Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-531/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «Mirzəyev Elmar Elnur oğluna şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mirzəyev Elmar Elnur oğluna şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı övladı Mirzəyev Elmar Elnur oğlu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Tovuz rayonunun Muncuqlu kəndi ərazisində yerləşən 3-cü taborunun 7-ci bölüyünün 3-cü tağımının 3-cü manqasında tuşlayıcı-əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Mirzəyev Elmar Elnur oğlu ## ###### 2024-cü tarixdə, saat 01:35-də müalicədə olduğu *** nömrəli hərbi hospitalda «Infeksion toksiki, şok, distres sindrom, sepsis və damardaxili laxtalanma sindromu ilə ağırlaşmış kəskin iriocaqlı pnevmoniya» xəstəliyindən ölmüşdür. Mirzəyev Elmar Elnur oğlunun ölümünə səbəb vəzifəli şəxslərin səhlənkarlığı, növbəti şəhadətləndirilməyə göndərilməməsi və ona vaxtında ixtisaslı tibbi yardım göstərilməməsi olmuşdur. Mirzəyev Elmar Elnur oğlunun ölümü ilə əlaqədar N nömrəli hərbi hissənin hərbi qulluqçusu, R Oruczadə Raqif Bəhman oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Sözügedən iş üzrə Gəncə Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı hökmünə əsasən Oruczadə Raqif Bəhman oğlu Azərbaycan Respublikası Cinayət Məcələsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş,hökm qanuni qüvvəsini almışdır. Iddiaçı Mirzəyev Elmar Elnur oğluna şəhid statusunun verilməsi üçün Azərbaycan Respublikası Cavabdeh müraciət etsə də sözügedən orqan tərəfindən ərizənin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, əsgər Mirzəyev Elmar Elnur oğlu öz əcəli ilə deyil, hərbi hissənin həkimi Oruczadə Raqif Bəhman oğlunun vəzifəsini düzgün icra etməməsi ucbatından ölmüş, hətta bu səbəbdən Raqif Oruczadə barəsində vəzifəsini düzgün icra etməməsi səbəbindən ittiham hökmü də çıxarılmışdır. Mirzəyev Elmar Elnur oğlu ölüm gününədək xidmətdə olmuş, xidməti vəzifələrini icra etmişdir. Həmin hallar nəzərə alınmaqla Mirzəyev Elmar Elnur oğluna şəhid statusu verilməlidir. Qeyd olunanları nəzərə alınaraq iddiaçı Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
1. Şəhid anlayışı 1.1.Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.1. Aşağıdakılar şəhid hesab edilirlər: 1.1.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.1.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.1.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.1.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.1.5. 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7 Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının ## ######## 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq “Mirzəyev Elmar Elnur oğluna şəhid statusunun verilməsi” ilə bağlı olmuşdur.
Işdə olan caavbdehin *** saylı, ##.##.2025-ci il tarixli şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması barədə qərara əsasən, Mirzəyev Elmar Elnur oğlu Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** saylı əmrdən çıxarışa əsasən, ##.##.2024-cü il tarixdə “digər virus mənşəli pnevmoniyalar səbəbindən vəfat etmişdir. İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə müraciəti təmin edilməmişdir. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin ##.##.2024-cü il tarixli ** nömrəli bildirişindən görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı Bahadur qızına bildirilsin ki, onun oğlu */* nömrəli hərbi hissədə tuşlayıcı vəzifəsində xidmət edən əsgər Mirzəyev Elmar Elnur oğlu, ##.##.2005-ci il tarixdə anadan olmuş, Hemoragin vaskalit ağır gedişli, sepsis polarqan çatışmazlığı kəskin ürək çatışmazlığı nəticəsində vəfat etmişdir. Işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin ##.##.2026-ci il tarixli **/*** nömrəli məktubuna əsasən, iddiaçı İddiaçı “Mirzəyev Elmar Elnur oğluna şəhid statusunun verilməsi öhdəliyinin cavabdeh - Cavabdeh üzərinə qoyulması” tələbinə dair Şirvan Inzibati məhkəməsinin 2-1(120)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubu N nömrəli hərbi hissədə öyrənilmiş, tibbi arxiv sənədlərinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər Mirzəyev Elmar Elnur oğlu ##.##.2024-cü il tarixdə saat 18:05-də ilkin “Hemorrargik vaskulit. Kəskin böyrək çatışmazlığı. Miokardit inkar olunmur” diaqnozu ilə N nömrəli hərbi hissəyə təcili- təxirəsalınmaz qaydada qəbul edilmiş, vəziyyəti ilə əlaqədar anesteziologiya və reanimasiya bölməsinə yerləşdirilmiş, intensiv terapiyaya başlanılmış, ##.##.2024-cü il tarixdə saat 00:50-də xəstədə kliniki ölüm baş vermiş, aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə ##.##.2024-cü il tarixdə saat 01:35-də kliniki “Hemorragik vaskulit, visserial forma ağır gedişli. Sepsis. Poliorqan çatışmazlığı. Kəskin böyrək və ürək çatışmazlığı” diaqnozu ilə bioloji ölüm qeydə alınmışdır. Ölümün bilavasitə səbəbi: “Sepsis. Poliorqan çatışmazlığı. Kəskin ürək-damar (asistolik tip ürək dayanması) və tənəffüs çatışmazlığı. Işdə olan ##.##.2024-cü il tarixli raportuna əsasən, əsgər Mirzəyev Elmar Elnur oğluna Hemorogik vaskulit kəskin böyrək çatışmazlığı diaqnozu qoyulmuşdur. Işdə olan N nömrəli hərbi hissə komandirinin ## #### 2024-cü il tarixli ** nömrəli əmrindən görünür ki, Mirzəyev Elmar Elnur oğlu ##.##.2024-cü il tarixdə Astara rayonu Şahağacı kənd qəbiristanlığında dəfn olunmuşdur. Işdə olan Gəncə Hərbi Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli hökmünə əsasən, Oruczadə Raqif Bəhman oğlu Azərbaycan Respublikası Cinayət Məcələsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Oruczadə Raqif Bəhman oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, Oruczadə Raqif Bəhman oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli o, məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesab edilməsi və Oruczadə Raqif Bəhman oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum oğlu Mirzəyev Elmar Elnur oğlu əsgər kimi N nömrəli hərbi hissədə tuşlayıcı vəzifəsində xidmət etmişdir. ##.##.2024-cü il tarixdə “digər virus mənşəli pnevmoniyalar səbəbindən vəfat etmişdir.
Məhkəmə kollegiyası vurğulayır ki, şəhidlik statusu “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq verilir. Belə ki, həm “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən Şəhid dedikdə “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs” başa düşülür. Başqa sözlə, qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Başqa sözlə, şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. Işin faktiki hallarına diqqət yetirdikdə isə iddiaçının övladının ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması halı arasında səbəbli əlaqə mövcud olmamışdır. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçıların mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid, onlara isə şəhid ailəsi statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərar verdi:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərаrı dəyişdirilmədən saxlanılır. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.