Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-558/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, X11 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “anasına məxsus fərdi yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edib iddianın dəyişdirilərək, “##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X6 ## ###### 1990-cı ildə vəfat etmişdir. Anasının yeganə vərəsəsi kimi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Lənkəran rayon Notariat kontoruna müraciət etmiş, Lənkəran rayon Notariat kontoru tərəfindən ona ## #### 2011-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünvanında 0,02723 ha torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 89,6 yaşayış sahəsi 38,0, yardımçı sahəsi 51 kv.m olan mərhum anasına məxsus fərdi yaşayış evinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən ona DƏDRX-nin ünvan 1 ünavnında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair ##.##.2011-ci il tarixdə MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əlil və insult xəstəsidir. Həmin vaxtı çıxarış təqdim edilərkən həmin çıxarışda torpaq sahəsinin ölçüsünə fikir verməmişdir. Belə ki, DƏDRX-nin ünvan 1 ünavnında 0.02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair ##.##.2011-ci il tarixdə MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsü 0,02189 ha göstərilmişdir. Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünavnında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini ## ###### 2014-cü il tarixdə bağışlanma müqaviləsi ilə X1na və nəvəsi Kərimzadə (Kərimli) Kərim Imran oğluna bağışlamışdır. Ondan sonra X4 və Kərımzadə (Kərimli) Kərim Imran oğlu DƏDRX-nin ünvan 1 ünvanında 0,02723 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hər birinə 1/2 hissə olmaqla ##.##.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. X1 və nəvəsi Kərimzadə (Kərimli) Kərim Imran oğlu çıxarış alandan sonra Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünavanında yerləşən 0,02723 ha torpaq sahəsi, onun adına Dövlət reyestrindən çıxarış verilərkən az, yəni 0,02189 ha göstərilmişdir. Ona görə də ##.##.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, ##.##.2014-cü il tarixli 11D**** reyestr nömrəli bağışlanma müqaviləsinin və ##.##.2014-cü il tarixdə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair onun adına verilmiş ##.##.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin X4 və Kərımzadə (Kərimlı) Kərim Imran oğluna bağışlanmasına dair ##.##.2014-cü il tarixli 11D-**** reyestr nömrəli bağışlanma müqaviləsi, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hər birinə 1/2 hissə olmaqla X4, Kərimzadə (Kərimli) Kərim Imran oğlunun 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra zəruri sənədləri adına yeni çıxarış almaq üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Pulik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinə müraciət etmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsi ona ## ### 2022-ci il tarixli ************ nömrəli məktubla cavab verərək bildirmişdir ki, həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında mübahisə vardır. Lakin həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında heç bir mübahisə yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsi eyni əməliyyatı bir dəfə aparıb, lakin torpağın ölçüləri sənəddə səhv yazıldığı üçün həmin səhvin düzəldilməsi məqsədi ilə məcbur qalaraq köhnə sənədləri məhkəmə qaydasında ləğv etdirmişdir. Hal-hazırda qanuni əsaslarla Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsindən sadəcə ona aid işin görülməsini, ona görə də məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, hazırki iş üzrə iddiaçı İddiaçı ** saylı Lənkəran Ərazi Idarəsinə ünvanlanmış 2022-ci il ## ##### tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında ünvan 4 ünvanında yerləşən, ## #### 1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş iyul 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında hazırki iş üzrə iddiaçı şəxsin qanun üzrə vərəsəsi olduğu (X10) şəxsdən miras qalmış 0.56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər tərəflərindən icraata qəbul edilmiş və həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən, habelə faktiki yerində aparılan müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə qonşular arasında ciddi mübahisə mövcuddur. Bu baxımdan bildiririk ki, həmin dövrdə hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş, ## #### 1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş iyul 1934-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında hazırki iş üzrə iddiaçı şəxsin qanun üzrə vərəsəsi olduğu (X10) şəxsdən miras qalmış 0.56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar tərəflər arasında ciddi mübahisə (yeganə səbəb olaraq torpaq sahəsinə münasibətdə) olduğu səbəbdən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına ## ### 2022-ci il tarixli “imtina” bildirişi ünvanlanmışdır. Qeyd olunan səbəblərdən, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə ilkin hüquqmüəyyənedici sənədlərin əsaslılığı və qanuniliyi baxımından araşdırılması zərurəti yaranmışdır. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, gələcəkdə iş üzrə “xxxx” X7 “xxxx” MMC, habelə mübahisə yaradan tərəflər cəlb edilməklə, məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmaq şərtilə mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi 0.56 ha həyətyanı torpaq sahəsinə münasibətdə yaranmış uyğunsuzluğun aradan qaldırılması barədə müvafiq qərar qəbul edildiyi, yaxud tərəflər arasında “barışıq” əldə olunduğu təqdirdə tərəfimizdən baxıla bilər. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin qərarının qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim H.Nəcəfov qərarında məhkəmə tikinti-texniki ekspertizasının verdiyi ##.##.2024-cü il tarixli, *-**-**/*- **/*** nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edib həmin rəyə istinadən həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərə (hüquq sahibləri - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edildiyini qeyd etsədə işin bu halına öz şəxsi mülahizəsinə əsasən yanlış hüquqi qiymət verərək hesab etmişdir ki, üst-üstə düşən hissənin üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 Lənkəran şəhər XDS Icraiyyə Komitəsinin ## ###### 1985-ci il tarixli, ** saylı protokolundan çıxarışa (qərarına) əsasən ayrıldığı müəyyən edilir və torpaq sahəsi ayrılan zaman artıq mübahisəli ərazinin ##.##.1937-ci il tarixli, *** nömrəli "Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı "Texniki Pasport” əsasında X8 mülkiyyətində olduğu sübut olunur. Halbuki, əksinə mübahisəli torpaq sahəsi ##.##.1937-ci il tarixli *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş iyun 1964-cü il tarixli, **** saylı "Texniki Pasport” əsasında artıq mərhum atam X2 mülkiyyətinə verilmişdir.(sənədlər şikayətə əlavə olunur). Belə olan halda necə ola bilər ki eyni torpaq sahəsi bir aydan sonra başqa şəxsə (X8) ayrılsın? Təbii ki belə bir hal baş verməmişdir. Həmin 22 kv.m.torpaq sahəsi 4 ilə yaxındır ki iddiaçı tərəfindən müxtəlif vaxtlara müxtəlif tikinti materialları ilə hasarlanaraq tədricən zəbt edilmiş və sonradan axırıncı məhkəməyə müraciət edərək həmin sahənin əvvəldən öz istifadəsində olduğunu göstərmişdir. Əslində isə həmin sahə yuxarda qeyd etdiyim kimi mərhum atama rəsmi qaydada ayrılmaqla, atamın vaxtında həyətyanı torpaq sahəsində qırmızı kərpicdən inşa etdiyi, hazırda isə zəbt olunmuş sahədə qalan tualetlə birlikdə həmişə bizim istifadəmizdə olmuşdur. Sadəcə atam rəhmətə gedəndən sonra həmin torpaq sahəsi və üstündə tikilmiş ev əvvəlcə mərhum anamın, sonradan isə 1985-ci ildə mənim adıma müvafiq hüquqmüəyyənedici sənədlərlə rəsmiləşdirilmişdir. Odur ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının qismən ləğv edilərək 0,0228 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Iş üzrə mütəxəssis rəyi vermiş mühəndis X5 təqdim edilən rəyə əsasən verilmiş sualları cavablandırdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 8.0.5-ci maddəsinə əsasən 2006-cı il ####un #-dək HYPERLINK "https://eqanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:
3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.
Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı : 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2 Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iddiaçı İddiaçı tələbi (dəqiqləşdirildikdən sonra) “##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında xüsusi mülkiyyətə verilmiş 0,025 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 hüquqlarının qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş üzrə əsas olan hüquqmüəyyənedici sənədlər ##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964cü il tarixli, **** saylı “Texniki Pasport”-dur ki, qeyd edilən sənədlərə münasibətdə «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən inzibati aktlar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Ilk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. Iddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Iş materiallarında olan ##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında verilmiş 0,025 ha torpaq sahəsi X8 verilmişdir. Iş materiallarında olan Lənkəran Notariat kontoru tərəfindən ## #### 2011-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 vərəsəsi mərhumun oğlu İddiaçı ünvan 2 ünvanda 0,02723 ha torpaq sahəsində yerləşən, 1964-cü ildə tikilmiş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 89,6, yaşayış sahəsi 38.0, yardımçı sahəsi 51.6 kv.m olan mərhuma məxsus fərdi yaşayış evindən ibarət olan miras əmlakdan irs almışdır. Iş materiallarında olan MA seriyalı № ******* saylı ## ###### 2011-ci il tarixli Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 2211005331 qeydiyyat nömrəsi, 802013012962 reyestr nömrəsi ilə ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iş materiallarında olan Lənkəran Notariat kontoru tərəfindən ## ###### 2014-cü il tarixdə verilmiş Daşınmaz əmlakın bağışlanılması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanda 0,02723 ha torpaq sahəsində yerləşən, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 89,6, yaşayış sahəsi 38.0, yardımçı sahəsi 51.6 kv.m olan mərhuma məxsus fərdi yaşayış evinin 1,2 hissəsini X4, 1/4 hissəsini isə X3 bağışlamışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi idarəsinin iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən, ## #### 1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş iyul 1964-ci il tarixli, **** saylı “Texniki Pasport” əsasında qanun üzrə vərəsəsi olduğu şəxsə (X8) məxsus fərdi yaşayış evinin və ümumi sahəsi 0.56 ha həyətyanı torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki yerində olan vəziyyətin araşdırılması zərurəti yaranmışdır. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, həmin miras əmlakı olaraq torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evivinə dair tərəflər arasında mübahisə var. Iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş ##.##.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evin X4 və Kərimzadə (Kərimli) Kərim Imran oğluna bağışlanmasına dair ##.##.2014- cü il tarixli 11D-**** reyestr nömrəli bağışlanma müqaviləsi, ünvan 3 ünvanda 0,02189 ha torpaq sahəsində yerləşən fərdi yaşayəş evinin hər birinə ½ hissə olmaqla X4, Kərimzadə (Kərimli) Kərim Imran oğlunun adına verilən ##.##.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi qət etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi idarəsinin məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubunda qeyd edilmişdir ki, inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran şəhəri, X9 küçəsi ünvanında yerləşən, ## #### 1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran Rayon X26 Idarəsi tərəfindən verilmiş iyul 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu şəxsdən (X10) miras qalmış 0,56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ** saylı fərdi yaşayış evi üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar həmin şəxs tərəfindən Ərazi Idarəsinə edilən müraciətin, habelə onun müraciəti əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, tərəflərindən həmin əmlaka dair arxiv və baza məlumatları aid olan hissədə araşdırılmışdır. Məlumat üçün bildiririk ki, miras əmlak olaraq sözü gedən ünvanda yerləşən 0,56 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyatının aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının ## ##### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim olunmuş sənədlər tərəfimizdən icraata qəbul edilmişdir. Icraatda olan sənədlərin ekspertizası və faktiki yerində aparılan müayinənin nəticələrinə uyğun olaraq tərəflər arasında ciddi mübahisə olduğu səbəbdən (torpaq sahəsinə münasibətdə) həmin müraciətin icrasından imtina edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki və yerqurluşu ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Ekspert tərəfindən tərtib edilən ##.##.2024-cü il tarixli, *-**-**/*-**/*** nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, ##.##.1937-ci il tarixli, *** nömrəli "Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı "Texniki Pasport” əsasında iddiaçının qanun üzrə vərəsəsi olduğu X8 məxsus həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətə uyğun döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, ##.##.1937-ci il tarixli, *** nömrəli "Torpaq Qeydi” ilə iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, həndəsi ölçüləri və.s. əks olunan) inzibati iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı "Texniki Pasport” əsasında iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin “Texniki Pasport”dakı ölçüləri ilə faktiki vəziyyətdəki ölçülərinin uyğun gəlməməsi müəyyən olunmuşdur. Iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki coğrafi yerləşmə mövqeyinin elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərin (hüquq sahibləri - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin üst-üstə düşən hissənin hazırda mübahisə predmeti olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki sahəsi və sərhədləri müəyyən edilmişdir. Torpaq sahəsinin 0,025 ha olması müəyyən olunmuş və faktiki sərhədlərin ölçüləri rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müşahidə edilmişdir. Qərardadın altıncı sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, 3-21-3-43/2-***/**** №-li mütəxəssis rəyinə əsasən, Torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikilinin mövcud olması müəyyən olunmuşdur. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçı İddiaçı anası Kərimova Vəciyyə Mövsüm qızından Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 30 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02723 ha (272,3 kv.m) torpaq sahəsi miras qalmışdır. ## ###### 2011-ci ildə ona verilmiş çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,02189 ha (218,9 kv.m) göstərilmişdir. Sonradan həmin çıxarış Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Iddiaçı yeni çıxarış almaq üçün ** saylı Lənkəran Ərazi Idarəsinə müraciət etsə də, müraciəti əmlakla bağlı mübahisənin olması əsas gətirilərək təmin edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək anasının adına olan 0,025 ha (250 kv.m) torpaq sahəsi və üzərindəki yaşayış evinə dair hüquqların qeydiyyata alınmasını cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan ##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” əsasında iddiaçının mərhum anası X12 qanuni istifadəsində olmuş torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 hüquqlarının qeydiyyata alınmasından verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə yuxarıda qeyd olunan qanunvericilik tələblərinə uyğun həll edilməlidir. Xüsusilə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” ## ###### 2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuşdur ki, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd hesab olunur. Həmçinin qeyd olunan sənədlərin (##.##.1937-ci il tarixli, *** nömrəli “Torpaq Qeydi” və Lənkəran rayon X26 Idarəsi tərəfindən verilmiş 1964-cü il tarixli, **** saylı “Texniki Pasport”) qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia olunan 250 kv.m torpaq sahəsinin mübahisəli olan hissəsi 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” da göstərilən 272,30 kv.m torpaq sahəsinin daxilindədir.Sonuncu sənəd isə müvafiq torpaq sahəsinin iddiaçının mərhum X6 Möysüm qızına məxsus olmasını müəyyən etmək üçün əsasdır. Cavabdehin iddiaçıya ünvanladığı məktubunda imtinanın əsas səbəbi kimi həmin torpaq sahəsi üzərində qonşular arasında mübahisə olması göstərilmişdir. Üçüncü şəxs də apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli 22 kv.m torpaq sahəsi onun mülkiyyətindədir və iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunur. Tədqiq olunan ekspert rəyindən göründüyü kimi iddiaçı İddiaçı qanun üzrə vərəsəsi olduğu X8 istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı 22 kv.m ölçüdən ibarət hissəsinin üçüncü şəxslərin (hüquq sahibləri - inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin üstüstə düşən hissənin hazırda mübahisə predmeti olması müəyyən olunmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı üzərində hüququ daha əvvəl qeydə alınmış 218,9 kv.m torpaq sahəsinin faktiki istifadəsində olan 31,1 kv.m hissəsinin nəzərə alınaraq 250 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun anasına məxsus olmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Nəticə etibarı ilə iddia tələbi 1964-cü il tarixli, **** saylı “Texniki Pasport” da göstərilən 250 kv.m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsus olması ilə bağlıdır. Bu baxımdan da 272,30 kv.m torpaq sahəsinin 22,30 kv.m hissəsi iddia tələbinin predmeti olmamışdır. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Üçüncü şəxsin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı olmuşdur. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.