Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-536/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında cavabdeh1-ə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 qarşı “müddətsiz əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixli Qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi və cavabdeh dəyişdirilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona müddətsiz əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarından müəyyən olunmuşdur ki, sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə, yəni ##.##.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı müddətsiz əlilliyin təyin edilməsini tələb etsə də, cavabdeh inzibati orqana müddətsiz əlilliyin təyin olunması tələbi ilə bağlı müraciət olunmamış və tələbinin təmi edilməsindan cavabdeh tərəfindən imtina olunmamışdır. Belə olan halda iddiaçı hazırki tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 müraciət etməli və həmin cavabdeh inzibati orqan tərəfindən tələbin icrasından imtina olunduğu təqdirdə məhkəməyə müraciət etməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları Iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ Müharibəsi əlilidir. 4 il 2 ay faktiki hərbi xidmətdə olmuşdur. Rematoid artrid və II tip şəkr xəstəliyi diaqnozu ilə ağır, xroniki xəstədir, xəstəlik beynəlxalq tibbi protokollara əsasən tam sağalmayan, proqressiv, daimi kontrol tələb dən xəstəlikdir. Əlilliyin başlanma tarixi düzgün yazılmadığına, iki il süründürmə aparıldığına və xəstəlik halları obyektiv qiymətləndirilmədiyinə görə onun hüquqları kobud şəkildə pozulmuşdur. əlilliyin başlanma tarixi qanunsuz olaraq irəli çəkilmişdir. Buna görə ödənilməli olan təqribən 10.000 manatın yerinə cəmi təqribən 6.000 manat hesablanmışdır. Bu fakt onun 4.000 manat zərər çəkməyinə səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı sonuncu dəfə Biləsuvar RMX ## ### 2022-ci il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnoz mətni - sereneqativ revmatoid artrit-sereneqativ revmatoid artrit poliartritik forma III dərcə aktivlik. III Rentgenoloji mərhələ. II-III funksional çatmamazlıq, tez-tez residivləşən. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması, axsama, oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, diz oynağın funksiyasının pozulması, essensial (birincili) hipertenziya, arterial hipertenziya III mərhələ krizli gedişlə, vegetativ (avtonom) sinir sisteminin dəqiqləşdirilməmiş, astenenevrotik vəziyyət, miokardın degenerasiyası, miokardiodistrofiya, 2.3 üçüncü dərəcəli əlillik təyin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayəti verərək, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Iddiaçı ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: Sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə, yəni ##.##.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona müddətsiz əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarından müəyyən olunmuşdur ki, sonuncu dəfə Tibbi-Sosial Ekspert Komissiyasının *******0008 nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə, yəni ##.##.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı müddətsiz əlilliyin təyin edilməsini tələb etsə də, cavabdeh inzibati orqana müddətsiz əlilliyin təyin olunması tələbi ilə bağlı müraciət olunmamış və tələbinin təmin edilməsindən cavabdeh tərəfindən imtina olunmamışdır. Belə olan halda qanunvericilik normalarına əsasən iddianın mümkünlük şərtləri ödənilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki tələblə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 müraciət etməli və həmin cavabdeh inzibati orqan tərəfindən tələbin icrasından imtina olunduğu təqdirdə məhkəməyə müraciət etməlidir. Iddiaçının diqqətinə çatdırılmışdır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə düzgün cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Iddiaçı hazırki tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə uyğun şəkildə, nöqsanlar aradan qaldırılmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 müraciət etməli, müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə həmin cavabdehə qarşı məhkəmədə yenidən iddia qaldıra bilər. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Kollegiya diqqətə çatdırır ki, iddiaçı İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə, yəni ##.##.2027-ci il tarixədək üçüncü dərəcəli əlillik məhkəmə qərarı əsasında təyin edilmişdir. Belə olan halda iddiaçının ona göstərilmiş hüquqi yardım nəticəsində əlilliyin müdəti ilə bağlı müsbət nəticə əldə etməsi istisna olunur. Ona görə də birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda nəticə etibarilə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-536/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-536/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver