Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-566/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qərarın ləğv olunması və kvalifikasiyanın tanınması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “cavabdeh tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli, NA******** saylı qərarın ləğv olunması və Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Smolnıy institutu tərəfindən təsdiq olunmuş 137824 ******* saylı bakalavr diplomu üzrə kvalifikasiyanın tanınması öhdəliyinin cavabdehin öhdəliyinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Məhkəmə işin faktiki və hüquqi əsaslarına məcmu halında qiymət verərək bu nəticəyə gəlmişdir ki, cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuş və həmin imtina iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1975-ci ildə Cəlilabad rayonunda anadan olmuş və hazırda da ünvan 1 ünvanında yaşayır. O, 2012-2017-ci illər ərzində Rusiya Federasiyası Sankt Peterburq şəhərində yerləşən Smolnıy institutunda iqtisadiyyat ixtisası üzrə bakalvr təhsili almış və ##.##.2017-ci il tarixdə verilmiş diplom əsasında həmin ixtisası müvəffəqiyyətlə bitirmişdir. Həmin diplom 137824 ******* nömrəlidir və ##.##.2017-ci il tarixdə Sankt-Peterburq şəhərində apostil olunaraq təsdiq olunmuşdur. Həmin diplomun tanınması barədə Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş, lakin ##.##.2025-ci il tarixli, NA ******** saylı qərara əsasən xarici dövlət ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina olunmuşdur. Imtina səbəbi olaraq qiyabi forma üzrə auditoriya dərslərində il ərzində 180-240 saat dərsdə olmadığı göstərilmişdir. O, həmin qərarla razı deyil, belə ki, əvvəla o, 2012-2018-ci illər ərzində müxtəlif vaxtlarda səhhətində olan problemlərlə bağlı bülletendə olmuş, buna görə də əyani formada dərslərdə iştirak edə bilməmiş, bundan başqa, inzibati orqanın əyani dərslərdə tələbi olan 180-240 saatlıq qanun ona şamil oluna bilməz, həmin qanun ölkə daxili təhsil proqramını nəzərdə tutur. O, xarici ölkədə təhsil almış, bir neçə dəfə təhsili ilə bağlı Rusiya Federasiyasında olmuş, lakin müəyyən dərslər online qaydada keçirilmişdir. Həmçinin həmin qaydalarda xarici dövlətdə təhsil alanlara 180-240 saat auditoriya dərsləri nəzərdə tutulmamış, həmin müddətin üçdə iki hissəsi nəzərdə tutulmuşdur. Lakin inzibati orqan düzgün araşdırma aparmamış, diplomun təsdiq olunmasını, apostil olunmasını və tam olaraq qanuni formada əldə olunmasını araşdırmamışdır. Əgər həmin diplom təsdiq olunmamış olsaydı, o zaman Rusiya Federasiyası həmin diplomu apostil etməzdi. Bundan başqa, diplomdan başqa, onun həmin ali təhsil müəssisəsi ilə daxil olmağı barədə müqavilə, bitirməyi barədə qiymət cədvəlləri və digər sübutlar da mövcuddur. Dövlətimiz tərəfindən təhsil alınmasına təminat verilir, onun təhsil aldığı müəssisə Azərbaycan Respublikasında tanınan təhsil müəssisəsidir və ##.##.1961-ci il Haaqa konvensiyasının tələbinə əsasən həmin diplom apostil olunmuşdur. Inzibati orqan tərəfindən qəbul olunmuş qərarla razı deyil və ləğv olunmasını xahiş edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı İddiaçı Rusiya Təhsil Akademiyasının Smolnı Institutu tərəfindən ona verilmiş ##.##.2017-ci il tarixli, N° 137824 ******* nömrəli diplom (Iqtisadiyyat/bakalavr/qiyabi) üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması məqsədilə ##.##.2025-ci il tarixində xxxxnə müraciət etmişdir. Iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmışdır. Qaydalara uyğun olaraq iddiaçının tədris ili ərzində müvafiq təhsil səviyyəsi üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmaması səbəbindən ##.##.2025-ci il tarixli qərarla onun müraciəti üzrə imtina qərarı verilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır və qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Bu da həftəlik maksimum 30 saatlıq yolverilən tədris yükü nəzərə alındıqda ümumilikdə il ərzində 6-8 həftəlik müddətdə faktiki olaraq cəlb olunmaqla tədrisdə iştirakı zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Bununla bağlı bildirilir ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir (Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü yarımbəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İ il-getməyib, II il-getməyib, III il-getməyib, IV il-getməyib, V il-3 gün. Iddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının 28 və 29-cu bəndlərində qeyd olunmuşdur ki: “Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.” “Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.” Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının müraciəti üzrə hazırkı iddia tələbi imtina aktının ləğv edilməsi və ona tanınma haqqında şəhadətnamə verilməsini nəzərdə tutur, lakin əslində cavabdeh və iddiaçı arasında hüquqi mübahisənin predmeti onun Qaydaların 4.1-ci bəndinin tələblərinə, başqa sözlə sərhədkeçmə tələbləri ilə uyğunsuzluğudur. Həmçinin işə baxan tərkib və iddiaçı tərəfə də məlumdur ki, hazırkı iş üzrə məhkəmə icraatı məhz vətəndaşın sərhədkeçmə tələblərinin uyğunluğu hissəsində araşdırma aparmaqdadır, habelə, cavabdeh tərəf iddiaya münasibətini bu hissədə etiraz və apellyasiya şikayəti ilə təqdim etmişdir. Yəni hazırkı iş üzrə, iddiaçının iddia tələbi real hüquqi mübahisənin çərçivəsindən olduqca genişdir və onun təmin olunması Qaydalara uyğun olaraq 5-ci və 6-cı hissələrin tələbləri çərçivəsində akademik və peşə tanınması üzrə icraat aparılmadan ona tanınma haqqında şəhadətnamənin verilməsini şərtləndirəcəkdir. Bu hal isə mövcud məhkəmə icraatının yaranmış hüquqi mübahisənin real çərçivəsinə mübafiq olmayan daha geniş hissəni əhatə edən qərarı çıxarmasına gətirib çıxaracaqdır. Yuxarıda təsvir olunmuş uyğunsuzluğu, bir nümunə ilə izah etsək, hazırkı iş üzrə iddiaçının müraciəti üzrə inzibati icraat zamanı Qaydaların 4.1-ci bəndinə müvafiq olaraq uyğunluq müəyyən edilsəydi, onun müraciəti növbəti mərhələyə keçərək, Qaydaların 5-ci və 6-cı hissələrinə müvafiq olaraq, onun müraciəti üzrə akademik tanınma üzrə uyğunluq qiymətləndirildikdən sonra, vətəndaş hüquq ixtisası üzrə təhsil aldığı üçün 6.2-ci bəndin tələbinə müvafiq DIM imtahanına yönləndirəcəkdi. Beləliklə, indiki mərhələdə, məhkəmə icraatının yekununda onun sərhədkeçmə məlumatlarının Qaydalara uyğun hesab edilməsi imtina qərarını ehtiva edən inzibati aktın ləğvini şərtləndirsə də, iddiaçıya akademik və peşə tanınması haqqında şəhadətnamələrin həmin hisssədə icraat aparılmadan verilməsini öhdəlik kimi müəyyən etməməlidir. Məhkəmənin də məlumu olduğu kimi, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçılarına yardım etməyə borcludur və IPM-nin 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırkı iş üzrə iddia tələbinin məhz cavabdeh və iddiaçı arasında mövcud olan hüquqi mübahisənin real həddində, məhz müraciət üzrə halların Qaydaların 4.1-ci bəndinə uyğunluğu (yəni imtinanın əsası olan sərhədkeçmə məlumatları üzrə uyğunsuzluq) hissəsində baxılmasını və iddia tələbinin ehtiva etdiyi bütün icraat üzrə akademik və peşə tanınması haqqında şəhadətnamələrin verilməsi hissəsində öhdəliyin müəyyən edilməməsini məhkəmə tərkibindən xahiş edir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından, habelə formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmamasını şərtləndirən hüquqi əsaslar mövcud olduğundan iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə ##.##.2025-ci il tarixli, NA******** nömrəli qərarında qeyd edilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin əli təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən, xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən QƏRARA ALINDI: Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. ## #### 2017-ci il tarixli, 137824 ******* nömrəli bakalavr diplomundan görünür ki, iddiaçı İddiaçı Rusiya Federasiyası “Rusiya təhsil akademiyası Smolnıy institutu” “38.03.01 Iqtisadiyyat” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət Imtahan Komissiyasının qərarı ilə “Bakalavr” kvalifikasiyası verilmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı 2012-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2013 Çıxış Iran, ##.##.2013 Giriş Iran, ##.##.2017 Çıxış Rusiya, ##.##.2017 Giriş Rusiya, ##.##.2018 Çıxış Rusiya, ##.##.2018 Giriş Rusiya. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları”nın 3.10.1 bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. Həmin “Qaydalar”ın 4.1 bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən edilməlidir. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Kollegiya hesab edir ki, hazırki işin halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyinə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair nəticə əsaslı hesab edilə bilər. Işin hallarıdan görünür ki, iddiaçı 1-ci, 2-ci, 3-cü və 4cü illər ərzində təhsil aldığı ölkəyə ümumiyyətlə getməyib, sonuncu il isə 3 gün getmişdir. Belə olan halda iddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin digər dəlilləri işin mahiyyətinə aid olmadığından kollegiya həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-566/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-566/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver