Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-548/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh1-ə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******000* nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şirvan Inzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## #### 2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ona mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu, kəkələmə ilə, mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, vegetativ damar distoniyası, partlayış yaralanması, sağ ayağın II və III barmaqlarının distal falanqasının açıq sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bitişmiş sınıqları, yumşaq toxumaların yad cisimləri hərbi travmadır, Aərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmçinin xəstəlik tarixindən çıxarışlardan görünür ki, 2021-2024-cü illərdə dəflərlə müxtəlif vaxtlarda fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 diaqnozu ilə müvafiq stasionar müayinə və müalicələr almışdır. Əlilliyin müəyyən edilməsi barədə cavabdeh orqana etdiyi müraciətdən imtina edilmiş və imtinanın səbəbi kimi əlillik əlamətinin təyin edilmədiyi göstərilmişdir. Ona əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız və qanunsu olmuşdur. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli X3 ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Keçirilmiş fəlakətli hadisədən sonra (müharibə) davamlı şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə Mərkəzə göndərilmənin/imtina edilməsnin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edərək, iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Iddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Iş materiallarında olan: Iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki: Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******000* nömrəli qərarı əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia verməsi mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya bildiriş ünvanlanaraq əyani müayinəyə dəvət edilmiş, əyani müayinə nəticəsində ## ######## 2024-cü il tarixdə diaqnozun əlilik təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair məlumatlar, qəbul edilmiş qərar və qərardan şikayət vermə müddəti barədə ##.##.2024-cü il tarixdə sms-bildiriş göndərilmişdir Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı onun əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərardan vaxtında məlumatlı olmuş, həmin qərar barədə ona ##.##.2024-cü il tarixdə smsbildiriş göndərilmiş, həmin sms-bildirişdə mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti izah edilmişdir. Iddiaçı həmin qərarı qanunla müəyyən edilmiş iddia müddəti ərzində (30 gün) mübahisələndirməmiş, iddiaçının iddia ərizəsi ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardad ilə buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə bu zaman iddiaçının mübahisələndirilən qərardan məlumatının olmamasına və bu səbəbdən müddətin buraxılmasının onun təqsirindən baş verməməsi nəticəsinə gəlinmişdir. IPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Cavabdeh apellyasiya şikayətində iddia müddəti məsələsini apellyasiya şikayətinin dəlili kimi irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin ötürülməsi barədə ##.##.2026-cı il tarixli qərardadına münasibətdə bildirilir ki, həmin qərardadda qeyd edilənlərin əksi olaraq iddiaçının mübahisələndirilən qərardan vaxtında məlumatlı olması yuxarıda göstərilənlərə əsasən təsdiq olunur Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülmüş, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-548/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-548/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver