Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-54/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi, əmək fəaliyyətinin fasiləsiz hesab edilməsi və artıq ödəmə kimi tutulmuş pulun geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddətin fasiləsiz əmək stajı kimi hesablanaraq, əmək pensiyasının yenidən hesablanması, ##.##.2024-cü il tarixli qərarın iddiaçıya münasibətdə ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, 3-17-1/3-3 14005/2024 qərarının-9-cu bənd üzrə-artıq ödəmə, əskikvermə hissəsində ləğv edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından aparılan tutulmaların dayandırılması və ##.##.2024-cü il tarixdən etibarən tutulmuş (358.80 manat, 2024-cü ilin dekabr ayından tutulmuş 111.42 manat, 42.21 manat, hər ay 112.95 manat) pul vəsaitinin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının mübahisələndirdiyi qərar üzrə iddiaçıya münasibətdə müəyyən edilmiş 2364.43 manat artıq ödənilmiş pensiya məbləğini əsassız hesab edir. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “Inzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Bundan əlavə, iddiaçının iddia tələbində qeyd etdiyi “iyun ayının 13-ü həftənin altıncı günü, 14-ü həftənin bazar günü, yəni qeyri iş günləri olmuş, ## #### 2020-ci il isə Qurtuluş günü kimi bayram günü olmaqla qeyri-iş günü olmuşdur və bununla da onun əmək stajında fasilə yaranmır” barədə mülahizəsi üzrə bildirilir ki, iddiaçı barəsində ##.##.2020-ci il tarixdə işdən azad edilməsi barədə əmr qəbul edilmişdir, amma iddiaçının işdən azad edildiyi gün ##.##.2020-ci il göstərilmişdir. Buradan aydın olur ki, iddiaçının ##.##.2020-ci il tarixdən işdən azad edilməsi barədə ##.##.2020-ci il tarixdə həm işəgötürən, həm də iddiaçı məlumatlı olmuşdur. Bundan sonra isə iddiaçı ##.##.2020-ci il tarixdə deyil, məhz ##.##.2020-ci il tarixdə “Muradxanlı” NQÇ sahəsində vakant olan sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilməsi üçün ərizə təqdim etmişdir və həmin gün də barəsində əmr imzalanaraq təsdiq edilmişdir. Qərardan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli qərarı ilə vaxtı ilə əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilərək 2020-ci ilin ## #### tarixdən 2020ci ilin ## #### tarixədək olan müddətin əmək stajında fasiləsizliyin qırılması kimi qiymətləndirilərək, ona 1852,00 manat pul vəsaitinin cari yanvar ayından etibarən hissəhissə, (hər ay 112,95 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi qərara alınmışdır. Cavabdehin həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, onun işdən çıxma əmrində və əmək kitabçasında ##.##.2020-ci il tarixdə başqa işə keçməyi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi və əmrin nömrəsi isə 42 olmaqla ##.##.2020-ci il kimi qeyd edilmişdir. Göründüyü kimi o, ##.##.2020-ci ilədək əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirmiş, yeni əmrin tarixi ##.##.2020-ci il kimi göstərilməsinə baxmayaraq o, həmin əvvəlki işində ##.##.2020-ci ilədək əmək fəaliyyəti göstərmiş və ##.##.2020-ci il tarixdə iş gününün sonunda əvvəlki iş yerindən çıxaraq ##.##.2020-ci il tarixdə Muradxanlı Neft və Qaz Çıxarma sahəsinə sahə rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Iyun ayının 13-ü həftənin altıncı günü, 14-ü həftənin bazar günü, yəni qeyri iş günləri olmuş, ## #### 2020-ci il isə Qurtuluş günü kimi bayram günü olmaqla qeyri-iş günü olmuşdur və bununla da onun əmək stajında fasilə yaranmır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1 ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Iddiaçıya ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir. Eyni zamanda, pensiya təyin edildiyi gündən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə pensiya məbləği yenidən hesablanaraq ##.##.2016-cı il tarixdən 265,14 manatdan 274,56 manata (indeksləşdirilərək ##.##.2020-ci il tarixinə 391,75 manat), ##.##.2020-ci il tarixə isə 391,75 manatdan 489,95 manata (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 564,36 manat, Qanunun 26.4-cü maddəsini nəzərə alaraq və indeksləşdirilərək 01.01,2023-cü il tarixə 666,43 manat) artırılmalı olduğu halda, ##.##.2022-ci il tarixdən 435,77 manatdan 675,37 manata (Qanunun 26.4-cü maddəsini nəzərə alaraq və indeksləşdirilərək ##.##.2023-cü il tarixinə 761,23 manat) artırılaraq iddiaçıya ödənildiyi üçün əmək pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən, ona son üç il üzrə 2364,43 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmçinin, ##.##.2023-cü il tarixindən yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə qanuni əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 666,43 manatdan 989,01 manata, ##.##.2024-cü il tarixindən isə 1099,78 manatdan 1117,72 manata artırılmış və ona ödənilməli olan 358,80 manat pul vəsaiti müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023 cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 2364,43 manat pui vəsaitindən ödənilməli olan 358,80 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilmiş, qalıq artıq ödənilmiş pul vəsaiti 2005,63 manat təşkil etmişdir. Həmin artıq ödənilmiş 2005,63 manat pul vəsaitinin 111,42 manat hissəsi 2024 cü ilin dekabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş, qalıq borc 1894,21 manat təşkil etmişdir. Bundan başqa, işləyən əmək pensiyaçı kimi ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığından iddiaçının ##.##.2024-cü il tarixli müraciətinə əsasən əmək pensiyası ##.##.2024-cü il tarixindən yenidən hesablanaraq 1117,72 manatdan 1129,51 manata artırılmış, bununla əlaqədar olaraq keçmiş müddət üçün ona ödənilməli olan 42,21 manat fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği qalan borcdan çıxılmış, qalıq 1852,00 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə (hər ay 112,95 manat olmaqla) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Iddiaçıya məxsus ##.##.1982-ci il tarixli, AT-III ******* nömrəli əmək kitabçasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) tərkibində olmuş və hazırda ləğv edilmiş “X1 Company” Şirkəti ilə bağlı qeyddə iddiaçının işdən çıxma tarixi ##.##.2020-ci il kimi göstərilsə də, əmək müqaviləsinə ##.##.2020-ci il tarixli əmrlə xitam verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, əmək kitabçasında iddiaçının işdən çıxma tarixi və əmrin tarixi arasında uyğunsuzluq vardır və bunu təkzib edən hər hansı sübut işə əlavə edilməmiş, hal-hazıradək mübahisələndirilməmişdir. Odur ki, həmin dövrə münasibətdə iddiaçının əmək pensiyası yenidən hesablanan gündən sonra 6 il işləməsi və ya əmək stajında fasilə yaranmaması kimi qəbul edilə bilməz. Apellyasiya şikayətlərinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin ediməməsi hissəsində ləğv edilməsi və əmək kitabçasında olan uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tamamilə rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilmiş şikayəti müdafiə etmiş, iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Iddiaçı cavabdeh tərəfindən verilmiş şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini xahiş etmiş, eyni zamanda iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarından görünür ki, İddiaçı barəsində əmək pensiyası yenidən hesablanmış və iddiaçı barəsində ##.##.2024-cü il tarixdən 1117.72 manat pensiya məbləği göstərilmişdir, 9-cu bənd üzrə əmək pensiaysının yenidən hesablanmasının səbəbi olaraq: 37.3.1 “##.##.2016, ##.##.2020, ##.##.2023, ##.##.2024-cü il tarixdə işdən azad olunmalar, ##.##.2021 ##.##.2021-ci il üzrə əskikvermə, ##.##.2022-##.##.2023-cü il üzrə artıqvermə, ##.##.2023-dən əskikvermə müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərlə və işin araşdırılmış faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya təyin edilmiş, pensiya təyin edildiyi gündən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə ##.##.2016-cı il tarixdə pensiya məbləği yenidən hesablanmış, bundan sonra işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinə görə ##.##.2022-ci il tarixdən pensiyası yenidən hesablanmış, həmin hesablama zamanı iddiaçının ##.##.2020-ci il tarixdə işdən azad edilməsi və ##.##.2020-ci il tarixdə başqa işə qəbul edilməsi faktı, yəni 6 il fasiləsiz işləməməsi nəzərə alınmadığından pensiya məbləğində qanunla müəyyən edilmiş məbləğə nisbətən artım olmuşdur. Nəhayət iddiaçı ##.##.2024-cü il tarixdə işdən çıxdığına və işləməyən əmək pensiyaçısı olduğuna görə mübahisələndirilən ##.##.2024-cü il tarixli qərarla pensiya məbləği yenidən hesablanarkən ##.##.2022-ci il tarixdə olan hesablanma zamanı baş vermiş pozuntu aşkar edilmiş və inzibati orqan həmin qərarla artıq ödənilmiş məbləği müəyyən etmişdir. Göründüyü kimi inzibati orqan 2022-ci ildə aparılmış hesablama nəticəsində yol verdiyi pozuntunu 2024-cü ildə yenidən hesablama apararkən aşkar etmişdir ki, bu halda “Inzibati icraat haqqında” Qanunun 67.12 və 68.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun hərəkət etmişdir. Həmçinin qeyd edilməlidir ki, inzibati orqan mübahisələndirilən qərarla artıq ödəmə faktını müəyyən etdiyindən və qərarın özündə həmin məbləğin pensiyaçıdan tutulması ilə bağlı icrası məcburi olan göstəriş nəzərdə tutulmadığından sözügedən qərarın artıq ödəmə faktının müəyyən edilməsi hissəsində ləğvi üçün əsas yaranmır və birinci instansiya məhkəməsi qərarı həmin hissədə ləğv etməkdə haqlı olmamışdır. Artıq ödəmənin pensiyadan tutulması inzibati orqanın faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməli və işin bu halına qanunvericiliyin tətbiqi məsələsinə ayrıca qiymət verilməlidir. Iddiaçının pensiyasından tutulmaların aparılması ilə bağlı cavabdehin faktiki xarakterli hərəkətləri “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərinə zidd olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq, tutulmanın dayandırılması və tutulmuş məbləğin iddiaçıya geri ödənilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ##.##.2020-ci il tarixdə işdən azad edildikdən sonraki 3 gün istirahət və bayram günlərinə təsadüf etməsi və ##.##.2020-ci il tarixdə başqa işə qəbul edilməsi həmin zaman kəsiyinin iddiaçının əmək fəaliyyətində olması və fasiləsiz iş stajı hesab olunması anlamına gəlmir. Başqa sözlə, həmin 3 gün ərzində o, işləməyən əmək pensiyaçısı statusunda olmuşdur ki, bu hal ona işləyən əmək pensiyaçısı statusunda olma baxımından davamlı və fasiləsiz müddət kimi nəzərə alına bilməzdi. Beləliklə məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normalar baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiyasından məbləğin tutulmasının qanunsuz olması ilə bağlı düzgün qənaətə gəlsə də, tələbin mübahisələndirilən inzibati aktın ləğv edilməsi hissəsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş pensiyanı alan şəxsin müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici pensiyanın geri tutulması barədə qərarın (inzibati aktın) qəbulunu pensiya alan şəxsin razılığı ilə şərtləndirir. Hazırki halda isə iş materialları ilə iddiaçının pensiyadan tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi mövcud deyil və cavabdeh orqan iddiaçıya ödənilmiş vəsaitin geri qaytarılmasını məhkəmə müstəvisində həll etməmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və III hissələri). Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı cavabdehin ##.##.2024-cü il tarixli, 3-17-1/3-3 14005/2024 qərarının 9-cu bəndinin ləğv edilməsi hissəsində ləğv edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, 3-17-1/3-3 14005/2024 qərarının 9-cu bəndinin ləğv edilməsi hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-54/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-54/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver