Məhkəmə qərarları › İş №2-1(3-9)-47/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-47/2026

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-47/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X3 və X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3155/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamın ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş prosessual müddət üzrlü hesab edilərək, bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 27 oktyabr 2025-ci il tarixli, 2- 1(120)-3155/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə torpaqdan icarə hüququna xitam verilərkən cavabdeh tərəfindən Sərəncamın ləğv olunma əsası kimi rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə Salyan rayonu Sarvan kənd sakini İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılaraq Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Məhkəmə prosesi zamanı tərəflərin izahatlarına əsasən, məhkəmə müəyyən edir ki, iddiaçıya və onunla yanaşı bir sıra torpaq icarədarlarına icarələrinə verilmiş torpaq sahəsində pambıqçılığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh əvvəlki rəhbərliyi tərəfindən şifahi göstəriş verilməklə pambıq əkilməsi tapşırılmışdır. Həmin faktı cavabdehin nümayəndəsi də təsdiq etmişdir. İcra Hakimiyyətinin rəhbərliyi dəyişildikdən sonra iddiaçıya əkin işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq edilmiş, inzibati qaydada tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən əkin işləri dayandırılmış və torpaq sahəsindən təyinatı üzrə istifadə edilməyə davam etdirilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi torpaq sahəsində çəkilmiş fotoşəkillər də torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanıldığını sübut etməkdədir. Beləliklə də, məhkəmə müəyyən edir ki, torpaq sahəsində əkin işlərinin aparılması və həmin dövrdə təyinatı üzrə istifadə edilməmə halının yaranamasının səbəbi iddiaçının iradəsindən asılı olan hal deyildir və onun ziyanına təfsir olunmaqla məsuliyyət sferasına aid edilməməli və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilərdi. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində Cavabdeh başçısının 194-s saylı sərəncamı ilə Sarvan dövlət fondunda yerləşən 10 saylı qış otlaq sahəsindən 45 hektar torpaq sahəsi icarəyə ayrılmış və bu torpaq sahəsinin icarəsi ilə bağlı olaraq onunla Cavabdeh arasında müddəti “15 il” olmaqla rəsmi icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin istifadəsində qanunvericiliyin tələblərinə tam əməl edilmiş torpaq sahəsinin mümbitliyinin artırılması və qoyunçuluğun inkişafı istiqamətində tədbirlər görülmüşdür. Lakin 2024-cü ilin oktyabr-dekabr aylarında icra hakimiyyətinin nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş, nəticədə Cavabdeh başçısının xx.xx.2025-ci il tarixli, 5-71/3-2-18/2025 saylı sərəncamı ilə torpaq sahəsinin müqavilə şərtlərinə əməl olunmaması və məqsədli təyinatına uyğun istifadə edilməməsi əsas göstərilərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən dövlət fonduna geri qaytarılması, Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi və sözügedən sərəncam əsasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə dair məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bu sərəncam qanunsuzdur və Azərbaycan Respublikasının Prezidentinin sahibkarlığın inkiaşafı və sahibkarların maraqlarını qorumaq istiqamətində apardığı islahatlara ziddir. Dövlət rəhbərliyinin strateji xəttinə uyğun olaraq, sahibkarların torpaq resurslarından istifadəsinin qanunsuz maneələrlə qarşılaşmaması təmin edilməlidir və məmurların sübutsuz hərəkətləri nəticəsində sahibkarların hüquqları pozulmamalıdır. İcarəsində olan 45 ha torpaq sahəsindən hər zaman təyinatı üzrə istifadə etmişdir. Lakin pambıqçılığın inkişaf etdirilməsinə dair dövlət proqramı çərçivəsində Cavabdeh şifahi göstərişi əsasında 2023-cü ildə pambıq əkmiş və buna görə də İXM-in 247.2-ci maddəsinə əsasən torpaq sahəsindən təyinatına görə istifadə etmədiyi üçün cərimə edilmişdir. O, torpağı 2023-cü ildə, yəni hazırki Rayon İcra Hakimiyyəti başçısının vaxtında əkməmiş və həmin vaxtdan da hal-hazıra kimi də torpaqdan təyinatı üzrə istifadə edir. İcra hakimiyyəti bildirir ki, guya o, hal-hazırda da torpaq sahəsindən təyinatı üzrə istifadə etmir və torpaq sahəsinin müəyyən hissəsində əkin əkir. Bildirir ki, 2023-cü ildə torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün ona xəbərdarlıq edilmiş və inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa təyinatdan kənar əkin aparmamış və edilmiş xəbərdarlıqdan sonra torpaq sahəsindən təyinatı üzrə istifadə edir, hər hansı bir əkin aparmır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamı ilə rayonun Sarvan kənd sakini İddiaçı dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən 45,0 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəyə ayrılmış, bu barədə müvafiq icarə müqaviləsi bağlanmışdır. Aparılmış monitorinqlər nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən həmin torpaq sahəsində xırda buynuzlu heyvanlar saxlanılmır, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq əkin sahəsi kimi istifadə olunmaqla müxtəlif kənd təsərrüfatı məhsulları əkilir. Belə ki, 23 iyun 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin əməkdaşları, Cavabdeh başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və cavabdehin iştirakı ilə “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti haqqında”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamələrə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə Salyan rayonunun 10 və 29-30-31 saylı qış otlaqlarından ayrı-ayrı şəxslərin icarələrinə ayrılan örüş təyinatlı torpaq sahələrinin istifadə vəziyyətinə nəzarəti qaydasında baxış zamanı iddiaçı tərəfindən icarəsinə ayrılan 45.0 ha torpaq sahəsinin 40.0 hektarında yonca, taxıl və pambıq əkini aparılması faktı aşkar edilmiş və müvafiq akt tərtib olunmuşdur. Bu fakta görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2 (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsinə əsasən barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. İddiaçı əvvəlki illərdə də torpaq sahəsində əkin işləri aparmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinq zamanı iddiaçı tərəfindən icarəsində olan 45.0 ha dövlət fondu qış otlaq sahəsindən 27.0 hektarında əkin aparmaqla torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadəyə görə İXM-in 247.2-ci maddəsinə əsasən protokol tərtib edilərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Rayon İcra Hakimiyyətinə daxil olmuş məktublarda Salyan rayonunda dövlət və bələdiyyə fondu torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi, təyinatdankənar əkin aparıldığı, süni nohurların yaradıldığı, bəzi hallarda isə adı çəkilən torpaq sahələrində tikinti işlərinin aparıldığı bildirilmiş, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi” məqsədilə Komissiya yaradılmışdır. Komissiya rayon ərazisində yerləşən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrində monitorinq apardığı vaxtda iddiaçının icarəsinə ayrılmış 45.0 ha torpaq sahəsinə baxış keçirilən zaman əvvəlki illərdə dəfələrlə edilmiş xəbərdarlıq və cərimələrə baxmayaraq torpağın məqsədli təyinatına uyğun olmayaraq və icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozmaqla 45.0 ha pambıq və yonca əkini aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı aşkar edilmişdir. Ona görə də Cavabdeh tərəfindən İddiaçı 29 dekabr 2024-cü il tarixdə məktub göndərilərək icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən icarəsinə ayrılmış torpaq sahəsinin dövlət fonduna geri qaytarılması ilə əlaqədar qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 17 yanvar 2025-ci ildə ona rəsmi məktub göndərilərək qanunvericiliyə müvafiq olaraq onunla bağlanılmış icarə müqaviləsinin ləğv ediləcəyi bildirilmiş və 22 yanvar 2025-ci il saat 15:00-a Rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. İddiaçı görüşə gələrək icarə müqaviləsinin ləğvinə etiraz etmişdir. Qeyd olunanlara əsasən mübahisələndirilən sərəncam qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Prosessual məsələlər Cavabdehin nümayəndələri məhkəmə iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdi ki, 2016-cı ildə torpaq istifadəçilərinə RİH tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində pambıq əkini barədə təkliflər edilmiş, lakin iddiaçıya verilmiş sahə örüş təyinatlı olduğuna görə ona belə bir təklif edilməmişdir. İddiaçı və nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, iddiaçı bildirmişdir ki, RİH-nin Zaur adlı əməkdaşı 2022-2023-cü illərdə onu RİH-nə dəvət edərək, icarəsində olan torpaq sahəsində pambıq əkini əkməli olduğunu bildirmiş, ona görə də sözügedən əkin işlərini aparmışdır. 2024-cü ildə isə heç bir əkin aparmadığı halda həqiqətə uyğun olmayan akt tərtib edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli sərəncamının məzmunundan görünür ki, Salyan rayonu Sarvan kənd sakini İddiaçı Dövlət mülkiyyətində olan 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə 45 ha torpaq sahəsi icarəyə ayrılması qərara alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 194 nömrəli müqavilənin surətindən görünür ki, həmin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında on beş il müddətinə icarə müqaviləsi bağlanmışdır. -Cavabdeh başçısının 5-71/3-2-18/2025 saylı xx.xx.2025-ci il tarixli Sərəncamından çıxarışda qeyd edilmişdir ki, Salyan RİH başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı ilə rayonun dövlət mülkiyyətinə məxsus 10 saylı qış-otlaq sahəsindən qoyunçuluğun inkişafı məqsədilə İddiaçı icarəsinə ayrılmış 45,0 hektar torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 45,0 hektar torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılsın. Salyan RİH başçısının xx.xx.2013-cü il tarixli 194-s saylı sərəncamı qüvvədən düşmüş hesab edilsin. Bağlanmış icarə müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması” ilə əlaqədar xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı sərəncamın icrası məqsədilə Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya tərəfindən baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncamla qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılan 45,0 ha torpaq sahəsində normadan artıq pambıq və yonca əkini (45,0 ha) aparıldığı və torpaq sahəsində xırda buynuzlu heyvanların saxlanılmadığı müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əməl olunmadan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli “örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” 42 saylı qərarının və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələbləri tərəfinizdən pozulmuşdur. Torpaq sahəsindən təyinatı üzrə istifadə olunmaması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi halları davam etdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən qoyunçuluğun inkişafi məqsədilə ayrılan 45,0 ha torpaq sahəsi bütövlükdə dövlət fonduna geri qaytarılacaqdır. -Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda xx.xx.2013-cü il tarixli, 194-s saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmiş və bununla əlaqədar 22 yanvar 2025-ci il tarixdə rayon icra hakimiyyətinə dəvət edilirmişdir. -MN № ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gözəlov X1 Xətalar Məcəlləsinin 247.2-ci və 114-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. -Salyan Rayonu İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Başçısının xx.xx.2013-ci il tarixli 194-s saylı sərəncamı ilə İddiaçı 10 saylı qış otlaq sahəsindən 45 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarəsinə ayrılmışdır. İcarəsinə ayrılan torpaq sahəsində İddiaçı miitəmadi olaraq təyinatdan kənar kənd təsərrüfatı məhsulları əkildiyinə görə Cavabdeh Başçısının xx.xx.2025-ci il tarixli 5-71/3-2- 18/2025 saylı sərəncamı ilə torpaq sahəsinin geri alınması qərara alınmışdır. Əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən həmən torpaq sahəsində xırdabuynuzlu heyvanların saxlanılmadığı, çoban evi və tövlə tikintilərin olmadığı müəyyən edilmişdir. Bundan əlavə həmən torpaq sahəsinin 17 ha çoxillik bitki olan yonca bitkisi aşkar edilmişdir. 2013-cü il tarixdən icarəsinə ayrıldığı vaxtdan bugünə kimi X4 həmən torpaq sahəsində müxtəlif növ bitkilər pambıq, taxıl və yonca əkinlərini aparmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh başçısının 26 sentyabr 2013-cü il tarixli 194 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 45 ha tarpaq sahəsi üçün illik icarə haqqı 90,00 manat olmaqla xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1104,00 manat torpaq icarəsi haqqı hesablanmışdır. Həmçinin İddiaçı tərəfindən 1120,00 manat torpaq icarəsi haqqı ödənilmiş və hal-hazırda borcu yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -16-cı maddəsinin 1-ci bəndinə əsasən Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur.

6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. -73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 i ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. -75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -51.1. inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur. -51.2. bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.8. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırki mübahisə üzrə cavabdeh əvvəlki qərarın (sərəncam) qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, torpaq sahəsinin geri qaytarılması əsası kimi sahənin təyinatına uyğun istifadə edilməməsini göstərmişdir. Bu xüsusatla bağlı qeyd edilir ki, işdə olan ƏMDX-nin əməkdaşlarının və Cavabdeh başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş 23 iyun 2023-cü il tarixli aktla iddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi müəyyən edilmiş və mövcud vəziyyət rəsmiləşdirilmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh quruma həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi vəziyyyəti həmin tarixdə artıq bəlli olmuşdur. Buna baxmayaraq, yuxarıda şərh olunan Qanunun 68.4-cü maddəsinin dispozisiya şərtlərinə zidd inzibati akt qəbul edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 194 nömrəli müqavilənin 2.14-cü bəndində tərəflər razılığa gəlmişlər ki, “tərəflərdən biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəldilməzsə mövcud qanunlara əsasən məhkəmədə iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozuntusu müqavilənin pozulmasına əsas vermir”. İşdən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya xəbərdarlıq məktubu göndərsə də, müqavilədə nəzərdə tutulmuş müddəti gözləmədən, yəni 25 gündən sonraxx.xx.2025-ci il tarixdə mübahisələndirilən sərəncamı qəbul etmişdir. Bundan əlavə, iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən təyinatına uyğun istifadə etməməsi halı yalnız həmin sahədə qanunla və müqavilə şərtlərinə əsasən icazə verilməyən bitkilərin əkilməsindən ibarət olmuşdur ki, bu pozuntu aradan qaldırılması mümkün olmayan hesab edilə bilməz və iddiaçı da cavabdehə təqdim etdiyi izahatda pozuntunun ardan qaldırılacağı və təkrar yol verilməyəcəyi bildirilmişdir. Bu hal da müqavilənin qeyd olunan bəndi üzrə digər razılaşmaya cavabdeh tərəfindən əməl edilmədiyi qənaətinə gəlməyə əsas verir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının icarəsində olan torpaq sahəsində yetişdirilməsinə icazə verilməyən bitkilərin əkilməsi yalnız iddiaçının təşəbbüsü ilə deyil, həm də cavabdeh qurumun təkidi və təklifi ilə baş vermişdir ki, bu hal cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinin 08 may 2025-ci il tarixli məhkəmə iclasında qeydə alınmış izahatı ilə təsdiq olunur. Göründüyü kimi cavabdeh qurum qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmiş, mübahisənin faktiki halları birtərəfli qaydada, iddiaçının ziyanına şərh edilməklə qiymətləndirilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(120)-3155/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar