Məhkəmə qərarları › İş №2-1(3-9)-502/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-502/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-502/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi PHŞ-ə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1nə qarşı Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın ona münasibətdə ##.##.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması” hissəsində ləğv edilməsi və ona təyin olunmuş üçüncü dərəcəli əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə xxxx üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik təyinatlarında şübhəli hallar müəyyən edilən əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsinə dair kifayət qədər araşdırma və inzibati icraat aparmadan, həmin halların konkret şəxslə bağlı olmasını, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmadan cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi X1 ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## #### 1963-cü ildə Saatlı rayonu Genişkənd kəndində doğulmuşdur. Uzun müddətdir ki, “Dəqiqləşdirilməmiş epilepsiya, Epilepsiya qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyət dəyişkənliyi ilə” xəstəliyindən əziyyət çəkir. ## ###### 2021-ci ildən də həmin xəstəliklə əlaqədar üçüncü dərəcəli əlilliyə görə pensiya almışdır. Həmin vaxt ona əlillik dərəcəsi ## ###### 2026-cı il tarixədək olan müddət üçün təyin edilmişdir. Dəfələrlə müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağlamlıq durumunda yaxşılaşmalar müşahidə olunmur. ## ###### 2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. ## ###### 2023-cü il tarixdən ona pensiya ödənişi dayandırılmışdır. Bir neçə dəfə əlillik dərəcəsi təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də hər dəfə müxtəlif bəhanələrlə müvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Sonuncu dəfə də cavabdeh təşkilat ona ünvanlandığı ## ##### 2024-cü il tarixli məktubda qeyd edir ki, müraciətinizə əsasən siz ##.##.2023-cü il tarixində Agentlikdə qəbulda olmusunuz. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir”. Bununla da ona 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsindən imtina etmişdir. Məlumat üçün bildirir ki, ## ####### 2022-ci il tarixdən ## ####### 2022-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16 Reabilitasiya Pansionatında stasionar müalicədə olmuş, ona təyin edilmiş diaqnoz bir daha təsdiqlənmişdir. Bundan başqa “xxxx” X1 tərəfindən ona ## ###### 2024-cü ildə verilmiş ambulator xəstənin **** nömrəli tibbi vərəqi ilə də xəstəliyi öz təsdiqini tapmışdır. Üçüncü şəxs tərəfindən onun adına verilmiş ## ###### 2023-cü il tarixli arayışda qeyd edilir ki, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixlərdə ona “Epilepsiya G40, Hipertoniya I10, ÜIX gərginlik stenokardiyası I20.8” diaqnozu ilə ilkin tibbi yardım göstərilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xxxxnın ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X18: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsı və ya disfunksiyası nəticəsi Diaqnozun mətni: Dəqiqləşdirilməmiş epilepsiya, Epilepsiya qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Şəxsiyyət dəyişkənliyi ilə Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Saatlı rayon sakini ##.##.1963-cü il təvəllüdlü İddiaçı (FIN:*******) dair tibb müəssisəsinin *******AAPUX nömrəli göndərişi Tibbi sosial ekspert komissiyassı tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2023-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli qərar əsasında ##.##.2021-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında yenidən *-**-*/*-H- *****/**** nömrəli məktub əsaasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən 12017-ci ildə travmadan sonra başlamış qıcolma tutmaları barəsində məlumat vermiş, ürək nahiyyəsində ağrılardan şikayət etmişdir. “Epilepsiya tez-tez baş verən qıcolma tutmaları. Şəxsiyyətin dəyişkənliyi” diaqnozu qeyd edilmiş Salyan MRX-nin ##.##.2021-##.##.2021-ci il tarixli. “Epilepsiya xəstəliyi, tez tez baş verən qıcolma tutmaları, sağ dirsək sinirinin nevriti” diaqnozu qeyd edilmiş Saatlı MRX-nın ##.##.2023-##.##.2023-cü il tarixli epikrizi, ##.##.2021-ci il tarixli yuxarı ətraf sinirlərinin EMQ müayinə nəticəsi (Aksonal tipdə “sağ ulnar mononeyropatiya”nı göstərir”) olmuş, təqdim edilmiş EEQ müayinə nəticəsində epilepsiyaya aid dəyişiklik izlənilməmiş, travmanı təsdiq edəcək heç bir sənəd təqdim edilməmişdir. Obyektiv müayinə zamanı nevroloji statusunda kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika aşkarlanmamış, sağ yuxarı ətrafda, biləkdə ulunar sinir proyeksiyasında atrofiya qeyd edilmiş, əzələ gücü 5/5 bal, reflekslər canlı olmuş, Aşağı ətraflarında əzələ tonusu normal, D=S, Reflekslər D=S canlı, sağ pəncədə yanğı hissi olduğundan yerişi qoruyucu xarakterli olmuş, əzələ gücü 5/5 bal olmuşdur. Psixiatr baxışı zamanı zahirən səliqəli, bələdliyi bütün istiqamətlərdə qorunmuş, təndidi tam olmuş, kobud şəxsiyyət dəyişkənliyi izlənilməmişdir. DTSERA-da ##.##.2023-cü il tarixində aparılmış Transtorokal exokardioqrafıya müayinə nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub. Seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=59%). Aorta və Mitral qapaqlar cüzi fibrotikdir. Min TR. Perikard təmizdir." kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinə və təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verəcək nevroloji defisit, psixopatoloji hal, patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin. ##.##.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi. Apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: “xxxx” X1 Üçüncü şəxs X1 ##.##.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Saatlı RMX PHŞ-nin TTTY şöbəsinə mütəmadi olaraq çağırışlar etmiş və müayinə olunaraq “Epilepsiya G40, Hipertoniya I10, ÜIX gərginlik stenokardiyası I20.8” diaqnozu ilə iikin tibbi yardım göstəilmişdir. (##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023) Arayış İddiaçı ##.##.2023-cü il tarixli, PHŞ/*************Ö* saylı qeydiyyata alınmış ərizəsinə əsasən verilir. Iddiaçıya dair Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki: ##.##.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2021-ci ildə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2021-ci il tarixli qərarı ilə İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, ##.##.2023-cü il tarixdə tam reabilitasiya olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli bildirişində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz ##.##.2023-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət olunmuşunuz. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik səbəbindən ##.##.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində xxxxnin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı əlillik vəziyyəti xxxxnın *******AAPUX nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində əlillik vəziyyətlərinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş məktub əsasında ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sonraki dövrdə vətəndaş ##.##.2024-cü il tarixdə yenidən Agentlikdə əyani müayinə edilmiş və tam reabilitasiya olunmasına dair qərar qüvvədə saxlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X17 -Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X20 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən 5 (beş) nəfərə dair ##.##.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 4 (dörd) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 1 (bir) nəfərin isə tibbiekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Saatlı rayon sakini ##.##.1963-cü il təvəllüdlü İddiaçı (FIN:*******) dair tibb müəssisəsinin *******AAPUX nömrəli göndərişi Tibbi sosial ekspert komissiyassı tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar əsasında ##.##.2021-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında yenidən *-**-*/*-H-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən 12017-ci ildə travmadan sonra başlamış qıcolma tutmaları barəsində məlumat vermiş, ürək nahiyyəsində ağrılardan şikayət etmişdir. “Epilepsiya tez-tez baş verən qıcolma tutmaları. Şəxsiyyətin dəyişkənliyi” diaqnozu qeyd edilmiş Salyan MRX-nin ##.##.2021-##.##.2021-ci il tarixli, “Epilepsiya xəstəliyi, tez tez baş verən qıcolma tutmaları, sağ dirsək sinirinin nevriti” diaqnozu qey edilmiş Saatlı MRX-nın ##.##.2023-##.##.2023-cü il tarixli epikrizi ##.##.2021-ci il il tarixli yuxarı ətraf sinirlərinin EMQ müayinə nəticəsi (Aksonal tipdə “sağ ulnar mononeyropatiya”nı göstərir) olmuş təqdim edilmiş EEQ müayinə nəticəsində epilepsiyaya aid dəyişiklik izlənməmiş, travmanı təsdiq edəcək heç bir sənəd təqdim edilməmişdir. Obyektiv müayinə zamanı nevroloji statusunda kəllə beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı simptomatika aşkarlanmamış, sağ yuxarı ətrafda, biləkdə ulunar sinir proyeksiyasında atrofiya qeyd edilmiş, əzələ gücü 5/5 bal, reflekslər canlı olmuş, aşağı ətraflarında əzələ tonusu normal, D=S, Reflekslər D=S canlı, sağ pəncədə yanğı hissi olduğundan yerişi qoruyucu xarakterli olmuş, əzələ gücü 5/5 bal olmuşdur. Psixiatr baxışı zamanı zahirən səliqəli, bələdliyi bütün istiqamətlərdə qorunmuş, tənqidi tam olmuş, kobud şəxsiyyət dəyişkənliyi izlənilməmişdir. DTSERA-da ##.##.2023-cü il tarixində aparılmış Transtorokal exokardioqrafiya müayinə nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=59%). Aortal və MitraI qapaqlar cüzi fibrotikdir. Min TR. Perikard təmizdir” kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinə və təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verəcək nevroloji defisit, psixopatoloji hal, patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilsin, ##.##.2023cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X17 -Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X20 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “xxxx”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən 11 (on bir) nəfər 21-29 fevralda komissiyaya dəvət edilmiş, daha əvvəl komissiyaya dəvət edilmiş lakin bu tarixlərdə komissiyada iştirak etməmiş və ya bu tarixlərdə müayinə təqdim etmiş vətəndaşların əyani müayinə nəticələri də nəzərə alınmaqla əlillik vəziyyəti yenidən qiymətləndirmiş və aşağıdakıları müəyyən etmişdir: Saatlı rayon sakini ##.##.1963-cü il təvəllüdlü İddiaçı (FIN:*******) dair tibb müəssisəsinin *******AAPUX nömrəli göndərişi Tibbi sosial ekspert komissiyassı tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərar əsasında ##.##.2021-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında yenidən *-**-*/*-H-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilmiş sənədlər nəzərə alınmaqla əyani müayinəsi aparılaraq əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar əsasında “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Vətəndaş bir daha ##.##.2024-cü il tarixində komissiyada iştirak etmiş, Tibbi sosial ekspert komissiyası tərəfindən müayinə edilmiş və “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanmışdır. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, T**/**** nömrəli rəyində qeyd edilmişdir ki, 1963-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə,özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.5.7. Vətəndaş İddiaçıin iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “X18: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar=>F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Dəqiqləşdirilməmiş epilepsiya, epilepsiya qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, şəxsiyyət dəyişkənliyi ilə” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, ##.##.2023 və ##.##.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində əyani müayinələr zamanı xəstədə əlillik təyinatına əsas verəcək nevroloji defisit, psixopatoloji hal, patofunksional pozuntu aşkar edilmədiyindən, “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. İddiaçı 01-##.##.2023-cü il tarixlərdə “Epilepsiya xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları, sağ dirsək sinirinin nevriti (stasionarda yatdığı müddətdə 5 dəfə tutma qeyd edilmişdir)” stasionar müalicə almış, ##.##.2024-cü il tarixdə “Akad. M.Ə.Mirqasımovun adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə ambulator müraciət etmiş və ona XBT10-G40.9; G56.0 Ensefalopatiya, qıcolma tutmaları ilə X4, hərəki pozulmalar ilə” diaqnozu təyin edilmişdir. 4. İddiaçı hazırda da xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdiyi təqdirdə müalicəyə cəlb oluna bilər. 6. Iş materiallarında İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi Forma 88 göndərişi olmadığından onun tam doldurulub-doldurulmaması haqqında fikir söyləmək mümkün deyil. 8. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “xxxxnın” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (X13) Şəxsiyyət Pozuntusu, Davranış Pozuntuları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Dəqiqləşdirilməmiş epilepsiya. Epilepsiya qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu ilə üçüncü dərəcəli əlil hesab olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Birinci sual üzrə: Cavab - Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (X13) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) aşkar edilir. Ikinci sual üzrə: Cavab - Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (X13) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) aşkar edilir. Üçüncü sual üzrə: Cavab - Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Beşinci sual üzrə: Cavab - Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundur (eynilik təşkil edirmi) və aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. Yeddinci sual üzrə: Cavab- Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (X13) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) aşkar edilir. “xxxx” X1 Üçüncü şəxs X1 məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1963-cü il təvəllüdlü Saatlı rayonu Genişkənd kəndində qeydiyyatda olan və yaşayan İddiaçı müxtəlif tarixlərdə Üçüncü şəxs X1ə ambulator qaydada müraciəti olmuşdur. İddiaçı sonuncu dəfə ##.##.2026-cı il tarixində Üçüncü şəxs X1ə müraciət etmiş, həkim-psixiatr müayinəsində olmuş “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təyin edilmişdir. “xxxx” X1 “xxxx” X1 ##.##.2026-cı il tarixli rəyində qeyd edilmişdir ki, Dəvətimizə əsasən, vətəndaş İddiaçı (Ş/V: AZE********, Fin:*******) ##.##.2026-cı il tarixdə tibb müəssisəmizə ambulator müraciət etmiş və həkim-neyrocərrah Azər Zeynalov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş İddiaçı qıcolma tutmalarından, sağ əlin barmaqlarında bükülmə və yerişin pozulmasından əziyyət çəkdiyini bildirmişdir. Vətəndaş İddiaçı bildirdiyinə görə, uşaq yaşlarında 2 (iki) dəfə başından travma almışdır. Vətəndaş İddiaçı dəfələrlə psixiatrik və nevroloji müalicələr aldığını qeyd etmişdir. Baxış zamanı həkim-neyrocərrah A. Zeynalov tərəfindən vətəndaş İddiaçı nevroloji statusu qiymətləndirilmişdir. Müayinə zamanı vətəndaş İddiaçı huşunun aydın olduğu, 12 cüt kəllə-beyin sinirlərinin (KBS) intakt qeyd edilmişdir. Eyni zamanda, hər iki yuxarı ətrafda, sol dirsək sinirinin innervasiya zonasında ağrı və hipertenziya müşahidə olunmuşdur. Sağ yuxarı ətrafda bilək səviyyəsindən distala doğru ağrı və hipertenziya qeyd edilmiş, sağ əlin əzələlərində atrofiya aşkar edilmişdir. Sol aşağı ətrafda (sınıqla əlaqədar) pəncə parezi müşahidə olunmuş, həmçinin sol aşağı ətrafda L4-L5 səviyyələrinə uyğun nahiyədə hipertenziya qeyd edilmişdir. Əzələ gücü 5/3 bal ilə qiymətləndirilmişdir. Həkim-neyrocərrah A.Zeynalov vətəndaş İddiaçı “Baş-beyin” MRT, “EEQ” və “EMQ” müayinələrini təyin etmişdir. ##.##.2026-cı il tarixdə vətəndaş İddiaçı tibb müəssisəmizdə keçdiyi “EMQ” müayinə nəticəsinə əsasən: “Bu incələmədə sağ yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Saf median hissi va hərəki sinir analizləri norma daxilindədir. Sağ ulnar hissi və hərəki sinir analizləri alınmamışdır. Bu incələmədə sol yuxarı ətraf median və ulnar sinirlərin hissi və hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri olunmuşdur. Sol median hissi va hərəki sinir keçiriciliyi bilək səviyyəsində nisbi yavaşlamışdır. Sol ulnar hissi va hərəki sinir analizləri norma daxilindədir. Bu incələmədə sağ aşağı ətraf peroneal hərəki, tibial hərəki və sural hissi sinir analizləri ilə yanaşı F-cavabı analizləri olunmuşdur. Sağ tərəfli peroneal hərəki sinir analizi ilə birlikdə Fcavabı analizi norma daxilindədir. Sağ tibial hərəki sinir analizləri ilə birlikdə Fcavabı analizləri norma daxilindədir. Sağ sural hissi sinir analizi normaldır. Bu incələmədə sol aşağı ətraf peroneal hərəki, tibial hərəki və sural hissi sinir analizləri ilə yanaşı F-cavabı analizləri olunmuşdur. Sol tərəfli peroneal hərəki sinir amplitudu sağ tərəflə müqaisədə 30% enmişdir. Sol tibial hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri norma daxilindədir.Sol sural hissi sinir analizi normaldır. Nəticə Sağ yuxarı ətrafda ağır dərəcəli X6, sol yuxarı ətrafda yüngül dərəcəli X4 ilə birlikdə soltərəfli L4-L5 sinir kökünün radikulopatiyası lehinə dəyərləndirilir qeyd edilmişdir. Vətəndaş İddiaçı ##.##.2026-cı il tarixdə Üçüncü şəxs X1də keçdiyi “EEQ” müayinə nəticəsinə əsasən. “Istifadə etdiyi dərmanlar: depakin xrono finlepsin. Oyanıqlıq EEQ-si: Fon EEQ müayinəsi 9-10 Hz, 50-60mV parietooksipital alfa və 18- 20 Hz 5-6 mV frontosantral beta dalğalardan ibarətdir. Göz açmaqla alfadalğalar blokda olur. Müayinə sırasında patoloji anormallıq va epileptiform aktivlik qeyd edildi, əsasən başın təpə və ənsə nahiyəsində iti yavaş dalğa kompleksi spayk qeyd edilir. Hemisferler arasında asimetriya yoxdur. Hiperventilyasiya iti yavaş dalğa paroksizmləri Fotostimulyasiya: iti yavaş dalğa kompleksi” qeyd olunmuşdur. ##.##.2026-cı il tarixdə vətəndaş İddiaçı “xxxx” tibb müəssisəsində keçdiyi “Baş-beyin” MRT müayinə nəticəsinə əsasən: “Kəllə əsası strukturları və temporal sümük elementlərinin görünüşü normaldır. Ethmoid hücrələrdə, sfenoid sinusun sol yanısında mukozal qalınlaşma, sağ maksillar sinusda kiçik ölçülü retension kista mövcuddur. Paranazal sinusların aerasiyası təbiidir. Kəsiklər daxilində hər iki tərəfdə orbital strukturlar, okulyar bulbus və optik sinirlər normal olub, retrobulbar nahiyələrdə patoloji dəyişiklik qeyd edilməmişdir. Posterior kranial fossa strukturlarında: Serebellar yarımkürələrin ağ ve boz maddəsinin siqnal intensivliyi təbiidir. IV mədəcik orta xətdə olub, normal genişlikdədir. Pons üzərində tək-tək millimetrik işemik qliotik ocaqlar izlənilir. Mezensefalon normal görünüşlüdür. Pontoserebellar bucaq hər iki tərəfdə təbii olub, VII və VIIl cüt kəllə sinirlərinin intrasisternal və intrakanalikulyar seqmentləri normal görünüşlüdür. Türk yəhəri (sella turcica) normal genişlikdə olub, hipofiz vəzin yüksəkliyi hər iki yarısında normaldır. Suprasellar sisterna, optik xiazma, hər iki internal karotid arteriyanın intrakavernozal seqmentləri ve kavernoz sinuslar normaldır. Supratentorial sahələrdə: Hər iki serebral hemisferin frontal və parietal paylarında subkortikal, dərin və periventrikulyar ağ maddədə T2 FLAIR hiperintens, diffuziya seriyada əhəmiyyət kəsb etməyən çoxsaylı mikroangiopatik ocaqlar izlənilir (Fazekas skale II-III). Serebral yarımkürənin digər paylarının ağ ve boz maddəsinin siqnal intensivliyi təbiidir. IlI mədəcik orta xətdə olub, normal genişlikdədir. Lateral mədəciklərin genişliyi normaldır. Bazal qanqlionlar (qabiqaltı nüvələr) nahiyələri ve sentrum semiovalelər normaldır. Kortikal sulkusların genişliyi yaşa uyğundur. NƏTICƏ: Her iki serebral hemisferin frontal ve parietal paylarında subkortikal, dərin və periventrikulyar ağ maddədə çoxsaylı mikroangiopatik ocaqlar (Fazekas skale Il-III); Pons üzərində tək-tək millimetrik işemik qliotik ocaqlar; Ethmoid hücrələrdə, sfenoid sinusun sol yarısında mukozal qalınlaşma, sağ maksillar sinusda kiçik ölçülü retension kista” qeyd olunmuşdur. Vətəndaş İddiaçı ## ##### 2026-cı il tarixdə müayinə nəticələri ilə birlikdə tibb müəssisəmizə yenidən ambulator müraciət etmiş və həkim-neyrocərrah A.Zeynalov tərəfindən müayinə olunmuşdur. Vətəndaş İddiaçı tərəfindən təqdim olunan müayinə nəticələrinə əsasən həkim-neyrocərrah A.Zeynalov onda “Posttravmatik ensefalopatiya. Astenonevrotik vəziyyət. Baş-beynin qan dövranının xroniki pozulması. Baş-beynin posttravmatik epileptiform aktivliyi. Sağ yuxarı ətraflarda ağır dərəcəli X6. Sol yuxarı ətraflarda X4. Sol əlin əzələ atrofiyası və hərəkət pozuntusu. Sol tərəfli L4 və L5 radikulopatiyası” diaqnozlarını təyin etmiş, nevroloq və psixiatorun müayinə-müalicəsini tövsiyə etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı X8 tibb müəssisəsinin *******AAPUX nömrəli göndərişi Tibbi sosial ekspert komissiyassı tərəfindən ##.##.2021-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-R-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından ##.##.2023-cü il tarixli *-**-*/*-*- *****/**** nömrəli qərar əsasında ##.##.2021-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Müavinəti dayandırılmış vətəndaşın müraciəti əsasında yenidən *-**-*/*-H- *****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinə və təqdim edilmiş sənədlərə əsasən hazırda xəstədə əlillik təyinatına əsas verəcək nevroloji defisit, psixopatoloji hal, patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasında təyin edilmiş “Diaqnozun təsdiqini tapmaması” barədə qərar ləğv edilmiş, ##.##.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Kollegiya diqqətə çatdırır ki, cavabdehin imtinasında göstərilənlərin əksinə olaraq Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda “Üzvi (X13) Şəxsiyyət Pozuntusu, Davranış Pozuntuları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb, gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Dəqiqləşdirilməmiş epilepsiya. Epilepsiya qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Şəxsiyyət dəyişkənliyi ilə” diaqnozu ilə üçüncü dərəcəli əlil hesab olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış obyektiv müayinələrin nəticələrinə (yəni müayinə zamanı aşkar edilmiş xəstəliklərə və diaqnoza) uyğundur (eynilik təşkil edirmi) və aparılmış müayinələrin nəticələri iddiaçı İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edir. Yoxlanılan şəxs İddiaçı hazırda da “Üzvi (X13) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F07.0) aşkar edilir. Beləliklə, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçıya əlillik təyin edilməsinə əsas olan xəstəlik və həmin xəstəliklə bağlı ağırlaşmaların hazırda da iddiaçıda mövcud olduğu müəyyən edilir. Kollegiya diqqətə çatdırır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar