Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-52/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** saylı qərarın qismən - əlavə hesablanmış 73002 manat 16 qəpik hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərardan görünür ki, İddiaçı 2021-ci il gəlir vergisi üzrə 92715.66 manat vergi hesablanmış, həmin məbləğin 6.693.02 manat hissəsi vergi ödəyicisi tərəfindən bəyan edilmiş məbləğ, 86022.64 manat hissəsi isə vergi orqanı tərəfindən kameral yoxlama qaydasında hesablanmış vergi və ya sığorta haqqı məbləğidir. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ## #### 2024-cü il tarixli **************** nömrəli qərardan görünür ki, İddiaçı 2021-ci il gəlir vergisi üzrə 20245.87 manat vergi və ya sığorta haqqı hesablanmış, həmin qərar ilə “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2023 cü il tarixli **************** nömrəli qərar ləğv edilmişdir. * saylı Ərazi Vergilər Baş İdarəsinin *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı (VÖEN: **********) tərəfindən ümumilikdə xeyli miqdar təşkil edən ##.##.2023-cü il tarixli **************** saylı qərar üzrə 95889.51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İstintaq zamanı cəlb edilmiş mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən 2021-ci il üzrə 20245.88 manat, 2022-ci il il üzrə 1516.67 manat gəlir vergisinin hesablanmalı olduğu müəyyən edilmiş, qeyd olunan ##.##.2024-cü il tarixli prosessual qərar üzrə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verildikdən sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müvafiq göstəriş üzrə ##.##.2023cü il tarixli **************** saylı qərar ləğv olunaraq, hal-hazırda qüvvədə olan ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2023-cü il tarixli **************** saylı qərarın qismən - əlavə hesablanmış 73002 manat 16 qəpik hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergilərin hesablanmasına səbəb iddiaçı tərəfindən idxal edilmiş dartıcı yük maşınları və qoşquların idxalı və özgəninkiləşdirilməsi nəticəsində iddiaçının ehtimal olunan gəlirləri olmuşdur. İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitələrinin çoxunun qəzalı, detalları yararsız və çürük vəziyyətdə olmuşdur. Həmin nəqliyyat vasitələri onun tərəfindən təmir edilmiş və istismara yararlı hala gətirilmiş, bundan sonra satılmışdır. İddiaçı izahatında göstərdiyi xüsusatları müvafiq sənədlərlə təsdiq edilə bilməsə də, həqiqətə uyğundur. Bu hal, qeyd olunan nəqliyyat vasitələrinin satılmazdan əvvəl iddiaçı tərəfindən yararlı hala gətirildiyini, lakin iddiaçı tərəfindən çəkilmiş həmin xərcləri sənədlər əsasında birbaşa müəyyən etməyin mümkün olmadığını təsdiq edir. Nəqliyyat vasitələrinə çəkilmiş xərclərin birbaşa müəyyən etməyin mümkünsüz olduğunu təsdiq edən digər bir hal, həmin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən qiymətləndirilməsidir. Belə ki, həmin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi aşağıdakı ümumi gömrük dəyəri ilə göstərilmişdir: ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021- ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 8500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 11900; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 11900; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 9350; ##.##.2021- ci il tarixli ************** saylı bəyannamədə 8500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 14450; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 14450; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli, ************** saylı bəyannamədə 20400; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021- ci il tarixli ************** saylı bəyannamədə 14450; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 15300; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 25500; ##.##.2021- ci il tarixli ************** saylı bəyannamədə 14450; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 15300; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 23800; ##.##.2021-ci il tarixli ************** saylı bəyannamədə 34000; ##.##.2021- ci il tarixli ************** saylı bəyannamədə 20400; Cəmi: 558450 manat. Bəyannamələrdən də göründüyü kimi, malların idxal edilməsinə faktiki çəkilmiş xərclər, invoys məlumatlarında göstərilən 141415 manatdan dəfələrlə artıqdır. Beləliklə, nəqliyyat vasitələrinin idxalı ilə əlaqədar çəkilmiş xərcləri dəqiq müəyyən edən sənədlər olmadığından, iddiaçının əldə etdiyi gəliri birbaşa müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunduğu kimi, nəqliyyat vasitələrinin idxal edilməsinə çəkilmiş xərcləri təsdiq edən sənədlər yoxdur. Bu səbəbdən hazırki hüquq münasibətlərinə vergi ödəyicisinin gəlirini müəyyən etməyin mümkün olmaması ilə bağlı normalar tətbiq olunmalıdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli393 saylə Fərmanının 1.8-ci bəndinə əsasən həmin Məcəllənin 23.1.3-cü, 23.1.15-2-ci, 23.1.15-4-cü (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 38.6-cı, 50.1.9-cu (məcburi nişanlama ilə nişanlanmalı olan mallara münasibətdə), 50.7-ci, 71-1.2-ci maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında, 76-1-ci (birinci halda), 83.9-cu, 87.4-cü, 90.3-cü (ikinci hissədə), 98.3-cü, 102.1.14.1ci, 102.1.14.2-ci, 102.8-ci, 109.3-cü, 109.7-ci, 111.3-cü, 164.1.22-ci, 175.1.3- cü, 175.8-ci, 190.2ci, 190.5-ci, 198.1. 1 -ci maddələrində, 206.1-1-ci maddəsinin ikinci cümləsində, 206.2-ci, 212.6cı, 212.6.1 -ci, 212.6.2-ci, 217.6- cı, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. AR NK-nın 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1 və 6.1.1 -ci bəndlərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan), və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir. İddiaçının fəaliyyəti ilə əlaqədar xərcləri barədə məlumatlar vergi orqanlarında mövcud olmadığı üçün onun əldə etdiyi gəlir, fəaliyyəti ilə əlaqədar etdiyi satış dövriyyəsi əsasında müəyyən edilməlidir. Qaydalara əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri əsasında mənfəətin müəyyən edilməsi düsturu aşağıdakıdır: M = G : ( 100 + R) x R Burada: M -vergi ödəyicinin mənfəəti; G - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçının yoxlanılan dövr ərzində fəaliyyəti ilə əlaqədar etdiyi satış dövriyyəsi vergi orqanı tərəfindən 591405 manat müəyyən edilmişdir (qərarın birinci səhifəsinin sonuncu abzası). Şərti rentabellik normasının 20 % olduğunu nəzərə alsaq, düstur aşağıdakı kimi qurulmalıdır: Mənfəət = 591405 : (100 % + 20 %) x 20 % = 98567.5 yəni gəlir, dövriyyənin altıya bölünməsi yolu ilə tapılır. Beləliklə, kameral vergi yoxlamasının keçirildiyi dövrdə iddiaçının mənfəəti 98567.5 manat təşkil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Kameral vergi yoxlamasının əhatə etdiyi dövrdə iddiaçının mənfəət vergisi 19713.5 manatdır - 98567,5 x 20 % = 19713,5. Göstərilən səbəblərdən iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisinin bəyannaməsində verginin məbləği məhz 19713.5 manat müəyyən edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçının ##.##.2013cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2020-ci il tarixdən ƏDV məqsədləri üçün dövlət qeydiyyatına alındığı və əsas fəaliyyət növünün “mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış” olduğu, vergi orqanında qeydiyyata olan aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması üçün aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin hesabat ilində invoys dəyəri ilə ümumilikdə 141415.00 manat (ƏDV-siz) dəyərində mallar idxal etmiş və elektron qaimə faktura ilə 1191.48 manat (ƏDV-siz) mal, iş və xidmət almış, sosial sığorta üzrə xərci 175.00 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021ci il üçün təqdim etdiyi ƏDV bəyannamələri üzrə satış dövriyyəsi 591405.25 manat (ƏDV-siz) təşkil etmiş və gəlir vergisi bəyannaməsi üzrə məlumatlara əsasən dövrün sonuna mal qalığı qalmamışdır. Qeyd olunanlara əsasən vergi orqanında olan baza məlumatlarına əsasən müəyyən olunmuş göstəricilər əsas götürülməklə 2021-ci ilin gəlir vergisi bəyannaməsinin göstəricilər olmadan təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2022-ci il tarixli **************** nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 89724.75 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və yaranmnış kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 80667.20 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli qərar qəbul olunmuşdur. Şikayətin araşdırılması məqsədi ilə fərdi sahibkarın araşdırmada şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəniz) və ya vəkili vasitəsilə iştirak etməsi ilə bağlı “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” ##.##.2022-ci il tarixli **************** nömrəli məktub göndərilərək ##.##.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar İddiaçı ##.##.2022-ci il tarixdə araşdırmada iştirak etmiş və araşdırma ilə bağlı müvafiq izahat təqdim etmişdir. Fərdi sahibkar izahatında aldığı nəqliyyat vasitələrinin və qoşquların çoxunun qəzalı, motoru vurmuş, “karobkası” dağılmış, paslı və ya çürük, təmirə ehtiyacı olan vəziyyətdə olduğunu, bəzilərinin “apornı” disklərinin baraban olduğuna görə dəyərinin aşağı olduğunu, bəzi maşınların isə “adblue” sistemi işlək olmadığına görə avro 5 standartına cavab vermədiyi üçün Avropada istifadə edilə bilmədiyindən dəyərindən çox ucuz satıldığını, onları aldıqdan sonra təmir edib, müəyyən xərc çəkib satdığını, gömrük orqanının idxal olunmuş malların real vəziyyətini nəzərə almadan ilinə baxaraq, qiymət müəyyənləşdirdiyini, idxal olunmuş texnikaları təmir edərək bazarda əhaliyə satdığını və hər maşından 3500.00-4000.00 manat arası qazanc əldə etdiyini bildirərək hesablanmış məbləğin azaldılmasını xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci il ərzində ümumi gömrük dəyəri 574506.57 manat dəyərində (ƏDV-siz) olan 28 ədəd (14 komplekt) texnika idxal edildiyi, 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsi ilə bağlı 572617.00 manat gəlir əldə edildiyi və gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsində malların dəyərinin 544751.00 manat göstərildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində iddiaçı tərəfindən idxal edilmiş malların invoys dəyərinin 141414.95 manat (ƏDV-siz) olduğu halda 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 N-li Əlavəsinin 1.3.2. Mallar sətrinin Dövr ərzində daxil olmuşdur sütununda 574798,00 manat göstərildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçı idxal edilmiş malların təmiri ilə bağlı xərclər çəkdiyini bildirsə də, qeyd olunan xərclərlə bağlı heç bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunanların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ##.##.2022-ci il tarixli **************** nömrəli “Məlumatın təqdim edilməsi haqqında” sorğu göndərilmiş, lakin sorğuya cavab alınmamışdır. Belə ki, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, iddiaçı tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların invoys dəyərinin 141414.95 manat olduğunu, nəqliyyat vasitələrinin yararsız vəziyyətdə olmaları səbəbindən invoys dəyərinin aşağı olmasını iddia olunmasına baxmayaraq, bunu təsdiq edəcək heç bir təsdiqedici sənədi inzibati araşdırmaya təqdim etməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Amilya Hüseynov) ilə iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2023-cü il tarixli **************** saylı qərarı qismən - əlavə hesablanmış 73002 (yetmiş üç min iki) manat 16 qəpik hissəsində ləğv edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ##.##.2023-cü il tarixli **************** saylı qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı (VÖEN:**********) tərəfindən ümumilikdə xeyli miqdar təşkil edən 95889.51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İstintaq zamanı cəlb edilmiş mütəxəssis tərəfindən təqdim edilmiş rəyə əsasən 2021-ci il üzrə 20245.88 manat, 2022-ci il il üzrə 1516.67 manat gəlir vergisinin hesablanmalı olduğu müəyyən edilmişdir. Belə ki, qərarda gəlirin əldə edilməsi ilə bağlı xərclərə dair sənədlər olmadığından vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı, belə olan halda dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin mənfəətini (gəlirini) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” haqqında ##.##.2001-ci il tarixli ** nömrəli və ##.##.2003-cü il tarixli ** nömrəli qərarlarına əsasən müəyyən edilməli olduğu qeyd olunmuşdur. Bundan başqa, kameral vergi yoxlaması ilə hesablanmış 2022-ci ilin yanvar, mart, aprel ayları üzrə 3082.07 manat əlavə dəyər vergisi mütəxəssis tərəfindən təsdiq edilmişdir. Bununla da, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış əsas vergilərin məbləğinin 42.72 manat ödəmə nəzərə alınmaqla 24801.90 manat olduğu müəyyən edilmiş, ##.##.2024-cü il tarixli prosessual qərar üzrə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verildikdən sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini ekspert rəyi ilə hesablanmış verginin təsdiq edilməməsi, cavabdehin inzibati aktın mübahisələndirilən hissədə qəbul edilməsini zəruri edən şərtləri sübut edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul edilən məhkəmə aktı üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya tərəfindən işə baxılarkən mübahisələndirilən qərarın qüvvədə olubolmaması araşadırılmamışdır. Halbuki, mübahisələndirilən - “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar inzibati orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ## #### 2024-cü il tarixli **************** nömrəli qərar ilə (birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı qəbul etməmişdən 1 il 4 aydan artıq bir müddətdən əvvəl) ləğv edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” ## #### 2024-cü il tarixli **************** nömrəli qərar isə hazırki cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. İşə yenidən baxılarkən iddiaçının diqqətinə göstərilən məsələ çatdırılmalı, iddianın mümkünlük şərti yoxlanılmalı, iddianın mümkünlüyünü istisna edən hal olmazsa, qanunvericiliyin tələbinə uyğun işə mahiyyəti üzrə baxılaraq qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-52/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-52/2026
17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver