Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-492/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakim Hacızadə Fəxri Hümmət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxxnə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxxnə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək xxxx Tibbi Sosial Ekspert Komissiyasının onun barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli *******00007 №-li qərarının ləğv olunması, ona yəni İddiaçı qərar ləğv olunduğu tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1989-cu ildə Saatlı şəhərində doğulmuşdur. "44 Günlük" ikinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə" və eyni zamanda "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Müharibə zamanı, yəni ## ###### 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa rayonu istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində "Barotravma" xəsarəti almış və səhhətində "Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, F07.8 Barotarvma nəticəsində (döyüş tapşırıqlarını yerinə yetirərkən) yaranan ifadəli psixopatabənzər davranış dekompensasiya fazası. Funksiaonal tutmalar. Yaddaş və intellektin enməsi. Yüngül kəmağıllıq dərəcədə IQ-68%. Hipertoniya xəstəliyi II dərəcə A/t-170/90” diaqnoz xəstəliyi yaranmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında ##.##.2022-ci ildə sonuncu müayinə zamanı mənə üçüncü dərəcəli əlillik təyin edilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətini isə ##.##.2027-ci il müəyyən edilmişdir. Həmin vaxtdan üçüncü dərəcəli əlilliyə görə pensiya almışdır ki, ##.##.2025-ci il tarixdə cavabdeh təşkilat ona müvafiq əlillik dərəcəsi təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: üzvi (II QM zamanı keçirilmiş QKBT nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları, özünə xəsarət yetirmələr, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalarla. Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: "Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Səbəbi ilə imtina verilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyəti müvafiq meyarların tələbləri ilə uzlaşmır. Tibb müəssisəsi tərəfindən təqdim edilmiş diaqnostik göstəricilər və klinik rəylər Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən hərtərəfli tədqiq edilmiş, lakin orqanizmin funksiyalarının pozulması (OFP) dərəcəsinin əlillik təyinatı üçün zəruri olan minimum — 35 faizlik həddə çatmadığı müəyyən edilmişdir. Vurğulanmalıdır ki, qüvvədə olan qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş meyarların tələblərinə əsasən, orqanizmin funksiyalarının pozulma dərəcəsi müəyyən edilmiş minimal kvotadan aşağı olduğu təqdirdə, Agentliyin əlillik təyinatı aparmağa əsası yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, döyüş tapşırığını yerinə yetirərkən ağır kəllə-beyin travması almışdır. Müharibədə aldığı travmalar nəticəsində uzunmüddətli stasionar və ambulator müalicələr keçmişdir. Müalicələri müxtəlif ixtisaslaşmış tibb müəssisələrində aparılmış və tibbi sənədlərlə aşağıdakı diaqnozlar təsdiq edilmişdir: XBT-10F07.8- Baş beyin xəstəliyi zədələnməsi və disfunksiyası nəticəsində yaranan digər üzvi şəxsiyyət və davranış pozuntuları; XBT-10F70.0- Intellektual funksiyaların pozulması ilə müşayiət olunan yüngül əqli inkişaf geriliyi, depressiv pozuntu, parksionizm əlamətləri; • koqnitiv funksiyaların əhəmiyyətli dərəcədə zəifləməsi, • baş beyin travmatik xəstəliyi, • travma nəticəsində yaranmış beyin disfunksiyası, • nitq funksiyasının ciddi pozulması, • ifadəli disfusatif pozuntu, • psevdoedemensiya. Bu diaqnozlar Salyan Rayon Mərkəzi Xəstəxanasının, X4 və digər müalicə müəssisələrinin tibbi sənədlərində öz təsdiqini tapmışdır. Müharibədə aldığı ağır travmalar nəticəsində gündəlik həyat fəaliyyəti, ünsiyyət imkanları, əmək qabiliyyəti, sosial adaptasiya və müstəqil fəaliyyət imkanları ciddi şəkildə məhdudlaşmışdır. Bütün bunlara baxmayaraq, DTSERA tərəfindən əvvəlcə mənə 5 il müddətinə əlillik təyin edilmiş, lakin sonradan sağlamlıq vəziyyətimdə yaxşılaşma baş vermədiyi halda bu qərar ləğv edilmişdir. Bu isə həm tibbi məntiqə, həm də hüququn əsas prinsiplərinə ziddir. Əgər sağlamlıq vəziyyətim yaxşılaşmış olsaydı, bunu təsdiq edən obyektiv tibbi sənədlər və ekspertiza rəyləri mövcud olmalı idi. Qeyd edilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 X1 hüquqi varisi “xxxx” X1 ilə əvəz edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirir və Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “Inzibati icraat haqqında” Qanun: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi xxxx Tibbi Sosial Ekspert Komissiyasının onun barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli *******00007 №-li qərarının ləğv olunması, ona yəni İddiaçı qərar ləğv olunduğu tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizim funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin əlilliyin təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdə olan Agentliyin *-**-*/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş: Salyan Psixatriya Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2022-ci il tarixli *******AAABG nömrəli göndərişdən müəyyən olunur ki, Əsas diaqnoz F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, F07.8 Barotarvma nəticəsində (döyüş tapşırıqlarını yerinə yetirərkən) QKBT nəticəsində yaranan ifadəli psixopatabənzər davranış dekompensasiya fazası mütəmadi olaraq funksional Bələdliliyi hər növlər üzrə saxlanılıb. Düşüncəsi aydındır.Verilən suallara əsəbi, qısa cavablar verir. Nitqi qırıq-qırıqdır. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi aşağıdır. Davranışı qeyriadekvatdır. Bir yerdə qərar tutmur. Emosional ləbildir.Pisixi fəaliyyəti bütün sferalarda enib.Intelle Ağırlaşma F70.0 Davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə., F70.0 Funksional tutmalar. Yaddaş və intellektin enməsi. Yüngül kəmağıllıq dərəcədə IQ-68% Yanaşı xəstəliklər R03.0 Hipertenziya diaqnozu olmadığı halda yüksəlmiş qan təzyiqi, Hipertoniya xəstəliyi II dərəcə A/t-170/90 İddiaçı aid ##.##.2022-ci il tarixli qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, F07.8 Barotarvma naticəsində(döyüş tapşırıqlarını yerinə yetirərkən )QKBT nəticəsində yaranan ifadəli psixopatabənzər davranış dekompensasiya fazası.Funksional tutmalar. Yaddaş və intellektinenməsi. Yüngül kəmağıllıq dərəcədə IQ-68% Hipertoniya xəstəliyi II dərəcə A/t-170/90. Meyar-2.3 Üçüncü dərəca əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntulan və Meyar: psixopatiyalar (F60.0-F62.9,F45- F45.9,F48-F48.9). Işdə olan Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *******0003 saylı, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bötövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Işdə olan Salyan Rayonlararası Psixatriya Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2024- cü il tarixli S********VCN nömrəli göndərişdən müəyyən olunur ki, Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, QKBT dan (Barotravma) sonra şəxsiyyət dəyişkənliyi, depressiv daxilolmalar, parkinson əlamətlərilə, koqnitiv funksiyaların zəifləməsi. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin (Barotravma) xəsarətindən sonrakı şəxsiyyət dəyişkənliyi,depressiv daxilolmalarla Ağırlaşma F06.7 Yüngül koqnitiv pоzuntu, Yaddaş və intellektin zəifləməsi. Işdə olan Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *******0004 saylı, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Işdə olan Salyan Rayonlararası Psixatriya Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli G********ILT nömrəli göndərişdən müəyyən olunur ki, Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, QKBT dan (Barotravma) sonra şəxsiyyət dəyişkənliyi, depressiv daxilolmalar, parkinson əlamətlərilə, koqnitiv funksiyaların zəifləməsi. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin (Barotravma) xəsarətindən sonrakı şəxsiyyət dəyişkənliyi,depressiv daxilolmalarla Ağırlaşma F06.7 Yüngül koqnitiv pоzuntu, Yaddaş və intellektin zəifləməsi. Işdə olan Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının *******0006 saylı, ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbəbindən əlillik verilməsindən imtina edilmişdir. Işdə olan Salyan Rayonlararası Psixatriya Xəstəxanası tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli Y********JYN nömrəli göndərişdən müəyyən olunur ki, Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, D-z: F07.0 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları, özünə xəsarət yetirmələr, koqnitiv funksiyaların enməsi, teztez baş verən dekompensasiyalarla. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları, Baş beyinin (Barotravma) xəsarətindən sonrakı şəxsiyyət dəyişkənliyi,depressiv daxilolmalar, parkinson əlamətləri ilə. Ağırlaşma F02.8 Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, QKBT- sı nəticəsində yaranan psixopatabənzər davranış, dekompensasiya forması, funksional tutmalar, yaddaş və intellektin enməsi ilə MMSE- 20 bal. Işdə olan Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının **TSG*Y**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbəbindən əlillik verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Vətən Müharibəsi zaman gedən döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüşlər zamanı xəsarət alaraq ##.##.2021-##.##.2021-ci il tarixədək Salyan Respublika Psixiatriya Xəstəxanasında “Qapalı kəllə beyin travması, (Barotravma) nəticəsində yaranan psixitabənzər davranış, funksional tutmalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. ## ####### 2021-ci il tarixli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək iddiaçıya “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barədə sonuncu, yəni **TSG*Y**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə ona əlillik verilməsindən imtina edilmişdir. Iddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. Hazırkı işin hallarından müəyyən edillir ki, Salyan Rayonlararası Psixatriya Xəstəxanası tərəfindən tərtib olunmuş “F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, D-z: F07.0 Üzvi (2-ci Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları, özünə xəsarət yetirmələr, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalarla” diaqnozu ##.##.2025-ci il tarixində Y********JYN nömrəli göndərişlə (forma 88) rəsmiləşdirilərək TSEK-in elektron altsisteminə ötürülmüşdür. Iddiaçıda həmin xəstəliklərin və diaqnozun həqiqətən də mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə ##.##.2025-ci il tarixində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnə tapşırılmışdır. “xxxx” X1 tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (II Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları, özünə xəsarət yetirmələr, koqnitiv funksiyalann enməsi, tez-tez baş verən dekompensasiyalar (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı barotravma alması, müayinə və müalicədə olnması, psixi vəziyyətinin pisləşməsi ilə əlaqədar SN Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (II Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, qıcolma tutmaları, özünə xəsarət yetirmələr, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən dekompensasiyalar” diaqnozu ilə dəfələrlə stasionar müaIIbağə olması, həmçinin hazırkı müayinə zamanı zahirən bir qədər gərgin olmasi, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin aşağı olması,affektiv reaksiyalara olması, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının ıəsi, sorğu gedişatında əsəbilik, baş ağrıları, yuxusuzluq, yaddaşının zəifləməsinin get-gedə artmasını bildirməsi, əsəbi gərginlik zamanı özünə kəsmələrlə xəsrətlər yetirməsi, gün ərzində heç nəyə həvəsinin olmaması, əhvalının aşağı olması və sair sübut edir. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi F06 pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən diaqnoz İddiaçı iş materiallarında adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində və digər tibbi sənədlərdə olan əsas diaqnoz ilə eynilik təşkil edir. Təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçının mövcud sağlamlıq vəziyyəti təsvir edilərkən “təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin aşağı olması,affektiv reaksiyalara meylli olması, qıcıqlara qarşı həssaslığının yüksəlməsi” əlamətləri qeyd edilmişdir.Bu hallar isə yarımbənddə təsbit edilən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə” göstərici ilə eynidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2- 2-ci bəndinə (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) uyğundur və həmin bəndə əsasən onun əlilliyi 65-80% dərəcə ilə iki il müddətinə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-492/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-492/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver