Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-487/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakim Hacızadə Fəxri Hümmət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ müharibəsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirən zaman ##.##.1994-cü ildə güllə yarası almış, ## ###### 1994-cü ildən ## #### 1994-cü il tarixədək Saatlı rayon Mərkəzi Xəstaxanasında stasionar müalicələr almış və ona kəllənin təpə sümüyünün və sağ əlin 3-cü barmağının güllə yarası, təpə sümüyünün osteomeliti diaqnozu qoyulmuşdur. Aldığı travma MN-in HHK-nın ##.##.2010-cu il tarixli, *** saylı Qərarına əsasən, travmalar hərbi travma hesab olunmaqla səbəb kimi Azərbyacan Respublikasının müdafiəsi ilə bağlı göstərilmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən əlilliyin qiymətləndirilməsi aparılmış və 2010-cu ildə ona birinci dəfə 3-cü dərəcəli əlillik təyin olunmuş, 2016-cı ilədək hər il həkim müayinəsindən keçmiş, 2016-cı ildə 5 il müddətinə 3-cü dərəcəli əlillik təyin edilmiş, 2021- ci ildə isə müddətsiz 3cü dərəcəli əlillik təyin edilmişdir. 2025-ci ilin uyul ayında ona məlum olmuşdur ki, əlilliyi cavabdeh tərəfindən ləğv olunmuşdur. Hesab edir ki, onun əlilliyinin ləğv oluhnması barədə cavabdehin hərəkətləri əsassız və qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Saatlı rayon Xəstəxanasının ## #### 2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni-“keçirilmiş QKBT (1994), kəllənin sağ təpə sümüyünün güllə yaralanmasından sonrakı vəziyyət, sağ təpənin 10x12 mm ölçüdə sümük deffekti və baş-beynin sağ təpə payında ensefalomalyasiya sahəsi, posttravmatik ensefalopatiya, nevrozabənzər sindrom ilə, soltərəfli hemiparez, sağ əlin III barmağının güllə yarası”, mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi- tam reabilitasiya olmasısəbəb ##.##.2025-ci il tarixli tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə DTSERA özünün əlliliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Yəni inzibati orqan şəxsin artıq “tam reabilitasiya” olunması qənaətinə gəlməklə müəyyən edilmiş əlliliklə bağlı əvvəlki qərarı ləğv edir. Bu zaman, inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, işə məhkəmədə baxılan zaman işin halları iddiaçının tam reabilitasiya olunması ilə bağlı cavabdehin başlıca dəlili araşdırılmalı, iddiaçı barəsində əlverişli inzibati akt ləğv edilərkən iddiaçının əyani müayinə cəlb edilibedilməməsi, onun sağlamlıq vəziyyəti və bərpa-reabilitasiya vəziyyəti qanunvericiliyə uyğun müəyyən edilməli, ehtiyac yaranacağı təqdirdə xüsusi bilik tələb etdiyinə görə müvafiq ekspertiza təyin edilməklə rəy alınmalıdır. Işin hallarından da göründüyü kimi, İddiaçı əyani müayinəyə dəvət olunması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmiş, şəxs əyani müayinədə iştirak etmiş, əlilliyi qiymətləndirilmiş, şəxsin tam reabilitasiya olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının sağlamlıq vəziyyətinin göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunmuş müvafiq meyarlarının tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbi-Sosial Ekspert Komissiyasıtərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum — 35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla,Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi Tibbi- Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, X1 «iddiaçının əlillik təyinatının əsassız olması» ilə bağlı müraciəti, kifayət qədər araşdırma və inzibati icraat aparmadan, həmin halların konkret şəxslə bağlı olmasını, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmadan cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əlilliyin bərpa olunmasına dair mövqeyi ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, ##.##.2010-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, ##.##.2014-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, ##.##.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, ##.##.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0007 nömrəli qərarı ilə “tam reabilitasiya” olması müəyyən edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0008 nömrəli qərarı ilə sözügedən qərar qüvvədə saxlanılmışdır. Işdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2010-cu il tarixli, *** nömrəli Qərarına əsasən, Saatlı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Saatlı rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz- kəllənin təpə sümüyünün və sağ əlin III barmağının güllə yarası, təpə sümüyünün osteomiliti (Saatlı RHK-nın ## ###### 2010-cu il tarixli, ** nömrəli arayışı, göndərişi, Saatlı rayonu mərkəzi xəstəxanasından verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış ilə təsdiq edilir). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Vətəndaşların müraciəti haqqında Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X1 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2025-ci il tarixli, *-**-*/*-N-****/**** nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək ##.##.2025-ci il tarixli bildiriş məktubu əsasında vətəndaş əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Nəticədə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən, ##.##.2025-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaş öncəki məktub əsasında ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş yenidən müraciəti əsasında ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, ##.##.2025-ci il tarixli tam reabilitasiya olunması barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1993-cü ildə hərbi xidmətə çağırılmış, ##.##.1994-cü il tarixdə xəsarət almışdır. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komssiyasının ## ##### 2010-cu il tarixli qərarı ilə iddiaçıya “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Iddiaçıya ##.##.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Daha sonra iddiaçının vəziyyəti ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və həmin tarixdən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Iddiaçının birinci instansiya məhkəməsində tələbi ##.##.2025-ci il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinə kimi baxılması qərara alınmışdır.Iddiaçı tərəfindən ## #### 2026-cı il tarixli elektron ərizə təqdim edilərək iddia tələbi “cavabdehin ##.##.2025-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi ” kimi dəqiqləşdirilmiş,ərizə Məhkəmənin ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. Məhkəmə kollegiya IPM-in 52-ci maddəsinə əsasən hesab edir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı onun əlilliyinin dayandırılmasına əsas olan ##.##.2025-ci il tarixli qərarın ləğv edilərək əlilliyinin bərpa olunmasından ibarətdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, vətəndaş X1 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2025-ci il tarixli, *-**-*/*-N-****/**** nömrəli müraciət ərizəsi daxil olmuşdur. Vətəndaş həmin müraciətə əsasən ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq ##.##.2025-ci il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Iddiaçıda müvafiq tibb müəssisələri tərəfindən verilən göndərişlərdə əks olunan xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ##.##.2025-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx” X2 tapşırılmışdır. Səhiyyə Nazirliyi “xxxx” X3 ##.##.2025-ci il tarixli, T**/**** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilmiş “keçirilmiş QKBT (1994), kəllənin sağ təpə sümüyünün güllə yaralanmasından sonrakı vəziyyət, sağ təpənin 10x12 mm ölçüdə sümük deffekti və başbeynin sağ təpə payında ensefalomalyasiya sahəsi, posttravmatik ensefalopatiya, nevrozabənzər sindrom ilə, soltərəfli hemiparez, sağ əlin III barmağının güllə yarası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Əyani müayinə zamanı sağ təpə sümüyündə 4 sm ölçüdə sümük deffekti vardır, həmin nahiyyədə palpasiya zamanı nəbz vurğuları (pulsasiya) hiss olunur. Vətəndaş İddiaçı müayinələri əsasında əldə olunmuş diaqnoza əsasən, əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Hazırkı vəziyyətdə, inzibati orqan inzibati icraat aparmağa “şübhə doğuran əlilliklərin vəziyyətinin dəqiqləşdirilməsi” əsası ilə başlasa da daha sonra özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyini bildirir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qeyd edir. Belə ki, şəxsin artıq tam reabilitasiya olunması qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı ## #### 2021-ci il tarixli qərarını ## ### 2025-ci il tarixli qərarı əsasında ləğv etmişdir. Bu zaman inzibati orqan əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan tam reabilitasiya olunduğu nəticəsinə gəlmişdir. Aydındır ki, “tam reabilitasiya olunma” insanın anadangəlmə və ya sonradan hər hansı bir səbəbdən meydana çıxan, qalıcı və ya keçici çatışmazlıqlarının itirilmiş bəzən də limitlənmiş olan funksional fəaliyyətinin araşdırılaraq müalicə edilməsi,psixoloji-sosial cəhətdən dəstəklənərək günlük yaşamda sərbəst vəziyyətə gəlməsidir.Bu zaman “tam sağalma” ilə eyniləşdirilmə aparılmasa da orqanizmin funksional olaraq əvvəlki səviyyəsinə qayıtması başa düşülür. Iddiaçıya ## #### 2021-ci il tarixində müddətsiz əlillik təyin edilərkən müəyyən edilmiş “Keçirilmiş (1994) qapağı kəllə-beyin travması, kəllənin sağ təpə sümüyünün güllə yaralanmasından sonrakı vəziyyət. Sağ təpədə 10x12mm ölçüdə sümük deffekti və baş beyinin sağ təpə payında endefalomalyasiya sahəsi. Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiya, nevroza bənzər sindrom ilə. Spastik paraplegiya. Sol tərəfli hemiparez. əl barmağının (barmaqlarının) dırnaq lövhəciyinin zədələnməsi olmadan açıq yarası.sağ əlin III barmağın güllə yarası" diaqnozu hazırda da iddiaçıda mövcuddur.Bu fakt ekspert rəyinin nəticə hissəsində təsbit edilmişdir. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının mövcud sağlamlıq vəziyyəti ona müddətsiz əlilliyin təyin olunduğu diaqnozla eynilik təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sağlamlıq vəziyyəti tam reabilitasiya olunmadığından cavabdehin ## ### 2025ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir.Nəticə etibarı ilə həmin qərarın ləğvi nəticəsində iddiaçıya ## #### 2021-ci il tarixli qərar əsasında təyin edilmiş müddətsiz əlillik bərpa edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilir. Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0007 nömrəli qərarı ləğv edilir. Iddiaçıya ##.##.2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə” əlaqədar müddətsiz təyin edilmiş üçüncü dərəcə əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulur. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-487/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-487/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver