Məhkəmə qərarları › İş №2-1(3-9)-470/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-470/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-470/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə inzibati iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadına əsasən iş baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmiş, əsas kimi iddiaçının rəsmi məskunlaşma yerininin Füzuli rayonu olması göstərilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı Qanuni nümayəndə ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddiaçının məcburi köçkün kimi iddiaçı Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq məskunlaşması əsas gətirilərək, inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 9.1-ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Füzuli rayonu Şirvan Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə olan halda, hazırkı iddiaya Inzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərazi aidiyyətinin müəyyən edilməsi üçün haqlı olaraq inzibati işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərarına gəlmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. Lakin, işdə olan Cavabdeh # ### 2026-cı il tarixli məktubuna əsasən, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. Iddia məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından (öhdəliyin icrası haqqında) ibarətdir. Göründüyü kimi, iddiaçının faktiki yaşayış yeri Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı Inzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçı məcburi köçkün kimi rəsmi olaraq ünvan 1 ünvanında məskunlaşdığından mübahisəyə Bakı Inzibati Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8ci və 9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçıya “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar