Məhkəmə qərarları › İş №2-1(3-9)-568/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-568/2026

24.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-568/2026 24.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə (bundan sonra mətndə * saylı Ərazi Vergilər Idarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanununvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır.Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, inzibati işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan Inzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində əsassız və qanunsuz olaraq barəsində nəzarət kassa aparatından çekin verilməməsinə görə müvafiq akt və protokol tərtib etmişdir. Belə ki, gəlir əldə edə bilmədiyi və müvafiq vergiləri ödəmək imkanını olmadığından sahibkarlıq fəaliyyətini uzun müddətdir dayandırmışdır. O, ##.##.2024-cü il tarixində Imişli şəhərində evinə qayıdan zaman yolunun üstündə yerləşdiyindən bəzi təmizlik işləri aparmaq üçün əvvəllər nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışını həyata keçirdiyi mağazanı açmışdır. Müəyyən aralıqlarla mağazada belə işlər görür. Mağazada olan zaman tanımadığı bir nəfər əlində qab mağazaya daxil olub, ona göstərdiyi maşın yağının olub olmadığını soruşmuşdur, o isə ona artıq satış həyata keçirmədiyini, ümumiyyətlə isə o yağın onda olmadığını bildirmişdir. Həmin şəxs mağazadan çıxıb getmişdir. O, çıxıb getdikdən sonra tanımadığı iki nəfər şəxs mağazaya daxil olub, özlərini təqdim edib vergi əməkdaşları olduqlarını və onun fəaliyyətini dayandırmağının səbəbini soruşmuşdurlar. O, izah etdikdən sonra məlumatlandırma məqsədilə gəldiklərinin, ona əgər fəaliyyətə başlayacaqdırsa nəzarət kassa aparatının quraşdırmalı olduğunu və müqavilə əsasında onlar quraşdıracaqlarını daha sonra isə aylıq müəyyən ödənişlər tutulmaqla hesablaşma aparılacağını, onun üçün belə daha rahat olacağını bildirdilər. Daha sonra bu izahları qeyd etdiklərini və ona imza etməli olduğunu bildirdilər. O da oxumadan bir iki sənədə imza etmişdir. Evdə həmin sənədləri nəzərdən keçirən zaman tamam fərqli sənədlər olduğunu görmüşdür. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndələri qanunsuz olaraq ona sənədlərə imza etdirmişdir. Cavabdeh inzibati orqan * saylı Ərazi Vergilər Idarəsinin *-**-*-**/*-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən R X2 və R X1 ##.##.2024-cü il tarixdə fiziki şəxs İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən Ehtiyat hissələri mağazasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Bununla bağlı fərdi sahibkar İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını izahatında təsdiq etmişir. Tərtib edilmiş akt əsasında * saylı Ərazi Vergilər Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi anunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min manat) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maiyyə sanksiyalarının məbləğlərinin, inzi cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı eletron qutuda ##.##.2024-cü il tarixli **************** nömrəli məktubun vergi ödəyicisinə göndərilmişdir. ##.##.2024-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsassızdır. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qərarda yalnız qanunvericiliyin müddəaları sadalanmış, qərar kifayət qədər əsaslandırılmamış, onun tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməmiş, ##.##.2024-cü il tarixdə saat 12:15-də “Jiquli” markalı “**-BE-***” dövlət nömrə nişanlı avtomaşının sahibinə 1 ədəd mühərrik yağına görə ödənilmiş 5 manat məbləğ üçün NKA-nın çeki təqdim edilməməsinə istinad edilərək ##.##.2024-cü il tarixli qərar qəbul edilsə də, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün onun həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmamışdır. Belə ki, “Jiquli” markalı “**-BE-***” dövlət nömrə nişanlı avtomaşının sahibi barədə məlumatlar qərarda göstərilməmişdir. Ona görə ki, həmin şəxs ona yağın satılmadığını təsdiq edə bilər. Bu hal satışın olmadığını, dolayısı ilə vergi orqanının qərarının əsassız və qanunsuzluğunu təsdiq edir. 1 ədəd mühərrik yağının satılması nə * saylı Ərazi Vergilər Idarəsi tərəfindən sübut edilmiş, nə də məhkəmə tərəfindən araşdırılmışdır. Bundan başqa vergi orqanı NKA-nın nasaz halda olması, yeni nəsil NKA-nın tətbiq edilməməsi, NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabının olmamasına istinad etməsi tamamilə əsassızdır. Belə ki, o 2023-cü ilin dekabr ayınadək fəaliyyət göstərmişdir. Həmin dövrdə NKA, həmçinin NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı olmuşdur. Lakin 2023-cü ilin dekabr ayında fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq onun məlumatı və heç bir hüquqi və faktiki əsas olmadan vergi orqanı tərəfindən fəaliyyətim bərpa edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Z.Paşayev apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)- ***/**** saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq iddiaçının iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır.4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanununvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hal ondan ibarət olmuşdur ki, müştəri tərəfindən alınmış 1 ədəd mühərrik yağına görə ödənilmiş 5 manat məbləğ üçün NKA-nın çeki təqdim edilməmişdir. Yoxlayıcılar tərəfindən aparılmış müşahidə zamanı NKA-nın faktiki olaraq işləmədiyi,nəzarət kitabçasının qeydiyyatının aparılmadığı və nəzarət kitabçasının obyektdə olmadığı müəyyən edilmişdir. Iddiaçı tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, ************** №-li Qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Işdə olan ##.##.2024-cü il tarixdən “Sahibkarlıq sahəsində aparlan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1ndə ehtiyat hissələrinin satışı mağazası və avtomobillər üçün ehtiyat hissələrinin satışı mağazasında ##.##.2024-##.##.2024-cü il tarixədək əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət edilməsi ilə bağlı operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Işdə olan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 24008010131504 nömrli, ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, ünvan 1ndə “Ehtiyat hissələrinin satışı” Mağazasında avtomobillər üçün ehtiyat hissələrinin satışı ilə məşğul olan İddiaçı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri nəticələri üzrə ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək (##.##.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdr. Işdə olan “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti” haqqında ****** №-li ##.##.2024-cü il tarixli aktdan müəyyən olunur ki, ehtiyat hissləri mağazasında NKA-da istifadə olunur, ##.##.2024-cü il tarixdə saat 12:15-də müştəri Juqili markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşının sahibi tərəfindən alınmış bir ədəd mühərrik yağı bir litrlik dəyəri 5 (beş) manat nəğd ödənilmiş 5 (beş) manat pul məbləğində NKA-dan çek verilmədiyi müəyyən olunmuşdur. NKA-nın nasaz halda olması, yeni nəsil NKA-nın tətbiq edilməməsi, NKA-nın işləmədiyi, dövrlə aparılan əməliyyatarın uçotu kitabının olmaması səbəbindən yayındırılmış 5 (beş) manat məbləğin bərpası mümkün olmadı. Nəticə: İddiaçı barəsində Vergi Məcəlləinin 58.7-ci maddəsinə əsasən malkiyyə sanksiyasnın tətbiq edilməsi təklif olunmuşdur. Qanunvericiliyin tələbləri bir daha izah olunmuş və əməl olunmasa yeni nəsil NK-nın təbiqi, NKA-nın nasazlığının aradan qaldırılmsı tələb və təklif olunmuş,”Nəzarət kitabçası” təqdim olunmamışdır. Işdə olan “Vergi ödəyicisnin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ************** nömrəli ##.##.2024-cü il tarixli qərarından müəyyən olunur ki, * saylı Ərazi Vergilər Idarəsinin rəisi R İddiaçı məxsus obyektdə keçirilmiş operativ vegi nəzarətinin nəticləri haqqında ##.##.2024-cü il tarixli ****** №-li akta eləcə də Tərtib edilmiş akta baxıb müəyyən etmişdir: Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını nəzrə alaraq Vergi Məcəlləsnin 23-cü və 49-cu maddələrini əsas tutaraq qərara almışdır: İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması aylarının pozulması təqvm ili ərzində birinci dəfə yol verdiynə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Işdə olan Dövlət Vergi Xidmətinin “Inzibati şikayətin təmin edilməməsi haqqında” oktyar 2024-cü il tarixli qərarından müyyən olunur ki, qərarla- fərdi sahibka İddiaçı operativ vergi nəzarəti tədbirinin nəticəsindən Azərbaycan Respubikasının Baş Prokurorluğuna ünvanlanmış və baxılması üçün dövlət Vergi Xidmətinə göndərilmiş ##.##.2024-cü il tarixli inzibati şikayətin təmin edilməməsi, ##.##.2024-cü il tarixli DVX seriyalı ****** nömrəli “əhai hesablaşmalarının aparılması qaydalarınarayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin 8 sayı Ərazi Vergilər Idarəsi tərəfindən qəbul ediliş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb eilməsi haqqında” 0509.2024-cü il tarixli ************** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.Iddiaçı vergi orqanında fəaliyyətini dayandırdığını və təsərrüfat subyektində satış həyata keçirmədiyinə istinad etmişdir. Öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də malların elektron qaimə təqdim edilməli olduğu halda təqdim edilmədən satılmasıdır. Azərbayca Respublikası Vergi Məcəlləsinin 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarətkassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Işin hallarından görünür ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazada ##.##.2024-cü il tarixdə saat 12:15-də müştəri Jiquli markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin sahibi tərəfindən alınmış bir ədəd mühərrik yağı bir litrlik dəyəri 5 (beş) manat nəğd ödənilmiş, nəzarət-kassa aparatının nasaz halda olması səbəbilə çek verilməmişdir. Odur ki, hazırda vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçı (VÖEN: **********) İddiaçı texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatı istifadə etməklə pul hesablaşmasını həyata keçirərək vergi qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozmuşdur. Bu barədə tərtib olunan inzibati orqan tərəfindən tərtib edilmiş sənədlərlə iddiaçı tanış edilmiş və imzalamışdır. Qərarın əsaslandırılması ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, VM-in 50.3-cü maddəsi operativ vergi nəzarətinin vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməsini birbaşa müəyyən edir. Digər tərəfdən Vergi Məcəlləsinin 50-ci maddəsində yoxlamanın keçirilməsi üçün hüquqi əsaslar konkret formada müəyyən olunmuşdur. Məcəllədə 50.2-ci maddənin müvafiq yarımbəndləri müxtəlif hüquqi meyarlar əsasında tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 50.2.1, 50.2.2 və 50.2.3-cü bəndlərində vergi nəzarəti tədbirləri üçün əsas kimi faktın mövcudluğu və mənbəyi bəlli obyektiv məlumatlar kifayət edirsə, 50.2.4 və 50.2.5-ci bəndlər üzrə hüquqi qiymətləndirmə və “kifayət qədər əsas”la əsaslandırılmış hüquqi nəticə tələb edilir. Məhz buna görə də, operativ vergi nəzarətinin aparılması ilə bağlı qərarın əsaslandırılması VM-in 50.3-cü və 50.2.4-cü maddələrinin tələbləri baxımından zəruridir. Iş materialları ilə müəyyən edilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi qeyd edilmişdir. Məhkəmə kollegiyası OVN-nin keçirilməsi üçün VM-nin 50.2.4-cü maddəsində nəzərdə tutulmuş “kifayət qədər əsas” meyarının hazırkı iş üzrə tətbiqi ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bu zaman nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni "kifayət qədər əsas" olmalıdır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatı vasitəsilə təqdim edilən çekdə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məlumatlar, o cümlədən satılmış malın (işin, xidmətin) adı və digər zəruri rekvizitlər əks etdirilməlidir. Bu tələbin məqsədi satış əməliyyatlarının şəffaflığını, vergi uçotunun düzgün aparılmasına nəzarətinin həyata keçirilməsini təmin etməkdir. Malın adının və ya çeşidinin düzgün göstərilməsi vergi orqanının sahibkarlıq fəaliyyətinə dair əməliyyatların faktiki məzmununu müəyyən etməsinə xidmət edir. Məhz yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçı barəsində vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən həqiqətən də Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada nəzarət kassa-aparatından istifadə edilmədiyi müəyyən edilərək müvafiq aktlarla rəsmiləşdirilmiş və buna dair qərar qəbul edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinin zəruri edən faktiki şərtlər mövcud olmuş və həmin faktlar keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində aşkar olunaraq nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı qəbul etdiyi və hazırda iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar