərtib edilmiş ##.##.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki: - təngnəfəslikdən, ürəkdöyünmədən, ürək nahiyəsindəki sıxıq ağrıdan əmələ gəlir, - Dərialtı piy toxuması normadan artıq inkişaf edib, - Auskultasiyada ürək tonları karlaşıb. A\T 220\100 mm.c.st. Ps-85 v\dəq, - Auskultasiyada hər iki ağciyər üzərində sərt tənəffüs eşidilir. Sinus ritmi. ÜEO sola meyl edib, - Sol mədəciyin hipertrofıya əlaməti müəyyən edilir, - Sol ön yayılmış nahiyədə qan təchizatının zəifləməsi müəyyən edilir, - Sistolik funksiyamı azalıb, LVEF-53 %. Scqmentar hərəkət qüsuru qeyd olunur, - Sol mədəciyin diastolik disfunksiyası və konsentrik hipertrofıya. Sol qulaqcıq genişlənib. Sağ boşluq ölçüləri N..SPAP mmHg-N. Tredmil test: əks göstərişdir. ÜIX:I20.8 - Stabil gərginliok stenokardiyası II fs. Z95.5 Koronar angioplastikadan sonrakı vəziyyət. 111.0 Arterial hipertoniya III dər. 150.0 X1 İ fs. Diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki,iddiaçı barəsində tərtib olunmuş göndərişdə əsas diaqnoz XBT-nin I20 kodunda təsbit olunan “Stenokardiya” diaqnozudur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.2-ci bəndində “Ürəyin işemik xəstəliyi” diaqnozunun qiymətləndirici əlamətləri qeyd edilmişdir. Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III 2.2.1. (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA 35-60 1 il mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS III (50 Vatt və 2.2.2. ya 2-3,9 METs); XÜÇ IIB mərhələ 65-80 2 il olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda Işin obyektiv və hərtərəfli araşdırılması Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının müəyyən edilmiş sağlamlıq vəziyyətinin müvafiq Meyarlara əsasən təsbit edilmiş “ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda” diaqnozu ilə müqayisəli təhlili üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına “X11” PHŞ-yə sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı aid təqdim olunmuş tibbi sənədlərin təhlili nəticəsində onda Ürəyin işemik xəstəliyi: stabil gərginlik stenokardiyası II funksional sinif və X1 İ funksional sinif qeydə alınmışdır. Beləliklə, iddiaçının mövcud sağlamlıq vəziyyəti yuxarıda göstərilən meyarlarla müəyyən edilmiş ürək-damar sisteminin mülayim disfunksiyası göstəricilərinə uyğun gəlmir. İddiaçı dair təqdim olunmuş tibbi sənədlərdə fiziki yüklənməyə tolerantlığın veloerqometriya və ya tredmil stress testi vasitəsilə Watt və ya MET vahidləri ilə qiymətləndirilməsini əks etdirən müayinə nəticələri mövcud deyildir. Mövcud tibbi sənədlərə əsasən, arterial təzyiqin yüksək olması (220/100 mm civə sütunu) səbəbindən qeyd olunan funksional yük sınaqlarının aparılması mümkün olmamışdır. Bu səbəbdən fiziki yüklənməyə tolerantlığın Watt və ya MET vahidləri üzrə dəqiq kəmiyyət göstəricilərinin təqdim edilməsi mümkün deyildir. Eyni zamanda, təqdim olunmuş tibbi sənədlərdə əks olunmuş klinik vəziyyət – ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası II funksional sinif və X1 İ funksional sinif nəzərə alınmaqla, iddiaçının fiziki yüklənməyə tolerantlığının 50 Watt və ya 2–3,9 MET səviyyəsinə uyğun olduğunu təsdiq edən tibbi əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki,Meyarlara əlavədə nəzərdə tutulmuş “Ürəyin işemik xəstəliyi” ürək əzələsinə qan və oksigen gətirən tac (koronar) arteriyaların daralması və ya tutulması nəticəsində ürəyin kifayət qədər oksigen ala bilməməsidir.Bu xəstəliyin müvafiq qiymətləndirici əlamətləri insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə onların məhdudlaşma dərəcələri səviyyəsində olduqda əlilliyin müəyyən edilməsinə əsas olur. Göründüyü kimi iddiaçıda sözügedən xəstəliyin olduğu işin mübahisəsiz halıdır.Lakin, tibbi sənədlərin təhlili nəticəsində iddiaçıda “Ürəyin işemik xəstəliyi: stabil gərginlik stenokardiyası II funksional sinif və X1 İ funksional sinif ” qeydə alınmışdır.Əlillik təyinatı isə III Fs olduqda nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıda olan xəstəliklər üzrə ona təyin edilmiş diaqnoz ona əlilliyin təyin edilməsinə imkan vermir. Yəni, “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci bəndində qeyd edilən xəstəlik (ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2-3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda) məhkəmə araşdırması iddiaçıda aşkar edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanuni olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsassız olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, İddiaçı sağlamlıq vəziyyəti əlilliyin qiymətləndirilməsi məqsədilə tətbiq edilən Meyarların tələblərinə uyğun hesab edilmir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilir. Iddia təmin edilmir. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-449/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-449/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver