Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-586/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Iddiaçı iddiaçı2 Rəfail oğlu və iddiaçı1 cavabdeh Cəlilabad rayonun Təklə Bələdiyyəsinə qarşı “Cəlilabad rayon X4 kənd ərazisində Bələdiyyəsinin ehtiyat fondundan onlara qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə 10 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)- ****/**** nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar iddiaçı2 Rəfail oğlu və iddiaçı1 cavabdeh Cəlilabad rayonun Təklə Bələdiyyəsinə qarşı “Cəlilabad rayon X4 kənd ərazisində Bələdiyyəsinin ehtiyat fondundan onlara qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə 10 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın hərəkətləri iddiaçının hüquqlarının pozulması ilə nəticələnmir, daha dəqiq deyilsə, hansı hüquqlarının pozulduğu müəyyən edilmir və həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Digər bir hal iddiaçıların hal-hazırki iddia üzrə hüquqi marağı inzibati orqanın diskresion səlahiyyəti ilə birbaşa əlaqəlidir. Hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçılar tərəfindən ərizəsi onunla əsaslandırılmışdır ki, kənd təsərrüfatı ilə məşğul olmaq hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra böyük bir arzusu olmuş, xüsusi ilə qoyunçuluq bir sevimli, özəl xobbinə çevrilmişdir. Qərara gəlmişdir ki, imkanı daxilində qoyunçuluq təssərrüfatı ilə məşğul olsun, bu səbəbdən 40 baş qoyun alaraq Cəlilabad rayon Abazallı kəndində yaşayan yaxın tanışı (dostu) iddiaçı1 vermişdir ki, həmin heyvanları saxlamaqla təsərrüfatı inkişaf etdirsinlər. Lakin Cəlilabad rayon Abazallı kəndində qoyunçuluq təsərrüfatının yaşayış və digər otlaq sahəsi ilə maraqlanmaq üçün getmiş, bu zaman ona məlum olmuşdur ki, iddiaçı1 təqribən 1.5 hektar torpaq sahəsi vardır ki, bu sahə ilə təsərrüfatı inkişaf etdirə bilməyəcəklər və bu da nəticədə təsərrüfatın inkişafına mane olacaqdır. Cəlilabad rayon X4 kənd ərazisində olan Bələdiyyələrin ehtiyat fondu vardır və həmin fondundan onlara 10 hektara yaxın torpaq ayrılsın ki, təsərrüfatı ziyanlıq etmədən inkişaf etdirə bilsinlər. Dəfələrlə bir çox dövlət orqanlarına edilən müraciətə Təklə Bələdiyəsi "Azərbaycan Respublikası Vətəndaşların X5” qanunun tələblərinə əməl etməyərək cavab verməmiş, əlavə olaraq Cəlilabad Icra Hakimiyyəti, Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsi (Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadəsinə nəzarət edən orqan) və Bələdiyyələrin işinə ciddi nəzarət edici orqan olub, lakin özünün fəaliyyəti olmayan Bələdiyyələrlə Iş Baş Idarəsi (bir araşdırın, ərazinin reyestr üzrə bazada olan məlumatlara əsasən xəritələrə baxış keçirin, hanı bələdiyyənin ehtiyat fondu, kim bu torpaq sahələrini Təklə Bələdiyyəsinin hərəkətsizliyi ilə özününkiləşdirib?) də müraciətə baxılmayaraq biganəlik nümayiş etdirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Odur ki, Cəlilabad rayon X4 kənd ərazisində Bələdiyyənin ehtiyat fondundan qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə 10 hektar torpaq sahəsinin onlara ayrılması öhdəliyinin Cəlilabad rayon Təklə Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Iddiaçılar apellyasiya şikayəti verərək, iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Iddiaçı iddiaçı2 Rəfail oğlu ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Işdə olan Cəlilabad rayon Təklə bələdiyyəsinin ## ##### 2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, 1997-ci ildə aparılan torpaq islahatı zamanı Abazallı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid ehtiyat fond torpaq sahəsi ayrılmamışdır. Həmin kənd ərazisndə torpaq sahələri vətəndaşlara pay torpaq sahəsi kimi ayrılmışdır. Işdə olan Cəlilabad RIH-nin ## ##### 2026-cı il tarixli məktubundan görünür ki, 1997-ci ildə aparılan torpaq islahatı zamanı Abazallı kəndi ərazisində bələdiyyə mülkiyyətinə aid ehtiyat fond və örüş torpaq sahəsi ayrılmamışdır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın hərəkətləri iddiaçının hüquqlarının pozulması ilə nəticələnmir, daha dəqiq deyilsə, hansı hüquqlarının pozulduğu müəyyən edilmir və həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Digər bir hal iddiaçıların hal-hazırki iddia üzrə hüquqi marağı inzibati orqanın diskresion səlahiyyəti ilə birbaşa əlaqəlidir. Hazırki iddia tələbi bir başa inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə hesab olunduğundan, bununla da, iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia həmin hissədə də mümkün sayılmamalıdır. Inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-586/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-586/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver