Məhkəmə qərarları › İş №2-1(3-9)-542/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-542/2026

24.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-542/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X10 (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “##.##.2023-cü il tarixində təyin olunmuş ünvanlı sosial yardımın ##.##.2024-cü il tarixdən bərpa edilərək, həmin tarixdən ##.##.2024-cü il tarixinə kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh tabeliyində Dövlət Sosial Müdafiə Fondunun MaddiX11 üzrə Mərkəzi Filialına qarşı “ailə vəziyyəti nəzərə alınmaqla vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilərək təyin edilən ünvanlı dövlət sosial yardımın ödənilməsinin davam etdirilməsi və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardımın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Cavabdeh tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X18 üzrə Mərkəzi Filialı cavabdeh sırasından çıxarılaraq, cavabdeh qismində Cavabdeh cəlb edilmişdir. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “##.##.2023cü il tarixində təyin olunmuş ünvanlı sosial yardımın ##.##.2024-cü il tarixdən bərpa edilərək, həmin tarixdən ##.##.2024-cü il tarixinə kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, özü də daxil olmaqla ailə tərkibi 4 nəfərdən ibarətdir və ünvan 4 ünvanında yaşayır. Iki azyaşlı uşaqlarının olmasına baxmayaraq həyat yoldaşı işləmir, 4 nəfər ailənin təkcə gəlir gətirəni odur. Bununla bağlı da qanun tələbinə və dövlətin əhalinin sosial maddi rifah halının yaxşılaşdırılması siyasətinə uyğun olaraq aidiyyəti orqanlara müraciət etdikdən sonra onun ailəsinə də ##.##.2023-cü ildən ##.##.2024-cü il tarixədək ünvanlı dövlət sosial yardım verilmişdir. Lakin ona məlum olmayan səbəblərdən sosial yardım kəsilmiş və AR ƏƏSMN-nin tabeliyində DSMF-n X18 üzrə Mərkəzi Filialının direktoru tərəfindən onun ünvanına bildiriş göndərilərək ona ödənilən pulun guya adına nəqliyyat vasitəsi olması faktına görə sosial yardımın verilməsinədən imtina edilmişdir.Daha sonra ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək ödənilən 3928.05 manat geri ödənilməsi tələb edilmişdir. Iddiaçı bildirir ki, həmin müddətdə onun adına heç bir avtomobil olmamış, lakin o həmin vaxtı anasının qıçı sındığı üçün qardaşının mülkiyyətində olan avtomobili teztələsik idarə edərək anasını xəstəxanaya çatdırmışdır. Həmin vaxtı qardaşı Qarabağ ərazisində olduğu üçün onunla birgə yaşayan anasını xəstəxanaya aparmaq məcburiyyətində olmuşdur. Belə bir şəraitdə o məcbur olub qardaşının mülkiyyətində olan avtomobili idarə edərək onu xəstəxanaya apardığı üçün, onunla münasibəti olmayan şəxsin verdiyi məlumata əsasən heç bir araşdırma aparmadan və fakta əsaslanmadan kəsilmişdir. Ailəsinə verilən sosial yardımın kəsilməsi əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlətin yürütdüyü siyasətə ziddir. Ailəsinə verilən ünvanlı dövlət sosial yardımın verilməsi kəsiləndən sonra 2025-ci ilin əvvəllərindən o ailəsini dolandırmaq üçün avtomobil idarə etmək üçün etibarnamə almışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazınını onunla əsaslandırır ki, iddiaçı İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi Ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli ***************-*** nömrəli sonuncu rəsmi müraciəti əsasında ##.##.2023-cü iI tarixində ailənin yaşadığı ünvanda (ünvan 3) təmsilçinin iştirakı ilə maddi-məişət şəraitinin ilkin müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində uyğunsuzluq aşkar edilməmiş, ailəyə ##.##.2023-cü il tarixindən aylıq 436,45 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvanda keçirilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə zamanı təmsilçi tərəfindən qardaşına məxsus "Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün istifadə etdiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, ailəyə təyin edilmiş sosial yardım ödənişi “Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbilə ##.##.2024-cü il tarixindən dayandırılmış və Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2025-ci il tarixinədək 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Iddianın təmin edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, "Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Bundan başqa Qanunun 10.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 10.2- ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı (hakim Rəşad Nuriyev) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 10cu maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvanda keçirilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə zamanı təmsilçi tərəfindən qardaşına məxsus "Vaz-2106” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədləri üçün sahiblik və istifadə etdiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, ailəyə təyin edilmiş sosial yardım ödənişi “Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbilə ##.##.2024-cü il tarixindən dayandırılmış və Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2025-ci il tarixinədək 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Lakin məhkəmə bu halları nəzərə almamış qanunsuz və əsassız qərar qəbul etmişdir. Sözügedən qərarında məhkəmə qeyd etmişdir ki, iş üzrə materiallardan cavabdehin istinad etdiyi nəqliyyat vasitəsinin iddiaçıya və onun ailə üzvlərinə hər hansı aidiyyətin olmadığı görünür. Halbuki müayinə diski və müayinə aktı, həmçinin məhkəmə iclasında iddiaçının özü "Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sahiblik və istifadə etdiyini etiraf etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Günel Məmmədova məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və III hissələr) “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur; 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir; 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır; 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur.

Azərbaycan Respublikası Nazilər kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%991"* nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) X14 Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (HYPERLINK "https://e-qanun.az/framework/32084" \l "%C9%99lav%C9%992"* nömrəli əlavə) dolduraraq VEMTAS-a altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.6-cı bəndinə əsasən, elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (* nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir; 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Nazirliyin tabeliyində X16 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12 Işin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi (iddia tələbi dəqiqləşdirildikdən sonra) “##.##.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın ##.##.2024-cü il tarixdən bərpa edilərək həmin tarixdən ##.##.2024-cü il tarixə kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman qeyd edilən "Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətində və ya istifadəsində olmadığı müəyyən edilmişdir. Işdə olan əmlak məlumatlarından göründüyü kimi iddiaçı İddiaçı mülkiyyətində heç bir nəqliyyat vasitəsi yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki,inzibati orqan tərəfindən təyin edilmiş ÜSY-nin dayandırılmasına dair hər hansı inzibati akt qəbul edilməmişdir. Bundan əlavə kollegiya “##.##.2024-cü il tarixindən Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2025-ci il tarixinədək 1 (bir) il müddətinə məhdudlaşdırılmasına dair” xüsusatla bağlı qeyd edir ki,həmin dövrdə iddiaçının ÜSY-nin təyininə dair cavabdehə hər hansı müraciəti olmadığından,eləcə də müddət bitdiyindən həmin hissədə hüquqi marağı qalmamışdır. Işdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Işdə olan Cavabdeh tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X18 üzrə Mərkəzi Filialının # ######## 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məlumatların təqdim edilməsi barədə məktubda qeyd olunmuşdur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli ***************-*** nömrəli sonuncu rəsmi müraciəti əsasında ##.##.2023-cü il tarixində ailənin yaşadığı ünvanda (ünvan 3) təmsilçinin iştirakı ilə maddi-məişət şəraitinin ilkin müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində uyğunsuzluq aşkar edilməmiş, ailəyə ##.##.2023-cü il tarixindən aylıq 436,45 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə ərizəbəyannamədə qeyd olunan ünvanda keçirilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə zamanı təmsilçi tərəfindən qardaşına məxsus "Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə etdiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, ailəyə təyin edilmiş sosial yardım ödənişi “Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbilə ##.##.2024-cü il tarixindən dayandırılmış və Qanunun 10.4cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2025-ci il tarixinədək 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Işdə olan Cavabdeh tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X18 üzrə Mərkəzi Filialının ## ######## 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məlumatların təqdim edilməsi barədə məktubda qeyd olunmuşdur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2023-cü il tarixli ***************-*** nömrəli sonuncu rəsmi müraciəti əsasında ##.##.2023-cü il tarixində ailənin yaşadığı ünvanda (ünvan 3) təmsilçinin iştirakı ilə maddi-məişət şəraitinin ilkin müayinəsi həyata keçirilmişdir. Müayinə nəticəsində uyğunsuzluq aşkar edilməmiş, ailəyə ##.##.2023-cü il tarixindən aylıq 436,45 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququna yenidən baxılması məqsədilə ərizə-bəyannamədə qeyd olunan ünvanda keçirilmiş ##.##.2024-cü il tarixli təkrar müayinə zamanı təmsilçi tərəfindən qardaşına məxsus "Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə etdiyi bildirilmişdir. Qeyd olunanlara əsasən, ailəyə təyin edilmiş sosial yardım ödənişi “ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbilə ##.##.2024-cü il tarixindən dayandırılmış və Qanunun 10.4cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ ##.##.2025-ci il tarixinədək 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Işdə olan Kürdəmir rayon Icra Hakimiyyəti başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-** nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 saylı ünvanında ailə üzvləri: X12 (anası), X6 (həyat yoldaşı), X2 (oğlu) və X3 (oğlu) ilə birlikdə yaşayır. Işdə olan əmlak məlumatlarından görünür ki, iddiaçı İddiaçı mülkiyyətində heç bir nəqliyyat vasitəsi yoxdur. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Həmin Qaydalara görə sosial yardımın təyin olunmasından imtina edilmənin konkret əsasları vardır. Həmin əsaslardan biri də ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olmasıdır. Cavabdeh də məhz həmin əsasla iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımı ödənişini dayandırmışdır. Məhkəmə kollegiyası imtinanın və apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmış və əldə edilən sənədlərdən müəyyən olunmuşdur ki, cavabdehin dəlili işdə olan hər hansı sübutla təsdiq edilmir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin sorğusu ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin təqdim etdiyi çıxarışdan görünür ki, (bax: vər.112) iddiaçının istifadəsində olduğu qeyd olunan ** BE *** dövlət qeydiyyat nişanlı “VAZ 21063” MINIK markalı nəqliyyat vasitəsi iddiaçının qardaşı X4 mülkiyyətində olmaqla (hazırda da) sözügedən dövrdə iddiaçının istifadəsində olmamışdır.Belə ki, iddiaçıya nəqliyyat vasitəsinə dair etibarnamə ##.##.2025-ci ildən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli qərardadında formalaşmış məhkəmə təcrübəsinə istinad edilərək bildirilmişdir ki, “cavabdeh orqanın iddiaçının və ya ailə üzvünün istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsi rəsmi reyestri aparılan daşınar əmlak olduğundan həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının mövcud olubolmaması yalnız rəsmi reyestr məlumatlarına istinad edilməklə müəyyən edilə bilər. Başqa sözlə, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur”. Işin hallarından görünür ki, ##.##.2023-cü il tarixindən ailəyə təyin edilmiş sosial yardım ödənişi “Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması” səbəbilə ##.##.2024cü il tarixindən dayandırılmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvanlı sosial yardım ərizəsi ilə bağlı inzibati orqana müraciət edilən zaman, ona ünvanlı sosial yardım təyin edilən zaman, eləcə də dayandırılan zaman sözügedən nəqliyyat vasitəsi iddiaçının istifadəsində olmamışdır.Iddiaçı nəqliyyat vasitəsindən istifadə üçün səlahiyyətverən etibarnaməyə malik olmadan onu idarə etmək imkanına malik olmamışdır. Nəzərə alınmalıdır ki, ünvanlı sosial yardımın təyin edilməsi və verilməsindən imtina edilməsi Azərbaycan Respublikası Nazilər kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın normaları ilə tənzimlənir. Həmin Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmamışdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar