Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-513/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının səbəbli əlaqəsi hissəsində “Travmadır, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “travmanın hərbi xidmətdə döyüş zamanı alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Cavabdeh ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının səbəbli əlaqəsi hissəsində “Travmadır, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ## #### 1991-ci ildə Lənkəran rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1992-ci ilin avqust ayına kimi keçmiş SSRI Mdafiə Nazirliyinin hərbi hissəsində xidmət etmişdir. Keçmiş SSRI məkanında baş vermiş olaylarla bağlı SSRI silahlı qüvvələrində xidmət etməkdən imtina etdiyi üçün tərxis olunub Lənkəran hərbi komissarlığına qayıtmışdır. Sonradan yenidən 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış və ## #### 1993-cü ilə kimi hərbi xidmət keçmişdir. Hərbi xidmətini döyüşən ordunun tərkibində keçmiş, döyüş zamanı yaralanmış və hərbi hospitala göndərilmişdir. Döyüşən ordunun tərkibində vuruşmağı hərbi biletində qeyd olunmuşdur. Belə ki hərbi biletin 7-ci səhifəsində N saylı hərbi hissənin qərargah rəisi tərəfindən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ##.##.1992-ci ildən ## #### 1993-cü ilə kimi iştirak etmişdir. Lakin Müdafiə Nazirliyinin hərbi həkim komissiyası onu döyüşən ordunun tərkibində saymır və aldığı travmanı hərbi xidmət dövründə aldığını təsdiq etsədə həmin travmanı döyüş zamanı aldığını inkar etmişdir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının səbəbli əlaqəsi hissəsində “Travmadır, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh sərəncama münasibət bildirmişdir ki, İddiaçı iddia ərizəsində MN MHHK-nın ##.##.2023-cü il tarixli *** nömrəli qərarında onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmamışdan əvvəl. 1992-ci ildə Leninqradda hərbi xidmət keçərkən döyülmə nəticəsində aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi *** saylı hərbi hospitalda müalicə olunduğu “Vegetativ damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzağ nəticələri” diaqnozu ilə olan travmanın səbəb əlaqəsinin dəyişdirilərək “hərbi travmadır, azərbaycan respublikası müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini xahiş etmişdir. SHXÇDX-nın Lənkəran rayon şöbəsinin E.Şixəliyevə dair verdiyi xidmət keçmə haqqında arayışlardan görünür ki, o 1992-ci il sentyabrından 1993-cü ilin iyul ayına kimi N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Əməliyyat Idarəsinin ##.##.2015-ci il tarixli **/**** saylı məktubuna əsasən N saylı hərbi hissə ##.##.1992-ci ildən ##.##.1992-ci il tarixədək və ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməlyyatlarında iştirak etmişdir. İddiaçı isə “Vegetativ damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzağ nəticələri” diaqnozu ilə *** saylı hərbi hospitalda ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi müalicə olunmuşdur. Buradan göründüyü kimi həmin dövrdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı N saylı hərbi hissədə müalicə və müayinədə olmasına dair ##.##.1993-cü il tarixli ***/** nömrəli xəstəlik tarixinin anamnez hissəsində onun öz deməsinə görə 1992-ci ildə Leninqrada olarkən döyülmə nəticəsində başından travma almasına dair qeyd aparılmışdır. Vətəndaş İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarı (hakim H.Nəcəfov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ***/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, MN MHHK-sı onun döyüşən orduda aldığı travmanı “keçirilmiş kəllə-beyin travmasının” uzaq nəticələri sayır. Halbuki, o həmin travmanı döyüş zamanı baş vermiş kontuziya nəticəsində almış və bu barədə onunla həmin vaxtda döyüşmüş döyüşçülər məhkəmədə şahidlik ediblər. X1 Məhkəməsi qəbul etdiyi qərarda bu barədə heç bir qeydiyyat aparmamışdır. O SSRI Silahlı Qüvvələrindən təxris olunduqdan sonra, sağlam olduğu üçün yenidən Milli Ordu sıralarına çağırılmış və döyüşən ordunun tərkibində döyüşmüş və yaralanmışdır. Vərəm xəstəliyinə də ordu sıralarında, soyuq səngərlərdə ac-susuz döyüşən zaman tutulmuşdur. Şikayətlərinə əsasən yenidən işinə MN MHHK-sı ##.##.2023-cü il tarixində *** saylı qərarı ilə ##.##.2015-ci il tarixli **** saylı qərarı ləğv etmiş və yenə də, həmin qərarı təkrarlayaraq qərar qəbul etmişdir. Qeyd edir ki, N saylı hərbi hissə döyüşən ordu hissəsi olub, o həmin ordu sıralarında xidmət keçmiş və həmin hərbi hissənin qərargah rəisi onun hərbi biletimdə qeyd edib ki, döyüşən ordu sıralarında olmuşdur. MN MHHK isə öz qərarında onun döyüşən ordu sıralarında xidmət keçməyini inkar edir və bu əsasa görə də, aldığı travmanı döyüşən ordu sıralarında xidmət keçdiyi vaxt aldığını inkar edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarının qərarının ləğv edilməsini,iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 1.1. Bu Əsasnamə “HYPERLINK "https://e-qanun.az/framework/4080" \o "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanı"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “HYPERLINK "http://eqanun.az/framework/23021" \o "Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274- IVQ nömrəli Qanunu"Hərbi vəzifə və hərbi xidmət haqqında” və HYPERLINK "https://eqanun.az/framework/4645" \o "Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377- IQ nömrəli Qanunu"“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdır. Iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq Cavabdeh ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının səbəbli əlaqəsinin “Travmadır, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Belə ki,iddiaçı iddia tələbini ## ###### 2026-cı il tarixli ərizəyə əsasən həmin məzmunda dəqiqləşdirmişdir. Lakin,ərizənin məzmunundan, eləcə də məhkəmədə verdiyi izahatdan müəyyən edilir ki, iddiaçı həmin xəsarəti döyüş əməliyyatlarının gedişində aldığını iddia edir. Odur ki,məhkəmə tərəfindən hər iki hal araşdırılmış,hüquqi marağına əsasən tələbin təkrar dəqiqiləşdirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət görülməmişdir. Nəticə etibarı ilə iddiaçı tərəfindən mübahisələndirilən qərarın səbəb-əlaqəsinin dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, hərbi qulluqçunun aldığı travmanın səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud olmamış və o özü də belə bir arayışı təqdim etməmişdir. Hazırkı vəziyyətdə isə iddiaçının iddiasının təmin edilməsi, yəni onun aldığı travmanın səbəb əlaqəsinin “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi üçün həqiqətən iddiaçının aldığı travmanı müvafiq döyüş tapşırığını yerinə yetirərkən, yaxud düşmənlə təmas xəttində hər hansı qarşıdurma zamanı, yaxud düşmən qüvvələrinin hər hansı təxribatının qarşısını alarkən alması sübuta yetirilməlidir. Lakin, qeyd edilən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Işdə olan Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2-1(120)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Işdə olan Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “travmanın hərbi xidmətdə döyüş zamanı alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı apellyasiya şikayətini geri götürmə barədə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin ##.##.2023-cü il tarixli, *-****/*-***/**** nömrəli arayışının surətindən görünür ki, 1972-cı il təvəllüdlü İddiaçı ##.##.1991-ci il tarixdən 08.1992-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında N nömrəli hərbi hissədə, 09.1992-ci il tarixdən ##.##.1993-cü il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. ##.##.1993-cü ildə Azərbaycan Müdafiə Nazirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Işdə olan Cavabdeh ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının surətindən görünür ki, Lənkəran RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış və avqust 1992-ci ilə kimi keçmiş SSRI-nın Müdafiə Nazirliyinin hərbi hissəsində hərbi xidmət keçmiş, sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və ##.##.1993-cü ilə kimi hərbi xidmət keçmiş, Lənkəran hərbi prokurorluğunun ##.##.2015-ci il tarixli məktubunda barəsində cinayət işinin və təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət keçərkən 1993-cü ildə müvəqqəti yararsızlığına səbəb olmuş, ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Soltərəfli irinli haymorit", ##.##.1993-cü ildən ##.##.1993-cıı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki kolit. Xroniki soltərəfli haymorit, kəskinləşmənin olmaması ilə” və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin respirator virus infeksiyası. Kəskin bronxit, orta-ağır dərəcə, tənəffüs çatışmazlığı II dərəcə. Xroniki soltərəfli haymorit” (Azərbaycan Respublikası SHXÇDX-nin Lənkəran rayon şöbəsinin ##.##.2023-cü il tarixli *-****/*-**** nömrəli göndərişi, ##.##.2023cü il tarixli *-****/*-*** nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş ##.## 1993-cü il tarixli, ##.##.1993-cü il tarixli və ##.##.1993- cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini-Əməliyyat Baş Idarəsi rəisinin ##.##.2015-ci il tarxili **/**** nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin və otorinolarinqoloqun rəyləri ilə təsdiq edilir), Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən 2 (iki) ay sonra təyin edilmiş xəstəlik - diaqnoz: “Hər iki ağciyərin infiltrativ vərəmi” (Lənkəran rayonlararası ağciyər xəstəlikləri xəstəxanası baş həkiminin ##.##.2015-ci il tarixli *** saylı məktubu ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olmamışdan əvvəl, 1992-ci ildə Leninqradda hərbi xidmət keçərkən döyülmə nəticəsində alındığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticələri-diaqnoz:“Vegetativ-damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzaq nəticələri” (vətəndaş İddiaçı ərizəsi, N saylı hərbi hissədən verilmiş ##.##.1993-cü il tarixli tarixli çıxarış epikrizi, xəstəlik tarixndən çıxarışlar, MN MHHKnın rəis müavininin, həkim mütəxəssisinin və nevropatoloqun rəyləri ilə təsdiq ediiir), “Travmadır, Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəndə tərtib edilmiş ***/** saylı xəstəlik tarixindən çıxarış-epikrizindən görünür ki, o, 27.02-##.##.1993-cü il tarixlərində hərbi hissənin Terapiya bölməsində “Qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, vegetativ damar distoniyası, soltərəfli irinli haymorif’ diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Onun N saylı hərbi hissədə müalicədə olduğu 27.02-##.##.1993-cü il tarixlərində (“N saylı hərbi hissə” 22.04-##.##.1992-ci il və ##.##.1993-##.##.1994-cü il tarixlərində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib) hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini nəzərə alıb qeyd etmək lazımdır ki, “Qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, vegetativ damar distoniyası” diaqnozunun hərbi xidmətlə heç bir səbəb əlaqəsi yoxdur. Diaqnoz başın küt travmasından sonrakı qalıq əlamətləridir, küt yaranma mexanizminə malik olub, döyülmə nəticəsində əmələ gəlməyə daha çox uyğun gəlir, digər “soltərəfli irinli haymorit” isə ayrıca qulaq xəstəliyi olub nozoloji vahididir. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərdən məlum olmuşdur ki, iddiaçı Lənkəran RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış və avqust 1992-ci ilə kimi keçmiş SSRI-nın Müdafiə Nazirliyinin hərbi hissəsində hərbi xidmət keçmiş, sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və ##.##.1993-cü ilə kimi hərbi xidmət keçmişdir. ##.##.1993-cü ildən ##.##.1993-cü ilədək N nömrəli hərbi hissədə (Lənkəran hospitalında) stasionar müalicədə (diaqnoz:“Vegetativ-damar davamsızlığı ilə keçirilmiş qapalı kəllə-beyin travmasının uzaq nəticələri) olmuşdur. Iddiaçının hazırda mübahisələndirdiyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli, *** nömrəli qərarının məzmunundan görünür ki, iddiaçı hərbi xidmət dövründə travma almışdır, lakin həmin travmanın Azərbaycan Silahlı Qüvvələrinə daxil olmamışdan əvvəl, 1992-ci ildə Leninqradda hərbi xidmət keçərkən döyülmə nəticəsində aldığı bildirilmişdir. Işlə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyimndə göstərilmişdir ki, iddiaçının N saylı hərbi hissədə müalicədə olduğu 27.02- ##.##.1993-cü il tarixlərində (“N saylı hərbi hissə” 22.04-##.##.1992-ci il və ##.##.1993- ##.##.1994-cü il tarixlərində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilib) hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini nəzərə alıb qeyd etmək lazımdır ki, “Qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri, vegetativ damar distoniyası” diaqnozunun hərbi xidmətlə heç bir səbəb əlaqəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə müvafiq olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı aşağıdakı hallarda qəbul edilir. əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Əsasnaməyə müvafiq olaraq “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. Iddiaçı barəsində iş materiallarında mövcud olan sənədlərdən görünür ki,o hərbi xidmət zamanı xəstəlik keçirmiş,ona “soltərəfli irinli haymorit” diaqnozu qoyulmuşdur. Məhkəmə iddiaçının apellyasiya şikayətində gətirdiyi “məhkəmədə şahidlik edənləri ifadələrinə hüquqi qiymət verilməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, Əsanamənin 7.4-cü bəndində şahid ifadələrinin hansı halda xəsarət faktının təyin edilməsi üçün əsas olduğu dəqiq ifadə edilmişdir.Iddiaçıya münasibətdə həmin halların tətbiqi əsasları mövcud deyildir. Hazırkı halda isə iddiaçının iddia etdiyi travmanın səbəbli əlaqəsinin dəyişməsinə əsas olan hər hansı əsas müəyyən edilməmişdir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-9)-513/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-513/2026
30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver