Məhkəmə qərarları › İş №2-1(3-9)-480/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-480/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-480/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakim Hacızadə Fəxri Hümmət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən etibarən ümumi xəstəlik səbəbi ilə uşağın xəstəliyi üzrə orqanizmin funksiyasının itirilməsi 65-80% olmaqla müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2026-ci il yanvar tarixli qərarının ləğv edilməsi və ##.##.2019-cu il təvəllüdlü X2 Rahil oğluna orqanizmin funksiyasının pozulması 80 faizi olmaqla əlillik dərəcəsinin dayandırıldığı tarixdən etibarən müddətsiz əlillik dərəcəsinin dərhal təmin və bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DTSERAnin üzərinə qoyulmasına və cavabdehin qanunsuz qərarı və hərəkətləri nəticəsində azyaşlı uşağının qanunla qorunan etimad hüququnun pozulması səbəbinə görə cavabdeh orqan tərəfindən vurulmuş ziyana dair 10000 (on min) manat kompensasiyanın ödənilməsinə dair qərar qəbul edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı «##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən etibarən ümumi xəstəlik səbəbi ilə uşağın xəstəliyi üzrə orqanizmin funksiyasının itirilməsi 65-80% olmaqla müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, azyaşlı övladı ##.##.2019-cu il təvəllüdlü Süleymanov Mehdi Rahil oğlu kəskin leykomiya (leykoz) qan xərçəngi xəstəliyindən əziyyət çəkir. Uşaq Respublikanın çoxsaylı özəl və dövlət tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Uşaq ##.##.2022-ci il tarixdən bu günki günə kimi xxxxndə C91.0 xəstəlik kodu üzrə müayinə və müalicə olunmuşdur, həmin xəstəxanada qeydiyyatdadır. Sonuncu dəfə uşaq ##.##.2025-ci il tarixdə Türkiyə Respublikasının məşhur olan "DÜZEN” laboratoriyalar qrupu Klinikasında qan xərçəngi üzrə müayinə olunmuşdur. Yəni çox həssas molekular testlərlə müəyyən edilən xərçəng hüceyrəsinin qaldığını təsdiq edir. Risklər: MRD pozitiv nəticə xəstəliyin residiv (təkrar) etmə riskinin daha yüksək olduğunu göstərə bilər. Bu səbəbdən də ixtisaslı tibb müəssəsi tərəfindən bundan sonra nəticəyə əsasən həkimlər tərəfindən müalicəsi planının dəyişməsi əlavə müalicələrin məsələn kök hüceyrə transplantasiyasının təyin edilməsi tətbiq edilə bilər. Qısaca xərçəngin faktiki olaraq tam təmizlənmədiyi və izlənilməsinin vacib olduğu bir vəziyyətdədir. Hal-hazırda da uşağın vəziyyəti kəskin dərəcədə ağırdır. Cavabdeh DTSERA-nin TSEK-nin ##.##.2023-cü il tarixli qərarı ilə onun kəskin qan xərçəngi olan azyaşlı övladına OFP-si 80 faizi olmaqla müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyinatından sonra 1 il müddətində hər hansı bir şübhələr yarandıqda o zaman əlillik təyinatı dayandırıla bilərdi. Lakin belə bir şübhələr olmamışdır. 2025-ci il yanvar ayının 25-də o əlil uşağının pensiyasını alan zaman pensiyanın aylıq məbləği kəsrlə olduğunu görüb ƏƏSMN-nin "142" xidmətinə zəng etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DTSERA-nin müvafiq qərarının ləğv edilməsi və ##.##.2019-cu il təvəllüdlü X2 Rahil oğluna orqanizmin funksiyasının pozulması 80 faizi olmaqla əlillik dərəcəsi dayandırıldığı tarixdən etibarən müddətsiz əlillik dərəcəsinin dərhal təmin öhdəliyinin cavabdehin üzərinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx tərəfindən iddia ərizəsinə etiraza əlavə təqdim edilərək göstərilmişdir ki, iddiaçının oğlu ##.##.2019-cu il təvəllüdlü Süleymanov Mehdi Rahil oğlunun əlillik vəziyyətinə Sabirabad RMX ##.##.2023- cü il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnozun mətni: C91.0 Kəskin limfoblast leykemiya [ALL], Kəskin limfoblast leykemiya (ALL) . Klinik Hematoloji remissiya Səbəb: Qanın müayinəsi hematoloji remissiyaya uyğun olmadığı müəyyən olunaraq, barəsində “Diaqnoz öz təsdiqini tapmaması” na dair qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Süleymanov Mehdi Rahil oğlunun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi ilə əlaqədar ##.##.2023-cü il tarixdə göndərişi qeydə alınmış, lakin şəxs əyani müayinəyə gəlməmişdir. Vətəndaşa dair göndərişin rəsmiləşdirilməsinə baxmayaraq, onun müayinə prosesində iştirakı təmin edilmədiyi təqdirdə, əlilliyin qiymətləndirilməsi aparıla və əlillik dərəcəsi təyin edilə bilməz. Bu səbəbdən, Əlillik Altsistemində “qanın müayinəsi hematoloji remissiyaya uyğun deyil, dəqiqləşdirilsin” qeydi rəsmiləşdirilmiş, əlilliyin təyin edilməsindən imtina edilməsinə dair qərar qəbul etmişdir. Bundan başqa, vətəndaşın müraciəti əsasında yenidən göndəriş rəsmiləşdirildiyindən, əvvəlki göndəriş əsasında müəyyən edilmiş əlillik qüvvədən düşmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi qaydasının 2.1ci bəndinin tələbinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Yəni, mahiyyət etibarilə, əlilliyin müəyyən edilməsi prosesində elektron göndərişin mövcudluğu zəruri şərt olsa da, yetərli deyil. Belə ki, göndəriş rəsmiləşdirildikdən sonra vətəndaşın müvafiq əyani müayinəyə gəlməməsi icraatın tamamlanmasına mane olur və nəticədə əlilliyin müəyyən edilə bilməməsi ilə yekunlaşır. Məhkəmə isə bütün bu halları araşdırmadan, yekun nəticəyə gəlmiş, işin hallarına uyğun olmayan məhkəmə yekun aktı qəbul etmişdir Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, övladının kəskin limfoblastik leykemiya (ağır kəskin qan xərçəngi) diaqnozu olması, hər gün bahalı kimyaterapiya (məsələn, L-aspaginaseh və s.), və xüsusi baxım tələb etməsi, habelə ailənin maddi vəziyyətinin ağırlaşması isə təcili baxılmasını zəruri edir. Cavabdehin vaxt uzatmaq cəhdləri uşağın həyatını birbaşa təhlükəyə atır. X2 Rahil oğlunun ağır və kəskin qan xərçəngindən əziyyət çəkir. Müvafiq tibb komissiyası tərəfindən uşağa ən azından 2037-ci il tarixə qədər müddətsiz əlillik dərəcəsi (DTSERA) tərəfindən isə rəsmən təyin edilmişdir. Uşağın səhhətində heç bir müsbətə doğru dəyişiklik olmadığı, əksinə xəstəliyin daha ağır gedişatı və kimyaterapiyanın ağır fəsadları davam etdiyi halda, cavabdeh heç bir qanuni və tibbi əsas göstərmədən bu statusu qanunsuz kəsmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçının nümayəndəsi apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi cavabdehin ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən etibarən ümumi xəstəlik səbəbi ilə uşağın xəstəliyi üzrə orqanizmin funksiyasının itirilməsi 65-80% olmaqla müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək mövqeyini onunla əsaslanırmışdır ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş Y********AZS saylı, ##.##.2023-cü il tarixli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “14. Yenitörəmələr bölməsi”: Sıra №si 14.10.5. leykozlar, xroniki miyeloid leykemiya-C91-C93; Qiymətləndirmə- 14.10.5.1.xroniki faza, ümumi vəziyyətə təsirdən asılı olaraq, dalağın böyüməsi-65-80% müddətsiz” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan "xxxx" X1 ## #### 2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, №*-1(4-9)-744/2026 nömrəli məktubuna əsasən, Süleymanov Mehdi Rahil oğlunun sağlamlığının pozulması ilə (xəstəliklə) bağlı xəstəxanaya müraciət etməsi ilə bağlı müraciətinizə baxılmışdır. Müraciətdə göstərilən məsələnin həlli istiqamətində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, ##.##.2019-cu il təvəllüdlü Süleymanov Mehdi Rahil oğlu “xxxx” publik hüquqi şəxsə heç bir müraciəti olmamışdır. Süleymanov Mehdi Rahil oğlunun sənədləri xxxxnə göndərilməmişdir. Işdə olan ##.##.2022-ci il tarixli Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "xxxx" X1 X3 nəticəsinə əsasən, ##.##.2019-cu il təvəllüdlü vətəndaş Süleymanov Mehdi Rahil oğlu barəsində KLL FISH paneli analizində hüceyrələrin 96%də TEL-AML1 (ETV6/RUNX1) fusionuna səbəb olan translokasiya variantı və əlavə bir 21-ci xromosom (3G2RIF-t(12; 21; V) aşkarlandı. Işdə olan xxxxnin çıxarışından görünür ki, əsas diaqnoz kimi C91.0 Kəskin limfoblast leykemiya göstərilmişdir. Işdə olan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının ## ##### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən, Şirvan Inzibati Məhkəməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş *-*(***)-***/**** nömrəli inzibati iş üzrə ##.##.2026-cı il tarixli *-*/*-****/**** nömrəli sorğuya Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılmışdır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli məktublarına əsasən bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə uyğun olaraq İddiaçı X2 Rahil oğlunun orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə ##.##.2023-cü il tarixindən ##.##.2026-cı il tarixinədək cəmi 8104,20 manat sosial müavinət, eyni zamanda əlil övladına qulluğa görə ##.##.2023-cü il tarixindən ##.##.2026-cı il tarixinədək cəmi 3725,81 manat “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilmişdir. M.Süleymanovun əlillik müayinəsinin qüvvədən düşməsi səbəbindən ##.##.2026-cı il tarixindən qeyd olunan sosial müavinətin və təqaüdün ödənişi dayandırılmışdır. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin ##.##.2023-cü il tarixli qərarı ilə Süleymanov Mehdi Rahil oğluna ilkin müddətsiz ümumi xəstəlik səbəbi ilə 65-80 faiz (80%) orqanizmin funksiyasının pozulması ilə əlillik təyin edilmişdir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin ##.##.2023-cü il tarixli, *R*B*MX**** saylı qərarı ilə Süleymanov Mehdi Rahil oğluna əlillik təyin edilməsindən “diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə imtina edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X2 Rahil oğlunun sağlamlıq vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli Z********UZK nömrəli göndərişinə əsasən ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş, orqanizm funksiyalarının 80% pozulma dərəcəsinə görə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: kəskin limfoblast leykemiya (ALL), Klinik Hemotoloji remissiya). Cavabdehin ##.##.2023-cü il tarixli qərarı isə ##.##.2023-cü il tarixli, Y********AZS nömrəli göndərişə əsasən qiymətləndirilərək əlilik təyin edilməsindən imtina edilmişdir. Iddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, M.Süleymanov barəsində yeni göndəriş təqdim edilmiş və yeni qiymətləndirilmə aparılmışdır. Odur ki, mübahisə predmeti olan ##.##.2023-cü il tarixli qərar yeni inzibati icraat aparılması nəticəsində qəbul edilmişdir. Odur ki,həmin qərarın qanuniliyinin yoxlanılması ##.##.2023-cü il tarixdə müəyyən edilmiş “əlilliyin bərpası” kimi deyil, “əlilliyin müəyyən edilməsi” kimi qiymətləndirilməlidir. Həmçinin,cavabdeh tərəfindən mübahisələndirilən qərar ##.##.2023-cü il tarixli olsa da əlilliyə görə müavinət 2026-cı ilin yanvar ayına kimi ödənilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müddəti ötürmədən müraciət etmişdir. Iddiaçının övladının müddətsiz əlilliyi qüvvədə olan Meyarlara Əlavənin 14.10.5.1-ci yarımbəndində təsbit olunan diaqnoz əsasında müəyyən edilmişdir. 14.10. Limfоid, qаnyаrаdıcı və оnlаrа mənşə və C81quruluşca yахın tохumаlаrın bədхаssəli C96 yеnitörəmələri 14.10.5 leykozlar, xroniki miyeloid leykemiya C91- . C93 müstəqil (birincili) çoxlokalizasiyalı C97 bədxassəli yenitörəmə Qiymətləndirmə 14.10.5 xroniki faza, ümumi vəziyyətə təsirdən 65-80 müddətsi .1. asılı olaraq, dalağın böyüməsi z Işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 # ##### 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, Süleymanov Mehdi Rahil oğluna ##.##.2023-cü il tarixindən “Kəskin mieloblast leykemiya” diaqnozu ilə xxxxnə dispanser qeydiyyata götürülmüşdür. Xəstəyə müvafiq olaraq ALL-MB 2015 protokolu ilə müalicə başlamışdır. Müalicə ##.##.2025-ci il tarixdə tam remissiya ilə başa çatmışdır. Hazırda xəstə dispanser nəzarətdədir və ayda 1 dəfə müayinəyə gəlir. Kollegiya hesab edir ki, ##.##.2023-cü il tarixli qərar əsasında diaqnozun öz təsdiqini tapmaması barədə cavabdehin qərarı qanunsuzdur. Belə ki, təqdim edilən rəyə əsasən, habelə ## ##### 2023-cü il tarixli forma 88 göndərişindən məlum olur ki, Süleymanov Mehdi Rahil oğlu “Kəskin mieloblast leykemiya” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz, əlilliyin müəyyən edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslıdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2-1(4-9)-744/2026 saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar