Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-521/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Işin halları: Sonradan iddiaçının nümayəndəsi və vəkili ##.##.2025-cı il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək İddiaçı daxili işlər orqanlarından xaric edilməsi barədə Daxili Işlər nazirinin ##.##.2025-ci il tarixli Ə (ş/h) *** №-li əmrinin ləğv olunması və onun Neftçala rayon X2 bölməsinin təhqiqatçısı vəzifəsinə bərpa olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə IPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək İddiaçı daxili işlər orqanlarından xaric edilməsi barədə Daxili Işlər nazirinin ##.##.2025-ci il tarixli 3-13/Ə***/**** №-li əmrinin ləğv olunması və onun Neftçala rayon X2 bölməsinin təhqiqatçısı vəzifəsinə bərpa olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2001-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur. Sahə inspektoru, azyaşlıların işləri üzrə inspektor, təhqiqatçı və müstəntiq vəzifəsində işləmişdir.Sonuncu iş yeri/vəzifəsi Neftçala rayon X2 bölməsinin təhqiqatçısı olmuşdur. Daxili Işlər nazirinin ##.##.2025-ci il tarixli əmri ilə daxili işlər orqanlarından xaric edildiyi ona bildirilmişdir və işdən kənarlaşdırılmışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, iddiaçı, R İddiaçı ##.##.2001-ci ildən daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, ##.##.2024-cü ildən Neftçala Rayon X2 bölməsində təhqiqatçı vəzifəsinə təyin edilmişdir. Neftçala RPŞ-nin Post-patrul xidməti bölüyünün V Hüseynalı Ismayılov ##.##.2025-ci il tarixdə polis nəfəri Rauf Əliyevlə birlikdə xidmətdə olarkən narkotik vasitəsi istifadə etməkdə şübhəli bilinən Ağabala Səmədovu şöbəyə gətirmişlər.Məsələnin araşdırılması həmin gün əməliyyat-istintaq qrupunda olan təhqiqatçı İddiaçı Həvalə edilsə də, sonuncu nümayişkaranə şəkildə tapşırığın icrasından yayınmışdır. Post-Patrul xidməti bölüyünün komandir müavini Aydın Xankişiyev bunun şöbə rəhbərliyinin göstərişi olduğunu bildirdikdə İddiaçı ilə mübahisə etməyə başlamış və RPŞ-nin rəisinin nüfuzuna xələl gətirə biləcək nalayiq ifadələr intizamsız hərəkətlərə yol vermişdir. Həmçinin R İddiaçı məharət dərəcəsinə görə nəzəri və praktiki imtahanlarda iştirak etmək üçün ##.##.2025-ci il tarixdə DINin X1 Alayına ezam olunmasına baxmayaraq üzürsüz səbəbdən ora getməmiş və xidmətə çıxmamışdır. Polis zabitinə yaraşmayan bu cür hərəkətlərə yol verdiyinə görə, İddiaçı DIN-in ##.##.2025-ci il tarixli *-**/Ə-***/**** nömrəli əmri ilə “Azərbaycan Respublikasının Daxili Işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Iddiaçı, Daxili Işlər orqanlarında xidmətdə olarkən dəfələrlə intizam qaydalarına əməl etmədiyinə görə barəsində intizam tənbeh görülmüşdür. Butün bunlara baxmayaraq iddiaçı İddiaçı xidməti fəaliyyətində müsbət dönüş yaratmamışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ## ##### 2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə polis həmkarı arasında mübahisənin tək şahidi olan Nicat Sadıqov izahatında iddiaçının RPŞ rəisinin ünvanına nalayiq sözlər deməsini təsdiq etməyib. Onun izahatında göstərdiyi məqamlar – iddiaçı ilə Aydın Xankişiyev arasında söyüşlü mübahisə olması (kimin kimi söydüyü və ya qarşılıqlı olduğu bəlli deyil) və Aydın Xankişiyevin raportun üzərini rəisin yazdığını bildirdikdə iddiaçının ona təhqirlə cavab verməsi (təhqirin məhz kimə ünvanlanması bəlli deyil) iddiaçı ilə Aydın Xankişiyev arasında mübahisə zamanı guya onun RPŞ rəisinin ünvanına nalayiq ifadələr işlətməsinin həmin mübahisənin şahidi olan Nicat Sadıqov tərəfindən təsdiq olunması kimi qiymətləndirilə bilməz. Bundan başqa, uca səslə deyildiyi iddia olunan "nalayiq sözləri" mübahisə zamanı RPŞ-nin inzibati binasında TB rəisinin xidməti otağının yaxınlığında olan başqa şəxlərin izahatları alınmayıb. Halbuki inzibati orqan inzibati icraat apararkən bu halları tam və hərtərəfli araşdırmalı idi. Nazirliyin Daxili Təhqiqatlar Idarəsi tərəfindən aparılan araşdırma zamanı ##.##.2025-ci ildə iddiaçının da izahatı alınıb və cavabdeh həmin izahatın surətini məhkəməyə təqdim edib. Lakin izahatda iddiaçının ona verilən suallara yazdığı cavabları oxumaq mümkün deyil və iddiaçının həmin sualları hansı cavabı verdiyi məlum olmur. Halbuki cavabdeh inzibati icraat zamanı bu sənədi iddiaçının izahatı kimi qəbul edib və məsələyə dair Daxili Təhqiqatlar Idarəsi tərəfindən rəy verilərkən iddiaçının izahatı da nəzərə alınmalı idi. Lakin izahatı oxumaq mümkün olmadığı halda onun iddiaçıdan qəbul edilməsi və icraat materiallarına əlavə olunması cavabdehin inzibati icraat zamanı iddiaçının mövqeyinə formal yanaşdığını və araşdırmanı lazımi səviyyədə aparmadığını təsdiq edir. Bundan başqa, mübahisələndirilən əmrdən görünür ki, onun verilməsi üçün əsas Daxili Təhqiqatlar Idarəsinin rəyi olub. Həmin rəy dəfələrlə tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməyib. Qeyd olunanlar nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehi nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Polis haqqında” Qanun: Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: ... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. ... IV. Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir. V. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; III. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin:
114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə ...
141. Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir.
«Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “daxili işlər orqanlarından xaric edilməsi barədə Daxili Işlər nazirinin ##.##.2025-ci il tarixli 3-13/Ə***/**** №-li əmrinin ləğv olunması və onun Neftçala rayon X2 bölməsinin təhqiqatçısı vəzifəsinə bərpa olunması haqqında qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmrdən və iş materiallarında olan digər sənədlərdən görünür ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuşdur. Bunun nəticəsində iddiaçı Azərbaycan Respublikası “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Ilk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Iş materiallarında olan mübahisələndirilən ## #### 2025-ci il tarixli əmrdən görünür ki, iddiaçı tapşırığın icrasından nümayişkaranə şəkildə tapşırığın icrasından yayınmışdır. Postpatrul xidməti bölüyünün komandir müavini Aydın Xankişiyev bunun şöbə rəhbərliyinin göstərişi olduğunu bildirdikdə iddiaçı İddiaçı ilə mübahisə etməyə başlamış və RPŞ-nin rəisinin nüfuzuna xələl gətirə biləcək nalayiq ifadələr işlətməklə intizamsız hərəkətlərə yol vermişdir. Həmçinin, iddiaçı məharət dərəcəsinə görə nəzəri və praktiki imtahanlarda iştirak etmək üçün ##.##.2025-ci il tarixdə DIN-in X1 Alayına ezam olunmasına baxmayaraq üzrsüz səbəbdən ora getməmiş və xidmətə çıxmamışdır. Göstərilənlər nəzərə alınaraq iddiaçı AR daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdr. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən əmrin “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 141-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Əsasnamənin 135-ci bəndinin 9-cu yarımbəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət edilməsi xidmətdən xaric edilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Eyni şəkildə “Polis haqqında” AR Qanunun 34-cü maddəsinə əsasən polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət edilməsi xidmətdən xaric edilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. DIN-in ##.##.2005-ci il tarixli *** №-li əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 22-ci maddəsinə əsasən Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Intizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də başa düşülə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda mübahisələndirilən ##.##.2025-ci il tarixli əmr İddiaçı ilk dəfə intizam məsuliyyətinə cəlb edilmə halı deyildir. Belə ki, işdə olan cavadehin etirazından görünür ki, iddiaçı barəsində intizam qaydalarına əməl etmədiyinə görə 2003, 2005, 2008, 2010, 2012, 2013, 2016-cı illərdə töhmət, 2010 və 2012-ci illərdə şiddətli töhmət, 2009-cu ildə tutduğu vəzifədən azad edilmə növlərində intizam tənbehi tətbiq edilmişdir. Göründüyü kimi iddiaçı DIO orqanlarında fəaliyyəti dövründə dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Başqa ifadə ilə desək, iddiaçının daxili işlər orqanlarında bu illər ərzində fəaliyyətini qüsursuz fəaliyyət kimi qiymətləndirmək olmaz. Iddiaçı məhkəmə iclasında “məharət dərəcəsinə görə nəzəri və praktiki imtahanlarda iştirak etmək üçün ##.##.2025-ci il tarixdə DIN-in X1 Alayına ezam olunmasına baxmayaraq üzrsüz səbəbdən ora getməməsinə” münasibətdə bildirmişdir ki, həmin hal özlüyündə ciddi pozuntu deyil və bu əsasla onun işdən çıxarılması qəbul edilməzdir. Məhkəmə kollegiyasının mövqeyinə görə hazırki halda cavabdeh inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirən zaman iddiaçının hüquqlarına heç bir müdaxiləyə yol verməmiş, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və inzibati orqanın güddüyü qanuni məqsədinə uyğun həyata keçirmişdir. Digər tərəfdən iddiaçı barəsində tətbiq olunan sonuncu intizam tənbehi tədbirinə əsas kimi bir sıra hallar sadalanmışdır: Həvalə olunmuş tapşırığın icrasından nümayişkaranə şəkildə yayınması, bununla bağlı həmkarı ilə mübahisə etməsi, RPŞ-nin rəsinin ünvanına nalayiq ifadələr işlətməsi, məharət dərəcəsinin verilməsi ilə əlaqədar Bakı şəhərinə ezam eidlməsinə baxmayaraq üzrsüz səbəbdən nəzəri və praktiki imtahanlarda iştirak etməməsi, hərəkətləri ilə daxili işlər orqanlarə əməkdaşı adına ləkə gətirməsi. Sadalanan bu hallar işdə olan sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan ## #### 2025-ci il tarixli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.