Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-493/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X8 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin onun barəsində qəbul edilmiş qərarının ləğv edilməsi, sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək hərbi xidmətdən azad edilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (bundan sonra mətndə SHXÇDX Saatlı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsini, sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, hərbi xidmətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh göstərilməklə onun tərəfindən qəbul olunmuş çağırışçının hərbi xidmətə yararlılığı haqqında ##.##.2025-ci il tarixli qərarının ləğv olunmasını və yekun tibbi şəhadətləndirməyə dair “C” kateqoriyasına dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2025-ci il tarixində hərbi qeydiyyata alınmış, ##.##.2025-ci il tarixində Saatlı Rayon Mərkəzi Xəstəxanasıda hərbi xidmətə çağırılanların tibbi müayinəsindən keçmişdir.Sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilmiş sms bildirişinə əsasən, çağırışçı X4 əlavə tibbi müayinədən keçmişdir.Daha sonra X5 adına Milli Oftalmologiya-Mərkəzində də əlavə tibbi müayinədən keçmişdir. Onun elekron kabinetində X4 müayinədən keçdikdən sonra diaqnoz, X5 adına Milli Oftalmologiya Mərkəzində keçdiyi yoxlanış ümumiyyətlə əlavə edilməmişdir.Onun barəsində hərbi xidmətə yararlılığına dair verilmiş qərarla məlumatlandırılmamış, həmin qərar elektron sistemə əlavə edilməmişdir. Yalnız ##.##.2025-ci il tarixində ərizəçi Cavabdeh dəvət edilmiş və ##.##.2025-ci il tarixinə çağırış vərəqəsi təqdim edilmişdir. Həmin çağırış vərəqəsinə əsasən, onun ##.##.2025-ci il tarixində hərbi xidmətə yola düşmək üçün Cavabdeh yaxınlaşmalı olması bildirilmişdir. Onun ayağındakı ağrılar səbəbi ilə hərbi xidmətə çağırılanların tibbi müayinəsindən əvvəl-##.##.2025-ci il tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasına və Saatlı Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ixtisaslı həkim qəbulunda olmuş, pəncə rentgenoqrafiyası çəkilmiş və sol ayaq: 3-cü dərəcəli yastı pəncəlik (pes planus gradus III), Sağ ayaq: 2-ci dərəcəli yastı pəncəlik (pes planus gradus II), Hər iki pəncədə artroz əlamətləri (oynaq degenerasiyası) diaqnozu, həmçinin bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi diaqnozu qoyulmuşdur.Həmçinin ərizəçi ##.##.2025-ci il tarixində X2 eyni şikayətlərlə müraciət etmiş, yenidən yoxlanışdan keçmiş, eyni diaqnoz öz təsdiqini tapmışdır. "Hərbi-həkim ekspertizası" haqqında Əsasnamənin 68-ci bəndinə əsasən, III dərəcəli yastı pəncəlik (ağrılı forma, artrozla müşayiət olunarsa) - şəxs "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, Sol ayaqdakı III dərəcəli yastı pəncəlik və artroz səbəbilə onun sülh dövründə hərbi xidmətə yararsız hesab olunması üçün tibbi əsas mövcuddur. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(120)- 5343/2025 tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının sülh dövründə hərbi xidmətə yararlı hesab edilməsinə dair cavabdeh orqanın qərarının qanuniliyini yoxlayarkən işin faktiki halları birtərəfli araşdırılmış, sübutlar qeyri-obyektiv qiymətləndirilmiş, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı İddiaçı hərbi çağırış prosesindən əvvəl və çağırış gedişatında Sabirabad Rayon Mərkəzi Xəstəxanasında, Saatlı Rayon Mərkəzi Xəstəxanasında, X4 və X1 ixtisaslı həkimlər tərəfindən müayinə edilmiş və pəncə rentgenoqrafiyası çəkilmişdir. Keçirilmiş obyektiv müayinələrin nəticəsi olaraq iddiaçıya rəsmi diaqnozlar qoyulmuşdur. X1 və Sabirabad Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş yoxlanışlarda iddiaçıya "Sol ayaq: 3-cü dərəcəli yastı pəncəlik (pes planus gradus III)" diaqnozu qoyulduğu halda, SaatlıRayon Mərkəzi Xəstəxanası və X4 eyni patologiya üzrə dərəcə qəsdən aşağı salınaraq "2-ci dərəcəli yastı pəncəlik (pes planus gradus II)" kimi qeyd edilmişdir. Hər bir müayinədə hər iki pəncədə artroz əlamətləri (oynaq degenerasiyası), həmçinin bel və boyun şöbələrinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi diaqnozu rəsmi olaraq təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsbit olunmuş "Hərbihəkim ekspertizası haqqında" Əsasnamənin xəstəliklər cədvəlinin 68-ci bəndinin imperativ tələbinə görə, artrozla müşayiət olunan III dərəcəli yastı pəncəlik vətəndaşın "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilməsi üçün birbaşa və mütləq hüquqi əsasdır. Maddi hüquq normalarının bu cür mütləq və imperativ xarakter daşımasına baxmayaraq, məhkəmə iş materiallarında mövcud olan rəsmi tibbi sənədləri və normativ aktın bu tələbini gözardı etmişdir. Fəaliyyətdə olan qanunvericilik hərbi çağırış komissiyasına və ya məhkəməyə III dərəcəli yastı pəncəliyi olan şəxsi öz mülahizəsinə əsasən sülh dövründə xidmətə yararlı hesab etmək barədə hər hansı diskresion (seçim) hüququ vermir. Iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(120)-5343/2025 tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə – Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsi; 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Cavabdeh ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsi, onun barəsində sülh dövründə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək, hərbi xidmətdən azad edilməsi barədə yeni qərar çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası aşağıdakı sübutları qiymətləndirərək, yekun nəticəyə gəlmişdir : Işdə olan SHXÇDX-nin Saatlı rayon şöbəsinin *-**-**/*-*****/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi aktının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2025-ci il tarixdə X5 adına Milli Oftalmologiya Mərkəzində uzağı pis görmə şikayəti ilə müraciət etmişdir.Ona OU-Mürəkkəb düz tipli miopik astiqmatizim oxlarda 5.5 DM və 4.5.D.M diaqnozu təyin edilmişdir. Sağlamlıq vəziyyətinə dair müayinə aktının (* №-li Qoşma) surətindən müəyyən olunur ki, ##.##.2004-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli 10000644912 göndərişi ilə X3 göndərilmişdir. Şikayəti-ayaqlarında olan ağrılardandır. Anamnez: Uşaq yaşlarından; Obyektiv müayinələrin məlumatları: Müayinə zamanı ayaqlarda yastılaşma qeyd edilir; Xüsusi müayinələrin (laborator, rentenoloji, instrumental və s) nəticələri: “Pəncə rentgenoqrafiyası (lateral, sol, bir proyeksiyalı)” “Pəncə rentgenoqrafiyası (lateral, sağ, bir proyeksiyalı)”. XBT-10 kodu-Q66.5; Anadangəlmə yastıpəncə (pesplanus) -ikitərəfli II dərəcəli yastıayaqlılıq Funksiya pozğunluğu yoxdur. Işdə olan rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının çağrışçısının hərbi xidmətə yararlılığı haqqında ##.##.2025-ci il tarixli qərarından müəyyən olunur ki, SHXÇDXnin Saatlı rayon şöbəsinin ##.##.2004-cü il təvəllüdlü çağırışçı İddiaçı barədə olan materiallara baxaraq “X6” ##.##.2025-ci il tarixli və “X5 adına Milli Oftalmologiya Mərkəzinin” ##.##.2025-ci il tarixli rəylərinə əsasən yararlılıq müəyyən edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## ####### 1036- IIQ nömrəli Qanununun 59-cu maddəsini və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 15.2.-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin 61-ci və 33-cü maddələrinin “Ç” bəndini rəhbər tutaraq qərara almışdır: ##.##.2004-cü il təvəllüdlü çağırışçı İddiaçı “A-3 məhdudiyyəti ilə hərbi xidmətə yararlı” hesab edilmiş, İddiaçı hərbi bilet təqdim edilsməsi qeyd olunmuşdur. Qərar barədə maraqlı şəxs və ya onun nümayəndəsi 10 gün müddətində tanış edilsin; Inzibati aktdan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətinə Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə şikayət (inzibati iddia) verilə bilər. Işdə olan çağırış vərəqəsinin surətindən müəyyən olunur ki,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ##.##.2025-ci il tarixdə saat 07:00da hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə gəlməlidir. Çağırış vərəqəsi ##.##.2025-ci il tarixdə İddiaçı-çağırışçıya təqdim olunmuşdur. Işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Şirvan Inzibati Məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Işdə olan Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin **/*** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə təqdim olunmuş K/** nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Vətəndaş, 2004-cü il təvəllüdlü İddiaçı komission məhkəmə tibbi ekspertizasına, Şirvan Inzibati Məhkəməsində araşdırması aparılan 2-1(120)- ****/**** nömrəli iş materialındakı tibbi sənədlərdən çıxarışlarda və MN Baş Klinik Hospitalın həkim mütəxəssis rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir. İddiaçı hazırda “Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı.Onurğa sütununun döş nahiyyəsinin cüzi əyriliyi (4) diaqnozlu patologiyalar vardır və o, bu diaqnozlu patologiyalar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “hərbi xidmətə yararlı”dır. İddiaçı oftalmoloji müayinədən imtina etmişdir. Işin hallarından göründüyü kimi Saatlı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı A-3 məhdudiyyəti ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Sözügedən qərarda tibbi əsas kimi X5 adına Milli Oftalmologiya Mərkəzinin ##.##.2025-ci il tarixli və X6 ##.##.2025-ci il tarixli rəylərə istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci bəndinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə həvalə olunur. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. (8.2-ci bəndi). “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur (8.3-cü bəndi); “A”-hərbi xidmətə yararlıdır; “B”-sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 61-ci bəndinə əsasən iddiaçı “funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” diaqnozu ilə A-3 yararlı hesab edilmişdir. Hərbi xidmətə yararlılıq Mad Xəstəliklərin adı, funksiyaların pozulma kateqoriyası də dərəcəsi İ qrafa II qrafa III qrafa Yastıayaqlılıq və ayağın digər deformasiyaları: 1 a) funksiyaların mühüm dərəcədə pozulması ilə D D D b) funksiyaların mülayim dərəcədə pozulması ilə C C C və ya B FƏRDI c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) funksiyaların pozulması olmayan obyektiv A-3 A A əlamətlər olduqda d) travmaların, anadagəlmə qüsurların cərrahi Ç Ç Ç müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar Yuxarıda qeyd olunan “ç” bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya II dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir. Iddiaçı barəsində müəyyən edilmiş digər diaqnoz qiymətləndirilmiş, Əsasnamənin 33-cü bəndində nəzərdə tutulmuş,xidməti istisna edən hal müəyyən edilməmişdir. Işdə olan ekspert rəyindən göründüyü kimi iddiaçı “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinin “ç” bəndinin İ qrafasına əsasən A-3 məhdudiyyət nəzərə alınmaqla “hərbi xidmətə yararlı”dır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(120)-5343/2025 tarixli qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-9)-493/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-493/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver