Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-497/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,## #### 2020-ci il tarixdə Imişli rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılmış,həmin gün N saylı hərbi hissədə yerləşdirilmiş,Vətən Müharibəsi başlayan günə qədər N saylı hərbi hissədə qulluq etmişdir. ## ######## 2020-ci il tarixdə 44 günlük müharibə başlayan günü həmin hərbi hissədən saat 09:00-da həyəcan siqnalı ilə kalon şəkilində Gəncə şəhərinə göndərilmişdir. Qeyd edir ki,bununla yol vərəqi yazılmışdır. Idarə etdiyi avtomobillərin markası Kamaz 43-115, nömrəsi isə P-155 idi. Gəncə dəmiryol vağzalından şəxsi heyəti yükləyib Tərtər şəhərinə gəlmişdirlər. Sonra stansiya Mingəçevir N saylı hərbi hissəyə qayıtmış, oradan isə yenə Gəncəyə getmişdirlər. Gəncədən yenə hərbiyə aid olan yükləri yükləyib Beyləqan şəhərinə gəliblər. Yükləri boşaldıb Mingəçevirə qayıtmışlar. Yenə yük götürüb Bərdəyə gətirmişlər. Bərdədən isə kalon şəkilində Füzuliyə gəlmişlər. Kalona rəhbərlik edib qabaqda gedən o, olmuşdur. Füzulidən Cəbrayıla hərbi hissə şəxsi heyəti aparmışdır. Getdiyi kəndlərin çoxunun adları erməni dilində yazılmış,ona görə onların adlarını bilmir. Cəbrayıldan Zəngilana, Zəngilandan Qubadlıya gəlmişlər. R Vüqar Israfilovun rəhbərliyi ilə kalonda olan avtomobil ilə Qubadlıda olan hərbi hissəyə təhvil verdilər. Gecələr atəş zonasından cəsədlərin yığılmasına kömək edirdilər. Bildirir ki, N saylı hərbi hissəyə, N saylı hərbi hissəyə və digər əlaqədar təşkilatlara müraciət etməyinə baxmayaraq heç bir müsbət cavab verilməmişdir. Cavabdeh şəxslər bildirirlər ki, sizin adınıza yazılmış yol vərəqləri yandırılmışdır. Onların olduğu hərbi hissələrdə güya onların adlarını nizami hissə üzrə əmrə salınmamışdır. O vətən müharibəsinin qaynar ocaqlarında, odun alovun içərisində ola ola ona kiminsə səhlənkarlığı üzündən Qarabağ veteran adı və ya statusu verilməyib. Onun ## ######## 2020-ci il tarixdən ## ###### 2020ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə almaqla ona müvafiq veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunar ərazilərdə verinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Mingəçevir şəhərində olan bölmələrin tərkibində öz xidməti vəzifələrini icra etmiş və döyüş növbətçiliyinə cəlb olunan şəxsi heyətin mənəvipsixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması işini təşkil etmişdir. Göründüyü kimi Mingəçevir səhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları verinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası IPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, yol vərəqəsi əsasında Gəncə şəhərinə, Gəncə şəhərindən Tərtərə, sonra Bərdə şəhərinə, yenidən Bərdə şəhərindən Füzuli rayonuna gəlmiş, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına göndərilmişdir. Gecə vaxtları atəş zonasından cəsədlərin çıxarılmasına köməklik etmişdir. Yol vərəqəsini əldə etməyə çalışsa da ona hərbi hissədən bildirilmişdir ki, yol vərəqələri yandırılıb. Ona görə də ondan asılı olmayan səbəbdən yol vərəqəsini təqdim edə bilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, Komissiya tərəfindən təqdim olunmuş rəsmi siyahılara əsasən iddiaçı İddiaçı ilə birlikdə həmin dövrdə hərbi xidmətdə olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu X2 da məlumatları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa şəhərinin, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun, Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazisində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və ezam olunmuş şəxslərin adlı siyahısı ilə birlikdə göndərilmiş, qanunvericilikdə nəzərdə tutulan ərazi meyarlarına uyğun gələn şəxslərin adları ilə müəyyən edilmiş və müvafiq qaydada təsdiq edilmişdir. Iddiaçının adı isə həmin siyahıda yer almamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçı Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2018 tarixli *** nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı takelajçı vəzifəsi üzrə N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə N nömrəli hərbi hissənin qazan təminatına qoyulmaqla istiqamət üzrə göndərilmişdir, ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə yenidən əvvəlki xidmət yerinə qaytarılmışdır, yəni iddiaçının döyüş əməliyyatlarında birbaşa iştirak etməsi və döyüşməsi barədə iş materiallarına mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: Işdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Imişli rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və ##.##.N-ci ildə hərbi hissəyə göndərilmişdir. Işdə olan Cavabdeh N №-li Hərbi Hissənin ##.##.2024-cü il tarixli *** nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabitenin ## ###### 2021-ci il tarixli ** №-li Qərarına əsasən yaradılmış “Vətən müharibəsi iştirakçılarına “Mübaribə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya”ya təqdim edilməsi məqsədi ilə Cavabdeh yaradılmış Komissiyaya göndərilmişdir. Döyüş əməliyyatları aparılan dövrdə iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilən ərazi meyarlarına uyğun olmadığına görə ##.##.2024-cü il tarixli iclas protokuluna əsasən komissiya “Müharibə veteranı” adının və vəsiqənin verilməsi üçün müəyyən edilmiş siyahıya salınaraq razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Odur ki, verilmiş qərardan razı olmadığı halda qeydiyyatda olduğu rayon Inzibati Məhkəməsi vasitəsi ilə şikayət verə bilər. Işdə olan Cavabdeh N №-li Hərbi Hissəsinin ##.##.2025-ci il tarixli **/** nömrəli məkubuna əsasən, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabitenin ## ###### 2021-ci il tarixli ** №-li Qərarına əsasən yaradılmış “Vətən müharibəsi iştirakçılarına “Mübaribə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya”ya təqdim edilməsi məqsədi ilə Cavabdeh yaradılmış Komissiyaya göndərilmişdir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10-cu abzastının təsiri altına düşmədiyinə və ezam olunduğu hərbi hissə əməliyyatlarda biləvasitə və yaxud döyüş təminatları üzrə əməliyyatlara cəlb olunmadığına dair müvafiq təsdiqedici sənədlər olmadığına görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqənin verilməsi üçün müəyyən edilmiş siyahıya salınaraq razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Işdə olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-*****/**** nömrəli tələnaməsindən görünür ki, yoxlama İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası ilə əlaqədardır. Işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli Rayon Şöbəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubuna əsasən, Imişli rayonu, Oruclu kəndində qeydiyyatda olan, 1998-ci il təvəllüdlü İddiaçı ##.##.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək N nömrəli hərbi hissədə “Takelajçı vəzifəsində xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin ##.##.2021-ci tarixli *** nömrəli əmrinə əsasən Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. ##.##.2021- ci il tarixdən Xidmətin Imişli rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı və yaralanması barədə Xidmətin Imişli rayon şöbəsində heç bir məlumat yoxdur. Işdə olan SX seriyalı ******* nömrəli hərbi biletin qeydiyyat kartasından görünür ki, İddiaçı ##.##.2021-ci ildə SQ-dən ehtiyata buraxılmışdır. Işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli 3- **- */*-****/** nömrəli məktubuna əsasən, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adları və vəsiqəsinin verilməsi üzrə komissiyasına qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli 2- *(***)-****/**** nömrəli məktubuna Hüquq Idarəsində baxılmışdır. Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə tam şəkildə, N nömrəli hərbi hissənin avtomobil, təmir və maddi-texniki təminat bölükləri, arxa komanda məntəqəsinin təminat bölüyü döyüş əməliyyatlarında iştirak etmişdir. Işdə olan Cavabdeh N №-li Hərbi Hissənin ##.##.2025-ci il tarixli **/*** nömrəli məktubuna əsasən, N nömrəli hərbi hissədə əvvəllər xidmət etmiş ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissədə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabitenin ## ###### 2021-ci il tarixli ** №-li Qərarına əsasən yaradılmış “Vətən müharibəsi iştirakçılarına “Mübaribə veteranı’’ adının verilməsi işinin təşkili üzrə Komissiya”ya təqdim edilməsi məqsədi ilə Cavabdeh yaradılmış Komissiyaya göndərilmişdir. Döyüş əməliyyatları aparılan dövrdə ehtiyatda olan əsgər İddiaçı iştirak etdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilən ərazi meyarlarına uyğun olmadığına görə ##.##.2024-cü il tarixli iclas protokuluna əsasən komissiya ehtiyatda olan əsgər İddiaçı “Müharibə veteranı” adının və vəsiqənin verilməsi üçün müəyyən edilmiş siyahıya salınaraq razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab etməmişdir. Odur ki, N nömrəli hərbi hissənin Bakı şəhərində yerləşdiyini, döyüş əməliyyatlarında yalnız döyüşün hərtərəfli təminatı ilə məşğul olduğunu və həmin müddət ərzində ezam olunduğu hərbi hissənin və rayonların münaqişə zonası olmamasını (həmin müddət ərzində işğaldan azad olunmasını) nəzərə alaraq ehtiyatda olan əsgər İddiaçı müharibədə iştirak etməsinə dair hər hansısa arayışın verilməsi məqsədə uyğun hesab edilməmişdir. Işin hallarından görünür ki, iddiaçı ##.##.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Imişli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək (həmçinin döyüş əməliyyatları aparılan zaman) N nömrəli hərbi hissədə “takelajçı” vəzifəsində xidmət keçmişdir. AR Müdafiə Nazirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Iddiaçının hüquqi marağı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı hallar üzrə hüquqi əsas “Veteranlar haqqında” Qanun, eləcə də Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təşkil edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilir. Həmin normaya görə qanunverici Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün şəxslərə deyil, müəyyən kateqoriya şəxslərə bu statusun verilməsini məqsədəmüvafiq hesab edir ki, belə şəxslərin dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşir. Məhkəmə kollegiyası bildirir ki, müharibə veteranı adının verilməsi ilə bağlı olan şəxslərin dairəsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır. Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı və vəsiqəsi verilən şəxslər əsasən iki kateqoriyaya bölünmüşdür. Onlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərdir. Onlardan digəri isə 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılması, hazırlanması və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərdir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Ali Məhkəmənin mövqeyinə görə (*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərar) döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin hallarından görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Lakin iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə və müharibə dövründə ezam olunduğu N nömrəli hərbi hissə (Mingəçevir şəhərində yerləşir) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında nəzərdə tutulan ərazi meyarlarına uyğun deyildir. Bundan başqa məhkəmə qeyd edir ki,iddiaçının hərbi xidmət zamanı vəzifəsi “sürücü” deyil, “takelajçı” olmuşdur. Yəni,iddiaçının bildridiyi kimi ona nəqliyyat vasitəsinin təhkim edilməsi və yol vərəqəsinin verilməsinə dair hər hansı sübut mövcud deyildir.Nəticə etibarı ilə iddiaçının maddi-texniki təminatı ərazi meyarlarına daxil olan rayonlarda həyata keçirməsi sübut olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-497/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-497/2026
23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver