Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-545/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X20, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs Masallı rayonu Masallı Bələdiyyəsinin nümayəndəsi X8 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X7rşı torpaq sahəsinə dair çıxarışın və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh “xxxx” X9 * saylı Cəlilabad Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək Masallı şəhəri Talişxanov prospektində yerləşən 2,0 hektar sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasının xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin ( bundan sonra IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Masallı rayonu Masallı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli iclasının ** saylı qərarı ilə Masallı rayon Masallı Bələdiyyəsinin mülkiyyətində olmuş fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı qaydasında satılmış Masallı şəhərində yerləşən 2,0 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddia tələbi onunla əsaslandırmışdır ki, Masallı rayonu, Yeddioymaq kəndində yaşayır və orada da qeydiyyatdadır. Həmin yaşadığı ərazidə Masallı bələdiyyəsinin ## #### 2006-ci il ** saylı qərarı, rayon torpaq və Xəritəçəkmə şöbəsinin rəyi, Torpağın alqı-satqı aktı, IHB-nin Memarlıq və tikinti şöbəsinin rəyi və Bank rüsümunu ödənilərək ona rəsmi möhürlü və imzalı sənədlər verilmişdir. Torpaq sahəsi üzərində hər hansı bir mübahisə yoxdur və həmin dövrdən indiyənə kimi göstərilən torpaq sahəsindən istifadə edir. Həmin adı göstərilən torpaq sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən həimtina məktubu verilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən İddiaçı yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 2.0 ha torpaq sahəsi satılmışdır ki, bu da bələdiyyələr haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı 2.0 ha torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının arxiv nüsxəsini təqdim etməmişdir. Bundan başqa, Masallı şəhəri Talışxanov prospektində yerləşən torpaq sahəsindən 2.78 ha torpaq sahəsi Masallı rayonu Dadva bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Masallı şəhər sakini X2 10 il müddətinə icarəyə verilmiş, Dadva bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı və ** saylı icarə müqaviləsinə əsasən 2.0 ha torpaq sahəsi X4 15 il müddətinə icarəyə verilmiş, Masallı bələdiyyəsinin X5 qarşı icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2013-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Masallı bələdiyyəsinin ##.##.2017-ci il tarixli, ** saylı qərarı ilə X2 verilmiş 2.78 ha torpaq sahəsinə dair icarə müqaviləsinin müddəti bitdiyi üçün Masallı rayonu Dadva bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ləğv edilmiş, ##.##.2018-ci il tarixli istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən X4 icarəsinə verilmiş 2.0 ha torpaq sahəsini X3 və adına ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli Dövlət reyestrdən çıxarış verilmişdir. Dadva bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı və ** saylı icarə müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdə bitmiş və icarə müqaviləsinin müddəti uzadılmamışdır. Bundan başqa, İddiaçı Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən həyətyanı məqsədi ilə 2.0 ha torpaq sahəsi satılmasına baxmayaraq, həmin qərarın qüvvədə olmasına dair arayışın təqdim edilməməsi müəyyən olunmuşdur. Eyni zamanda bildiririk ki, 2006-cı il tarixdə torpaq sahəsi Dadva bələdiyyəsinin ərazisində olmasına baxmayaraq, alqı-satqı müqaviləsini Masallı bələdiyyəsi tərəfindən həyata keçirilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Odur ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Ilqar Həbibov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Tural Ağammədov izahat verərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Iddiaçının nümayəndəsi Əliqadir Əbilfətov apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun : 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ... 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması qaydasında əldə edirlər. 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. 86-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər.
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.6. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq Masallı Bələdiyyəsinin ##.##.2006-cı il tarixli iclasının ** saylı qərarı ilə alqı-satqı qaydasında satılmış Masallı şəhərində yerləşən 2,0 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin ediləli deyildir. Ilkin olaraq iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Masallı rayonu Masallı bələdiyyəsinin (protokol № **) ## #### 2006-cı il tarixli qərarından görünür ki, Masallı rayon sakini İddiaçı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 2,0 hektar həyətyanı torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı satılması qərara alınmışdır.Həmin qərar hazırda da qüvvədədir,ləğv edilməsi və geri çağırılması baş verməmişdir. Kollegiya cavabdehin “2006-cı il tarixdə torpaq sahəsi Dadva bələdiyyəsinin ərazisində olmasına baxmayaraq, alqı-satqı müqaviləsini Masallı bələdiyyəsi tərəfindən həyata keçirilməsi” barədə apellyasiya şikayətinin dəlininə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” ## ### 2009-cu il tarixli Qanunun İ hissəsi, 29-cu bəndinin 12-ci yarımbəndinə əsasən Dadva, Digah, Isgəndərli, Masallı və Seybətin bələdiyyələrinin əhatə etdiyi Masallı şəhərində və Dadva, Digah, Isgəndərli, Seybətin kəndlərində Masallı bələdiyyəsi təşkil edilmişdir.Nəticə etibarı ilə hazırda iddia olunan ərazi Masallı Bələdiyyəsinin ərazi hüdudları daxilindədir. Kollegiya qeyd edir ki, hazırkı vəziyyətdə torpaq sahəsinin hansı bələdiyyənin ərazisində olmasının mübahisənin həlli üçün hüquqi əhəmiyyəti qalmamışdır. Hesab etsək ki, Masallı rayon Masallı bələdiyyəsinin qərarı qanunsuz əlverişli inzibati aktdır, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilərdi.Masallı Bələdiyyəsi tərəfindən 20 il müddətində belə aktı qəbul edilməmişdir,yəni, sözügedən ilkin qərar hazırda qüvvədədir və hüquqi nəticələr yaradır. Kollegiya apellyasiya şikayətinin “iddia olunan torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki,birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya ayrılmış 2,0 ha torpaq sahəsinin başqa şəxslərin icarə və ya mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstdə düşmədiyi müəyyən edilir.Digər tərəfdən də X2 icarəsində (Dadva bələdiyyəsinin ## #### 2005-ci il tarixli ** saylı qərarı ilə icarəyə verilmiş və həmin qərar Masallı rayonu Masallı bələdiyyəsinin ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edilmişdir),həmçinin Masallı rayonu Dadva bələdiyyəsi 2.0 ha torpaq sahəsi tərəfindən X4 icarəsinə 15 illik müddətinə verilmiş və həmin sənədlərə əsasən ************ reyestr nömrəli çıxarış * saylı Cəlilabad Ərazi Idarəsi tərəfindən tərtib edilmişdir. Astara rayonu notariat kontorunun ##.##.2018-tarixli istifadə hüququnun alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X1 icarəsinə verilmiş və həmin icraə müqaviləsinin müddəti ##.##.2022ci il tarixində bitmişdir. Kollegiya apellyasiya şikayətinin “İddiaçı 2.0 ha torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının arxiv nüsxəsini təqdim etməmişdir ” dəlilinə münasibətdə qeyd edir ki,qərarın və digər sənədlərin notarial qaydada təsdiq edilmiş nüsxəsi iş materiallarında mövcuddur. Eyni zamanda işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, nəzərdə tutulan torpaq sahəsinin həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə bələdiyyənin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Kollegiya həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün tətbiq olunan normadan artıq olmasına dair dəlilinə münasibətdə bildirir ki,sözügedən müddəalar fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılan yaşayış məntəqəsi torpaqlarına tətbiq edildiyindən iddia olunan torpaq sahəsinə münasibətdə tətbiq oluna bilməz. DƏDKR * saylı Cəlilabad Ərazi Idarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, halhazırda mübahisə predmeti olan torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində hüquqi statusu bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası) - yaşayış məntəqələri torpaqları, uqodiyası-şərti yararsız torpaqlar, növü-torpaq sahəsi, təyinatısahibkarlıq məqsədi kimi göstərilmişdir. Masallı bələdiyyəsinin ## #### 2006-ci il tarixli ** saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə satılmış Masallı şəhəri Talışxanov prospektində yerləşən 2.0 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı iddia olunan və faktiki istifadə kimi plana alınmış 2.0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Masallı bələdiyyəsinin ## #### 2006-ci il tarixli ** saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi ilə satılmış Masallı şəhəri Talışxanov prospektində yerləşən 2.0 ha torpaq sahəsi üzərində tikili mövcud deyil və ölçü zamanı verilən məlumata görə İddiaçı faktiki istifadəsindədir. Iddiaçının iddia etdiyi və faktiki istifadə kimi plana alınmış 2.0 ha torpaq sahəsinin koordinatları dövlət reyestrindən qeydiyyata alınmış üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Işdə olan Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən ## #### 2006-cı il tarixdə 110 nömrə ilə qeydə alınmış alqı-satqı aktından görünür ki, Masallı rayon ərazisində yaşayan İddiaçı Masallı bələdiyyə orqanına ## #### 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciətinə baxılaraq, bələdiyyənin ## #### 2006-cı il tarixli, ** saylı qərarı ilə Masallı bələdiyyə ərazisində 2,0 hektar torpaq sahəsinin satılması qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən "Kapital Bank"ın Masallı rayon filialında yerləşən ******** saylı hesaba, *** nömrəli qəbzlə 13,000 manat torpaq haqqı əvvəlcədən ödənilmişdir. Işdə olan ## #### 2006-cı il tarixli seçim aktından görünür ki, Masallı rayon sakini İddiaçı çoxmərtəbəli yaşayış binası tikmək məqsədilə Masallı bələdiyyəsinə aid torpaq sahəsindən 2,0 hektar torpaq sahəsinin alqı-satqı olunması barədə müraciəti əsasında yerə baxış keçirilmişdir. Komissiya üzvləri - Masallı Rayon Icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri C.Məmmədov, Masallı bələdiyyəsinin sədr əvəzi Ş.Abasov, Masallı Elektrik şəbəkəsinin direktoru A.Ismayılov, X25 rəisi N.Bağırov, Masallı rayon Qaz istismar idarəsinin müdiri E.Məmmədov, Cənub Regional DYNŞ-nin Masallı rayon DYNŞ-nin böyük müfəttişi, DIX Rı T.Dəyyanov və Masallı rayon sakini İddiaçı iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin şəhərin Talışxanov prospektində yerləşdiyi müəyyən edilmişdir. Işdə olan Masallı rayon sakini İddiaçı torpaq sahəsinin verilməsi (satılması) barədə Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin (## #### 2006-cı il tarixli, *** nömrəli daxili qeydiyyat nişanlı) rəyindən görünür ki, satılması nəzərdə tutulan torpaq sahəsi Masallı şəhərinin Talışxanov prospektində yerləşir və Masallı bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqlardan hesab olunur. Ümumi sahəsi 2,0 hektar təşkil edən bu torpaq sahəsi sərhədlərinə görə şərqdən yol ilə, qərbdən çay ilə, şimaldan Viləş çayı mühafizə zolağı ilə, cənubdan isə yanacaqdoldurma məntəqəsi ilə həmsərhəddir. Sözügedən sahə bələdiyyə mülkiyyətinə aid olduğuna görə, Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq olunmuş "Torpaqların alqı-satqısı qaydaları"nın tələblərinə tam uyğundur və alqısatqı yolu ilə vətəndaş İddiaçı satıla bilər. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və iddia ərizəsinin məzmunundan məlum olur ki, Masallı rayon Masallı bələdiyyəsinin ## #### 2006-cı il tarixli qərarı ilə bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsindən iddiaçıya 2,0 ha torpaq sahəsi satılmışdır. Iddiaçı həmin torpaq sahəsinə çıxarış, plan və ölçü sənədi almaq üçün DƏDKR * saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş, cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Masallı Bələdiyyəsinin ## #### 2006-cı il tarixli qərarı əsasında iddiaçı İddiaçı satılmış 2.0 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğundan həmin inzibati aktdan irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına mane olan hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinə və ya bir neçəsinə istinad olunmaqla əsaslandırılmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisəyə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Iddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Həmçinin qeyd olunan sənədlərin (Masallı Bələdiyyəsinin ## #### 2006-cı il tarixli qərarı, ## #### 2006-cı il tarixli torpaqların alqı-satqısına dair akt) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 8.0.5-ci və 10.2.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Masallı rayon Masallı bələdiyyəsinin özünə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan ## #### 2006-cı il tarixli qərarı həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatının aparılması üçün əsasdır. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Nəticə etibarı ilə Dövlətin yaratdığı hüquqi vəziyyətə şəxs müəyyən əsaslarla etibar edib davranışını buna uyğun qurmuşdursa, dövlət sonradan həmin vəziyyəti dəyişərkən şəxsin legitim etimadını nəzərə almalıdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.