Məhkəmə qərarları › İş №2-1(3-9)-528/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-528/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-528/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması barədə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinə qarşı “məhkəmə qərarın məcburi icra edilməsi və zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli *-(***)-***/**** saylı qərarının məcburi icra edilməsi, 160 manat cərimə və əlavə zəruri xərclərin əvəzi olaraq 150 manat pulun cavabdeh tərəfindən geri qaytarılmasına dair icra sənədinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC tərəfindən istifadəyə verilmiş “Göndərişlərin izləməsi” barədə məlumatdan çıxarışdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı İddiaçı ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. X3 filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı göndərilmiş SX********* saylı ştrix kodlu sifarişli xəbərnaməli məktub ##.##.2026-cı il tarixdə Sabirabad RPF-nin Şirvan MXŞ-i tərəfindən qəbul edilmiş və həmin gün Sabirabad RPF-nin Sabirabad MXŞ-yə mübadilə edilmişdir. Sözügedən məktub ##.##.2026-cı il tarixdə MXŞ-nin poçtalyonu vasitəsi ilə ünvan sahibi İddiaçı şəxsən çatdırılmışdır.” Həmin məktuba əlavə edilmiş ##.##.2026-cı il tarixli çatdırılma vərəqəsindən görünür ki, SX********* saylı ştrix kodlu məhkəmə sənədi ##.##.2026cı il tarixdə İddiaçı şəxsən təqdim edilmiş, bununla bağlı onun tərəfindən həmin sənəd imzalanmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarına əsasən şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, DİN Bakı Şəhəri X1 İdarəsi tərəfindən İddiaçı İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati tənbeh tədbirinin tətbiq olunması barədə ##.##.2025-ci il tarixli TP****** nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Azərbaycan Respublikası İXMin 53.2-ci maddəsinə əsasən İddiaçı barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri DYPİ-nin əməkdaşlarının qanunazidd hərəkətləri nəticəsində idarə etdiyi “VOLKSWAGEN JETTA” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2025-ci il tarixdə satmağa məcbur olmuşdur. Alğı-satqı zamanı məlum olmuşdur ki, X1 tərəfindən İXM-in 327.2-ci maddəsi ilə İXP7078012 saylı protokola üzrə qəbul edilmiş TP****** nömrəli ##.##.2025-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəmədə iş olduğu və həmin qərarın mübahisələndrilməsi getdiyi halda məhkəmə prosesinə məhəl qoymamış, yazılmış 100 manat cərimənin üstünə 60 manat əlavə dəbbə pulu hesablanmaqla cərimənin məbləği 160 manata çatdırılmışdır. Alğı-satqı zamanı qanunsuz qərara görə yazılmış 100 manat cərimə əvəzinə məcbur olub 160 manat pul ödəməli olmuşdur. Halbuki, məhkəmənin qərarı ilə həmin qərar ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli 3(106)- ***/**** saylı qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq, ödədiyi 160 manat cərimə pulu geri qaytarılmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadı ilə (hakim Rəşidə Quliyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün müvafiq məhkəməyə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı ərizəsində iddiaçı göstərmişdir ki, qərardadı ona 2026-cı ilin iyun ayının ikinci yarısında rəsmi qaydada təqdim edilmişdir. Bundan dərhal sonra qanuni müddət daxilində - ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti imzalanmış və ##.##.2026-cı il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin, qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən istifadəyə verilmiş “Göndərişlərin izləməsi” barədə məlumatdan çıxarışdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı İddiaçı ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Həmin məsələnin bir daha dəqiqləşdirilməsi üçün apellyasiya icraatı zamanı müvafiq poçta sorğu göndərilmiş, X3 filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı göndərilmiş SX********* saylı ştrix kodlu sifarişli xəbərnaməli məktub ##.##.2026-cı il tarixdə Sabirabad RPF-nin Şirvan MXŞ-i tərəfindən qəbul edilmiş və həmin gün Sabirabad RPF-nin Sabirabad MXŞ-yə mübadilə edilmişdir. Sözügedən məktub ##.##.2026-cı il tarixdə MXŞ-nin poçtalyonu vasitəsi ilə ünvan sahibi İddiaçı şəxsən çatdırılmışdır.” Həmin məktuba əlavə edilmiş ##.##.2026-cı il tarixli çatdırılma vərəqəsindən görünür ki, SX********* saylı ştrix kodlu məhkəmə sənədi ##.##.2026-cı il tarixdə İddiaçı şəxsən təqdim edilmiş, bununla bağlı onun tərəfindən həmin sənəd imzalanmışdır. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, ## ##### 2026-cı il tarixli *-*(*-*)- ***/**** nömrəli qərardad ## #### 2026-cı il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. İddiaçı tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmiş və həmin şikayət ##.##.2026-cı il tarixdə poçt rabitəsi xidmətinə təqdim edilmişdir. Halbuki, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin sonuncu günü ## #### 2026-cı il tarixdə bitir. Yəni, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərardadın rəsmi qaydada alındığı gündən 3 gün gec verilmişdir. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 3 gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı iddiaçıya rəsmi qaydada ## #### 2026-cı il tarixdə poçt vasitəsi ilə təqdim edildiyindən və iddiaçı tərəfindən həmin qərardaddan ##.##.2026-cı il tarixdə şikayət verildiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddət ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçıya yardım edilərək (bununla bağlı məhkəmə sənədi göndərilmiş) qeyd edilən məsələ onun diqqətinə çatdırılmış və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı sübutla buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması bildirilsədə, iddiaçı müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı ərizəsində mübahisələndirilən qərardadı iyun ayının ikinci yarısında (apellyasiya şikayətində ## #### 2026-cı il tarixdə) aldığını qeyd etsədə, işdə olan sübutlar bunu təkzib edir və məhkəmə aktının ## #### 2026-cı il tarixdə iddiaçıya şəxsən təqdim edilməsini sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27, 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar