Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-9)-523/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1inə qarşı “şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-377A, Kod ******** saylı şəhadətnamənin sahəsi və cizgilərində düzəliş edilərək, sözügedən şəhadətnamədə göstərilən ölçülərin arxiv sənədinə uyğun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərardadı ilə Üçüncü şəxs və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir (cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti əsl cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri X1lə əvəz edilmişdir). Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamənin sahəsi və cizgilərində düzəliş edilərək, sözügedən şəhadətnamədə göstərilən ölçülərin arxiv sənədinə uyğun tərtib edilməsini tələb edir. Lakin Masallı Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş Üçüncü şəxs və onun ailə üzvlərinə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.19 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin, o cümlədən Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0.06 ha torpaq sahəsinində əhatə etdiyi Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.21 ha torpaq sahəsinin koordinatlarının ilə üst-üstə düşmür. Həmçinin iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı su ötürücü kanalın cavabdeh tərəfindən qanunsuz zəbt edilməsindən azad edilməsi, onun üzərində olan tikililərin sökülməsi və kanalın təmizlənərək bərpa edilməsi tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilib iddiaçı İddiaçı iddiası rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buradan da göründüyü kimi, Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamə ilə iddiaçının heç bir hüququ pozulmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı tərəfindən iddia tələbini onunla əsaslandırılmışdır ki, Sabiq Öncəqala tərəvəzçiliksüdçlük sovxozu tərəfindən ## #### 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X5 yaşadığı Masallı rayonu Öncəqala kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. X3 ## ###### 1992-ci il tarixdə torpaqlarımızın müdafiəsi zamanı Ağdam rayonu ərazisində şəhid olmuşdur. Oğluna ayrılmış torpaq sahəsində bağ salaraq torpağın ətrafında eni 80 sm, dərinliyi 50 sm olan kanal qazmışdır. Lakin sonradan həmin yerin qonşuluğunda torpaq sahəsi alan həmkəndlisi Üçüncü şəxs tərəfindən torpağın ətrafında qazmış olduğu su ötürücü kanalı doldurmuşdur. Bununla bağlı aralarda yaranmış torpaq mübahisəsi zamanı həmin əraziyə dair Üçüncü şəxs adına torpağın mülkiyyətə verilməsinə dair JN-***A saylı şəhadətnamə tərtib edilməsi müəyyən edilmişdir. Həmin şəhadətnamədə mübahisəli ərazi də daxil olmaqla onun mülkiyyətinə 0,07 hektar torpaq sahəsinin verilməsi göstərilmişdir. Halbuki həmin şəhadətnamənin verilməsi üçün əsas olan sovxozun əmrində Üçüncü şəxs cəmi 0,06 hektar torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Bütün bunlar onu göstərir ki, Üçüncü şəxs sovxoz tərəfindən cəmi 0,06 hektar torpaq sahəsi ayrıldığı təqdirdə, onun şəhid oğluna məxsus torpaq sahəsini zəbt etməsinə haqq qazandırmaqdan ötrü həmin ərazi də daxil olmaqla 0,07 hektar torpağa dair adına şəhadətnamə tərtib edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-377A, Kod ******** saylı şəhadətnamənin sahəsi və cizgilərində düzəliş edilərək, sözügedən şəhadətnamədə göstərilən ölçülərin arxiv sənədinə uyğun tərtib edilməsi barədə cavabdehə müraciət etsə də, ## ###### 2021-ci il tarixli məktubla müraciəti təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Iddiaçı teleqram ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh, üçüncü şəxslər Üçüncü şəxs və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclas zalında iştirak etməmişlər (təmsil olunmamışlar). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan; JN-377A KOD ******** nömrəli şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsi Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** saylı qərarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı su ötürücü kanalın cavabdeh tərəfindən qanunsuz zəbt edilməsindən azad edilməsi, onun üzərində olan tikililərin sökülməsi və kanalın təmizlənərək bərpa edilməsi tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilib iddiaçı İddiaçı iddiası rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının nəticəvi hissəsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinə qarşı “sabiq “Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən ## #### 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X5 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyat alınaraq çıxarışın verilməsi” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1i * saylı Cəlilabad Ərazi Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*-**/*-**/**** nömrəli mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubda araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Masallı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş Üçüncü şəxs və onun ailə üzvlərinə ayrılmış, JN-377A (kod ********) saylı torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamə ilə Üçüncü şəxs və onun ailə üzvlərinin adına qeydə alınması kimi iddia olunan 0,07 ha torpaq salıəsinində əhatə etdiyi və Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,19 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi. Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0,06 ha torpaq sahəsinində əhatə etdiyi, İddiaçı Nəcəqulu oğlunun faktiki istifadəsində olan Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,21 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi (Rəyə əlavə olunmuş yerquruluşu planında həmin torpaq sahələrinin yerləşmə vəziyyəti koordinatları və ölçüləri göstərilmişdir). Həmin torpaq sahələri Torpaqların elektron kadastr uçotu informasiya sistemində yaşayış məntəqələri kateqoriyalı, uqodiyası fərdi yaşayış evləri, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Masallı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən JN-377A (kod ********) saylı torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamə ilə Üçüncü şəxs və onun ailə üzvlərinə ayrılması kimi iddia olunan 0,07 ha torpaq sahəsinində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,19 ha torpaq sahəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddi olunan 0,06 ha torpaq sahəsinin də əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,21 ha torpaq sahəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Üçüncü şəxs və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-377A (kod ********) saylı torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamənin tərtib edilməsinə səbəb olan arxiv sənədləri (Masallı rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına) DƏDKR X1 * saylı Cəlilabad ərazi Idarəsinin arxiv materiallarında olmadığı üçün bu sualı cavablandırmaq mümkün deyil. Masallı rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən Üçüncü şəxs və onun ailə üzvlərinə ayrılması kimi iddia olunan 0,07 ha torpaq sahəsinində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,19 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı Nəcəqulu oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin, o cümələdən öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0,06 ha torpaq sahəsinin də əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,21 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. JN-377A (kod ********) saylı torpağın mülkiyyətə verlməsinə dair şəhadətnamə ilə Üçüncü şəxs və onun ailə üzvlərinə ayrılması kimi iddia olunan 0,07 ha torpaq sahəsinində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,19 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı Nəcəqulu oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin, o cümələdən Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0,06 ha torpaq sahəsinində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0,21 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1i * saylı Cəlilabad Ərazi Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubda araşdırılmanın nəticəsi olaraq müəyyən edilmişdir ki; Üçüncü şəxs və onun ailə üzvlərinin adına tərtib edilmiş JN-377A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə * saylı Cəlilabad Ərazi Idarəsinin arxiv baza məlumatlarına uyğun olaraq 0.07 ha göstərilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamənin sahəsi və cizgilərində düzəliş edilərək, sözügedən şəhadətnamədə göstərilən ölçülərin arxiv sənədinə uyğun tərtib edilməsini tələb edir. Lakin Masallı Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş Üçüncü şəxs və onun ailə üzvlərinə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.19 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin, o cümlədən Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0.06 ha torpaq sahəsinində əhatə etdiyi Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.21 ha torpaq sahəsinin koordinatlarının ilə üst-üstə düşmür. Həmçinin iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı su ötürücü kanalın cavabdeh tərəfindən qanunsuz zəbt edilməsindən azad edilməsi, onun üzərində olan tikililərin sökülməsi və kanalın təmizlənərək bərpa edilməsi tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)- **/** nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilib iddiaçı İddiaçı iddiası rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buradan da göründüyü kimi, Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamə ilə iddiaçının heç bir hüququ pozulmamışdır. iddiaçı Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamənin sahəsi və cizgilərində düzəliş edilərək, sözügedən şəhadətnamədə göstərilən ölçülərin arxiv sənədinə uyğun tərtib edilməsini tələb edir. Lakin, Masallı Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş Üçüncü şəxs və onun ailə üzvlərinə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində əhatə etdiyi, Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.19 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin, o cümlədən Öncəkələ tərəvəzçilik-südçülük sovxozunun ##.##.1992-ci il tarixli, ** nömrəli əmri və ##.##.1992-ci il tarixli təhkim aktı ilə X5 ayrılması kimi iddia olunan 0.06 ha torpaq sahəsinində əhatə etdiyi Torpaqların elektron kadastr uçotu informasiya sistemində bələdiyyə mülkiyyəti kimi saxlanılmış 0.21 ha torpaq sahəsinin koordinatlarının ilə üst-üstə düşmür. Həmçinin iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı su ötürücü kanalın cavabdeh tərəfindən qanunsuz zəbt edilməsindən azad edilməsi, onun üzərində olan tikililərin sökülməsi və kanalın təmizlənərək bərpa edilməsi tələbinə dair Masallı Rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilib iddiaçı İddiaçı iddiası rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)-****/** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2018-ci il tarixli, *(***)- ****/** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buradan da göründüyü kimi, Masallı rayon Aqrar Islahat Komissiyasının ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Masallı rayonu, Öncəqala kəndində yerləşən 0.07 hektar torpaq sahəsinin Üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-377A, KOD ******** nömrəli şəhadətnamə ilə iddiaçının heç bir hüququ pozulmamışdır. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Qeyd olunanlardan göründüyü kimi, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermir. Kollegiya onu da vurğulayır ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinə qarşı “sabiq “Öncəqala” tərəvəzçilik-südçülük sovxozu tərəfindən ## #### 1992-ci il tarixli akt və eyni tarixli əmrlə oğlu X5 yaşadıqları Öncəqala kəndində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyat alınaraq çıxarışın verilməsi” barədə iddia tələbi ilə Şirvan Inzibati Məhkəməsinin müraciət etmiş, həmin məhkəmənin ##.##.2020-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Beləliklə, şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-523/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-523/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver