Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-455/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X10 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ## ###### 2021-ci il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq ## ###### 2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ## ######## 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ## ###### 2021-ci il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq ## ###### 2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ## ######## 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında arasında pensiya hüququnun yarandığı tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən 57 yaşdan güzəştli pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. Onun ## ###### 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, həmin stajın 12 il 6 ayından çoxunu güzəştli pensiya hüququ verən işlərdə işlədiyi üçün ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinatı aparılması hüququ vardır. Bu məqsədlə, cavabdehə 2025-ci ilin ## ######## tarixində rəsmi ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh isə özünün ## ######## 2025-ci il tarixli, *-**-*/*-M-******/**** saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişmişdir. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı ## ###### 2021-ci il tarixindən, 57 yaşdan Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq ## ###### 2006-cı il tarixinə kimi topladığı staj əsasında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ## ######## 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı İddiaçı iddia ərizəsində hüququnun yarandığı ##.##.2021-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2022-ci il tarixindən hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması cavabdeh Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul olunması tələbi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Hacıqabul rayon Dövlət Arxivinin İddiaçı dair # ######## 2024- cü il tarixli, *-****RA/*-**/**** nömrəli arayışında 1979-1981-ci illər ərzində Rəncbər südçülük sovxozunda işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işə girmə və işdən çıxma tarixləri dəqiq qeyd olunmadığı üçün həmin dövrü onun iş stajına daxil etmək mümkün deyil. Həmçinin, “xxxx” ASC-nin ## #### 2025-ci il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.1996-##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan-Rusiya Birgə Məssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı “xxxx” Azərbaycan-Rusiya Birgə Müəssisəsinin ##.##.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilib. Belə ki, “xxxx" ASC-də aparılmış yoxlama zamanı “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisəsinin iş profilinin "xxxx” ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid "xxxx” ASC-də heç bir sənədin mövcud olmadığı bildirilib. Bu fakt “xxxx" ASC tərəfindən birgə Akt ilə təsdiq edilib. Buna görə də ##.##.1999- ##.##.2004-cü il tarixləri arasındakı dövrü də İddiaçı iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 12 gün (##.##.1981-##.##.1982-ci il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1984-##.##.1990-cı il, ##.##.1990-##.##.1996ci il, ##.##.1996-##.##.1998-ci il, ##.##.1998-##.##.1998-cI II, ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999-cu il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövrlər və 2015-2018ci illər üzrə 1 il 4 ay )) təşkil edir. Əlavə olaraq bildiririk ki, “Qaz Ixrac” idarəsinin ## ###### 2025-ci il tarixli ** nömrəli arayışında İddiaçı ##.##.1990-##.##.1996-cı il tarixləri arasındakı dövr ərzində “Aztransqaz” IB-nin Qaz-X4 X2 idarəsinin Xətti istismar xidmətində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına aid etmək mümkün deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20693,08 manat təşkil edir. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ##.##.2021-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2022-ci il tarixindən hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il, *-*(***)-****/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, ##.##.2026-cı il, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə qərarının 9-cu səhifəsində qeyd edilmiş, “araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Rəncbər südçülük sovxozunda işləməsi barədə əmək haqqı cədvəllərində adı öz əksini tapmışdır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmr kitablarının mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Iddiaçının 1979-1981-ci il tarixə kimi işlədiyi dövrlə bağlı məhkəmə araşdırma aparmış və araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, əmək haqqı cədvəlləri barədə məlumatların arxivdə saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbi ilə olmamışdır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmr kitablarının mövcud olmaması və ya hər hansı hal nəticəsində yararsız hala düşməsi iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Iddiaçının təqdim etdiyi əmək kitabçasını şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdimedilməmişdir.” hissəsinə münasibətdə qeyd edirik ki, Hacıqabul rayon Dövlət Arxivinin İddiaçı dair # ######## 2024- cü il tarixli *-****RA/*-**/**** nömrəli arayışında onun 1979-1981-ci illər ərzində Rəncbər südçülük sovxozunda işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işə girmə və işdən çıxma tarixləri dəqiq qeyd olunmadığı üçün həmin dövrü onun iş stajına daxil etmək mümkün deyildir. Belə ki, Məhkəmə icraatının gedişində tərəfimizdən qarşılıqlı yoxlama keçirilmiş, * saylı X14 ## #### 2026-cı il tarixli aktına əsasən müəyyən olunmuşdur ki, Rəncbər südçülük sovxozunun Hacıqabul rayon Dövlət Arxivində qorunub saxlanılan sənədlərinə baxış keçirilmiş, 1979-1981-ci illərə aid olan əmək haqqı kitablarında İddiaçı adı və aylar üzrə əmək haqları qaralamalar edilməklə yazılmışdır. Rəncbər südçülük sovxozunun işə qəbul və işdən çıxma əmrlərinə rast gəlinməmişdir. Həmçinin Hacıqabul rayon Dövlət Arxivinin məhkəmə sorğusuna cavab olaraq tərtib etdiyi ##.##.2025-ci il tarixli *-**-**RA/*-**/**** nömrəli arayışından görünür ki, cədvəldə sadəcə illər qeyd edilmiş, əmək haqqının hansı sənədə əsasən yazıldığı sözügedən arayışda göstərilməmişdir. Odur ki, bu arayış mötəbər sübut olaraq nəzərə alına bilməz. Həmçinin, “xxxx” ASC-nin ## #### 2025-ci il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.1996- ##.##.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” Azərbaycan-Rusiya Birgə Müəssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı “xxxx” Azərbaycan- Rusiya Birgə Müəssisəsinin ##.##.1999-cu il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Belə ki, “xxxx” ASC-də aparılmış yoxlama zamanı “xxxx” Azərbaycan Rusiya Birgə Müəssisəsində işlədiyi peşələrin zərərliliyinə dair verilmiş arayışın həmin müəssisəsinin iş profilinin “xxxx” ASC-yə uyğun olduğuna görə verildiyi, lakin həmin müəssisəyə aid “xxxx” ASC-də heç bir sənədin mövcud olmadığı bildirilmiş, bu fakt “xxxx” ASC tərəfindən birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də ##.##.1999-##.##.2004-cü il tarixləri arasındakı dövrü də İddiaçı iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 12 gün (##.##.1981-##.##.1982-ci il, ##.##.1982- ##.##.1984-cü il, ##.##.1984-##.##.1990-cı il, ##.##.1990-##.##.1996-cı il, ##.##.1996-##.##.1998-ci il, ##.##.1998-##.##.1998-ci il, ##.##.1998-##.##.1998-ci il, ##.##.1999-##.##.1999-cu il, ##.##.2004-##.##.2005-ci il tarixləri arasındakı dövrlər və 2015-2018-ci illər üzrə 1 il 4 ay)) təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirirərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi vəkil Vəkil apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirirərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yxxxxltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/11617" \o "Azərbaycan Respublikasının Nazirlər Kabineti"orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının qanunvericiliyə uyğun olaraq ##.##.2006-cı il tarixdək ümumi iş stajı 25 ildən çox təşkil edir. Iddiaçının Azərbaycan-Rusiya “xxxx” Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya “xxxx” Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Işdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.2016-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Işdə olan Hacıqabul rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979, 1980, 1981-ci illərdə Hacıqabul rayonu Rəncbər südçülük sovxozunda işləmişdir. Işdə olan Hacıqabul rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli arxiv arayışından görünür ki, İddiaçı Hacıqabul rayon X1 40-da qorunub saxlanılan Hacıqabul rayon Navahı tikinti səyyar mexanikləşdirilmiş dəstənin *** nömrəli idarənin əmr kitablarında №*** əmrlə; ##.##.1984-cü ildə 3-cü dərəcəli qaynaqçısı işinə təyin edilmiş, №** əmrlə; ##.##.1990-cı ildə 3-cü dərəcəli qaynaqçı işindən öz xahişi ilə azad edilmişdir. Işdə olan Hacıqabul rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, *-**-**RA/*-**/**** nömrəli arxiv arayışından görünür ki, İddiaçı Hacıqabul rayon X1 68-də qorunub saxlanılan Hacıqabul rayon X2 karəsində 1990-1996-cı illərə aid əmr kitablarında №**/k əmrlə; 13.VI.1990-cı ildə-elektrik qaynaqçısı qəbul edilmiş, №**/k əmrlə; ##.##.1996-cı ildəqaynaqçı işindən öz xahişi ilə azad edilmişdir. Işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, həqiqətən də 1964-cü il təvəllüdlü istefada olan əsgər İddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin arxiv qeydiyyatındadır. Işdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin *-**-**/*-M-***-**/**** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.1981-ci il tarixində * nömrəli Bakı Texniki Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisasına qəbul olmuş və ##.##.1982-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Işdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ** nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, ## ###### 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1996-cı ildə “xxxx” Azərbaycan-X6 Müəssisəsinin Təmir sahəsinə 3-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilib və ##.##.2004-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. İddiaçı ##.##.1996-cı il tarixindən ##.##.2004-cü il tarixlərində işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XXXIII “Ümumi peşələr” fəslinə ( şifrə-23200000) əsasən ********-***** saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdir. Iş şəraiti ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanını, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfıtəsiri ilə xarakterizə olunur. Güzəştli pensiya üçün staj: 07 il, 10 ay, 12 gün təşkil edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 04/05-3402№-li, ## ###### 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Naziklər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının hansı istehsalat sahəsində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı ## ###### 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. xxxx” ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “xxxx” Azərbaycan- Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Işdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsi Hacıqabul X2 Sahəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ## #### 1990-cı il tarixindən (əmr№ **/k,##.##.1990) ## ###### 1996-cı il tarixinə kimi (Əmr № **/k, ##.##.1996 ) “Aztransqaz” X8-X4 X2 idarəsinin Xətti Istismar xidmətində elektrik qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş *** nömrəli qərarın 1 №-Ii syahısının XXXIII bəndinin 2320000-19906 vəzifə koduna uyğun İddiaçı güzəştli şərtlərələ iş stajı -05 (beş) il 10(on) ay 3(üç) gündür. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Işdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanlaığı ##.##.2025-ci il tarixli, **-PH/*** nömrəli məktubunda qeyd edilimişdir ki, İddiaçı təqdim etdiyi arayış əmək kitabçasına əsasən ##.##.1996-##.##.2004-cü il tarixlərində “xxxx” Azərbaycan- X5 Müəssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2020- ci il tarixli icmal məktubunun tövsiyələri əsasında verilib. “xxxx” Azərbaycan-X5 Müəssisəsi ləğv edilmiş və fəaliyyət göstərməyəm müəssisə olduğuna görə işlədiyi dövr ilə bağlı hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 04/05-3402№-li, ## ###### 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığını göstərmişdir. Işdə olan SOCAR ##.##.2026-ci il tarixli, **-*-**-*/*-**/**** nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı ## #### 1990-cı il tarixindən (əmr№ **/k,##.##.1990) ## ###### 1996-cı il tarixinə kimi (Əmr № **/k,##.##.1996) “Aztransqaz” X8-X4 X2 idarəsinin Xətti Istismar xidmətində elektrik qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş *** nömrəli qərarın 1№-li siyahısının XXXIII bəndinin 232000019906 vəzifə koduna uyğun İddiaçı güzəştli şərtlərlə iş stajı-05 (beş) il 10 (on) ay 3 (üç) gündür. Məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Işin hallarından da göründüyü kimi iddiaçının güzəştli iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Iddiaçının ümumi iş stajı cavabdeh tərəfindən 20 il 12 gün kimi hesablanmışdır. 1979, 1980, 1981-ci illərdə Hacıqabul rayonu Rəncbər südçülük sovxozunda, 1990-1996-cı illərdə Hacıqabul rayon X2 sahəsində elektrik qaynaqçısı, ##.##.1996-cı ildən ##.##.2004-cü ilədək “xxxx” Azərbaycan-Rusiya Birgə Energetika Müəssisəsinin Təmir sahəsinə 3-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyi müddəti mübahisəli dövr kimi hesab edilmişdir. Cavabdehin dəlillərinə əsasən “xxxx” Azərbaycan-Rusiya Birgə Müəssisəsinin ##.##.1999-cu il tarixindən sonra fəaliyyətdə olmamışdır. Həmin müəssisəyə aid "xxxx” ASC-də heç bir sənəd mövcud deyildir. Buna görə də ##.##.1999-##.##.2004-cü il tarixləri arasındakı dövrü də İddiaçı iş stajına daxil etmək mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayəti dəlillərinə münasibətdə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən ilkin olaraq qeyd edilməlidir ki, "xxxx” Azərbaycan-Rusiya Birgə Müəssisəsi 1994-cü ildə qeydiyyata alınmış, 2005-ci ildə fəaliyyəti aktiv vəziyyətdə olmuşdur. (bax: AR Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(*-*)-**/**** nömrəli qərardadı) Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda güzəştli iş müddətinin hesablanması və təsdiqi üçün işəgötürənin arayışı tək hüquq müəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır. Belə ki, həmin Qaydanın 4.1.20-ci bəndində nəzərdə tutulmuşdur ki, yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://e-qanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://eqanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq qeyd edir ki, həqiqətən də pensiya təyin olunması üçün zəruri olan sənədlərin siyahısında işəgötürənin arayışının təqdim edilməsi göstərilsə də obyektiv səbəblərdən işəgötürən tərəfindən belə bir arayışın təqdim edilməsi mümkün deyilsə, eyni profilli müəssisənin verdiyi arayış işəgötürənin arayışını əvəz edə bilər. Işdə olan “xxxx” ASC-nin güzəştli arxiv arayışından görünür ki, İddiaçı ##.##.1996cı il tarixindən ##.##.2004-cü il tarixlərində işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahısının, XXXIII “Ümumi peşələr” Fəslinə (şifrə- 23200000) əsasən ********-***** saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdir. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı ## ###### 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. xxxx” ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “xxxx” Azərbaycan-Rusiya Birgə müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Həmçinin cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının 1979, 1980, 1981-ci illərə münasibətdə qeyd edilməlidir ki, Hacıqabul rayon Dövlət Arxivinin arxiv arayışından da göründüyü kimi, İddiaçı həmin illərdə Hacıqabul rayonu Rəncbər südçülük sovxozunda işləmişdir. Mübahisələndirilən digər bir dövr iddiaçının ##.##.1990-ci il tarixdən ##.##.1996-cı il tarixədək Qaz Ixrac Idarəsində işlədiyi illərdir. Həmin illərə münasibətdə qeyd edir ki, SOCAR tərəfindən təqdim edilən arxiv arayışının surətindən görünür ki, İddiaçı ## #### 1990-cı il tarixindən ## ###### 1996-cı il tarixinə kimi “Aztransqaz” X8 X9 Qaz Kəmərləri idarəsinin Xətti Istismar xidmətində elektrik qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş *** nömrəli qərarın 1№-li siyahısının XXXIII bəndinin 232000019906 vəzifə koduna uyğun İddiaçı güzəştli şərtlərlə iş stajı-05 (beş) il 10 (on) ay 3 (üç) gündür. Qeyd edilən dövr iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iş üzrə sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə sığorta stajı mötəbərdir.Iddiaçı tələb olunan 25 il ümumi,habelə 12 il 6 ay güzəştli sosial sığorta stajına malikdir.Həmin staj ## ###### 2006-cı il tarixinədək qazanıldığından Qanunun 9.8-ci maddəsinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu ## ###### 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli,Qanunun 32.1-1-ci maddəsinə əsasən isə iddiaçının həmin tələblə inzibati orqana ilkin müraciət etdiyi tarixdən 3 il əvvəl, yəni ## ######## 2022-ci il tarixindən hesablanaraq ona ödənilməsi öhdəliyi qoyulmalıdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-455/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-455/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver