Məhkəmə qərarları › İş №2-1(3-9)-514/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-514/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-9)-514/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Iddiaçı iddiaçı3 nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, müəyyən etdi: Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinə qarşı Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi, işin yenidən araşdırılması və qərar qəbul edilməsi üçün cavabdehə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddianı qaldırmaqda iddiaçıların subyektiv hüquqları mövcud deyildir. Belə ki, mübahisələndirilən qərar “xxxx” ASC-yə münasibətdə qəbul edilmişdir və belə olan halda da iddiaçı “xxxx” ASC olmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2021-ci il tarixli **************** nömrəli “xxxx” qərarı ilə “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq subyektində ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar xxxx təyin edilmiş, yoxlamanın nəticələri ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin rəhbəri və baş mühasibi aktla razılaşmış və aktı imzalamışdır. “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyətində aparılmış xxxx nəticəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” aktının bir nüsxəsi vergi ödəyicisinin rəhbəri X1 əlbəəl təqdim edilmişdir. ##.##.2022-ci il tarixli akt əsasında ##.##.2022-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmış, qərar ##.##.2022-ci il tarixli 2205020298506000 məktubla xxxx ASC-yə göndərilmişdir. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçılar tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin “xxxx” ##.##.2021-ci il tarixli qərarına əsasən Salyan-X5 Cəmiyyətində (ASC) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar xxxx təyin edilmişdir. ASC-nin əsas gəliri əmlaklarının icarəyə verilməsindən ibarət olduğu üçün * saylı Ərazi Vergilər Idarəsi ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı ilə ekspertiza təyin etmiş və ASCnin 2018-ci ildən 2021-ci il tarixədək olan dövrdə icarə haqlarından gələn gəlirlərini müəyyən etməyə çalışmışdır. Ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Daha sonra bu ekspertlərin ## ######## 2022-ci il tarixli rəyi əsasında ASC-nin ümumi gəlirlərini, vergiyə cəlb edilməli mənfətini və azaldılmış mənfəət vergisini müəyyən edilmişdir. Yoxlamanın nəticələri ##.##.2022-ci il tarixli, **************** nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyətdə aparılmış növbədənkənar xxxx nəticəsində dövlət büdcəsinə çatası vergilərin ümumilikdə 47706.50 manat azaldılması, həmçinin vergi hesabatlarının vaxtında təqdim edilməməsi halları müəyyən edilmişdir. * saylı Ərazi Vergilər idarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli Qərarına əsasən Cəmiyyət tərəfindən dövlət büdcəsinə çatası vergilərin ümumilikdə 47706.50 manat azaldılmasına görə 23853.25 manat, həmçinin vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə 120.00 manat, ümumilkdə 23973.25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçılar * saylı Ərazi Vergilər idarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli Qərarını dəfələrlə tələb etsələr də, əldə edə bilməmişlər. Tərəflərindən cavabdehə qarşı Şirvan Inzibati Məhkəməsində iddia qaldırılaraq * saylı Ərazi Vergilər idarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması və qərar qəbul edilməsi üçün * saylı Ərazi Vergilər idarəsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırda bu ərizə iddia tələbinin əvvəlki əsaslarını saxlamaqla, iddia tələbini əsaslandırılması üçün əlavə arqumentlər gətirir. Avtovağzalın ərazisində faliyyət göstərən ən böyük obyektlərdən biri də “Neptun” Supermarketidir. Belə ki, “Neptun” Supermarketi Avtovağzal ərazisində ən bahalı icarə haqqı ödəyən şirkətdir. Onlarda olan məlumata görə “Neptun” Supermarketi Avtovağzala 12.000 manat aylıq icarə haqqı ödəyir. Lakin həmin “Neptun” Supermarketi tutduğu obyektin gətirdiyi gəlir, * saylı Ərazi Vergilər Idarəsi ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı ilə təyin edilmiş və “xxxx” MMC tərəfindən keçirilmiş ASC-nin icarə haqlarından gələn gəlirlərini müəyyən edilməsi barədə ekspertiza rəyində, daha sonra * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2022-ci il tarixli, **************** nömrəli Qərarında nəzərə alınmamışdır. Bundan əlavə, avtovağzalın ərazisində, xxxx” MMC tərəfindən keçirilmiş ASC-nin icarə haqlarından gələn gəlirlərini müəyyən edilməsi barədə ekspertiza rəyində sadalanan obyektlərdən əlavə açıq tipli 75 yerlik bazar fəaliyyət göstərir. Həmin bazarda piştaxtalar müxtəlif şəxslərə verilir və onlardan gündəlik 10 manatdan yer pulu yığılır. Lakin bu bazarın avtovağzala gətirdiyi gəlir də ekspertiza rəyində və müvafiq olaraq * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2022-ci il tarixli, **************** nömrəli Qərarında nəzərə alınmamışdır. Bu bazarla bağlı bazarda işləyənlərin şikayətlərini əks etdirən ITV-də video reportaj da gedib. Bundan əlavə, avtovağzalın ərazisində pullu dayanacaq fəaliyyət göstərir. Həmin dayanacaqdan yığılan ödənişlər də avtovağzalın gəlirlərinin siyahısında yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2021-ci il tarixli, **************** nömrəli “xxxx” qərarı ilə xxxx ASC-nin (VÖEN **********) sahibkarlıq subyektində ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar xxxx təyin edilmiş, yoxlamanın nəticələri ##.##.2022-ci il tarixli, **************** nömrəli “xxxx” Aktı ilə rəsmiləşdirilmişdir. xxxx ASC xxxxnın əhatə etdiyi dövrün əvvəlindən ##.##.2020-ci il tarixədək avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları və daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. ##.##.2020ci il tarixli icarə müqaviləsinə və həmin müqaviləyə sonrakı əlavələrə əsasən ##.##.2020-ci il tarixdən xxxx ASC-yə məxsus bütün fəaliyyət növləri və əmlakı ilə birlikdə H.N-TRANS MMC-yə (7000526611) bir aylıq icarə haqqı 1800,00 (bir min səkkiz yüz) manat olmaqla icarəyə vermişdir. ##.##.2020-ci il tarixdən xxxxnın əhatə etdiyi dövrün sonuna qədər xxxx ASC daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Aparılmış xxxx nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 53158,39 manat, il ərzində xərclərin cəmi 47155,25 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 28585,77 manat, sosial sığorta haqqları 6431,80 manat, mallar 1010,76 manat, qaz xərci 3243,29 manat, enerji xərci 3952,80 manat, rabitə xərcləri 435,88 manat, su kanalizasiya xərcləri 1250,00 manat, bank xidməti üzrə xərclər 429,72 manat, sığorta haqqları 434,94 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 6003,14 manat, mənfəət vergisi 1200,63 manat göstərilmişdir. 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 65939,26 manat, il ərzində xərclərin cəmi 58161,52 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 38852,60 manat, sosial sığorta haqqları 8301,42 manat, mallar 1019,72 manat, enerji xərci 3685,23 manat, qaz xərci 3538,73 manat, rabitə xərcləri 451,48 manat, bank xidməti üzrə xərclər 487,81 manat, sığorta haqqları 444,24 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 7777,74 manat, mənfəət vergisi 1555,55 manat göstərilmişdir. 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlir 28947,19 manat, il ərzində xərclərin cəmi 26503,72 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 13464,00 manat, sosial sığorta haqqları 2832,17 manat, mallar 134,95 manat, enerji xərci 2068,56 manat, qaz xərci 3260,30 manat, su kanalizasiya xərcləri 1500,00 manat,rabitə xərcləri 347,07 manat, bank xidməti üzrə xərclər 426,10 manat, bilavasitə xərclər 730,00 manat, sığorta haqqları 360,28 manat, gəlirdən çıxılan vergilər və yığımlar 1380,29 manat olmaqla, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2443,47 manat, mənfəət vergisi 488,69 manat göstərilmişdir. xxxx ASC xxxxnın əhatə etdiyi dövrün əvvəlindən ##.##.2020-ci il tarixədək avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımalarından əldə etdiyi gəlirlər vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında müəyyən edildi. Yoxlama zamanı vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi məqsədi ilə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspertiza keçirilməsi zərurəti yaranmış, vergi ödəyicisi tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2022-ci il tarixli **************** saylı Qərarına əsasən xxxx ASC-nin (VÖEN **********) xxxxnın əhatə etdiyi dövr ərzində (##.##.2018-ci il tarixdən ci il tarixədək) icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətinin müəyyən etmək məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətindən ekspert dəvət edilmişdir. ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək icarəyə verilmiş obyektlərin icarə haqqının bazar qiymətinin müəyyən etmək üçün ekspertə zəruri olan sənədlər təqdim edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən tərtib edilmiş rəyə əsasən yoxlanılan dövr ərzində “xxxx” ASC-nin (VÖEN **********) tərəfindən icarəyə verilmiş obyektlərin bir kvadrat metr üçün aylıq icarə haqqının bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir; Avtovagzal binası (şadlıq evi, market), 658,8 m2 4,0 manat, Avtovagzal binası (Avtovagzal fəaliyyətinə aid sahə) 714,5m2 2,0 manat, Kafe 40,3 m2 4,0 manat, Ticarət sahəsi (magaza) 211,18m2 6,0 manat, Ticarət sahəsi (magaza) 719,20m2 4,0 manat, Ticarət sahəsi (magaza) 419,2 m2 6,0 manat, Çayxana 101,6m2 4,0 manat, Köşkçayxana 16,2m2 4,0 manat, Köşklərin (8 sayda) hər biri üçün aylıq icarə haqqı 200,0 manat, Piştaxtaların (65 sayda) hər biri üçün aylıq icarə haqqı 120,0 manat. Bəyannamədə göstərilən gəlirlər sənədlərlə öz təsdiqini tapmadığı üçün “xxxx” ASC-nin icarə haqqından əldə etdiyi gəlirləri “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən təqdim edilmiş rəyə əsasən müəyyənləşdirildi. 2018-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirlər 119724,32 manat, ümumi gəlirdən çıxılan xərclər faktiki olaraq 47155,25 manat, vergiyə cəlb olunan mənfəət 72569,07 manat, mənfəət vergisi 14513,81 manat olduğu müəyyən edilmişdir. 2018-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirlər 177130,85 manat, ümumi gəlirdən çıxılan xərclər faktiki olaraq 58161,52 manat, vergiyə cəlb olunan mənfəət 118969,33 manat, mənfəət vergisi 23793,87 manat olduğu müəyyən edilmişdir. 2018-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 187185,11 manat, ümumi gəlirdən çıxılan xərclər faktiki olaraq 26503,72 manat, vergiyə cəlb olunan mənfəət 40170,35 manat, mənfəət vergisi 8034,07 manat hesablanmalıdır (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 224-cü maddəsinə əsasən koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin müddəalarına görə 2020-ci il ərzində koronavirus pandemiyasının yayılması nəticəsində məhdudlaşdırılmış fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə icarəyə verilmiş obyektlərdən alınmalı olan icarə haqları vergitutma obyekti hesab edilməmiş və vergi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi 160681,39 manat mənfəətin 75,0 faizi (120511,04 manat) vegiyə cəlb edilən mənfəətdən azaldılır). Vergi ödəyicisi tərəfindən 2020-ci il mənfəət vergisi bəyannaməsində ümumi gəlirlər düzgün göstərilməmiş və nəticədə mənfəət vergisi 7545.38 manat azaldılmışdır. Beləliklə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin eksperti tərəfindən təqdim edilmiş rəy əsasında vergi ödəyicisi tərəfindən büdcəyə çatası mənfəət vergisinin 2018-ci il üzrə 13313,18 manat, 2019-cu il üzrə 22238,32 manat və 2020-ci il üzrə 7545.38 manat olmaqla, ümumilikdə 43096,88 manat azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 43096,88 (21548,44 x 50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa xxxx ilə müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ##.##.2021-ci il tarixdən ƏDV qeydiyyatının məcburi olduğu halda belə qeydiyyat olmadan fəaliyyət göstərmişdir. Vergi Məcəlləsinin 157.3-cü maddəsinin müddəalarına əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) “xxxx” ASC-nin vergi tutulan əməliyyatlarının həcmi 200000,00 manatdan artıq olduğu üçün ##.##.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təklif olunur (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi və koronavirus pandemiyasının yayılması nəticəsində məhdudlaşdırılmış fəaliyytlə məşğul olan vergi ödəyicilərinə 2020-ci il ərzində icarəyə verilmiş obyektlərdən alınmalı olan icarə haqları vergitutma obyekti hesab edilməmiş və vergi hesablanmamışdır). Azərbaycan Respublikası Vergi Məcəlləsinə və ekspert rəyinə əsasən may 2021ci il üçün müəyyən edilən 17631,93 manat dövriyyədən 3173,75 manat (17631,93*18%) ƏDV hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən 1586,88 manat (3173,75*50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən cəmiyyətin təsisçilərinə ödənilmiş 2018-ci ilin 2-ci rübündə 3773,50 manat, 2019-cu ilin 2-ci rübündə 4632,47 manat, 2020-ci ilin 4-cü rübündə 5952,70 manat olmaqla cəmi 14358,67 manat dividenddən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 122.1. maddəsinə əsasən ödəmə mənbəyində 1435,87 (14358,67*10%) manat vergi tutulmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 717,94 manat (1435,87*50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə dövlət büdcəsindən yayındırılmış 47706,50 manat vergi hesablanmış və 23973,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin rəhbəri və baş mühasibi aktla razılaşmış və aktı imzalamışdır. “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyətində aparılmış xxxx nəticəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” Aktının bir nüsxəsi vergi ödəyicisinin rəhbəri X1 əlbəəl təqdim edilmişdir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən xxxx vergi ödəyicisinin fəaliyyəti üzrə müəyyən edilmiş dövrü əhatə edə bilər. Mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyəti, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla, məcburi 3 il müddətindən çox olmayan fəaliyyəti əhatə edir. Beləliklə, yoxlanılması nəzərdə tutulan dövr üzrə üç illik müddət artıq başa çatdığından, həmin dövrə münasibətdə xxxxnın keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan mümkün hesab edilmir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddiaçı3 və digərlərinin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi. Digər iddiaçılar iddiaçı2 və iddiaçı1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iddianı qaldırmaqda iddiaçıların subyektiv hüquqları mövcud deyildir. Belə ki, mübahisələndirilən qərar “xxxx” ASC-yə münasibətdə qəbul edilmişdir və belə olan halda da iddiaçı “xxxx” ASC olmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2021-ci il tarixli **************** nömrəli “xxxx” qərarı ilə “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq subyektində ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar xxxx təyin edilmiş, yoxlamanın nəticələri ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin rəhbəri və baş mühasibi aktla razılaşmış və aktı imzalamışdır. “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyətində aparılmış xxxx nəticəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” aktının bir nüsxəsi vergi ödəyicisinin rəhbəri X1 əlbə-əl təqdim edilmişdir. ##.##.2022-ci il tarixli akt əsasında ##.##.2022-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmış, qərar ##.##.2022-ci il tarixli 2205020298506000 məktubla xxxx ASC-yə göndərilmişdir. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunuyoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Işin hallarından görünür ki, * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2021-ci il tarixli **************** nömrəli “xxxx” qərarı ilə “xxxx” ASC-nin (VÖEN **********) sahibkarlıq subyektində ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar xxxx təyin edilmiş, yoxlamanın nəticələri ##.##.2022-ci il tarixli **************** nömrəli “xxxx” aktı ilə rəsmiləşdirilmişdir. ##.##.2022-ci il tarixli akt əsasında ##.##.2022-ci il tarixli **************** nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmış, qərar ##.##.2022-ci il tarixli 2205020298506000 məktubla xxxx ASC-yə göndərilmişdir. Belə olan halda hazırkı iddianı qaldırmaqda iddiaçıların subyektiv hüquqları mövcud deyildir. Mübahisələndirilən qərar “xxxx” ASC-yə münasibətdə qəbul edilmişdir və belə olan halda da iddiaçı “xxxx” ASC olmalıdır. “xxxx” ASC də həmin qərarla razılaşmışdır. Kollegiya onu da nəzərdən qaçırmır ki, iddiaçılar sözügdən qərarı həmin qərar əsasında müəyyən edilmiş dövlət büdcəsindən yayındırılmış 47706.50 manat vergi və 239373.27 manat maliyyə sanksiyasının çox olmasına görə deyil, az olmasına görə mübahisələndirirlər. Iddiaçıların fikrincə vergi orqanı düzgün hesablama aparmamış, məbləği azaltmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar