Məhkəmə qərarları › İş №2-1(3-9)-563/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-563/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-563/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Iddiaçı iddiaçı1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsə qarşı “Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu,iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh1n * saylı Beyləqan ərazi idarəsinə qarşı “Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, müvafiq torpaq sahəsinə dair iddiaçılar tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, məhkəmə tərəfindən göndərilmiş sorğular əsasında hər hansı hüquqmüəyyənedici sənəd əldə edilə bilməmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik deyil. Qərardaddan iddiaçı iddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 Ağcabədi rayon H.Təzəkənd kəndi ərazisində yerləşən 2.20 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDKR * saylı Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh idarə ##.##.****-ci il tarixli, *-**-*-**/*-*-****-*/**** saylı məktubu ilə müracətin icrasından imtina etmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, sözügedən 2.20 ha torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmin imtinadan narazıdırlar. Hesab edir ki, imtina əsassızdır. Belə ki, onlar bir ailənin üzvü kimi Ağcabədi rayon H.Təzəkənd kəndində yaşayır. Ağcabədi rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli ** nömrəli qərarı ilə tərtib edilmiş JN:268 KOD ******** nömrəli Dövlət Aktı əsasında onların ailəsinə Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. X1 əsasən onların ailələrinin hər bir fərdinə düşən torpaq sahəsi adambaşına verilməli olan 0,70 ha torpaq sahəsi normasından az olmaqla təxminən 0,66 sotdan olmaqla 1.99 hektardan ibarət olmaqla verilmişdir. Qeyd edir ki, Ağcabədi rayon Aqrar Islahat Komissiyası tərəfindən islahatlar aparılan zaman ailə başçısı (iddiaçı) iddiaçı1 adı həmin zaman Ağcabədi rayon H.Təzəkənd kənd IƏD-si üzrə nümayəndəliyinin ##.##.1998- ##.##.2000-ci illəri əhatə edən ** saylı təsərrüfatbaşına kitabının **** saylı şəxsi hesabında qardaşı X3 ailə tərkibinə daxil edilmiş və həmin sənədə əsasən pay torpaq sahəsi icarədə olan torpaq sahəsi kimi göstərilməklə 5,71 ha olması öz əksini tapmışdır. Həmin şəxsi hesabın əlavə məlumatlar hisssində isə qardaşı Hafizin T/A (tatamlanması üçün) 1.99 əlavə olunmasına dair qeydiyyat aparılmışdır. Iddia ərizəsinə həmin təsərüfatbaşına dair ktabdan çıxarışı əlavə edir. Qeyd edilən sənəddən də görünür ki, iddiaçı iddiaçı1 da daxil olmaqla X3 ailəsinə 5,71, iddiaçı iddiaçı1 ailə tərkibinə isə ayrıca 1.99 ha torpaq sahəsi verilməsi qeyd edilmişdir. Hazırda 5,71 təşkil edən torpaq sahəsinin 3,51 hektar hissəsi iddiaçının qardaşı X3 və onun ailəsinin adına qeydə alınmış, qalan 2.20 ha hissəsi isə nə bizim, nə də X3 mülkiyyəti kimi qeydə alınmamışdır. Həmin torpaq sahəsi qanunla bu iki ailənin mülkiyyətinə verilməli olduğu halda hazıra kimi mülkiyyət hüququ əsasında heç kimin mülkiyyətində, o, cümlədən bələdiyyə mülkiyyətimdə də deyildir. Bu kimi anlaşılmazlıq səbəbindən də həmin 2.20 ha torpaq sahəsi heç bir hüququ olmayan şəxslər tərəfindən qanunsuz istifadə edilir. Qeyd edir ki, onların ailəsi dörd nəfərdən ibarətdir. Ailənin kiçiyi, yəni iddiaçı X2 ##.##.1997-ci il təvəllüdlüdür və Ağcabədi rayon Aqrar Islahat Komissiyası tərəfindən 1998-ci ildə Ağcabədi rayon H.Təzəkənd kəndində aqrar islahatlar aparılarkən ailənin azyaşlı üzvü olmuşdur. Onların ailə üzvlərinin sayının 4 nəfər olması və aqrar islahatlar zamanı təsərrüfatbaşına kitabda qeyd edilən 5,71 ha olan torpaq sahəsinin 3,51 ha hissəsinin X3 düşməsi nəzərə alındıqda qalan 2,20 ha hussəsi onların mülkiyyətinə aid olan torpaq sahəsi hesab olunmalıdır. Buradan da belə görünür ki, pay torpaq sahəsinin verilməsi zamanı aparılan sənədləşmələrin texniki yalnışlıqlarla və natamam tərtib edilməsi, ailə başçısı Hafizin qardaşı Buludun ailə tərkibində göstərilməsi, qalan ailə üzvlərinin təsərrüfata qeyd edilməməsi, sayının isə dəqiq qeyd edilməməsi ucbatından hazırda onların mülkiyyət hüquqlarını pozulur. Həmin sənədlər əsasında onların ailəsinə 2.20 ha kənd təsərrüfatı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd qanuna müvafiq olaraq hazırlanıb təqdim edilməlidir. Onların ailə üzvlərinin Şirvan Inzibati Məhkəməsində başqa bir iddia tələbinə yəni “Torpaq sahəsinə dair plan və ölçü sənədinin hazırlanması, torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati işə baxılarkən təyin edilmiş ekspertiza zamanı ölçmə işləri aparılarkən də ekspert tərəfindən şifahi şəkildə onlara bildirilmişdir ki, əslində onlara aid olan 2.20 hektar torpaq sahəsi iddiaçı1 adına verilmiş Dövlər Aktının koduna qeyd edilmişdir. Lakin həmin kodun hansı sənəddə kodlaşdığı onlara məlum deyil. Hesab edir ki, 2.20 ha torpağın hansı sənədə kodlaşdırıldığı araşdırımalıdır (Qərarın surəti əlavə olunur). Bu məlumatı o da bir daha sübut edir ki, hazırda kənar şəxslər tərəfindən qanunsuz istifadə olunan 2.20 ha torpaq sahəsi onların mülkiyyətinə aid olan torpaq sahəsidir və onlaın adına sənədləşdirilməlidir. Beləliklə də hesab edir ki, ümumi sahəsi 5.71 ha təşkil edən torpaq sahəsindən qardaşı X3 ailəsinə verilən torpaqdan artıq qalan cəmi 2,20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması təmin edilməlidir Yuxarıda göstərdiklərini əsas tutaraq hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Ona görə də cavabdeh idarənin üzərinə Ağcabədi rayon H.Təzəkənd ərazisində yerləşən 2.20 ha kənd təsərrüfatı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. Yəni göründüyü kimi cavabdeh idarə öz imtinası ilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlaklar üzərində olan hüquqlarını kobud şəkildə pozmuşdur. Ağcabədi rayon H. Təzəkənd kəndində yerləşən 2.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDKY-da DƏDRX-nin * saylı Beyləqan Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz ediklərini bildirdi. Digər iddiaçılar məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən məhkəmə iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan: Ağcabədi Rayon Icra Hakimiyyətinin Başçısının Təzəkənd Kənd Inzibati Ərazi X12 ##.##.2026-cı il tarixli məktubuna əsasən JN-268, KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 məxsus olan Ağcabədi rayon Təzəkənd kənd kəndində yerləşən Dövlət Aktında 2.20 ha torpaq sahəsi yox 1.99 ha torpaq sahəsi vardır. Hal-hazırda Ağcabədi rayon Təzəkənd kənd kəndində yerləşən JN-268, KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında olan 1.99 ha torpaq sahəsi Ağcabədi rayon Təzəkənd kənd sakinləri Iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 istifadəsindədir. Bundan əlavə, iddiaçı1 məxsus Ağcabədi rayon Təzəkənd kəndində 154.80 kv evi və 230 kv yardımçı tikililəri vardır. cavabdeh1n * saylı Beyləqan ərazi idarəsinin ##.##.****-ci il tarixli məktubuna əsasən Ağcabədi rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 2.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ##.##.****-ci il tarixli 3-21-3-45/1-Z- 0010-8/**** qeydiyyat nömrəli müraciətinizə * saylı Beyləqan Ərazi Idarəsində baxılmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən * saylı Beyləqan Ərazi Idarəsinə təhvil verilmiş arxiv əsaslarına əsasən Ağcabədi rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli ** nömrəli qərarı əsasında ## ###### 1998-ci il tarixində tərtib olunmuş “Torpağa mülkiyyət huququna dair Dövlət Aktı sənədində 3 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ üzrə ümumi sahəsi 1.99 ha olan torpaq sahəsi ayrılmışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı sözügedən 2.20 ha torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyinə görə mülkiyyət hüququnun qeydiyyatını aparmaq mümkün olmamışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikası qanunun 14-cü maddəsinin tələblərinə əsasən hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı), bələdiyyə və məhkəmə tərəfindən baxılır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin * saylı Beyləqan Ərazi Idarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Təqdim edilmiş ** saylı, Küsülü kənd inzibati ərazi vahisi üzrə təsərrüfatbaşına kitabdan verilmiş çıxarışdan görünür ki, iddiaçıların istifadəsinə 1.29 ha torpaq sahəsi ayrılmışdır. JN 268 seriyalı, KOD ******** saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, iddiaçlar iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 mülkiyyətinə Ağcabədi rayonu, Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə 1.99 ha torpaq sahəsi verilmişdir və hazırda istifadələrindədir, hazırki vəziyyətdə iddiaçılar tərəfindən 1.99 ha torpaq sahəsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Işin hallarından görünür ki, iddiaçılar Ağcabədi rayon H.Təzəkənd kəndində yerləşən 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, müvafiq torpaq sahəsinə dair iddiaçılar tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən də müvafiq sorğular verilmiş, lakin sözügedən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığı müəyyən olunmuşdur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçılar iddiaçı4 Hafiz oğlu, iddiaçı3 Hafiz oğlu, iddiaçı2 və iddiaçı1 hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi iddiaçıların subyektiv hüququnun olmaması səbəbindən iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Beləliklə, şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar