Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-510/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X1rşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli qərarı ilə İddiaçı (bundan sonra - iddiaçının) xəstəliyi ilə bağlı Diaqnoz: “Kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, kobud davranış pozuntuları və intihar cəhdləri ilə. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol tibial sinirin posttravmatik neyropatiyası nəticəsində pəncənin fuinksiyasının cüzi dərəcədə pozulması ilə. Barotravma (##.##.2020) nəticəsində hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 metr, sağ qulaqda 2.5 metr məsafədən eşitməsi ilə. Partlayış travması ((##.##.2020) nəticəsində sağ körpücük, hər iki said və hər iki əlin üst hissəsində, sol qasıq nahiyyəsində, hər iki aşıq-baldır oynağının üzərində, hər iki bud bud nahiyyəsinin arxa 1/3-də qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları və yumşaq toxumaların yad cismləri (metal qəlpələr) diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2023-cü il tarixdə Diaqnozun mətni: Üzvi mənşəli (II Qarabağ müharibəsi barotravma) kəskin ifadəli şəxsiyyət pozuntusu, dissosiativ tutma. Əhalın üzvi mənşəli affektiv pozuntusu, depressiv epizodla, intihara cəhd, özünə xəsarət yetirmələr, sol saidin çoxsaylı xəsarətləri, Meyar: 7.6.2.1 Psixi və davranış pozuntuları=>Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular=>Üzvi mənşəli şəxsiyyət pozuntusu=>Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac olması (məsələn yüksək intihar riski zamanı) F07.0 ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kontitusiya quruluşunun müdafiəsi ilə bağlı OFP yekun faizi 35 faiz ilə 2 il müddətinə ilkin əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən iddiaçıya əsas diaqnoz: F 07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və disssosativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə; Ağırlaşma: F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv və dissosativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə bağlı ##.##.2025-ci il tarixli S********ACD nömrəli nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli *******000* nömrəli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, xxxxnin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
11. Neftçala rayon sakini ##.##.1997-ci il təvəllüdlü İddiaçı (FİN:*******). Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, eşitmə zəifliyindən, əsəbilikdən, aşağı ətraflarda hərəkət məhdudluğundan, əsmələrdən, soltərəfli qıcolma tutmalarının olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında ailəli və üç övladı (7, 5, 2 yaşlı) olduğunu, işləmədiyini qeyd etmişdir. Gecələr yoldaşını boğduğunu, lakin xatırlamadığını demişdir. Tutmanın əsəb fonunda daha çox olduğunu, hətta yatarkən belə baş verdiyini demişdir. İntihara cəhd (özünü asmaq istəyib) etsə də, qarşısının alındığını ifadə etmişdir. Medikamentoz preparatlardan “Klonazepam”, “Ketilept”, “Depakine 500” qəbul etdiyini bildirmişdir. Baxış zamanı komissiya üzvlərindən təxminən 3 m məsafədə əyləşmiş, sakit səslə danışmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmişdir. Psixiatrik müayinə: (Xankişiyeva Məhluqə)-Zahirən səliqəli, gigiyenik vəziyyəti qənaətbəxş olmuşdur. Aktiv şəkildə danışmış, üzündə qəzəbli gərgin ifadə müşahidə edilmişdir. Komissiyaya dəvət edilmiş həkim-psixiatr bildirmişdir ki, vətəndaş onun şöbəsində stasionar müalicə aldığını, eşitməsinin normal olduğunu, vətəndaşın isə işlədiyini bildirmişdir. Tam adekvat şəxs kimi dəyərləndirilmiş. Bələdliyi saxlanılmış, psixotik davranış, qavrama pozuntuları izlənilməmişdir. Diaqnoz: Hazırki psixi vəziyyəti “Üzvi mənşəli (partlayış travması) yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə-məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Audiometriya müayinəsi: (Ələkbərli Aysel) Müayinə zamanı “Sağ qulaq 40 db, sol qulaq 35 db ağıreşitmə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adı: audiometriya müayinəsi. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular izlənilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, inzibati işə əlavə edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə II Qarabağ döyüşlərində iştirak etdiyi zaman ##.##.2020-ci il tarixində düşmənin minaatandan atdığı mərminin yaxınlığına düşməsi nəticəsində huşunu itirməklə qəlpə yaralan alması, Fizuli hərbi hospitalında müayinə və müalicədə olması, sonradan isə Beyləqan MRX-yə gətirilərək orada müalicəsinin davam etdirməsi, sonradan Biləsuvar MRX-də, daha sonra isə SQ BKH-da müayinə və müalicədə olması, təxris edildikdən sonra müharibədə aldığı barotravma ilə əlaqədar sonradan onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səsküy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik yaranmasını bildirərək MN BKHnın hərbi poliklinikasında şəhadətləndirilməsi, psixi vəziyyəti ilə əlaqədar sonradan isə AR SNnın Respublika Psixiatriya Xəstəxanasında ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025-ci il tarixlərdə stasionar müalicədə olması və onda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə” diaqnozunun müəyyən edilməsi, həmçinin Bakı şəhər * saylı Klinik Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, özündən asılı olmayaraq beynində sıxıntı, üz nahiyyəsində, əl və ayaqlarında keyləşmələrin olması, zəif eşitməsini, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərməsi, intihara cəhd etməsi, göstərilənlərlə əlaqədar hal-hazırda evdə təyin edilmiş müalicəni qəbul etməsini bildirməsi, müharibədən əvvəlki dövrlərdə olduğu sağlam vəziyyətinin bərpa edilməməsi səbəbi ilə əlaqədar gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi simptomatika əlamətləri müəyyən edilmir. Psixi statusu: Zahirən qəmgin və bir qədər süst görünür. Özünə, zamana və məkana görə bələdliyi saxlanılıb. Ünsiyyətə bir qədər həvəssiz daxil olur. Verilən suallara əsasən ləng cavablar verir, təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu enmişdir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpır. Şikayətləri barəsində soruşduqda II Qarabağ döyüşlərində iştirak etdiyi zaman düşmənin minaatandan atdığı mərminin yaxınlığına düşməsi nəticəsində huşunu itirməklə qəlpə yaraları aldığını, bununla əlaqədar müvafiq tibb müəssisələrində müalicələrdə olduğunu, aldığı barotravma və xəsarətlərlə əlaqədar hərbidən təxris edildikdən sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sjxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik yaranması ilə əlaqədar dəfələrlə psixiatrik xəstəxanalarda müalicələrdə olduğunu, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, özündən asılı olmayaraq beynində sıxıntı, üz nahiyyəsində, əl və ayaqlarında keyləşmələrin olmasını, zəif eşitməsini, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərdiyini, intihara cəhd etdiyini, göstərilənlərlə əlaqədar hal-hazırda evdə təyin edilmiş müalicəni qəbul etməsini bildirir. Sorğu-sual gedişatında emosional gərginliyinin artması, əsəbiliyi, müharibə zamanı aldığı barotravma nəticəsində müharibədən əvvəlki dövrlərdə olduğu bir insan olmadığını vurğulayaraq gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi sosial-ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* saylı qərarının ləğv edilməsi və həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ######## 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Cəbrayıl rayonu istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Partlayış travması, sağ körpücük, hər iki saidin, sağ əlin, hər iki qasıq nahiyyəsinin hər iki aşağı ətrafın, hər iki medial topuğun çoxsaylı qəlpə yaralanmasına görə alınmış yaraların birincili cərrahi işlənməsindən sonrakı vəziyyət, sol açıq baldır oynağının çapıq əzələ mənşəli kontrakturası, funksiyanın müvəqqəti pozulması ilə. Barotravma, hər iki təbil pərdəsinin perforasiyası” xəsarətini almışdır. N saylı hərbi hissədən verilmiş ## ###### 2020-ci il tarixli **** saylı arayışdan da göründüyü kimi yuxarıda qeyd olunan xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır. Aldığı xəsarətlə əlaqədar ona ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra Füzuli MDM-yə, ##.##.2020-ci il tarixdə Beyləqan MRX-ya, ##.##.2020-ci il tarixdə Biləsuvar RMX-ya göndərilmişdir. ##.##.2020-ci il tarixdə ixtisaslı müayinə və müalicə üçün SQ BKH-na köçürülmüşdür. ##.##.2020-##.##.2020-ci il tarixədək SQ BKH-da “Partlayış travması (##.##.2020) bədənin müxtəlif nahiyyələrinin və sağ körpücük nahiyyəsinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsindən (##.##.2020) sonrakı bərkimiş dəri çapığı. Sağ orbitanın aşağı bayır divarının metal yad cismi. Sağ gicgah nahiyyəsinin kor qəlpə yaraları. “Somatogen mənşəli asteno-nevrotik təzahürlər” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. ## ###### 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən xəstəliyin səbəb əlaqəsinin təyini üçün hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Barotravma, hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli xroniki koxelar nervit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 (iki) metr, sağ qulaqda 2.5 metr məsafədən eşitməsi ilə. Hal-hazırda kəllə sümüklərinin, hər iki diz, hər iki bud nahiyyələrinin R-qr (##.##.2023): Sol bud sümüyünün yumşaq toxumasında çoxsaylı müxtəlif ölçüdə metal qəlpələr var. Kəllə sümüyünün sol yarısında yumşaq toxumada çoxsaylı müxtəlif ölçüdə metal qəlpələr var. Sağ və sol diz oynağında sağ və sol baldır sümüklərində yumşaq toxumasında müxtəlif ölçüdə metal qəlpələr var. Hər iki böyrəklərdə iri duz kristalları var. Nəticələr xəstədə neyromotor aparatının nevral tipdə zədələnməsinə dəlalət edir. Sağ qulaqda 50 dBnHL, sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa forması əldə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının ## ###### 2024-cü il tarixli, **** saylı rəyində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il 3-28/3- *-***/**** saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş, ona üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, kognitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə F 07.0 diaqnozu qoyulmuşdur. Bütün göstərilənlər nəzərə alınaraq ## #### 2023-cü il tarixdə ona III qrup əlillik təyin edilmişdir. Lakin, heç bir əsas olmadan ## #### 2025-ci il tarixdən əlillik statusu və əlilliyə görə təyin edilmiş pensiyanın ödənilməsi dayandırılmışdır. Bundan sonra, əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin ## #### 2025-ci il tarixli qərar ilə bundan imtina edilmişdir. Halbuki, səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmamışdır.
Cavabdehin etirazları:
İddiaya dair etirazda bildirilmişdir ki, iddiaçı İddiaçı əlillik vəziyyətinə xxxxnın ## #### 2025ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (II QM zamanı alınmış QKBT nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Rəşad Nuriyev) ilə iddia təmin edilmiş, Tibbi sosial-ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* saylı qərarı ləğv edilmiş və həmin tarixdən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə əsasən 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat:
Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 X1 əsl cavabdeh cavabdeh1 X1 ilə əvəz edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarda qeyd edilənlərlə eynilik təşkil edir. Əlavə olarq qeyd edilmişdir ki, hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda, sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir.
Apellyasiya şikayətinə etirazlar:
Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı iddiaya uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinə uyğun əlilik təyin edilməsinə əsas verir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) şəhadətləndirilmiş, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli qərarı ilə xəstəliyi ilə bağlı Diaqnoz: “Kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, kobud davranış pozuntuları və intihar cəhdləri ilə. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol tibial sinirin posttravmatik neyropatiyası nəticəsində pəncənin fuinksiyasının cüzi dərəcədə pozulması ilə. Barotravma (##.##.2020) nəticəsində hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 metr, sağ qulaqda 2.5 metr məsafədən eşitməsi ilə. Partlayış travması ((##.##.2020) nəticəsində sağ körpücük, hər iki said və hər iki əlin üst hissəsində, sol qasıq nahiyyəsində, hər iki aşıq-baldır oynağının üzərində, hər iki bud bud nahiyyəsinin arxa 1/3-də qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları və yumşaq toxumaların yad cismləri (metal qəlpələr) diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2023-cü il tarixdə Diaqnozun mətni: Üzvi mənşəli (II Qarabağ müharibəsi barotravma) kəskin ifadəli şəxsiyyət pozuntusu, dissosiativ tutma. Əhalın üzvi mənşəli affektiv pozuntusu, depressiv epizodla, intihara cəhd, özünə xəsarət yetirmələr, sol saidin çoxsaylı xəsarətləri, Meyar: 7.6.2.1 Psixi və davranış pozuntuları=>Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular=>Üzvi mənşəli şəxsiyyət pozuntusu=>Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac olması (məsələn yüksək intihar riski zamanı) F07.0 ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kontitusiya quruluşunun müdafiəsi ilə bağlı OFP yekun faizi 35 faiz ilə 2 il müddətinə ilkin əlillik təyin edilmişdir. “xxxx” X1 tərəfindən iddiaçıya əsas diaqnoz: F 07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və disssosativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə; Ağırlaşma: F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, depressiv və dissosativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə bağlı ##.##.2025-ci il tarixli S********ACD nömrəli nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli *******000* nömrəli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziriyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar- F07.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, inzibati işə əlavə edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə II Qarabağ döyüşlərində iştirak etdiyi zaman ##.##.2020-ci il tarixində düşmənin minaatandan atdığı mərminin yaxınlığına düşməsi nəticəsində huşunu itirməklə qəlpə yaralan alması, Fizuli hərbi hospitalında müayinə və müalicədə olması, sonradan isə Beyləqan MRX-yə gətirilərək orada müalicəsinin davam etdirməsi, sonradan Biləsuvar MRX-də, daha sonra isə SQ BKH-da müayinə və müalicədə olması, təxris edildikdən sonra müharibədə aldığı barotravma ilə əlaqədar sonradan onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səsküy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik yaranmasını bildirərək MN BKHnın hərbi poliklinikasında şəhadətləndirilməsi, psixi vəziyyəti ilə əlaqədar sonradan isə AR SNnın Respublika Psixiatriya Xəstəxanasında ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025-ci il tarixlərdə stasionar müalicədə olması və onda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, koqnitiv funksiyaların enməsi, funksional tutmalar, intihar cəhdləri ilə” diaqnozunun müəyyən edilməsi, həmçinin Bakı şəhər * saylı Klinik Psixiatriya Xəstəxanasında stasionar qaydada müalicələrdə olması, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, özündən asılı olmayaraq beynində sıxıntı, üz nahiyyəsində, əl və ayaqlarında keyləşmələrin olması, zəif eşitməsini, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərməsi, intihara cəhd etməsi, göstərilənlərlə əlaqədar hal-hazırda evdə təyin edilmiş müalicəni qəbul etməsini bildirməsi, müharibədən əvvəlki dövrlərdə olduğu sağlam vəziyyətinin bərpa edilməməsi səbəbi ilə əlaqədar gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verməsi və s.) sübut edir. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi simptomatika əlamətləri müəyyən edilmir. Psixi statusu: Zahirən qəmgin və bir qədər süst görünür. Özünə, zamana və məkana görə bələdliyi saxlanılıb. Ünsiyyətə bir qədər həvəssiz daxil olur. Verilən suallara əsasən ləng cavablar verir, təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvali-ruhiyyə fonu enmişdir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpır. Şikayətləri barəsində soruşduqda II Qarabağ döyüşlərində iştirak etdiyi zaman düşmənin minaatandan atdığı mərminin yaxınlığına düşməsi nəticəsində huşunu itirməklə qəlpə yaraları aldığını, bununla əlaqədar müvafiq tibb müəssisələrində müalicələrdə olduğunu, aldığı barotravma və xəsarətlərlə əlaqədar hərbidən təxris edildikdən sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sjxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik yaranması ilə əlaqədar dəfələrlə psixiatrik xəstəxanalarda müalicələrdə olduğunu, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, psixi vəziyyətində əsəbilik, daxili gərginlik, baş ağrıları, qıcıqlara dözümsüzlük, yuxu və yaddaş pozuntusu, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, özündən asılı olmayaraq beynində sıxıntı, üz nahiyyəsində, əl və ayaqlarında keyləşmələrin olmasını, zəif eşitməsini, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərdiyini, intihara cəhd etdiyini, göstərilənlərlə əlaqədar hal-hazırda evdə təyin edilmiş müalicəni qəbul etməsini bildirir. Sorğu-sual gedişatında emosional gərginliyinin artması, əsəbiliyi, müharibə zamanı aldığı barotravma nəticəsində müharibədən əvvəlki dövrlərdə olduğu bir insan olmadığını vurğulayaraq gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi aşkar biruzə verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan ##.##.2025-ci il tarixli qərar barədə iddiaçıya nə zaman məlumat verilməsi müəyyən edilmir. İddiaçının iddia ərizəsi ##.##.2025-ci ildə qeydiyyata alınmışdır. İddia müddətinə münasibətdə birinci instansiya məhkəməsi iddianı mümkün hesab etmiş, cavabdeh apelyasiya şikayətində həmin mnəsələni mübahisələndirməmişdir. Göstərilən iddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş və s.), o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik, xəstəliyin müvafiq ağırlaşması və funksional pozuntu ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” bəndinə uyğun 7.6.2.1-ci altbəndlə qiymətləndirilməklə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Ekspert rəyində xəstəliyin ağırlaşması kimi “intihar cəhdləri ilə” qeyd edilsədə, kollegiya bildirir ki, “intihar cəhdi” real (icra olunmuş) hərəkəti, “intihar riski” isə baş verə biləcək hərəkəti ehtiva edir. İşdə olan sübutlar iddiaçının xəstəliyinin ağırlaşması ilə bağlı intihar cəhdinin baş verdiyini təsdiq etmir. Göstərilən səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının xəstəliyinin ağırlaşmalarını Meyarların 7.6.2.1-ci altbəndlə qiymətləndirmişdir. Əlilliyin səbəb əlaqəsi isə xüsusi səbəbdən - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçıya Diaqnoz: “Kəskin dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, kobud davranış pozuntuları və intihar cəhdləri ilə. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sol tibial sinirin posttravmatik neyropatiyası nəticəsində pəncənin fuinksiyasının cüzi dərəcədə pozulması ilə. Barotravma (##.##.2020) nəticəsində hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 metr, sağ qulaqda 2.5 metr məsafədən eşitməsi ilə. Partlayış travması ((##.##.2020) nəticəsində sağ körpücük, hər iki said və hər iki əlin üst hissəsində, sol qasıq nahiyyəsində, hər iki aşıq-baldır oynağının üzərində, hər iki bud bud nahiyyəsinin arxa 1/3-də qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları və yumşaq toxumaların yad cismləri (metal qəlpələr) diaqnozları qoyulmuş, xəstəliklərin səbəb əlaqəsi “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “xxxx” X1 tərəfindən ##.##.2025-ci il tarixli S********ACD nömrəli nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik, xəstəliyin müvafiq ağırlaşması və funksional pozuntu ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2. və 7.6.2.1-ci bəndlərinə uyğun əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “xxxx” X1 tərəfindən verilmişdir. Həmçinin, iddiaçı barəsində göndəriş rəsmiləşdirmiş “xxxx” X1 də onun xəstəliyi ilə bağı ixtisaslaşmış tibb müəssisəsidir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2025-ci il tarixdən müəyyən edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.