Məhkəmə qərarları › İş №2-1(3-9)-533/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-533/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-533/2026 09.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 17-ci mərtəbə, 3 №li, 2 (iki) otaqlı mənzilə görə İddiaçı qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumat müvəkkil banka “xxxx” ASC-nin baş ofisində Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç.241 ünvanında yerləşən “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 17-ci mərtəbə, 3 №li, 2 (iki) otaqlı mənzilə görə o, İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil Banka “xxxx” ASC-nin baş ofisində Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin üzərinə qoyulması və mənəvi ziyana görə ona 2000 (iki min) manat pul məbləğinin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “ƏDV-nin yekin məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin icraatında olan *- *(***)-*****/**** saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə “xxxx” MTK zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iddia tələbinə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən “Avant Park” Yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 17-ci mərtəbə, 3 №li, 2 (iki) otaqlı mənzilə görə İddiaçı qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumat müvəkkil banka “xxxx” ASC-nin baş ofisində Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia ərizəsi təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixdə Üçüncü şəxsxxxx“MTK”) ilə **** saylı Payçı müqaviləsini bağlamışlar. Həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 17-ci mərtəbə, 3 №li, 2 (iki) otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 122 188,00 (bir yüz iyirmi iki min bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaitləri MTK-nın hesablarına mədaxil edilmişdir (mədaxil qəbzlərinin surətləri əlavə olunur). Daha sonra sonuncu ödənişi etdikdən sonra Üçüncü şəxs MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə (bundan sonra “Cavabdeh”) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin güzəşt edilmiş məbləği barədə məlumatların ötürülməsinə dair elektron ərizə ilə ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərdə cavabdehə müraciət etdi. Cavabdeh ##.##.2023-cü il tarixli, 231902********** saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qayda”) 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. X1 Murad Nofəl oğlu tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Iş üzrə cavabdeh Cavabdeh etirazından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə ##.##.2023-cü il tarixli (AVIS qeydiyyatı: ##.##.2023-cü il tarixli, **************** nömrəli) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı elektron ərizə təqdim etmiş, müvafiq olaraq müraciət araşdırıldıqdan sonra cavabdeh tərəfindən ## #### 2023-cü il tarixli, 231902********** №li “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərar qəbul edilmişdir. Iddia ərizəsinin dəlillərinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Qaydaların 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Qaydanın 5.1.2-ci bəndini ƏDV geri qaytarılması üçün yerinə yetirilməli şərtlərdən biridir. MTK tərəfindən təqdim edilmiş sahələr üzrə əldə edilmiş gəlirin ƏDV bəyannaməsində əks etdirilməsi vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Belə ki, yuxarıda qeyd edilən Qaydanın tələblərinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini halda ödədiyi ƏDV-nin 30% vətəndaşa geri qaytarılır, əks halda qaydaların tələlərinə əsasən vətəndaş tərəfindən ƏDV depozit hesabına ödənilməyən məbləğ üzrə 30% ƏDV məbləğinin geri qaytarılması nəzərdə tutulmamışdır. "xxxx" ASC-nin verdiyi ## #### 2022-ci il tarixli, FJB************* №-li mədaxil qəbzi ilə təsdiq edilir ki, iddiaçı İddiaçı 24500 manat pulu Üçüncü şəxs MTK-nın şəxsi bank hesabına **** №-li payçı müqaviləsi ilə əlaqədar ilkin ödəniş etmişdir. İddiaçı ayrılan kreditə görə "xxxx" ASC tərəfindən Üçüncü şəxs MTK-nın şəxsi bank hesabına 97688,00 manat məbləğində ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd edilən Qaydaların tələblərinə əsasən alıcı mənzilin dəyəri üzrə əsas məbləği satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməlidir. Belə ki, qüvvədə olan Qaydaya əsasən alıcı tərəfindən ƏDV depozit hesabına ödənilən ƏDV məbləğinin 30% geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarında aşağıdakı bəndlər qeyd olunmuşdur: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. 1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Qeyd olunan müddəalardan aydın olur ki, ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi satıcının yəni, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin vəzifəsidir. Həmçinin bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən iaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına idənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Göründüyü kimi, ƏDV məbləğinin 30%-nin alıcıya geri qaytarılması şərtlərindən biri “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində qeyd olunmuşdur, hansı ki, burada alıcı üçün həm hüquq, həm də vəzifə müəyyən edilmişdir. Belə ki, alıcının ƏDV məbləğinin Qayda qüvvəyə mindiyi tarixədək satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənişi həyata keçirə bilməsi ona münasibətdə müəyyən edilmiş hüquqi imkandır. Lakin Qayda qüvvəyə mindikdən (## ### 2022-ci il) sonrakı tarixə ƏDV məbləği ilə əlaqədar adənişlər satıcının ƏDV depozit hesabına həyata keçirilməlidir. ## ### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək portalın işləmədiyi dövrdə alıcı fiziki şəxslər - X7 (satıcı "Deluxe Residence" MənzilTikinti Kooperativi), X2 (satıcı "Deluxe Residence" Mənzil-Tikinti Kooperativi), X3 (satıcı "Deluxe Residence" Mənzil-Tikinti Kooperativi), X4 (satıcı "Deluxe Residence" Mənzil-Tikinti Kooperativi), X8 (satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti), X5 (satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) və X6 (satıcı "Şərur" Mənzil- Tikinti Kooperativi) tərəfindən həyata keçirilmiş ƏDV ödənişləri nağdsız qaydada satıcının depozit hesabına köçürülmüşdür, bu hallar da bir daha onu təsdiq edir ki, hətta portalın işləmədiyi dövrdə belə ödənişlərin satıcının ƏDV depozit hesabına həyata keçirilməsi ilə bağlı hər hansı bir maneə olmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Başqa sözlə, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının (hazırkı iş üzrə Üçüncü şəxs MTK-ın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir ki, bu norma qanunvericiliyin imperativ tələbidir. Lakin iddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Beləliklə, yaşayış sahəsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyildir. Həmçinin “Qayda”ya əsasən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olduğu tələb olunduğundan, məbləğin başqa hesaba ödənilməsi formal xəta hesab oluna bilməz. Belə ki, formal xəta müvafiq hərəkətin müəyyən edilmiş formal qaydalara uyğun olmaması deməkdir. Hazırkı halda isə, “Qayda”nın məzmunundan da göründüyü kimi, onun qəbul edilməsində əsas məqsəd şəffaflıq və vergi nəzarətinin gücləndirilməsidir ki, bu hal da vergi pozuntularının qarşısını almağa xidmət edir. Belə ki, satıcı ƏDV-nin satıcının ayrıca hesaba ödənilməsinin təmin edilməsi ƏDV hesaba ödənilən məbləğin vergi ödəmələrindən yayındırılmasının qaşısını almaqla yanaşı, buna dair riskləri azaldır. Həmçinin ƏDV ayrıca hesaba ödənilmə vergi orqanı üçün həmin məbləğin izlənməsi və büdcəyə yönəlməsini asanlaşdırmaqla yanaşı elektron faktura, elektron vergi hesab-fakturası və ƏDV depozit hesabları ilə birlikdə sistemi daha da şəffaflaşdırır. Belə olan halda da, satıcı ƏDV məbləğini alıcıdan alsa da, həmin vəsaitə birbaşa sahib ola bilmir, yəni ƏDV məbləği “əl dəyişdirmir” - satıcıdan birbaşa dövlətə keçir. Nəticə etibarı ilə, ƏDV başqa hesab ödənilməsi, ƏDV-nin düzgün ödənilməsinə və qeyri-şəffaf dövriyyəni azaldılmasına, bununla da vergidən yayınmanı minumum səviyyəyə salmağa xidmət edən haldır. Göründüyü kimi, müvafiq qanunvericilikdə ƏDV-nin şüurlu surətdən ayrıca depozit hesaba ödənilməsi heç də forma xəta hesab edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, Qaydaların 5.4-cü bəndində çatışmazlıqlar dedikdə, 5.1-ci bənddə qeyd edilən sənədlərlə bağlı aradan qaldırılması mümkün olan çatışmazlıqlar nəzərdə tutulur. Məsələn, ödəniş sənədlərinin və ya alqı-satqı müqaviləsinin əlavə edilməməsi, sənədlərin natamam əlavə edilməsi, ərizə üzrə zəruri məlumatların düzgün göstərilməməsi və s. Lakin fiziki şəxs tərəfindən ödəniş həmin Qaydaların tələblərinə uyğun şəkildə, yəni yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasına yol verilmir. Beləliklə, ƏDV-nin qaytarılmasından imtina barədə bildiriş göndərilməsində vergi orqanı haqlı, olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən yaşayış sahələrinə görə iddiaçı İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Iddiaçı İddiaçı ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Əsasnaməsi: 4.0. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 4.0.1. Baş idarədə, 5, 8 və ** saylı Ərazi Vergilər Idarələrində, * saylı Ərazi Vergilər Baş Idarəsində, Qarabağ Ərazi Vergilər Baş Idarəsində və Zəngəzur Ərazi Vergilər Idarəsində uçotda olan, eləcə də Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərində (Milli Gəlirlər Baş Idarəsində uçotda olan vergi ödəyiciləri istisna olmaqla) kameral və səyyar vergi yoxlamalarını, eləcə də səyyar vergi yoxlaması zamanı operativ vergi nəzarəti tədbirlərini keçirmək (səyyar vergi yoxlamasına münasibətdə Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırmaqla). Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, prosessual hüquq normasının tətbiqində səhvə yol verilərək, işə aidiyyət qaydalarının pozulması ilə baxıldığı üçün qərar ləğv edilməli, iş aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikasının Iqtisadiyyat nazirinin ## ###### 2023-cü il tarixli *-**/**-F-***/**** nömrəli əmri ilə AR IIN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə mövcud əsasnaməsində təsbit olunmuş səlahiyyətlərlə yanaşı, eyni zamanda, Xidmətin * saylı Ərazi Vergilər Idarəsi, * saylı Ərazi Vergilər Baş Idarəsi, * saylı Ərazi Vergilər Idarəsi, ** saylı Ərazi Vergilər Idarəsi, Qarabağ Ərazi Vergilər Baş Idarəsi və Şərqi Zəngəzur Ərazi Vergilər Idarəsində vergi uçotunda olan vergi ödəyicilərində səyyar və kameral vergi yoxlamalarını həyata keçirmək (o cümlədən 5, 8, ** saylı ərazi vergilər idarələri və * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən başlanan, lakin başa çatmayan səyyar və kameral vergi yoxlamalarını başa çatdırmaq), eləcə də Dövlət Vergi Xidmətinin X9 üzrə Baş Idarəsi və ləğv edilmiş rayon vergilər şöbələri tərəfindən başlanmış, lakin başa çatmamış kameral vergi yoxlamalarını başa çatdırmaq səlahiyyətləri verilmişdir. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin yalnız müvafiq səyyar və kameral vergi yolmalarını keçirmək (və ya başa çatdırmaq) səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, digər səlahiyyətlər bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Lakin hazırkı işin hallarına görə tərəflər arasındakı inzibati münasibət inzibati orqanın (AR IIN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin) yoxlama aparmaq səlahiyyətləri ilə deyil, mənzilə görə ödənilmiş ƏDV-nin geri qaytarılması ilə əlaqədardır. Cavabdehin bu səlahiyyəti isə Əsasnamənin 4.0.1-ci bəndi ilə əhatə edilmir. Belə olan halda, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən qurum kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən Bakı şəhəri Bakı Inzibati Məhkəməsinin yurisdiksiyasındadır. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin (birinci cümləsinin) mübahisəyə cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin yerləşdiyi yerin məhkəməsi kimi Bakı Inzibati Məhkəməsində baxılmalıdır. Şirvan Inzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə aidiyyətininin vacibliyini qeyd edərək hesab etmişdir ki, bu institut şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda, məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşılmasını ciddi səhv kimi qiymətləndirir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının ləğv edilməsinə əsas kimi tanıyır (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il ## #####, Pşeniçnıy Rusiyaya qarşı iş üzrə 2008- ci il 14 fevral və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il ## #### tarixli Qərarlar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, işə aidiyyət qaydalarının pozulması ilə baxıldığı üçün qərar ləğv edilməli, iş aidiyyəti üzrə Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 8.1.2, 81, 85, 87 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar