Məhkəmə qərarları › İş №2-1(3-9)-564/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-564/2026

02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərar Şirvanǝşəhəri İşǝ№ǝ2-1(3-9)-564/2026 02.09.2026 ŞIRVANǝAPELLYASIYAǝMƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarətǝtərkibdə, X1ǝoğlununǝkatibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmişǝapellyasiyaǝşikayətinəǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyininǝcavabdehinǝüzərinəǝqoyulması”ǝtələbinəǝdairǝməhkəmədəǝiddiaǝqaldırmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəliǝqərarıǝiləǝiddiaǝtəminǝedilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından müharibə veteranı deyildir. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməldir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdirǝki,ǝiddiaǝəsassızǝolduğundanǝrəddǝedilməlidir. Qərardanǝiddiaçıǝtərəfindənǝapellyasiyaǝşikayətiǝverilmişdir. Işin halları Iddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazisi olan Qarabağda müharibənin başlanması və erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağrılmış və orduda hərbi xidmət etmək üçün N saylı hərbi hissəyə təhvil verilmişdir. Həmin hərbi hissənin tərkibində 1992-ci il tarixdən Laçın və Kəlbəcər, Füzuli rayonları ərazisində erməni quldur birləşmələrinə qarşı vuruşmuşdur. 1996-cı il tarixdə hərbi hissədən tərxis edilmişdir. Həmin günə qədər Azərbaycan silahlı qüvvələri tərkibində erməni işğalçı-quldur hərbi birləşmələrinə qarşı Azərbaycanın Qarabağ bölgəsində vuruşmuş və müharibədə iştirak etmişdir. 1992-ci il tarixdən 1996-cı il tarixə qədər N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməsi və ## ###### 1996-cı ildə tərxis olunması Beyləqan Rayon Məhkəməsinin ## ##### 2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Bundan sonra, qətnaməni də əlavə etməklə AR Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş Idarəsi tərəfindən ona rədd cavabı verilərək müharibə veteranı və vəsiqəsi verilməsindən imtina edilmişdir. Odur ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi verilməsi öhdəliyinin cavabdehinǝüzərinəǝqoyulmasıǝbarədəǝqərarǝqəbulǝedilməsiniǝməhkəmədənǝxahişǝetmişdir.ǝ Cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli */*-**** nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin ######ın #-dən 1994cü il ###ın ##-dək döyüş əməliyyatları aparıldığı dövrdə iddiaçının hərbi xidmətinə görə arxiv məlumatları olmadığına, habelə Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin tərkibində fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənmədiyinə görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş Əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş Əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli */*-**** nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparıldığı dövrdə iddiaçının hərbi xidmətinə görə arxiv məlumatları olmadığına, habelə Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin tərkibində fəaliyyəti müvafiq əmrlərlə təsdiqlənməmişdir. Beləliklə, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya alma) haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz. Yuxarıda göstərilənləri nəzərə alıb, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsiniǝxahişǝetmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləriǝiddiaǝərizəsiǝiləǝeynilikǝtəşkilǝedir. Prosessual məsələlər Iddiaçıǝİddiaçıǝməhkəməǝkollegiyasınınǝiclasındaǝapellyasiyaǝşikayətiniǝmüdafiəǝetmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraqǝnümayəndəsiǝməhkəməǝiclasǝzalındaǝiştirakǝetməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesabǝedirǝki,ǝapellyasiyaǝşikayətiǝəsassızdır.ǝ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsininǝqərarındaǝapellyasiyaǝşikayətininǝdəlillərinəǝmünasibətǝbildirilməlidir. “Veteranlarǝhaqqında”ǝAzərbaycanǝRespublikasıǝQanununun: 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyüǝuğrundaǝdöyüşǝəməliyyatlarındaǝiştirakǝetmişǝşəxslərǝmüharibəǝveteranıǝsayılırlar. 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindənǝmüəyyənǝedilir. 7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləriǝdaxilindəǝmüvafiqǝicraǝhakimiyyətiǝorqanlarıǝtərəfindənǝverilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsiǝqaydasıǝvəǝşərtləriǝhaqqında”ǝƏsasnamənin: 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasındaǝmüharibəǝveteranıǝadıǝverilir. 1-ci hissəsinin 4-cü bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasənǝverilir. Işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1973-cü il təvəllüdlü İddiaçı adına yazılmış AO No ******* saylı "Uçot kartası"nda Beyləqan RHK-1 tərəfindən ##.##.1992-ci il tarixdə hərbi xidmətə yararlı sayılması, ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçməsi və həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli *** saylı əmri əsasında tərxis etməsi, ##.##.1992-ci il tarixdən ##.##.1994cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və ehtiyata buraxılması və ##.##.1996-cı il tarixdə Beyləqan RHK-da hərbi qeydiyyata alınması yazılmışdır. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, habelə xidmət dövrü yaralanması və digər məlumatlar hərbi vəzifəlininǝadınaǝyazılmış"ǝUçotǝkartası"ndaǝaşkarǝedilməmişdir.ǝ Işdə olan Beyləqan Rayon Məhkəməsinin ## ##### 2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ## ####### 1992-ci il tarixdən ## ### 1994-cü il tarixə qədər N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirakǝetməsiǝfaktınınǝmüəyyənǝedilməsiǝqətǝedilmişdir.ǝ Işdə olan Cavabdeh Şəxsi Heyyət Baş idarəsinin ##.##.2025-cü il tarixli məktubundan görünür ki, N No-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: 23.04.94, sǝh- 50, sıra-597) ##.##.1994-cü il tarixdə Beyləqan RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 456 No-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N No-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 456 No-li əmrində (əsas: §-20, sǝh-28, sıra-8, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) ##.##.1994-cü il tarixdən hərbi hissənin 5-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısına salınaraq bütün növ müavinətlərlə təmin olunmuş və xidməti vəzifəsinin icrasına başlamış əsgərlərin siyahısında, Beyləqan RHK-nın çağırışçısı, 1973-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N No-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 492 No-li əmri ilə (əsas: §-4, sǝh-10, sıra-2) sıravi İddiaçı 5-ci MAT-dan 3-cü tabura keçirilərək əsgəri vəzifəsinin icrasına başlamışdır. N No-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli 540 No-li əmrində (əsas: §-3, sǝh-17, sıra-6, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir, adının qarşısında "##.##.1994" yazılmışdır) hərbi hissəni özbaşına tərk edərək fərarilik etdiklərinə görə haqlarında ilkin istintaq materialları toplanaraq hüquq-mühafizə orqanlarına, rayon hərbi komissarlıqlarına göndərilmiş və ştatdan kənar edilmiş 3-cü motoatıcı taborun hərbi qulluqçularının siyahısında, Beyləqan RHK-nın çağırışçısı, 1973-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. N No-li hərbi hissənin ##.##.1992- ##.##.1996-cı il tarixli fərarilik etmiş hərbi qulluqçuların adlı siyahısı qovluğunda (əsas: səh-97, sıra-51) yazılmış "N No-li hərbi hissəni ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək müxtəlif vaxtlarda özbaşına tərk etmiş Əsgərlərin siyahısında" Beyləqan RHK-nın çağırışçısı, sıravi İddiaçı ##.##.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuşdur. N No-li hərbi hissə komandirinin oktyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-iyun, noyabr-dekabr 1994-cü il və yanvar 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkarǝolunmamışdır.ǝ Işdə olan Cavabdeh ##.##.2026-cı il tarixli məktubu ilə məhkəməyə daxil olmuş N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li nizami hissə üzrə əmrində görünür ki, N No-li hərbi hissənin 3-cü motoatıcı taburunda xidmət edən, aşağıda adları göstərilən əsgərlər hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk edib fərarilik etdiklərinə görə onların haqqında ilkin-istintaq materialları toplanıb hüquq mühafizə orqanlarına və rayon hərbi komissarlıqlarına göndərilsin, ştatdanǝkənarǝedilməklə.ǝ6.İddiaçı. Işdə olan Cavabdeh Şəxsi Heyyət Baş idarəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2023cü il tarixli */*-**** nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi xidmətinizə dair arxiv məlumatları olmadığına, habelə Vətən müharibəsi dövründə N nömrəli hərbi hissənin tərkibində fəaliyyətinizə dair müvafiq əmrlərlə təsdiqlənmədiyinə görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Qanunvericiliyə görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. Iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirakı faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdənǝçıxarışlarǝolmalıdır.ǝ Kollegiya diqqətə çatdırır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Iddiaçının qanuni əsasla ehtiyata buraxılması hər hansı mötəbər sübutla təsdiq olunmur. Müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində iddiaçının ehtiyata buraxılmasına dair hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiaçın ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibəǝveteranıǝadınınǝverilməsindənǝimtinaǝetmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində ##.##.2020-ci il tarixdən N nömrəliǝhərbiǝhissədəǝustaǝkimiǝfəaliyyətǝgöstərdiyiniǝbildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsiǝqaydasıǝvəǝşərtləriǝhaqqında”ǝƏsasnaməyəǝgörə: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərǝəsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranıǝadıǝverilir. Əsasnamənin tələblərindən göründüyü kimi, iddiaçının ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissədə usta kimi fəaliyyət göstərməsi ona müharibə veteranı adının verilməsi üçün kifayət deyil. Bundan başqa, iş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ## ##### 2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı ## ####### 1992-ci il tarixdən ## ### 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarındaǝiştirakǝetməsiǝfaktıǝmüəyyənǝedilmişdir.ǝ Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki,ǝmənzil,ǝpensiyaǝqanunvericiliyiǝvəǝs.)ǝmüəyyənǝedilir.ǝ Həmin Qərarın 14-cü bəndinə görə müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusiǝicraatǝqaydasındaǝmüəyyənǝolunaǝbilər. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, müharibə veteranı adının verilməsi üçün əsas şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Işǝmateriallarındanǝgöründüyüǝkimi,ǝiddiaçıǝqanuniǝəsaslarlaǝehtiyataǝburaxılmamışdır.ǝ Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyaǝməhkəməsininǝqərarıǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82ci, 87-ci, 89-cu, 90-cıǝvəǝ94-cüǝmaddələriniǝrəhbərǝtutaraqǝməhkəməǝkollegiyası qərara aldı: Apellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədənǝsaxlanılsın.ǝ Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya MəhkəməsiǝvasitəsiǝiləǝAzərbaycanǝRespublikasıǝAliǝMəhkəməsinəǝkassasiyaǝşikayətiǝveriləǝbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar