Məhkəmə qərarları › İş №2-1(3-9)-503/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-503/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-503/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir.. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən, yəni ##.##.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq hüququnun yarandığı tarixdən, yəni ##.##.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1957-ci il tarixdə Masallı rayonu, Qasımlı kəndində anadan olmuş və orada yaşayır. ##.##.2022-ci il tarxdən, 65 yaşı tamam olduğu üçün, ona yaşa görə müavinət təyin edilmişdir. Halbuki o, yetkinlik yaşına çatdıqdan sonra faktiki olaraq fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək fəaliyyəti ilə bağlı məlumatlar (həqiqi hərbi xidmətdə olduğu illər də daxil olmaqla) əmək kitabçasında “19 il, 10 ay, 26 gün” olmaqla öz əksini tapmışdır. Lakin qeydə alınmış fəaliyyəti ilə yanaşı o, 2003-cü ildən fərdi qaydada əmək fəaliyyətilə məşğul olaraq dövlət tərəfindən təyin edilən vergi və sığorta ödənişlərini mütəmadi olaraq ödəmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyində cavab olaraq ona bildirilmişdir ki, tərəfindən məcburi sosial sığorta haqqı üzrə hesabatlar təqdim edilmədiyindən, həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sığorta haqlarının fərdi şəxsi hesabında əks etdirilməsi mümkün olmamış, bu səbəbdən də fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmamışdır''. Halbuki o, davamlı olaraq məcburi sosial sığorta ödənişlərini həyata keçirmiş və bunu təsdiq edəcək sənədlər (ödəniş qəbzlər) onda mövcuddur. Yuxarıda qeyd etdiklərini diqqətə alaraq o, cavabdehlərin hərəkətinin qanunsuz hesab edilməsi, 19 il 10 ay 26 gün sosial sığorta stajı və 2003-2023-cü illərdəki sahibkarlıq fəaliyyəti nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh etirazını onunla əsaslandırır ki, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizəsinə Nazirlik tərəfindən verilmiş # ####### 2023-cü il tarixli *-**/*-B-****/*/**** nömrəli imtina məktubunda bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçı tərəfindən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks etdirilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlar əsasında həyata keçirilir. Iddiaçı tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabat təqdim edilmədiyindən, həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabında əks etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən, onun fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmamışdır. Məlumat üçün bildirilir ki, həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, sosial sığorta vəsaitlərinin hərəkətinin uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. Eyni zamanda, İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətlərinə əsasən onun sığorta stajının 25 ildən az (19 il 10 ay 26 gün) olduğu müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının ümumi sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsində nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamış və vətəndaşa 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 7-ci maddəsinə əsasən ##.##.2020-ci il tarixindən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1.1-ci maddəsinə əsasən ##.##.2019-cu il tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində ##.##.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Şirvan Inzibati Məhkəməsinə ünvanlanan ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubda qeyd olunur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində, həmçinin Fonddaxili aparılan araşdırma zamanı İddiaçı 2006-2008, 2012-2018, 2020-ci illər, 2019-cu ilin İ-III rübləri üçün məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları, 2009-2011-ci illər, 2019-cu ilin IV rübü üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar aşkar edilməmişdir. Əlavə olaraq bildirir ki, məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı İddiaçı Filiala ünvanlandığı ##.##.2025-ci il tarixli müraciət əsasında 2018-ci ilin IV, 2019 və 2020-ci illərin İ-IV rübləri üzrə hesabat və ödəniş məlumatlarının araşdırılması, həmçinin 2021 və 2022ci illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hesabatların təqdim edilməsi ilə bağlı İddiaçı ##.##.2025 və ##.##.2025-ci il tarixlərində 3-17-1/2-B******/2025 və *-**-*/*-B-******/**** nömrəli məktublarla məlumat verilmişdir. Qeyd edir ki, MEIS-də cari tarixədək sığortaedənin 2021, 2022-ci illər üzrə hesabat məlumatları əks olunmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Hesab edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göründüyü kimi, iddiaçıya qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1957-ci il tarixdə doğulmuş, Masallı rayonunun Yeddioymaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında, həmçinin Fonddaxili araşdırma zamanı 2006-2008-ci illər üçün məcburi dövlət sosial sığortası üzrə ödəniş məlumatlarınız aşkar edilməmişdir. Qeyd etmək istəyirik ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.#.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Qeyd etmək istəyir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Monitorinq) altsisteminin "Sığortaedənlərin reyestri” bölməsində İddiaçı *********** saylı SUN-la və ********** saylı VÖEN-lə ##.##.2005-ci il tarixində sığortaedən (fiziki şəxs) kimi uçota alınmış və fəaliyyət statusu "Ləğv olunmuş” olaraq əks olunmuşdur. Sorğunuzla əlaqədar bildirilir ki, MEIS-də İddiaçı 2006-2016-cı illər, 2017, 2018, 2020 və 2023-cü illərin İ-IV, 2019-cu ilin İ-III, 2021-ci ilin İ (yanvar və fevral ayları üzrə), 2022-ci ilin III (sentyabr ayı üzrə) və IV rübləri üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. Araşdırma zamanı Qanunun 7.1.3-cü maddəsinə uyğun olaraq Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (bundan sonra - Xidmət) MEIS-ə ötürülmüş İddiaçı 2019-cu ilin IV rübü üzrə hesabatın "Arayış” hesabatı (fəaliyyətin olmaması barədə) olduğu müəyyən olunmuşdur. Əlavə olaraq qeyd edir ki, MEIS-in "Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində sığortaedənin 2021-ci ilin mart ayından 2022-ci ilin avqust ayınadək ödənilmiş məbləğində məcburi dövlət sosial sığorta haqlarının olmasına baxmayaraq sözügedən dövrü əhatə edən rüblər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar aşkar edilməmişdir. Nəzərə çatdırır ki, ”Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Xidmətə həvalə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək torpaq mülkiyyətçisi (sığortaedən) kimi təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat aşkar edilməmişdir. Qeyd edir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabda əks etdirilməsi sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlar əsasında həyata keçirilir. Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat təqdim edilmədiyindən, həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabınızda əks etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən fərdi hesabınızın sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmamışdır. Məlumat üçün bildiririk ki, həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, sosial sığorta vəsaitlərinin hərəkətinin uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. Eyni zamanda, təqdim etdiyiniz əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajınızın 25 ildən az (19 il 10 ay 26 gün) olduğu müəyyən edilmişdir. Bu səbəbdən ümumi sığorta stajınız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsində nəzərdə tutulan 25 ildən az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamış və 65 yaşınızın tamam olduğu ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, Qanunun 7-ci maddəsinə əsasən ##.##.2020-ci il tarixindən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22-1.1-ci maddəsinə əsasən ##.##.2019-cu il tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində ##.##.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətə əsasən İddiaçı (VÖEN: **********) iş qovluğunda olan 2003-2008-ci (iş qovluğunda 2004-cü il 2-ci rüb, 3-cü rüb, 4-cü rüb və 2005-ci il 1-ci rüb üzrə hesabatlar aşkarlanmamışdır) illərə dair hesabat məlumatlarının skan olunmuş surəti sizə təqdim olunur. Bildiririk ki, iş qovluğunun içərisində 2009-2022-ci illərə dair hesabat məlumatları aşkarlanmamış və sığortaedənə aid ödəniş qəbzləri barədə məlumatlar Mərkəzi Filiala təhvil verilməmişdir. Qeyd: Sizə təqdim olunan hesabat məlumatları möhür və imza ilə təsdiqlənmədiyi üçün "əsli ilə düzdür” ştampı vurulmamışdır. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı (VÖEN **********) ##.##.2005-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilmişdir. Fəaliyyət vəziyyəti ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək aktiv olmuş, ##.##.2009-cu il tarixdən ##.##.2009cu il tarixədək dayandırılmış, ##.##.2009-cu il tarixdən ##.##.2009-cu il tarixədək aktiv olmuş, ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək dayandırılmış, ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək aktiv olmuş, ##.##.2014-cü il tarixdən ##.##.2017-ci il tarixədək dayandırılmış, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək aktiv olmuş, ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək dayandırılmış, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək aktiv olmuş, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək dayandırılmış, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək aktiv olmuş, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək dayandırılmış, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək aktiv olmuş, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Əlavə olaraq bildiririk ki, İddiaçı (VÖEN **********) uçot-baza məlumatlarında ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd edir ki, İddiaçı Cankiş oğlunun (VÖEN: **********) 2019-2022-ci illər ərzində Məcburdi Dövlət Sosial Sığorta haqları üzrə ödənişləri barədə məlumat cədvəli, "Fiziki şəxsin uçotu haqqında” ərizə və ona əlavə edilmiş sənədlərin surətləri Sizə göndərilir. Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında Razılaşmaya əsasən 2019-cu ilin 1-ci rübündən başlayaraq məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatlara aid məlumatlar Dövlət Vergi Xidmətinin "X5 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X6 Sistemi”nə ötürülür. Əvvəlki dövrlər üçün İddiaçı tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın Şirvan Inzibati Məhkəməsinə təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla Dövlət Sosial Müdafə Fonduna müraciət edilmişdir. Müraciətdə göstərilənlərlə əlaqədar olaraq, zəruri sənədlər qoşma şəklində Sizə təqdim edilir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "195" nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Qeyd etmək istəyirik ki, İddiaçı 2006-2022-ci illər üzrə məlumatlarının araşdırılması əlavə vaxt tələb etdiyindən sorğunun icra müddəti "Informasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixinədək (7 iş günü) uzadılmışdır. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı (VÖEN **********) ##.##.2005-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilmişdir. Fəaliyyət vəziyyəti ##.##.2005-ci il tarixdən ##.##.2009-cu il tarixədək aktiv olmuş, ##.##.2009-cu il tarixdən ##.##.2009cu il tarixədək dayandırılmış, ##.##.2009-cu il tarixdən ##.##.2009-cu il tarixədək aktiv olmuş, ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək dayandırılmış, ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək aktiv olmuş, ##.##.2014-cü il tarixdən ##.##.2017-ci il tarixədək dayandırılmış, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək aktiv olmuş, ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək dayandırılmış, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək aktiv olmuş, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək dayandırılmış, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək aktiv olmuş, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək dayandırılmış, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək aktiv olmuş, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Əlavə olaraq bildiririk ki, İddiaçı (VÖEN **********) uçot-baza məlumatlarında ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd edək ki, İddiaçı Cankiş oğlunun (VÖEN: **********) 2019-2022-ci illər ərzində Məcburdi Dövlət Sosial Sığorta haqları üzrə ödənişləri barədə məlumat cədvəli, "Fiziki şəxsin uçotu haqqında” ərizə və ona əlavə edilmiş sənədlərin surətləri Sizə göndərilir. Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında Razılaşmaya əsasən 2019-cu ilin 1-ci rübündən başlayaraq məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatlara aid məlumatlar Dövlət Vergi Xidmətinin "X5 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X6 Sistemi”nə ötürülür. Əvvəlki dövrlər üçün İddiaçı Cankiş oğlu tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın Şirvan Inzibati Məhkəməsinə təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla Dövlət Sosial Müdafə Fonduna müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar öz əksini tapmamışdır. Bildiririk ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında ##.##.2005-ci il tarixli, VÖEN ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Vergi ödəyicisi kimi ##.##.2005-ci il tarixlidə VÖEN ********** nömrə ilə şəhadətləndirilmişdir. Məcburi dövlət sosial sığorta haqqı üçün ##.##.2005-ci il tarixli, Seriya ÇIL № ****** nömrəli, ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ****** nömrəli, ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ****** nömrəli ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2008-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2008-ci il tarixli Seriya CIP № ****** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə məcburi dövlət sosial sığorta haqqı üçün ödənişlər etmişdir. Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzlərindən görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdə 100000 manat, ## #### 2006-cı il 10 manat, ## ### 2006-cı il tarixdə 10 manat, ## ###### 2006-cı il tarixdə 10 manat, ## ###### 2007-ci il tarixdə 10 manat, ## #### 2007-ci il tarixdə 10 manat, ## ### 2007-ci il tarixdə 10 manat, ## ###### 2007-ci il tarixdə 10 manat, ## #### 2007-ci il tarixdə 10 manat, 25 oktyabrda 2007-ci il tarixdə 10 manat, ## ###### 2007-ci il tarixdə 10 manat, ## ##### 2008-ci il tarixdə 10 manat, ## ##### 2008-ci il tarixdə 12 manat ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun müraciətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Şərh olunan normalardan göründüyü kimi dövlət orqanının sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanması və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək vəzifəsi var. Işdə olan sənədlərdən görünür ki, iddiaçı İddiaçı tərəfindən fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmasına görə Məcburi Dövlət Sosial Sığorta haqqı kimi vəsait DSMF-nin hesabına köçürülmüşdür. Həmin faktı iş materiallarında olan ##.##.2005-ci il tarixli, Seriya ÇIL № ******, ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ******, ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ******, ##.##.2006-cı il tarixli, Seriya ÇIL № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ****** nömrəli, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2007-ci il tarixli, Seriya CIP № ******, ##.##.2008-ci il tarixli, Seriya CIP № ******, ##.##.2008-ci il tarixli Seriya CIP № ****** nömrəli mədaxil qəbzləri də təsdiq edir. Belə olan halda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçıya dair məlumatın aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Hazırki halda isə cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür. Beləliklə, işdə olan sübutlarla cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmaqla iddia tələbinin əsaslılığı sübut olunur. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə imtina aktı və iddiaya qarşı etiraz dəlilləri təkrarlanmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar