Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-451/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi ilə, Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə X2rşı “barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, 3-17-1/3-3- ****/**** nömrəli qərarın 6 illik hesablanma hissəsində ləğv edilməsi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə uyğun olaraq fərdi hesabının sığorta hissəsində ##.##.2018-##.##.2024-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, 3-17- */*-*-****/**** nömrəli qərarın 6 illik hesablanma hissəsində ləğv edilməsi, ##.##.2018-ci il tarixdən ##.##.2024-cü tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalının “Əmək pensiyaları haqqında” 37.3.1-ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdən yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1961-ci il tarixdə anadan olmuş, ##.##.2018-ci il tarixdə 57 yaşına çatmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə 6 il tamam olduğuna görə topladığı 24.965,76 manat pensiya kapitalı 96 aya bölünərək pensiyası yenidən hesablanmışdır. Iddiaçı 6 il (##.##.2018-##.##.2024-cü illər) ərzində topladığı 24.965,76 manat pensiya kapitalının 96 aya bölünərək əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, həmin pensiya kapitalının 72 aya bölünərək pensiyanın yenidən hesablanması haqqında qərar qəbul edilməsi və pensiya kapitalının 96 aya bölünərək yenidən hesablanması haqqında qəbul edilmiş qərarın surətinin ən azından qərarın nömrə və tarixinin) verilməsi barədə ##.##.2025-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2 Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli məktubla pensiya kapitalının 72-yə bölünməsindən imtina etmişdir. Imtinaya səbəb kimi ##.##.2022- ci il tarixindən əvvəl pensiya təyin olunmasını göstərir və bu əsasla ƏPQ-nin həmin tarixdən əvvəl qüvvədə olmuş 45-ci maddəsinə uyğun pensiyanı hesablayır. Halbuki, ##.##.2022- ci il tarixindən yaş fərqi aradan götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın 6 illik hesablanma hissəsində ləğv edilməsi, ##.##.2018-ci il tarixdən ##.##.2024-cü tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalının “Əmək pensiyaları haqqında” 37.3.1ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdən yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz edilərək bildirilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən ##.##.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı İddiaçı Mərkəzi Filiala ##.##.2025-ci il tarixli müraciətinə əsasən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, onun əmək pensiyası 57 yaşının tamamlandığı ##.##.2018-ci il tarixindən yenidən hesablanaraq pensiya məbləği 224,03 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2024cü il tarixinə 416,53 manat) məbləğində müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Həmçinin, İddiaçı pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24965,76 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 aya (65 yaş-63 yaş)=24 ay + (144 ay-72 ay) bölünməklə 260,06 (24965,76/96) manat əmək pensiyasının (416,53 manat) üzərinə əlavə edilərək pensiya məbləği ##.##.2024-cü il tarixindən 676,59 (416,53+260,06) manata (indeksləşdirilməklə ##.##.2025-ci il tarixinə 731,39 manat) artırılmışdır. Iddiaçı İddiaçı “##.##.2025-ci il tarixli qərarın əmək pensiyasının 6 illik yenidən hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdehin hesablaması ilə razı deyildir. Hesab edir ki,yuxarıda qeyd olunan Qanunun 45-ci maddəsinin 2-ci cümləsi həmin vaxt qüvvədə deyildi, qüvvədə olsa belə, pensiyanın yenidən hesablanmasını deyil, təyin olunması məsələsini tənzimləyirdi. Pensiyanın təyin olunması ilə, yenidən hesablanması isə ayrı- ayrı hüquqi tənzimləmələrdir. ƏPQ-nin 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. ‘‘Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” # ###### 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsində pensiyaya çıxmasına baxmayaraq hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Məhkəmənin Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadına istinad etməsinə gəldikdə isə, iddiaçı həmin tarixədək məhkəməyə müraciət etmişdi, birinci instansiya məhkəməsi sabit təcrübəyə çevrilmiş iş üzrə 1 ildir qərar qəbul etməyibsə, bu, iddiaçının hüququnun pozulmasına səbəb olmamalıdır. Iddiaçıdan sonra məhkəməyə müraciət edən başqa iddiaçıların analoji işlər üzrə iddialarının təmin olunması haqqında qərarlar qəbul edildi. Iddiaçının tələbi isə süründürməçilik nəticəsində Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərardaından 5 gün sonra rədd edildi. Yuxarıda göstərilənlər nəzərə alınaraq iddiaçı Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz irəli sürülərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” ## ### 2022-ci il tarixli 530- VIQD nömrəli Qanunun 1.11 -ci maddəsinin və həmin Qanunun keçid müdəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli **/**** nömrəli qərardadında əks olunmuş hüquqi mövqeyə əsasən: “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## ####dan əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45.ci maddəsinin 2017-ci il # #### tarixindən 2022- ci il 29 iyun tarixinədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Eyni zamanda yeni hüquqi mövqeyin bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir. Hazırki iş üzrə qərar qeyd edilən qərardadda göstərilən mövqeyə uyğun olaraq qərardad çıxdıqdan sonra qəbul edilmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Mehri Qurbanova apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017- ci il 1 iyul tarixdən 2022ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın 6 illik hesablanma hissəsində ləğv edilməsi, ##.##.2018-ci il tarixdən ##.##.2024-cü tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalının “Əmək pensiyaları haqqında” 37.3.1-ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdən yenidən hesablanması və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.11 -ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi “Əmək pensiyaları haqqında” Qanundan çıxarılmışdır. Eyni zamanda, ## ### 2022-ci il tarixli 530- VIQD nömrəli Qanunun 2.2-ci maddəsi ilə (Keçid müddəa) 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklikdən göründüyü kimi, əlavə olunan keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi ##.##.2022-ci il tarixədək təyin edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsası olmadığından hazırkı məzmunda iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1961-ci il tarixdə anadan olmuş, Neftçala rayonu, məhəllə 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X3 pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın surətindən görünür ki, İddiaçı ##.#.2025-ci il tarixdən ömürlük 731,39 manat hesablanmışdır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə X8 Nəzər Iraz oğluna ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubundan görünür ki, ##.##.2025-ci il tarixli müraciətinə əsasən Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, onun əmək pensiyası 57 yaşının tamamlandığı ##.##.2018-ci il tarixindən yenidən hesablanaraq pensiya məbləği 224,03 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə ##.##.2024-cü il tarixinə 416,53 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24965,76 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsininin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 aya (65 yaş-63 yaş)=24 ay+(144 ay-72 ay) bölünməklə 260,06 (24965,76/96) manat əmək pensiyasının (416,53 manat) üzərinə əlavə edilərək pensiya məbləği ##.##.2024-cü il tarixindən 676,59 (416,53+260,06) manata (indeksləşdirilməklə ##.##.2025-ci il tarixinə 731,39 manat) artırılmışdır. İddiaçı keçmiş üç il üçün ödənilməli olan 2259,64 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsait cari aydan etibarən hissə-hissə (hər ay 112,98 manat) onun əmək pensiyasının üzərinə əlavə müvafiq kart hesabına köçürülür. Ilk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.14-cü maddəsində qeyd edilir ki, gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Həmin Qanunun 10-cu və 13-cü maddələrinə görə yaşa və əlilliyə görə əmək pensiyasının məbləği müəyyən edilərkən gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # #### 2006-cı il tarixli *** nömrəli Fərmanının (sonrakı dəyişiklərlə) 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Həmin Qanunun 37.3.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsində yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləyən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayının azaldılması nəzərdə tutulmuşdur. Yenidən hesablama zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Prezidentinin # #### 2006-cı il tarixli *** nömrəli Fərmanı ilə müəyyən edilən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı olan 144 ay pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Beləliklə, pensiyaçının işlədiyi 6 (altı) il ərzində topladığı pensiya kapitalı (144-72)=72-yə bölünməklə əvvəllər təyin edilmiş pensiya məbləğinə əlavə olunaraq pensiya yenidən hesablanır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017- ci il 1 iyul tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş sözügedən ikinci cümləsi Qanunun 9-cu maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyası təyin olunan şəxslərin gözlənilən pensiya ödənişi müddəti aylarının sayı ilə bağlı xüsusi tənzimləmə müəyyən etmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsində pensiyaçının işlədiyi 6 (altı) il ərzində topladığı pensiya kapitalının (144-72)=72-yə bölünüb əvvəllər təyin edilmiş pensiya məbləğinə əlavə olunmaqla pensiyanın yenidən hesablanması nəzərdə tutulsa da, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyası təyin olunmuş şəxslərin işlədiyi dövrdə topladığı pensiya kapitalına görə 6 pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin sayı fərqli qaydada, yəni Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinə uyğun müəyyən edilmişdir. Buna görə, Qanunun 9-cu maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyası təyin olunmuş şəxs işləməkdə davam etməklə pensiya kapitalı toplayaraq işləməyən pensiyaçı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiyası yenidən hesablanarkən toplanan pensiya kapitalı “(144-72)=72” düsturuna uyğun deyil, Qanunun 45-ci maddəsinin ikinci cümləsində müəyyən edilmiş düstura uyğun bölünəcəkdir. Bu halda, gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay deyil, 144 ay üstəgəl güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı olacaqdır. Beləliklə, pensiya məbləği müəyyən edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 10, 13, 37.3.1-ci maddələrində, o cümlədən 45-ci maddəsində gözlənilən pensiya ödənişi müddəti aylarının sayı əsas götürülür. Qanunun 10 və 13-cü maddələrində ilk dəfə pensiya təyinatının aparılması zamanı, 37.3.1-ci maddəsində pensiya təyin edildikdən sonra toplanan pensiya kapitalına görə pensiyanın yenidən hesablanması zamanı, 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsində isə xüsusi olaraq Qanunun 9-cu maddəsində nəzərdə tutulan əmək pensiyaçılarının toplanan pensiya kapitalına görə pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı təsbit edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi “Əmək pensiyaları haqqında” Qanundan çıxarılmışdır. Eyni zamanda, ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsi ilə (Keçid müddəa) 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklikdən göründüyü kimi, əlavə olunan keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi ##.##.2022-ci il tarixədək təyin edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Nəticədə, keçid müddəaları ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən təyin edilmiş pensiyaların yenidən hesablanması, eləcə də bu tarixə kimi hüquq qazanmış, lakin ##.##.2022-ci il tarixdən sonra təyinat üçün müraciət edənlərə pensiya təyinatı zamanı tətbiq edilməli, onların pensiyasının məbləği müəyyənləşdirilərkən Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1961-ci il tarixdə anadan olmuşdur. Ona ##.##.2018-ci ildə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının hüquqi marağı 6 il (##.##.2018-##.##.2024-cü illər) ərzində topladığı 24.965,76 manat pensiya kapitalının 96 aya bölünərək əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, həmin pensiya kapitalının 72 aya bölünərək pensiyanın yenidən hesablanması haqqında qərar qəbul edilməsindən ibatətdir. Yuxarıda göstərilən normalara müvafiq olaraq ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən təyin edilmiş pensiyaların yenidən hesablanması, eləcə də bu tarixə kimi hüquq qazanmış, lakin ##.##.2022-ci il tarixdən sonra təyinat üçün müraciət edənlərə pensiya təyinatı zamanı tətbiq edilməli, onların pensiyasının məbləği müəyyənləşdirilərkən Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Beləliklə qeyd olunan müddəaları işin faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı qanuni olmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan göründüyü kimi iddiaçıya pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 24965,76 manat pensiya kapitalı Qanunun 37.3.1ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 96 aya (65 yaş-63 yaş) = 24 ay + (144 ay - 72 ay) bölünməklə 260,06 (24965,76/96) manat əmək pensiyasının (416,53 manat) üzərinə əlavə edilərək pensiya məbləği ##.##.2024-cü il tarixindən 676,59 (416,53+260,06) manata artırılmışdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-451/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-451/2026
09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver