Məhkəmə qərarları › İş №2-1(3-9)-554/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-554/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-554/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh1-ə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******000* nömrəli qərarının ləğv olunması və həmin tarixdən ona Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının barəsində tərtib olunan sözügedən göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi X1 ilə əvəz edilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar Ağcabədi RMX-na göndərilmiş və orada ona “Barotravma, baş-beyin silkələnməsi” diaqnozu təyin olunmuşdur. Müdafiə Nazirliyinin travma haqqında ##.##.2020-ci il tarixli, ****/** saylı arayışını iddia ərizəsinə əlavə edir. MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona xəstəliyi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli şəhadətnamə verilmişdir. Aldığı travma ilə əlaqədar Müdafə Nazirliyi Baş Klinik Hospitalında ayrı-ayrı vaxtlarda stasionar müalicə və müayinə olunmuşdur. Xəstəliyi ilə bağlı ##.##.2023-cü ildə ƏƏSMN tərəfindən ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Pisixi vəziyyəti ağır olduğuna görə dəfələrlə intihara cəhd etmişdir. Səhiyyə Nazirliyi “xxxx” X1 Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, *** nömrəli rəyində ona “Üzvi sayıqlama (şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət F 06.2” diyaqnozu təyin olunmuşdur. ##.##.2024-cü il tarixdə SN RPX-na qəbul olaraq Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və Professor F.ismayılov tərəfindən ona “Üzvi şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış pisixotik vəziyyət” diaqnozu təyin olunmuşdur. ##.##.2025-ci il tarixdə SN RPX-na qəbul olmuş və ona professor B.Əsədov tərəfindən “Üzvi sayıqlama (şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət)” diaqnozu təyin olunmuşdur. Bundan başqa, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Yevlax RMX-da stasionar müayinə və müalicə olunmuşdur. Xəstəliyi ilə bağlı ARSN Ambulator kitabçadan çıxarışları, eyni zamanda, çoxsaylı müayinə və müalicə sənədlərini də iddia ərizəsinə əlavə edir. Bütün bu sənədlərə və təyin olunan diaqnozların ağırlığına baxmayaraq ##.##.2025-ci il tarixdən etibarən əlilliyinə görə aldığı təqaüd dayandırılmışdır. Əlilliyinin yenidən təyin edilməsi barədə bütün xəstəlik sənədlərini təqdim etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtina edilmiş və ##.##.2025-ci il tarixdə verilmiş *******250018 N-li məktubla imtina ona bildirilmişdir. Halhazırda xəstəliyi davam edir və heç bir əmək qabiliyyəti yoxdur. Buna görə də hesab edir ki, əlilliyi və təqaüdü bərpa olunmalıdır. Qeyd olunanalara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnozun mətni: Partlayış travması, keçirilmiş QKBT, baş-beynin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı. Üzvi sayıqlama (Şizofreniyayabənzər) pozuntusu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət. Miopiya. Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövət TibbiSosial Ekspertiza və Reabilitasiya AgentliyininTibbi-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Dövət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyası ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 16 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 10. Ağcabədi rayon sakini ##.##.1992-ci il təvəllüdlü İddiaçı (FIN:*******). Göndərişin nömrəsi: P00267587LZB. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xisusi. Müraciətlərin sayı: 1) ##.##.2023-##.##.2025 (2 il) OFP 40% ARƏB (ESDAS: 3-17-4/3-1-9292/2023);2) ##.##.2025 DƏƏTE (ESDAS: 3-17-4/3-1-10859/2025). Təqdim edilmiş sənəd sayı: 29. Hərbi bilet: SX N *******. Hərbi xidmət illəri: 2010-2012-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2013-##.##.2022-ci il tarixlərdə MAHHXHQ qismində hərbi xidmətdə olmuşdur. II Qarabağ Müharibəsində iştirak etmişdir. Hərbi Xdmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən (xəstəliyə görə) ordu sıralarından tərxis edilmişdir. Hərbi rütbə: Ehtiyyatda olan MAHHXHQ R. XHŞ: MN MHP HHK ##.##.2022-ci il tarixli, 9889 N-li X7. ##.##.2020-ci il tarixli 1660/16 N-li Travma haqqında Arayış (11 N-li Qoşma). Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, başında səs olmasından, əllərdə əsmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında ailəli və üç övadı (məktəb yaşları və sonuncu yeni doğulmuş) olduğunu, işləmədiyini, mənzillə təmin edildiyini qeyd etmişdir. Intihar cəhdlərinin olduğunu (1-2 dəfə özünü asmaq istəyib), lakin ailə üzvəri tərəfindən qarşısının alındığını, gecələr yuxularında şəhidləri gördüyünü, evdə başqa otaqda qaldığını bildirmişdir. Psixiatrik müayinə: (Rəhimbəyzadə Çinarə) Zahirən narahat, düzgün oturmamış, dərman təsiri altında olması istisna edilməmişdir. Əlin içərisində kiçik kəsik izi müşahidə edilmiş, onu özünün etdiyini bildirmiş və buna səbəb yaşamaq istəmədiyini ifadə etmişdir (Intihar məqsədli ola bilməz, həm də lokalizasiya). Depressiyada olduğunu, həvəsinin olmadığını söyləmiş, həyata qarşı verdiyi məlumatlarda isə ailəli olması və 3 övadından ən sonuncunun yeni doğulmuş olması məlum olmuşdur. Dərman qəbulu barədə heç bir məlumat verə bilməmiş, ümumi bilik səviyyəsi təhsilinə və yaşına uyğun olmuşdur. Özünə və ətrafa xəsarəti olmamış, qısa və uzunmüddətli yaddaşı qorunmuş, təfəkkürü normal olmuşdur. Nümayişkar oturuş və yeriş sərgiləmişdir. Diaqnoz: Hazırki psixi vəziyyəti “Anamnezdə üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntu. Ailə və məişət adaptasiyası. Maddiyyat çərçivəsində israrlı, təhdidedici əlillik tələbi” kimi müəyyənləşdirilmişdir. DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika izlənilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin hallarının tam araşdırılmamasına gətirib çıxartmışdır. Prosessual məsələlər: Iddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini bildirdilər. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materillarında olan: Iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması ilə ilkin əlillik təyin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının ## ##### 2025-ci il tarixli, *******000* nömrəli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının ## ######## 2025-ci il tarixli, *******0003 nömrəli qərarı ilə Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli, P********LZB nömrəli göndərişi əsasında İddiaçı əsas diaqnoz F06.2 “üzvi sayıqlama (şizofreniyabənzər) pozuntusu, üzvi sayıqlama (şizofreniyabənzər) pozuntusu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət” Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müəyyən edilmişdir. Xəstəlik haqqında **** nömrəli, ##.##.2022-ci il tarixli Şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı mövcud olan Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stres pozuntusu, intihar fikrləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin sirkələnməsindən sonrakı vegetativ damar davamsızlığı diaqnozu Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 0 #.##.2023-cü il tarixli, Ə №****** nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı üçüncü qrup müharibə əlilidir. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2023-cü il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıda Diaqnoz: Üzvi şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət F 06.2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2022-ci il tarixli, ***** nömrəli, məktubunda İddiaçı xəstəliyinə dair qeyd edilmişdir ki, Diaqnoz: Üzvi mənşəli (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixatik epizodları və intihar cəhdləri ilə F07.0 Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2024-cü il tarixli, **** nömrəli Həkim Psixiatr Komissiyasının iddiaçıya dair rəyində qeyd edilmişdir ki, Diaqnoz: Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət F 06.2 Travma haqqında ##.##.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Ru İddiaçı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən məmrinin partlaması atəşi nəticəsində “Barotravma” xəsarəti almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2023-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən ilkin olaraq 2 il müddətinə (##.##.2025-ci il tarixinədək) orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2025-ci il tarixli, P********LZB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, şəxsin əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində Agentliyə müraciəti (yazılı ərizəsi) daxil olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyası ##.##.2023-cü il tarixdə aşağıda adı göstərilən 23 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Ağcabədi rayon sakini ##.##.1992-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli, **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları olan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; səbəb “Sol bazu və sol saidin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın əlaqəsi müəyyənləşdirilmişdir; “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi “Hər iki gözün miopiyası M 1,25D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya 0,9 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İ (birinci) dərəcəli dişləm anomaliyası. Dişlərarası məsafə 2 (iki) mm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu. Postkommosion sindrom, psixotik daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (keçirilmiş qapalı kəlləbeyin travması) şəxsiyyət pozuntusu. Postkommosion sindrom, psixotik daxilolmalarla, intihar fikirləri və cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2022-ci il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, psixotik epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma, qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu, psixopatabənzər davranış, anamnezində psixotik hallar” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının *-**-*/*-*-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 15 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini ##.##.1992-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları olan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; səbəb “Sol bazu və sol saidin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın əlaqəsi müəyyənləşdirilmişdir; “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi “Hər iki gözün miopiyası M 1,25D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya 0,9 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “İ (birinci) dərəcəli dişləm anomaliyası. Dişlərarası məsafə 2 (iki) mm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2025-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2025-##.##.2025-ci il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Müayinə zamanı özünü təqdim etmiş, geyimi və saç-saqqalı səliqəsiz izlənilmiş, komissiya otağına şəpitlə, polislərdən tutunaraq daxil olmuşdur. Stulda uzanıqlı formada əyləşmişdir. Nümayişkar şəkildə özünü anlaqsız şəxs kimi göstərməyə çalışmışdır. Sol qoluna gümüş qolbaq taxmışdır. Kəşfiyyatçı olduğunu vurğulamış, lakin guya neçə il xidmət etdiyini bilməmişdir. Özünü öldürmək istədiyini “yaşaya bilmirəm, yata bilmirəm, yuxuda əsir düşürəm” kimi ifadələr işlətmiş, daha sonra “mənə iynə vurun özümü öldürüm, yaşamaq istəmirəm” deyərək demonstrativ nitq sərgiləmişdir. Özünə xəsarətin olması ilə bağlı soruşulduqda ilk öncə xatırlamadığını, daha sonra hər iki saiddə kəsiklər olduğunu bildirmiş, lakin müayinə zamanı xəsarət izləri görülməmişdir. Gəzərkən sol ayağında axsama izlənilmiş, bunu təzəlikcə intihar?? məqsədi ilə özünü tövlədən atması ilə əlaqələndirmişdir. Dərmanları qəbul etdiyini bildirsə də, adlarını bilməmişdir. Ailəli olduğunu, üç övladının olduğunu desə də, yaşlarını və adlarını xatırlamadığını söyləmişdir. Həkimlərin çoxsaylı təkidləri ilə övladlarının məktəbli olmadığını və ən körpəsinin hələ 1 yaşı olmadığını “xatırlamışdır”. Təfəkkürü ardıcıllığını, məntiqiliyini tam qorumuşdur. Maraqlarına uyğun olaraq məqsədliliyi, mühakiməsi aşkar olmuşdur. Təqdim etməyə çalışdığı klinika heç bir diaqnoza uyğun olmamışdır. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin edilmişdir. Hərbi xidməti 6 (altı) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Anamnezində üzvi sayıqlama (şizofrenəbənzər) pozuntu. Hazırki vəziyyəti simulyasiya. Ailə-məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 ##.##.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ##.##.1992-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixində “xxxx" X1n TTTY şöbəsinə “Sol bilək ön sətin səti kəsilmiş yaralan” diaqnozu ilə müraciət edib. Deməsinə görə lezva ilə kəsib. Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli, **** nömrəli rəydə qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı ÜZVI ŞIZOFRENƏBƏNZƏR POZUNTU, anamnezində intihar cəhdləri (F06.2) qeyd olunur. Bunu anamnestik məlumatlar və təqdim olunmuş tibbi sənədlər - ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərmi partlaması nəticəsində “Barotravma” xəsarəti alması, ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək “Barotravma, Baş beyin silkələnməsi” diaqnozu ilə Ağcəbədi RMX-də stasionar müalicədə olması, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Xocavənd RMX-da “Barotravma” diaqnozu ilə stasionar müalicədə olması, bir müddət sonra psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək MN BKH-da “Keçirilmiş qapalı kəllə-beyin travması, beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər və vegetativ damar davamsızlığı və digər diaqnozlarla stasionar müalicədə olması, MN BKH-da təkrarən ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il traixədək müalicədə olması, MN MHP-də müayinə və müalicədə olması, HHK-nın qərarına əsasən “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları olan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə.Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” və digər diaqnozların təyin olunması, hərbi travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı göstərilməsi, xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü tarixli müayinəsinə əsasən “Üzvi şizofreniyayabənzər pozuntu, intihar cəhdləri, uzadılmış psixotik vəziyyət” F06.2 diaqnozunun təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər, (zahirən gərgin görünməsi, ona edilən müraciətlərə gec reaksiya verməsi, eçitmə hallüsinasiyaları haqqında məlumat verməsi, əhvali-ruhiyyəsinin dəyişkənliyi, maraq dairəsinin məhdudlaşması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidinin olmaması və s.) sübut edir. İddiaçı Üzvi şizofrenəbənzər pozuntu anamnezində intihar cəhdləri qeyd olunur. Qeyd olunan diaqnoz X12 10-cu baxışına (XBT-10) əsasən F06.2 kodu ilə göstərilir. Şəxslərin əlillik dərəcəsinin müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Şəxs ona qeyd olunan psixi pozuntu ilə əlaqədar daim ambulator müşahidə və müalicədə olmalı, vəziyyətinin kəskinləşdiyi hallarda stasionar müalicəyə göndərilməlidir. Ekspertizata təqdim olunmuş tibbi sənədlərə əsasən İddiaçı təyin olunmuş və hazırkı müayinə zamanı təsdiq olunan “Üzvi şizofrenəbənzər pozuntu anamnezində intihar cəhdləri” diaqnozunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı kəlləbeyin travması ilə qeyd olunan səbəbli əlaqəsi vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şərh olunan rəyə və ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmiş digər sənədlərə əsasən iddiaçının xəstəliyi və həmin xəstəliklə bağlı ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə tam uyğunluğu təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, *-*(***)-****/**** nömrəli *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar