Məhkəmə qərarları › İş №2-1(3-9)-575/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-575/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-575/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçı İddiaçı, iddiaçının qəyyumu X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Daxili Işlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab oldunduğundan məhkəmə hesab etmişdir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və onun hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.1975-ci ildə Masallı rayonunun Xallıcallı kəndində anadan olmuş, hazırda da həmin ünvanda qeydiyyatda olmaqla orada onun himayəsində yaşayır. Masallı Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2025-ci il tarixli, *** saylı Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan qardaşı İddiaçı üzərində rəsmi qəyyum təyin edilmişdir. Bundan sonra o, hazırki tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən cavab məktubu ilə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Beləliklə, məlum etmək istəyir ki, İddiaçı Masallı rayon Hərbi komisarlığı tərəfindən hərbi xidmətə gedərək, ##.##.1993cü ildən ##.##.1996-cı ilədək Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsindən hərbi xidmət keçmişdir. O, ilk öncə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində yerləşən hərbi hissəyə yola salınmışdır. Bir neçə ay keçmiş baş nahiyyəsindən yaralanaraq, Hacıqabul rayonunda xəstəxanaya yerləşdirilib. Sonra isə Xəstəxanadan evə buraxılıb. 2 gün evdə qaldıqdan sonra, yenidən hərbi xidmətə yollanıb. Torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarında düşmənlər tərəfindən mühasirəyə düşərək, 250 nəfər əsgərdən cəmi 8 nəfər əsgər sağ geri qayıtmışdır. Həmin 8 nəfər də yaralı olduqundan onunla birlikdə 4 nəfər hal-hazırda yaşayır. Həmin döyüş əməliyyatında da, o, yenidən kəllə-beyin travması alaraq hazırda da ruhi əsəb xəstəliyindən əziyyət çəkərək pisxoloji dispanserdə qeydiyyatdadır. Bunu da əsas qeyd etmək istəyir ki, DIN DQ Hərbi-həkim komisyasının ##.##.2009-cu il tarixli, ** nömrəli tibbi şəhadətləndirilmə barədə Arayışının qərar hissəsində görünür ki, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Buna da əsas: “DIN DQ Komandanının R/**** nömrəli ##.##.2009-cu il tarixli göndərişi. Masallı RHK-dan 331-N-li 12.05.09-cu il t-li gön-ş və arayış. Hacıqabul RMX-dan epikriz və arayış. Lənkəran rayonlararası pisxonevroloji dispanserindən epikriz.” olmuşdur. Bütün bunlara baxmayaraq, İddiaçı müharibə vetranı adı verilməmişdir. Bununla bağlı müraciət etdikdə isə əsassız olaraq imtina etməklə tələbi təmin edilməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müracət etməli olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkiledir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan: Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş (* nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunur ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq Komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Odur ki, qardaşınız İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə müvafiq komissiyaya müraciət etməyiniz məqsədəmüvafiqdir. Daxili Işlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının ##.##.2009-cu il tarixli, ** nömrəli tibbi şəhadətnamə barədə arayışından görünür ki, Nazirlər Kabinetinin ** nömrəli ## ###### 2008-ci il tarixli qərarı və DIN-nin 559 N-li ## ####### 2008-ci il tarixli Təlimatına əsasən İddiaçı “qıcolma tutmaları ilə gedən epilepsiya” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Masallı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, *** nömrəli sərəncamında əsasən Masallı rayonu Xallıcalı kəndində qeydiyyatda olmaqla yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan qardaşı İddiaçı üzərində qəyyum təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən ##.##.1993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Cavabdeh Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2000-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsində (keçmiş Masallı rayon Hərbi Komissarlığında) hərbi qeydiyyata alınmışdır. İddiaçı müraciəti əsasında onunxidmətinin dəqiqləşdirilməsi üçün ##.##.2024-cü il tarixdə *-**-**/*- ****/**** nömrəli məktubla Azərbaycan Respublikası DIN Daxili Qoşunların Baş Idarəsinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. DIN Daxili Qoşunların Baş Idarəsinin Mərkəzi Arxivindən Xidmətin Masallı rayon şöbəsinə daxil olmuş ##.##.2024-cü il tarixli *** nömrəli arxiv arayışında İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.1996-cı il tarixli * nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** nömrəli əmrilə hərbi hissənin fərari əsgərlərinin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri DQBI-nin təşkilat və komplektləşdirmə şöbəsinə göndərilməsi, N nömrəli hərbi hissə komandirinin ##.##.1999-cu il tarixli, *** nömrəli əmrilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X5 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli qərarına əsasən barəsində qaldırılmış cinayət işinə xitam verilməklə hissənin ştatdankənar əsgəri kimi şəxsi heyətin siyahısından çıxarıldığ və hərbi qeydiyyata durmaq üçün Masallı RHK-na göndərildiyi qeyd edilmişdir (surəti əlavə olunur). İddiaçı Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-həkim komissiyası tərəfindən ##.##.2009-cu il tarixdə şəhadətləndirilmiş barəsində “Qıcolma tutmaları ilə gedən epilepsiya” diaqnozu ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərar verilmişdir (surəti əlavə olunur). İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə, məhkum edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat yoxdur. Azərbaycan Respublikası DIN Daxili Qoşunların Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçı N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N saylı hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli əmrilə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (əmrdə atasının adı Iman kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli əmrilə fövqəladə vəziyyətlə əlaqədar olaraq hissəni özbaşına tərk etmiş hesab edilərək hissənin qazan təminatından çıxarılmışdır (əmrdə adı İddiaçı kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli əmrilə ## ###### 1994-cü il tarixdən fərari əsgərlərin siyahısında hərbi hissəyə qayıtmış hesab edilmişdir (əmr qərargah rəisi tərəfindən imzalanmamışdır); N saylı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli əmrilə ## ##### 1994-cü il tarixdən Hacıqabul rayon xəstəxanasına stasionar müalicəyə getmiş hesab edilmişdir (əmrdə atasının adı fmanəli kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, *** nömrəli əmrilə ## ###### 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; N saylı hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli, *** nömrəli əmrilə qospitalı özbaşına tərk etmiş hesab edilmişdir (hissəyə qayıtması barədə məlumat aşkar olunmadı və əmrdə atasının adı Iman kimi qeyd edilmişdir); N saylı hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli əmrilə xüsusi təyinatlı taborda 3-cü taqımın 4-cü bölməsində sapyor vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli əmrilə 1-ci minaatıcı tağım idarə bölməsində kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir; 9. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.1996-cı il tarixli nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli, ** nömrəli əmrilə hərbi hissənin fərari əsgərlərinin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri DQBI-nin təşkilat və komplektləşdirmə şöbəsinə göndərilmişdir; N saylı hərbi hissə komandirinin ##.##.1999-cu il tarixli, *** nömrəli əmrilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X5 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli qərarına əsasən barəsində qaldırılmış cinayət işinə xitam verilməklə hissənin ştatdankənar əsgəri kimi şəxsi heyətin siyahısından çıxarılıb, hərbi qeydiyyata durmaq üçün Masallı RHK-ya göndərilmişdir. Qeyd: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının # ###### 1994-cü il tarixli DQŞ-* saylı Fərmanına əsasən Daxili qoşunların komandanının ##.##.1994-cü il tarixli, *** nömrəli əmrilə ## ###### 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında Masallı rayonu üzrə 116cı sıra nömrəsi ilə qeydə alınmışdır (h/b Xs6523792). Arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə təqdim olunur. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Əliyev Imanverdi Hidayət oğlu ##.##.2025-ci il tarixdə oğlu İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, İddiaçı 1992-1993-cü illərdə N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Komissiya tərəfindən vətəndaş Əliyev Imanverdi Hidayət oğluna ##.##.2025-ci il tarixli Ə-**** nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Daxili Qoşunların arxivində İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar aşkar edilmədiyindən, xidmət etdiyi hərbi hissələri özbaşına tərk etdiyinə, eləcə də xidmət müddətində cinayət məsuliyyətinə cəlb edildiyinə dair məlumatlar olduğundan qaldırdığınız məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi məqsədəmüvafıq hesab edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı ##.##.2013-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbdən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. DIN Daxili Qoşunların Baş Idarəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də sıravi İddiaçı Daxili Qoşunların tərkibində hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1.N saylı hərbi hissə (dislokasiya yeri Hacıqabul şəhəri) komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (əmrdə atasının adı Imam kimi qeyd edilmişdir); N saylı hərbi hissə (dislokasiya yeri Hacıqabul şəhəri) komandirinin ##.##.1993-cü il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə fövqəladə vəziyyətlə əlaqədar olaraq hissəni özbaşına tərk etmiş hesab edilərək hissənin qazan təminatından çıxarılmışdır (əmrdə adı İddiaçıt. kimi qeyd edilmişdir); N saylı hərbi hissə (dislokasiya yeri Hacıqabul şəhəri) komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli nizami hissə üzrə əmrilə ## ###### 1994-cü il tarixdən fərari əsgərlərin siyahısında hərbi hissəyə qayıtmış hesab edilmişdir (əmr qərargah rəisi tərəfindən imzalanmamışdır); N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1994-cü il tarixli, ** nömrəli nizami hissə üzrə əmrilə ## ##### 1994-cü il tarixdən Hacıqabul rayon xəstəxanasına stasionar müalicəyə getmiş hesab edilmişdir (əmrdə atasının adı Imanəli kimi qeyd edilmişdir); N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1994-cü il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə ## ###### 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1994-cü il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə qospitalı özbaşına tərk etmiş hesab edilmişdir (hissəyə qayıtması barədə məlumat aşkar olunmadı və əmrdə atasının adı Iman kimi qeyd edilmişdir); N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə xüsusi təyinatlı taborda 1-ci bölük 3-cü taqımın 4-cü bölməsində sapyor vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1995-ci il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə 1-ci minaatıcı taqımın idarə bölməsində kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.1996-cı il tarixli, * nömrəli əmrinə əsasən N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1996-cı il tarixli nömrəli nizami hissə üzrə əmrilə hərbi hissənin fərari əsgərlərinin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri DQBI-nin təşkilat və komplektləşdirmə şöbəsinə göndərilmişdir; N saylı hərbi hissə (dislokasiya yeri Qazıməmmədi şəhəri) komandirinin ##.##.1999-cu il tarixli, *** nömrəli nizami hissə üzrə əmrilə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində X5 münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ####### 1997-ci il tarixli qərarına əsasən barəsində qaldırılmış cinayət işinə xitam verilməklə hissənin ştatdankənar əsgəri kimi şəxsi heyətin siyahısından çıxarılıb, hərbi qeydiyyata durmaq üçün Masallı RHK-ya göndərilmişdir. Sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının # ###### 1994-cü il tarixli DQŞ-* saylı Fərmanına əsasən Daxili qoşunların komandanının ##.##.1994-cü il tarixli, *** nömrəli əmrilə ## ###### 1994-cü il tarixə kimi hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında Masallı rayonu üzrə 116-cı sıra nömrəsi ilə qeydə alınmışdır (h/b .Nb6523792). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı cavabdeh Cavabdeh qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar İddiaçı hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olması barədə, hərbi xidmət zamanı yaralanması barədə, həmçinin iddiaçının “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə məlumatların və sənədlərin, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə, digər zəruri məlumat və sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin Şirvan Inzibati Məhkəməsinə təqdim olunmasına dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır. Müəyyən olunmuşdur ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon Hərbi Komissarlığı) tərəfindən ##.##.1993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsində ##.##.1993-cü il tarixdən ##.##.1996-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2000-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsində (keçmiş Masallı rayon Hərbi Komissarlığında) hərbi qeydiyyata alınmışdır. Iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı ##.##.2013-cü il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və “şizofreniya paranoid forma” diaqnozu əsasında Hərbi Xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Şəxsi Heyətlə Iş Idarəsi tərəfindən daxil olmuş məktubda göstərilmişdir ki, İddiaçı xidmət etdiyi dislokasiya yeri Hacıqabul şəhəri (Qazıməmməd şəhəri) olan DIN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsi döyüş bölgəsi olmamış, iddiaçı döyüş əməliyyatları bölgəsinə ezam edilməmiş və ona təyin olunmuş "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" diaqnozunun ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları ilə səbəb əlaqəsinin olması təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı İddiaçı hərbi xidmət müddətində fərarilik cinayəti törətmiş, ona məxsus ***** nömrəli hərbi bilet əvəzi arayışda "Hərbi cinayətlər törətmiş şəxslər barəsində X5 münasibəti ilə Amnistiya haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.1997-ci il tarixli qərarına əsasən barəsində cinayət işinə bəraətverici əsas olmadan xitam verildiyi qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən 1991-ci il #######ın #-dan 1994-cü il ###ın ##dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Daxili Işlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının ##.##.2009-cu il tarixli, ** nömrəli tibbi şəhadətnamə barədə arayışından görünür ki, Nazirlər Kabinetinin ** nömrəli ## ###### 2008-ci il tarixli qərarı və DIN-nin 559 N-li ## ####### 2008-ci il tarixli Təlimatına əsasən İddiaçı “qıcolma tutmaları ilə gedən epilepsiya” diaqnozu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Eyni zamanda, iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı ##.##.2013-cü il tarixdə əlillik vəziyyəti qiymətləndirilmiş və “şizofreniya paranoid forma” diaqnozu əsasında hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab oldunduğundan məhkəmə hesab edir ki, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və onun hüquq və mənafeyinin pozulması ilə nəticələnmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin Qeyd hissəsində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin səbəb əlaqəsi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqədardır. Belə olan halda iddiaçı “Əsasnamə”nin Qeyd hissəsində göstərilən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kateqoriyasına aid olmadığından və hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyindən ona müharibə veteranı adı verilə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar