Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-524/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: “Əlillik” altsistemində olan məlumatlardan görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2015-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilik təyin edilmişdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının avqust 2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 21 nəfərə dair ##.## 2023-cu il tarixə əyani müayinəyə çağırılması haqqında unvanına sifarişli-xəbəmaməli məktub göndərilmişdir. Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərinin əyani müayinəsini həyata keçirmiş, digər 10 (on) vətəndaşın isə tibbi-ekspert sənədləri araşdırılmış və aşağıdakıları müəyyən etmişdir.
18. Biləsuvar sakini ##.##.1990-cı il təvəllüdlü İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.2015-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Q-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli İddiaçı0004 nömrəli qərarı ilə İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndiniməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz ##.##.2023-cü il tarixində Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmusunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik səbəbindən ##.##.2015-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli bildiriş sifarişli xəbərnamə ilə göndərilmiş və ## ###### 2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli İddiaçı0004 nömrəli qərarının ləğv edilməsi və müddətsiz əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa olunmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyinatı aparılmışdır. Lakin ##.##.2023-cü ildə əsassız olaraq əlilliyi ləğv olunmuşdur. Cavabdeh inzibati orqan qanunsuz olaraq onun əlillik dərəcəsini ləğv etmişdir.
Cavabdehin etirazları:
Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar RMX ##.##.2025ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sağ böyrəyin ağır dərəcəli əzilməsi, büzüşməsi.XBÇ-II dər.İmtina edilmə səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Əlillik ləğv edilsin qərarı qəbul edilmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən məhkəməyə vəsatət təqdim olunaraq iddiaçının əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərardan iddiaçı 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olduğu halda verməmiş, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı (hakim Rəşidə Quliyeva) ilə buraxılmış prosessual müddət bərpa edilməmiş və iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
Şirvan Apellyasiya Məhkəməsinin ## ######## 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə iş üzrə cavabdeh “xxxx” X2 hüquqi varisi “xxxx” X2 ilə əvəz edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, 2023-cü ilin avqust ayında cavabdeh orqan tərəfindən ondan xəbərsiz əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Qərardan xəbəri olduqdan sonra müxtəlif dövlət orqanlarına davamlı formada şikayətlər etmişdir. Şikayətlərinə cavab olaraq yaxın zamanlarda şikayəti üzrə hərtərəfli araşdırma aparalıcağı barədə cavablar verilmişdir. O, da bu cavablara arxayın olaraq cavabdeh tərəfində qəbul edilmiş əliliyin ləğv edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirməmişdir. Lakin şikayətləri araşdırılmamış və nəticədə əlilliyi bərpa edilməmişdir. Əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilərkən iştitakı təmin edilməmişdir.
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, müxtəlif dövlət orqanlarına şikayətlər edərkən bəzən şikayətləri arasında 2 ay müddət olmuşdur. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçıya ##.##.2015-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilik təyin edilmişdir. Risk qrupuna aid edilən müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi üçün iddiaçı *-**-*/*-Q-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, “Əlillik” altsistemində tibbi sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli İddiaçı0004 nömrəli qərarı ilə iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli bildiriş ilə ümumi xəstəlik səbəbindən ##.##.2015-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilməsi barədə məlumat verilmiş, bildirişdə mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmuşdur. İddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli bildiriş sifarişli xəbərnamə ilə göndərilmiş və ## ###### 2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı onun müddətsiz əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş ##.##.2023-cü il tarixli qərardan ən geci ## ###### 2023-cü il tarixdə məlumatlı olmuş, həmin qərar barədə ona qeyd edilən tarixdə yazılı şəkildə məlumat verilmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilmişdir. İddiaçı həmin qərarı qanunla müəyyən edilmiş iddia müddəti ərzində (30 gün) mübahisələndirməmiş, sonradan 2 il 2 aydan artıq bir müddət keçdikdən sonra iddia ilə 2026-cı ilin yanvar ayının 22-də poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İddiaçı mübahisələndirilən qərardan inzibati qaydada şikayət etməmişdir. İddiaçının izahatında əlillik qərarının ləğvi ilə bağlı ayrı-ayrı dövlət orqanlarına müraciət edilməsi barədə mövqeyə münasibətdə isə (iddiaçı bunu iddia etsədə, bununla bağlı sübut təqdim etməmişdir) bildirilir ki, qanunvericilik inzibati aktdan müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verilmiş şikayətin iddia müddətinin axımının dayandırılmasını təsbit etmişdir. ##.##.2023-cü il tarixli qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nədə İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Mübahisələndirilən qərarla bağlı iddiaçı tərəfindən şikayət vermə müddəti ötürüldüyündən və bunun üzürlü olması barədə sübut təqdim edilmədiyi üçün, o cümlədən İPM-in 24.4-cü maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddəti bərpa etməmiş və iddianı mümkün saymamışdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)- 2576/2025 və ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.