Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-557/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, müəyyən etdi: Iddiaçı İddiaçı Əlibala qızının cavabdeh Azərbaycan Respublikası Cavabdeh (bundan sonra mətndə SHXÇÜDX Füzuli rayon şöbəsi) qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək X1 “şəhid” statusu verilməsi haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci insyansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu ##.##.1998-ci il təvəllüdlü X2 hərbi hissədən hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Elmir ##.##.2016-13.10.20217-ci il tarixlərdə DIN Daxili Qoşunları sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Uşaqlıqdan peşəkar hərbiçi olmuşdur. Öz arzusu ilə Dövlət sərhəd Xidmətinə xidmətə qəbul edilərək Dövlət Sərhəd Xidmətinin X4 N saylı hərbi hissəsində R rütbəsində müddətdən artıq hqiqi hərbi xidmətdə olmuşdur. 12-## ######## 2022-ci il tarixdə Ermənistan Respublikası silhalı qüvvələrinin genişmiqyaslı təxribatın qarşısını alarkən baş vermiş şiddərli döyüşlər zamanı Elmir Abasovun səhhətində ciddi problemlər yaranmışdır. Hərbi hissənin tibb məntəqəsində aldığı müalicə müsbət nəticə vermədiyi üçün hərbi hospitala göndərilməsi qərara alınmış və ##.##.2022-ci il tarixdə hospitala gedərkən qəza nəticəsində həlak olmuşdur. Övladının şəhid kimi uçota götürülməsi və ailələrinə şəhid ailəsi statusu haqqında arayışın verilməsi üçün cavabdehə ünvanlandığı müraciətə imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan yazılı etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi üçün ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli *** nömrəli məktubuna əsasən, E.S.Abasov sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən hərbi hissədə 12-13 sentyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədi ilə aparılan döyüşlər zamanı səhhətində yaranmış problemlərlə bağlı ##.##.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi tibb avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Mərhum E.S.Abasovun ölümü bilavasitə döyüşlər zamanı səhhətində yaranmış problemlərlə əlaqədar olmadığından, onun SHXÇDX-nin Füzuli rayon şöbəsində şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun deyi. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin bildirilir ki, mərhum X1 12–## ######## 2022-ci il tarixlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, döyüşlər zamanı səhhətində yaranmış problemlərlə əlaqədar hərbi hospitala göndərilmiş, hospitala aparılarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Birinci instansiya məhkəməsi mərhumun ölümü ilə hərbi xidməti arasında mövcud səbəbli əlaqəni tam və hərtərəfli araşdırmamış, yalnız ölümün bilavasitə səbəbi olan yol-nəqliyyat hadisəsinə əsaslanaraq iddianın təmin edilməsindən imtina etmişdir. Bundan əlavə, məhkəmə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin formalaşmış hüquqi mövqelərini, oxşar işlər üzrə mövcud məhkəmə təcrübəsini və iş materiallarında olan sübutları tam və obyektiv qiymətləndirməmişdir. Prosessual məsələlər Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq ##.##.2026-cı il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun icraatında olan *(*-*)-***/**** saylı cinayət işi üzrə məhkəmə iclasında iştirak etməli olduğunu, zərərçəkmiş şəxslərin sayının çox olması səbəbindən həmin məhkəmə iclasının vaxtının dəyişdirilməsinin mümkün olmadığını bildirərək, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəb kimi qəbul edilməsini, məhkəmə iclasının təxirə salınmasını və növbəti iclasın vaxtının razılaşdırılmaqla müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı ****** №-li ölüm haqqında tibbi şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ##.##.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 11-ci ayının 21-ci günündə 125 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi Travmatik ikincili və residivləşən qanaxma qeyd olunmuşdur. Dövlət Sərhəd Xidmətinin X4 **/*/****m nömrəli ##.##.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş *-**-**/*-*-****/** saylı, ##.##.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, sərhəd döyüş məntəqəsində döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu R X1 2022-ci ilin 12-13 sentyabr tarixlərində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədilə aparılan döyüşlər zamanı səhhətində yaranmış problemlə bağlı ##.##.2022-ci il tarixdə müayinə üçün hərbi hospitala göndərilərkən hərbi hissəyə məxsus hərbi tibb avtomobilinin qəzaya uğraması nəticəsində həlak olmuşdur. Mərhum R E.Abasov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.8-ci bəndinə (müalicədə olarkən və ya müalicə yerinə gedib gələrkən) müvafiq olaraq X4 komandanının ##.##.2022-ci il tarixli 418 ş/h nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş yazılı etiraza əlavə olunmuş N №-li hərbi hissə komandirinin “Şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması haqqında” **** №-li ##.##.2022-ci il tarixli nizami hissə üzrə əmrində qeyd olunmuşdur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 27.1.8-ci bəndinə (müalicədə olarkən və müalicə yerinə gedib gələrkən) müvafiq olaraq: R X1 ## ###### 2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış hesab edilməsi və şəxsi işi saxlanılması üçün SHXÇÜDX Füzuli rayon şöbəsinə göndərilmiş hesab edilsin. R E.S.Abasovun xidmət dövrü üçün pul təminatı növlləri üzrə ödənişlər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunduqdan sonra müvafiq qaydada ödənilsin. Füzuli Hərbi Məhkəməsinin *** nömrəli ##.##.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş Füzuli Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli hökmün 5-ci səhifəsinin sonuncu abzasından müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2022-ci il tarixli ** №-li rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər: sol 3, 4, 5, 6, 7, 8-ci qabırğaların, sağ 4, 5, 6, 7-ci qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları, ağciyərin cırılması və kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, alın nahiyyəsində solda başın tüklü hissəsinə keçid yerində yara, sol gicgah nahiyəsində, çənə nahiyəsində solda, sifətin sol yarısında, sol qaşın qövsü istiqamətində, sağ və sol əlin arxa səthində 2-3-cü daraq sümükləri proyeksiyasında sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə (##.##.2022) avtoqəza nəticəsində əmələ gələ bilərdi və canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığıa ağır zərərvurmaya aiddir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. X1 ölümü ##.##.2022-ci il tarixdə baş vermiş və onun ölümünə səbəb döş qəfəsinin qapalı küt travması fonunda qabırğaların çoxsaylı yerini dəyişmiş sınıqları nəticəsində ağciyərin cırılmasından baş vermiş kəskin daxili qanaxma olmuşdur. Dövlət Sərhəd Xidmətinin Istintaq və Təhqiqat Idarəsinin *-**/***-****/** saylı ##.##.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş DSX-nin N nömrəli hərbi hissə tərəfindən verilmiş *-**-**/*-**-****/**** saylı ##.##.2025-ci il tarixli xidməti məktubunda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu R X1 2022-ci ilin 12-13 sentyabr tarixlərində sərhəd döyüş məntəqələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısının alınması məqsədilə aparılan döyüşlər zamanı hər hansı bir xəsarət və ya güllə yarası almamışdır. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu R X1 ##.##.2022-ci il tarixdə böyrəklərində yaranmış problemlə bağlı ixtisaslı müayinə olunması üçün Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına göndərilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ilk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na görə bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların: 1.1.bəndinə görə Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X10 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1. bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X10 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Iş materiallarından göründüyü kimi, iddiaçının mərhum oğlu X1 ##.##.2022-ci il tarixdə, yəni döyüş əməliyyatları bitdikdən 2 ay sonra böyrəklərində yaranmış problemlərlə bağlı hərbi hissədən müayinə üçün hospitala gedərkən hərbi hissəyə məxsus hərbi tibbi avtomobilin qəzaya uğraması nəticəsində həlak olmuşdur (Füzuli Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı hökümü). Göründüyü kimi, iddiaçının övladı döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı həlak olmamışdır. Iddiaçının mərhum övladının şəhid hesab edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilən halların hər hansı biri mövcud olmadığından iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-557/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-557/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver