Məhkəmə qərarları › İş №2-1(3-9)-454/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-454/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-454/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı X6, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı X6 “qərara izah verilməsi və cərimə tətbiq edilməsinə dair” ərizəsi üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/*** nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G********LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə kassasiya mümkün sayılmamışdır. Iddiaçı X6 Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi və cavabdeh tərəfindən qərarın icra edilməməsinə görə barəsində 50.000 manat cərimənin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli X2-Sosial Eksperiza və X8-sosial ekspert komissiyasının ##.##.2023cü il tarixli, *-**-*/*-*-****/*** nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G********LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin, həmin göndəriş əsasında və Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli Qərarının əsaslandırma hissəsində qeyd olunduğu formada əlillik təyinatın aparılması kimi başa düşülməsi izah olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh tərəfindən Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı tərəfimizdən icra edilmişdir. Belə ki, həmin qərarın nəticə hissəsində iddiaçıya G********LYG nömrəli göndəriş əsasında OFP müəyyən olunması öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. Həmin göndərişdə “Əsas diaqnoz” S06-Kəllədaxili travma, X3 Beyin travmasının davamlı fəsadı. Postravmatik ensefalopatiya-tez-tez qıcolma tutmaları ilə müəyyən edilmişdir. “Yanaşı diaqnoz” və ağırlaşmalar isə G63.2-Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polinevropatiya, I73-Periferik damarların digər xəstəlikləri, Aşagı ətrafların diabetik angiopatiyası, I20.8-Stenokardiyanın digər formaları, ÜIX:Gərginlik stenokardiyası III f.s.AKŞ əməliyyatından sonrakı vəziyyət, F48.0- Nevrasteniya, Kəskin asteno-nevrotik vəziyyət, H43.3- Şüşəyəbənzər cisimin digər bulanmaları, OU-Şüşəvari cismin bulanmaları, H35.0- Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-Diabetik retinopatiya, G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Diabetik ensefalopatiya, I50-Ürək çatmamazlığı, XQDÇ II mərhələ.Ekstrasistolik aritmiya, I11.0- [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Arterial hipertoniya III mərhələ, III əlavə risk, E11.7-Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip II, ağır gedişli, insulin tələbi ilə diaqnozları qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nəticə hissəsində iddiaçı barəsində rəsmiləşdirilmiş G********LYG nömrəli göndəriş əsasında OFP müəyyən olunması öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı tərəfimizdən icra edilərək göndərişdə müəyyən olunmuş E11.7-Insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip II,agır gedişli,insulin tələbi ilə diaqnozu əsasında iddiaçıya *** saylı Əsasnamənin 11.2.5.1 -ci bəndinə əsasən Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbilə OFP 40% olmaqla 1 il müddətinə əlillik təyin edilmişdir. Lakin Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının əsaslandırma hissəsində məhkəmə müxtəlif tibbi çıxarışlara istinad etsə də, həmin çıxarışlarda qeyd edilən diaqnozlar (G40.0 - Epilepsiya (qıcolma tutması) və F 43.1 - Posttravmatik əsəbi gərginlik (stress pozuntusu) G********LYG nömrəli göndərişdə mövcud deyildir. Şirvan Apellyasiya Məhkəməsinin sözügedən qərarında Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanıldığı qərara alınmış və Agentlik tərəfindən qanuni qüvvəsini almış Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarının nəticə hissəsində yuxarı instansiya məhkəməsinin əsaslandırma hissəsində qeyd edilənlər yer almamışdır. Qeyd edilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin apellyasiya şikayəti əsasən iki tezis üzərində qurulmuşdur: birincisi, guya məhkəmə qərarı artıq icra edilmişdir, çünki iddiaçıya E11.7 diaqnozu üzrə orqanizmin funksiyalarının 40 faiz pozulması müəyyən edilməklə 1 il müddətinə əlillik təyin olunmuşdur; ikincisi, guya birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını şərh etmiş, bununla da səlahiyyət həddini aşmışdır. Hesab edirik ki, hər iki dəlil əsassızdır, işin faktiki hallarını və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icra olunması prinsipini təhrif edir. Hazırkı mübahisənin mərkəzi məsələsi ayrıca götürülmüş hər hansı bir XBT kodunun formal mübahisələndirilməsi deyil, iddiaçının əvvəlki dövrlərdə mövcud olmuş əlillik təyinatlarının, həmin təyinatların səbəbinin, müddətinin, XBT üzrə əsaslandırmasının, habelə G********LYG nömrəli göndərişdə göstərilmiş əsas diaqnozun cavabdeh tərəfindən ümumiyyətlə nəzərə alınmamasıdır. Cavabdeh 5 il müddətinə verilmiş əvvəlki II dərəcəli əlillikləri və sonradan elektron sistemdə görünmüş müddətsiz əlillik təyinatını nəzərə almadan, yalnız yanaşı xəstəlik kimi qeyd olunmuş şəkərli diabet üzrə 1 illik, üstəlik artıq müddəti bitmiş əlillik təyin etməklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının real icrasını təmin etməmiş, sadəcə icra görüntüsü yaratmışdır. Qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməməsi, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı Yalçın Zülfüqarov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirir və Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirir və Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti “Şirvan Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi” hissəsində əsaslı, “ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi” hissəsində əsassızdır. Belə ki, ərizəçi göstərir ki, birinci instansiya məhkəməsinin qərarının qeyri-müəyyən ifadə olunmasından istifadə edən cavabdeh qərarı öz mülahizəsinə uyğun şəkildə icra etmiş, nəticədə iddiaçıya yalnız bir il müddətinə əlillik təyin etmişdir. Ərizəçinin mövqeyinə görə, cavabdehin bu hərəkətləri məhkəmə qərarının məzmununa və məqsədinə uyğun icra hesab edilə bilməz. Bu səbəbdən ərizəçi sadəcə qərarın izah olunmasını deyil, həm də məhkəmə qərarının düzgün icrasının təmin edilməsini və qərarı lazımi qaydada icra etməyən cavabdeh barəsində cərimənin tətbiq edilməsini xahiş edir. Kollegiya qeyd edir ki,ilkin olaraq ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsində hüquqi marağı, nail olmaq istədiyi hüquqi nəticə müəyyən edilməlidir. Sözügedən ərizəyə əsasən ərizəçi tərəfindən iki məsələ ilə bağlı birinci instansiya məhkəməsinə müraciət edilmişdir :

1. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi;

2. cavabdeh tərəfindən qərarın icra edilməməsinə görə barəsində 50.000 manat cərimənin tətbiq edilməsi. Apellyasiya şikayətinin dəlillərinə görə Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra olunmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçıya E11.7 diaqnozu üzrə orqanizmin funksiyalarının 40 faiz pozulması müəyyən edilməklə 1 il müddətinə,## ###### 2023-cü il əlillik təyinatının tarixi göstərilməklə əlillik təyin olunmuşdur.Ərizəçi həmin təyinatla razılaşmayaraq ilkin olaraq məhkəmədən müvafiq təyinata qiymət verilməsini,qərarın düzgün icra olunmadığını bildirərək cavabdehə cərimə tətbiq edilməsini tələb etməkdədir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli X2-Sosial Eksperiza və X8-sosial ekspert komissiyasının ##.##.2023cü il tarixli, *-**-*/*-*-****/*** nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş G********LYG nömrəli göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin, həmin göndəriş əsasında və Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli Qərarının əsaslandırma hissəsində qeyd olunduğu formada əlillik təyinatın aparılması kimi başa düşülməsi izah olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Hazırkı halda birinci instansiya məhkəməsi həmin ərizəyə baxaraq qərara almışdır ki, iddiaçıya əlillik məhkəmənin qərarının əsaslandırma hissəsinə uyğun olaraq təyin edilməmiş və nəticədə üçün ərizə qismən təmin edilməli və G********LYG nömrəli göndəriş əsasında Şirvan Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli Qərarının əsaslandırma hissəsində qeyd olunduğu formada əlillik təyin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərarın düzgün icra edilməsinə dair məsələnin hazırkı vəziyyətdə qiymətləndirilməsi baxımından düzgün nəticəyə gəlməmişdir. Belə ki, daxil olmuş ərizəyə münasibətdə ərizəçiyə hüquqi yardım göstərilməli, ilkin olaraq izahla bağlı hissədə ərizə qiymətləndirilməli idi. Məhkəmə hesab edir ki, ərizəyə təkrar baxmalı olan birinci instansiya məhkəməsi ilkin olaraq ərizənin həlli üçün qanuni qüvvəyə minmiş Şirvan Inzibati Məhkəməsinin ##.##.2024cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi məsələsini həll etməlidir. Belə ki,iddia təmin edilərkən iddiaçı barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/*** nömrəli qərarın ləğv edilməsindən sonra G********LYG nömrəli göndəriş əsasında iddiaçıya təyin edilməli əlilliyin hansı tarixdən və OFP-nin hansı dərəcəsinə uyğun müəyyən edilməsi, habelə səbəbli əlaqəsi tərəflərə aydın izah edilməlidir. Həmin məsələ həll edildikdən sonra cavabdeh inzibati orqana qərarın qeyd olunan formada icrası ilə bağlı müddət təyin edilməlidir. Yalnız bundan sonra qərarın icrasına dair cavabdehin hərəkətləri qiymətləndirilməlidir. Nəticə etibarı ilə kollegiya cavabdeh tərəfindən qərarın düzgün icrasına dair dəlili ilə razılaşmır.Belə ki,iddiaçının əlilliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarının predmeti olan ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/*** nömrəli qərarın ləğvi nəzərə alınmaqla G********LYG nömrəli göndərişə uyğun olaraq müəyyən edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3cü maddəsinin tələbindən çıxış edərək onu da qeyd edir ki, qərar icra edilmədiyi halda onun izah verilməsinə yol veririr. Məhkəmə aşağıdakı normaları tətbiq edərək hazırkı nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsində məhkəmə qərarının izah olunması barədə norma nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası xatırladır ki, qanunvericiliyin tələbinə əsasən qərar onun məzmunu dəyişdirilmədən izah edilməlidir. Qərara izah verilməsinin məqsədi işə mahiyyəti üzrə baxaraq yeni qərar qəbul edilməsi deyil, qərarın icrası zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaqdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən IPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Icranın “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. Inzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Ərizə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar