Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-508/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında cavabdeh1-ə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İddiaçı barəsində ##.##.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə inzibati qərarın ləğv edilməsi və ona təyin edilmiş müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 tərəfindən iddiaçının əlillik təyinatının əsassız olması ilə bağlı müraciəti, kifayət qədər araşdırma və inzibati icraat aparmadan, həmin halların konkret şəxslə bağlı olmasını, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmadan cavabdehin əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Bundan əlavə iş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Hazırki müayinə gedişatında Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusunun kompensasiya vəziyyətində olması müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası bir çox qərarında (##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli) hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını məcmu halında qiymətləndirərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barədə qəbul edilən qərar qanunsuz və əsassız olmuş, onun sosial təminat hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ## ####### 1983-cü ildə Sabirabad rayonun Nizami kəndində anadan olub, o, uşaqlıqda kanalda çimərkən boynun nahiyəsindən xəsarət almışdır. Buna görə də o, dəfələrlə müalicə almışdır. ##.##.2001-ci ildən çoxsaylı müalicələrə baxmayaraq sağlamlıq vəziyyəti dahada pisləşmişdir. ##.##.2016-cı ildə DSMF-nin Sabirabad Rayon Şöbəsi tərəfindən III qrup əlillik dərəcəsi verilmişdir. Xəstəliyi Etilogoyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06) xəstəliyi ilə pensiyaya çıxmışdır. * saylı X14 22 gün müalicə alaraq evə buraxılmışdır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixartik Ekspertizasının ## ###### 2019-cu il tarixli, **** saylı rəyində qeyd edilir ki, İddiaçı MSS-nin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət X16 davranış, dekompensasiya vəziyyəti müəyyən edilib. Qeyd edilən məhkəmənin qətnaməsinə əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Sabirabad Rayon Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli sərəncamına əsasən Sabirabad Rayon Məhkəməsinin ## ###### 2020-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, onun üzərində həmin ünvanda yaşayan anası ## ##### 1956-cı il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. İddiaçı DSMF tərəfindən 3-cü dərəcəli əlillik verilmiş və əlilik dərəcəsini aldığı üçün dövlət tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. ##.##.2024-cü ildə cavabdeh tərəfindən İddiaçı əyani müayinəyə dəvət edilmişdir, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-*****/**** saylı imtina məktubunda göstərilir ki, o, ümumi xəsətlik səbəbindən ##.##.2016-cı il tarixdə təyin edilmiş müddəlsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh agentlik tərəfindən müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə hansı tarixdə qərar qəbul edilməsi barədə məlumat verməmişdir. Qeyd edilən imtina məktubunda cavabdeh agentlik süründürməçiliyə yol verərək, iddiaçının konstitusion hüquqlarını pozaraq süni şəkildə təyin edilmiş müddəlsiz III dərəcəli əlilliyi əsassız olaraq ləğv etmiş və imtinada ləğv etməni əsaslandırmamışdır. Yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əliliyin qiymətləndirilməsi Qaydası”na istinad etmişdir. O, uzun müddətdir ki, müxtəlif vaxtlarda müalicə almışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh etirazını bununla əsaslandırmışdır ki, Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşın 1 (bir) nəfərinin əyani müayinəsini ##.##.2024-cü il tarixində həyata keçirmiş, bir nəfər isə ##.##.2024-cü il tarixində əyani müayinədə iştirak etmiş, ##.##.2024- cü il tarixində təqdim edilmiş müayinə sənədi də daxil olmaqla ümumilikdə 2 (iki) nəfər barəsində qərar qəbul edilərək aşağıdakıları müəyyən etmişdir: Sabirabad rayon sakini ##.##.1983-cü il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan apır dərəcəli növbəti epizod. Uzun pedişli kəskin ifadəli rekurrent depressiya ifadəli davranış pozuntuları ilə” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Q-*****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, ##.##.2024-cü il tarixində komissiyaya sənəd təqdim etmişdir. Müayinə zamanı, uşaqlıqdan xəstə olduğu bildirilmiş, hazırda dərman qəbul etmədiyini söyləmiş, bəzi müayinə və müalicə sənədləri təqdim edilmiş lakin, son illərdə stasionar və ya ambulator müayinə, müalicə qəbul etdiyini təsdiqləyən heç bir tibbi sənəd təqdim edilməmişdir. Təqdim edilmiş sənədlər arasında * saylı Kliniki Psixiatriya Xəstəxanasının ##.##.2001-##.##.2001-ci il tarixli, ***/** nömrəli səhhətin müayinə edilməsi aktında diaqnoz “Şizofreniyayabənzər psixoz, natamam remissiya” kimi göstərilmiş, ##.##.2024-cü il tarixində DTSERA-da həkim-ekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, həkim-psixiatr müayinəsinin nəticəsində rəyi “Vətəndaş anlaqlıdır. Suallara fikirləşib (məqsədli şəkildə) cavab verir. Hərbi xidmətdən azad edilib (14. b maddəsi ilə). “Qayıdan depressiv pozğunluq, psixotik əlamətlər olmadan, ağır dərəcəli növbəti epizod” diaqnozu stasionar müalicə qəbul etmiş, lakin hal hazırda dərman qəbul etmir.” şəklində qeyd edilmiş, İddiaçı daha dəqiq və ətraflı müayinə olunması səbəbi ilə ixtisaslaşmış tibb müəssisəsi olan * saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriş təqdim edilmişdir. ##.##.2024-cü il tarixində komissiyaya * saylı Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, *****/** nömrəli diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dekompensasiya dövrü” kimi qeyd edilmiş ambulator kitabçadan çıxarış təqdim edilsə də üzvi patologiyanı təsdiq edən heç bir instrumental müayinə təqdim edilməmiş, buradakı diaqnoz göndərişdə göstərilmiş diaqnozla fərqli olduğu, stasionar müalicə sayı az olduğu müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixopatoloji pozuntu və ya ağırlaşma aşkarlanmamışdır. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan X1 tərəfindən ##.##.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məktub ünvanlanmış, həmin məktubda İddiaçı xəstə olmadığını və əlilliyinin saxta olduğunu bildirmişdir. “Inzibati icraat haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələblərindən göründüyü kimi, fiziki şəxsin əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan (eyni zamanda, iddiaçı ilə bağlı hallara aid olan) ərizəsi əsasında inzibati icraat başlamış, iddiaçı əyani müayinəyə cəlb edilməsi barədə sifarişli-xəbərnaməli məktubla məlumatlandırılmış, əyani müayinədə iştirak etmiş, onun səhhəti, patoloji vəziyyəti nəzərə alınaraq, obyektiv əyani müayinələrin nəticəsi əsasında şəxsdə əlillik təyinatına əsas verən ağırlaşmaların olmadığı müəyyən edilmişdir. Bu baxımdan, məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildiririk ki, cavabdeh inzibati orqan inzibati icraatın normaları tələbi baxımından üzərinə düşən vəzifəsini icra etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: ##.##.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0002 nömrəli qərarı ilə diaqnoz əlillik təyin etməməsi əsası ilə əlillik təyinatından imtina edilmişdir. Sabirabad rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, ##.##.1983-cü il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Sabirabad Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, Sabirabad Rayon Icra Hakimiyyətinə daxil olmuş ## ##### 2021-ci il tarixli məktuba əsasən, Sabirabad rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli Qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş İddiaçı üzərində həmin ünvanda yaşayan anası ## ##### 1956-cı il təvəllüdlü Qanuni nümayəndə qəyyum təyin edilsin. Vətəndaş X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Heyətinin sədrinə ünvanladığı ərizəsində qeyd edilmişdir ki, İddiaçı xəstə deyil və əlilliyi saxtadır və onun yenidən komissiyadan keçməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli bildirişi ilə İddiaçı ##.##.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbisosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz ##.##.2024-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmüd Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik səbəbindən ##.##.2016-cı il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarında qeyd qeyd edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 2 (iki) nəfərə dair müxtəlif tarixlərdə əyani müayinəyə çağırılmaları haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşın 1 (bir) nəfərinin əyani müayinəsini ##.##.2024-cü il tarixində həyata keçirmiş, bir nəfər isə ##.##.2024-cü il tarixində əyani müayinədə iştirak etmiş, ##.##.2024-cü il tarixində təqdim edilmiş müayinə sənədi də daxil olmaqla ümumilikdə 2 (iki) nəfər barəsində qərar qəbul edilərək aşağıdakıları müəyyən etmişdir: Sabirabad rayon sakini ##.##.1983-cü il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixində qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod. Uzun gedişli kəskin ifadəli rekurrent depressiya ifadəli davranış pozuntuları ilə.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Q- *****/**** nömrəli məktub əsasında ##.##.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, ##.##.2024-cü il tarixində komissiyaya sənəd təqdim etmişdir. Müayinə zamanı, uşaqlıqdan xəstə olduğu bildirilmiş, hazırda dərman qəbul etmədiyini söyləmiş, bəzi müayinə və müalicə sənədləri təqdim edilmiş lakin, son illərdə stasionar və ya ambulator müayinə, müalicə qəbul etdiyini təsdiqləyən heç bir tibbi sənəd təqdim edilməmişdir. Təqdim edilmiş sənədlər arasında * saylı Kliniki Psixiatriya Xəstəxanasının ##.##.2001-##.##.2001-ci il tarixli, ***/** nömrəli səhhətin müayinə edilməsi aktında diaqnoz “Sizofreniyayabənzər psixoz, natamam remissiya” kimi göstərilmiş, ##.##.2024-cü il tarixində DTSERA-da həkimekspertlər tərəfindən komissiya şəraitində əyani müayinə aparılmış, həkim-psixiatr müayinəsinin nəticəsində rəyi “Vətəndaş anlaqlıdır. Suallara fikirləşib (məqsədli şəkildə) cavab verir. Hərbi xidmətdən azad edilib (14. b maddəsi ilə). “Qayıdan depressiv pozğunluq, psixotik əlamətlər olmadan, ağır dərəcəli növbəti epizod” diaqnozu stasionar müalicə qəbul etmiş, lakin hal hazırda dərman qəbul etmir.” şəklində qeyd edilmiş, İddiaçı daha dəqiq və ətraflı müayinə olunması səbəbi ilə ixtisaslaşmış tibb müəssisəsi olan * saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriş təqdim edilmişdir. ##.##.2024-cü il tarixində komissiyaya * saylı Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, *****/** nömrəli diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, dekompensasiya dövrü” kimi qeyd edilmiş ambulator kitabçadan çıxarış təqdim edilsə də, üzvi patologiyanı təsdiq edən heç bir instrumental müayinə təqdim edilməmiş, buradakı diaqnoz göndərişdə göstərilmiş diaqnozla fərqli olduğu, stasionar müalicə sayı az olduğu müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixopatoloji pozuntu və ya ağırlaşma aşkarlanmamışdır. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2024-cü il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilsin. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X2 ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Hazırki müayinə gedişatında Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusunun kompensasiya vəziyyətində olması müəyyən edilir. Belə ki, hazırki müayinə gedişatında söz ünsiyyətinə sərbəst qoşulmuş, verilən sualların məğzinə uyğun düzgün cavablar vermiş, təfəkkürü ardıcıl olmuş, sorğu gedişatında bir qədər əsəbiliyi və emosional ləbilliyi biruzə vermiş, onda kobud yaddaş pozuntusu əlamətləri aşkar edilməmiş, bilik səviyyəsi aldığı təhsilə, maraq dairəsi keçirdiyi həyat tərzinə uyğun olması, sorğu-sual zamanı produktiv psixosimptomatika (sayıqlama ideyaları, qavrama pozuntuları) əlamətləri davranışında qeyri-adekvatlıq müəyyən edilməmiş, yəni onda aşkar edilən şəxsiyyət pozuntusunun hazırda kompensasiya vəziyyətində olması ekspertlər tərəfindən qiymətləndirilmişdir. Həmçinin yoxlanılan şəxsə dair Tibbi Sosial Ekspert Komissiyasına göndərişdə qoyulmuş “Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod. Uzun gedişli kəskin ifadəli rekurrent depressiya. Ifadəli davranış pozuntuları ilə” diaqnozlu psixi pozuntu müəyyən edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilkin olaraq ##.##.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə ##.##.2024-cü il tarixli, *- **-*/*-H-****/**** nömrəli ərizə daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Inzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən İddiaçı əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə ##.##.2024-cü il tarixli, *-**-*/*-Q-********** nömrəli bildiriş məktubu göndərilərək, 24,09.2024-cü il tarixində Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın:- 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025ci il tarixli tibbi göndərişində iddiaçının orqanizmində olan patofunksional pozuntu diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində), koqnitiv funksiyaların enməsi ilə” XBT 10 kodu F07.0 müəyyən edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin təqdim etdiyi rəydə də həmin XBT kodu müəyyən edilsə də, rəyin “Psixi status” hissəsində psixiatrik pozuntunun dərəcəsi və pozuntunun klinik funksional xüsusiyyətləri belə təsvir edilmişdir: - “Düşüncəsi aydın, bələdliliyi özünə, zamana, məkana görə düzgündür. Zahirən sakit, əhvalı yaranmış vəziyyətlə əlaqədar nisbətən inkişaf etmişdir. Söz ünsiyyətinə sərbəst qoşulur. Verilən sualların məğzinə uyğun düzgün cavablar verir. Təfəkkürü ardıcıldır. Sorğu gedişatında emosional ləbilliyi büruzə verir. Kobud yaddaş pozuntusu əlamətləri aşkar edilmir. Bilik səviyyəsi aldığı təhsilə, maraq dairəsi keçirdiyi həyat tərzinə uyğundur. Sorğu-sual zamanı produktiv psixosimptomatika (sayıqlama ideyaları, qavrama pozuntuları) əlamətləri müəyyən edilmir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda XBT üzrə F07.0 kodu ilə müəyyən edilmiş əlillik təyinatına əsas verən xəstəliklər aşağıdakı qaydada müəyyən edilmişdir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35-60 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Göründüyü kimi, yalnız F0.7 diaqnozunun təsdiq olunması şəxsin əlillik vəziyyətində olması qənaətinə gəlmək üçün kifayət etmir, həmçinin Meyarlar psixiatrik pozuntuların konkret klinik əlamətlərinin və ağırlaşmalarının mövcud olduğu hallarda əlillik təyinatına əsas verir. Təqdim edilmiş tibbi rəydə iddiaçının xəstəliyinin əlillik təyinatına əsas verə biləcək səviyyədə olmadığı, klinik funksional xüsusiyyətlərinin Meyarların 7.6.2.1 və 7.6.2.2-ci bəndlərində qeyd olunan xüsusiyyətlərlə uyğunluq təşkil etmədiyi müəyyən olunur. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarına uyğun olmayan nəticəyə gəlməklə, həmçinin maddi hüquq normalarının tələblərinə riayyət etməmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-508/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-508/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver