Məhkəmə qərarları › İş №2-1(3-9)-490/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-490/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-490/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli 2-1(120)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **** nömrəli qərarı ilə İddiaçı (bundan sonra - iddiaçının) xəstəliyi ilə bağlı Diaqnoz: “F 07.0 Tez-tez dekompensasiyalarla baş verən ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə. F 62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı ağır dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. S 06.0, Y 32, G 90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. H 93.3, H 90.3 İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tipli davamlı ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. X1 Dispanseri tərəfindən iddiaçı barəsində əsas diaqnoz F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə, dekompensasiya dövrü diaqnozu ilə bağlı ##.##.2025-ci il tarixli Z********ZXF nömrəli göndərişi rəsmiləşdirilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 14 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:

6. Beyləqan rayon sakini ##.##.1993-cü il təvəllüdlü İddiaçı (FİN:*******). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi Müraciətlərin sayı: ##.##.2022 DƏƏTE. Təqdim edilmiş sənəd sayı: 14. Hərbi bilet: SX №*******. Hərbi xidmət illəri: 2014-2016-cı il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2018-##.##.2021-ci il tarixlərdə MAHHXHQ qismində hərbi xidmətdə olmuşdur. II Qarabağ müharibəsində iştirak etmişdir. Hərbi rütbə: MAHHXHQ R. XHŞ: MN MHP HHK ##.##.2025-ci il tarixli **** nömrəli Xəstəlik haqqında şəhadətnamə. ##.##.2022-ci il tarixli **** saylı travma haqqında arayış (** №-li qoşma). Obyektiv müayinə: Vətəndaşın hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında ailəli və iki övladı olsa da, ayrı yaşadığını, işləmədiyini qeyd etmişdir. Yoldaşına şiddət göstərdiyi üçün ayrıldığını və övladları ilə görüşünə izin vermədiyini də bildirmişdir. Medikamentoz preparatlardan yalnız “Pentalgin” dərmanının adını xatırlamış, digərlərini anasının köməkliyi ilə qəbul etdiyini söyləmiş, lakin faydasının az olduğunu ifadə etmişdir. Baxış zamanı hər iki said nahiyəsində paralel çoxsaylı köhnə cızıqlar (yoldaşı gedəndə edib) izlənilmişdir. Psixiatrik müayinə: (Rəhimbəyzadə Çinarə)-Zahirən səliqəli, yaşına uyğun olmuş, üz ifadəsi süni şəkildə kədərli göstərilməyə çalışmışdır. Özünü “xəstə” kimi təqdim etməyə yönəlmiş cəhdləri müşahidə edilmiş, davranışında ardıcıllıq və məqsədyönlülük mövcud olmuşdur. Psixomotor aktivlik normal, bələdliyi tam, nitqi əlaqəli, aydın və məntiqli, düşüncəsi aydın olmuşdur. Yaddaş, diqqət və təfəkkürün normal səviyyədə olması izlənilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti “(Hazırki **** №-li XHŞ ##.##.2025-14a -əsassızdır. N №li hərbi hissənin ziddiyətli Forma N11). Nevrasteniya. Simulyasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli 4387nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, anamnezidə intihar cəhdləri ilə, depressiv əlamətlər” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - 2020-ci il tarixdə döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər - təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri qeyd olunur. Eşitmə qabiliyyəti nisbətən zəifdir. Psixi status: Zahirən bir qədər gərgin görünür. Özünə, zamana və məkana görə bələdliyi ümumən saxlanılıb. Ünsiyyətə bir qədər əsəbi və narazı tərzdə daxil olur. Verilən suallara mahiyyətinə uyğun cavablar verir. Nitqi ardıcıldır, tempinə görə ləngdir. Təfəkkürü müfəssəl və torpiddir. Tez-tez əhəmiyyətsiz detallar üzərində fiksə olunur. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyillidir. Xarici qıcıqlara qarşı həssaslığı nisbətən artmışdır. Əhəmiyyətsiz səbələrdən tez qıcıqlanır. Davranışı üzərində nəzarəti nisbətən zəifləmişdir. Yaddaş və intellekt funksiyaları kobud pozulmayıb. Bununla yanaşı koqnitiv imkanlarının zəifləməsi müəyyən edilir. Maraq dairəsi məhduddur. Yoxlanılan şəxs keçirilən ekpertizanın məqsədini ümumən düzgün başa düşür. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi saxlanılıb.

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixl *******000* nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2018-ci ildə könüllü olaraq Beyləqan rayonundakı N saylı hərbi hissədə R olaraq maxe kimi xidmətə başlamışdır. Vətən müharibəsi başlayan ilk gündən ##.## 2020-ci ildən döyüş əməliyatlarında iştirak etmişdir. N saylı hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışda ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Mülayim dərəcədə ifadə olunmuş üzvü mənşəli (baş beyin silkələnməsi) emosional-labil pozuntu. Partlayış travması, keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı xəsarətini almışdır” diaqnozu ilə həmin gün Şirvan Şəhər Xəstəxanasına göndərilmiş, ##.##.2020-ci ildə xəstəxanadan buraxılmışdır. 15 gün məzuniyətdə olduqdan sonra yenidən hərbi hissəyə qayıtmışdır. Yaralanmağı ilə əlaqədar olaraq ##.##.2021-ci ildə tərxis olunmuşdur. Müxtəlif xəstəxanalarda ambulator və stasionar müalicələr almışdır. * saylı Respublika Psixatiriya xəstəxanasında qeydiyyatdadır. ##.##.2022, ##.##.2022, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci illərdə müalicələr almışdır. Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanm, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: F 07.0 Tez-tez dekompensasiyalarla baş verən ağır dərəcədə ifadə olunmuş üzvü şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə. F 62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı ağır dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişirildiyi. S 06.0, Y 32, G 90 Partlayış travması (##.##.2020). keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. H 52.2 hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1.0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla. L 70.0 kürək nahiyəsinin sızanaqları. H 93.3. H 90.3 ikitərəfli xroniki koxlear nevrtiv, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 metr məsafədən eşitməsi ilə. S 82.0 Sol diz qapağının kafi bitişmiş sınığı. E 46 2 (ikinci) dərəcəli alimentar konstitusional piylənmə, BÇi-34,1. D 58.0 Mikrositoz, funkusiyasının pozulmaması ilə. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 14a, 17a maddəsinin 3 qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarına edilmiş ## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən “Həmin dinc dövürdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.” Xəstəlikləri düzgün qiymətləndirilməyərək, əlilik təyin edilməsindən imtina edilmişdir.

Cavabdehin etirazları:

İddiaya dair etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək X1 Dispanserinin ## #### 2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (II QM zamanı alınmış QKBT nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə, dekompensasiya dövrü. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat:

Şirvan Apellyasiya Məhkəməsinin ## ######## 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 X2 hüquqi varisi cavabdeh1 X2 ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarda qeyd edilənlərlə eynilik təşkil edir. Əlavə olarq qeyd edilmişdir ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Mübahisələndirilən qərar barədə ##.##.2025-ci il tarixdə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddia müddəti ötürülməklə ##.##.2025-ci il tarixdə iddia qaldırılmışdır. Apellyasiya şikayətinə etirazlar:

Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinə uyğun əlilik təyin edilməsinə əsas verir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) şəhadətləndirilmiş, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **** nömrəli qərarı ilə xəstəliyi ilə bağlı Diaqnoz: “F 07.0 Tez-tez dekompensasiyalarla baş verən ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə. F 62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı ağır dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. S 06.0, Y 32, G 90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. H 93.3, H 90.3 İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tipli davamlı ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. X1 Dispanseri tərəfindən iddiaçı barəsində əsas diaqnoz F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə, dekompensasiya dövrü diaqnozu ilə bağlı ##.##.2025-ci il tarixli Z********ZXF nömrəli göndərişi rəsmiləşdirilmişdir. Tibbisosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, anamnezidə intihar cəhdləri ilə, depressiv əlamətlər” (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - 2020-ci il tarixdə döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicələrdə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər - təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Nevroloji status: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri qeyd olunur. Eşitmə qabiliyyəti nisbətən zəifdir. Psixi status: Zahirən bir qədər gərgin görünür. Özünə, zamana və məkana görə bələdliyi ümumən saxlanılıb. Ünsiyyətə bir qədər əsəbi və narazı tərzdə daxil olur. Verilən suallara mahiyyətinə uyğun cavablar verir. Nitqi ardıcıldır, tempinə görə ləngdir. Təfəkkürü müfəssəl və torpiddir. Tez-tez əhəmiyyətsiz detallar üzərində fiksə olunur. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyillidir. Xarici qıcıqlara qarşı həssaslığı nisbətən artmışdır. Əhəmiyyətsiz səbələrdən tez qıcıqlanır. Davranışı üzərində nəzarəti nisbətən zəifləmişdir. Yaddaş və intellekt funksiyaları kobud pozulmayıb. Bununla yanaşı koqnitiv imkanlarının zəifləməsi müəyyən edilir. Maraq dairəsi məhduddur. Yoxlanılan şəxs keçirilən ekpertizanın məqsədini ümumən düzgün başa düşür. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi saxlanılıb. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə apellyasiya şikayətinin dəlili olan iddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan ##.##.2025-ci il tarixli qərar sistemə ##.##.2025-ci il tarixdə daxil edilmiş və ##.##.2025-ci il tarixdə qərar barədə SMS vasitəsi ilə iddiaçıya məlumat verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə iddia ilə məhkəməyə (poçt vasitəsi ilə, zərfin üzərindəki qeyd səh 26) müraciət etmişdir. Bu səbəbdən iddia müddəti (30 gün) ötürülməmişdir. İddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş və s.), o cümlədən “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik, xəstəliyin müvafiq ağırlaşması və funksional pozuntu ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndinə uyğun 7.6.2.1-ci altbəndlə qiymətləndirilməklə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Ekspert rəyində xəstəliyin ağırlaşması kimi “intihar cəhdləri ilə” qeyd edilsədə, kollegiya bildirir ki, “intihar cəhdi” real (icra olunmuş) hərəkəti, “intihar riski” isə baş verə biləcək hərəkəti ehtiva edir. İşdə olan sübutlar iddiaçının xəstəliyinin ağırlaşması ilə bağlı intihar cəhdinin baş verdiyini təsdiq etmir. Göstərilən səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xəstəliyinin ağırlaşmalarını Meyarların 7.6.2.1-ci altbəndlə qiymətləndirmişdir. Əlilliyin səbəb əlaqəsi isə xüsusi səbəbdən - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı “F 07.0 Tez-tez dekompensasiyalarla baş verən ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv əlamətlər, intihar cəhdləri ilə. F 62.0 Fəlakət (müharibə) keçirtdikdən sonrakı ağır dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi. S 06.0, Y 32, G 90 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. H 93.3, H 90.3 İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tipli davamlı ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində X1 Dispanseri tərəfindən ##.##.2025-ci il tarixli Z********ZXF nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik, xəstəliyin müvafiq ağırlaşması və funksional pozuntu ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2. və 7.6.2.1-ci bəndlərinə uyğun əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “xxxx” X2 tərəfindən verilmişdir. Həmçinin, iddiaçı barəsində göndəriş rəsmiləşdirmiş X1 Dispanseri də onun xəstəliyi ilə bağı ixtisaslaşmış tibb müəssisəsidir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2025-ci il tarixdən müəyyən edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar