Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-587/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X10 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X18rşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mərhum X4 ilə birgə nikahdan dünyaya gələn oğulları X5 və X6, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək xidmət dövrü, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2020-ci il tarixindən ##.##.2021-ci il tarixinədək, ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövrlər də nəzərə alınmaqla cəmi 5 il 9 ay 8 gün sığorta stajı mövcuddur. Lakin hazırki halda X5 və X6 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum X4 qanunla 9 il 4 ay sığorta stajının olması tələb olunur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X4 yol-nəqliyyat qəzası nəticəsində vəfat etməsindən sonra, övladları X5 və X6 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. ## #### 2025-ci il tarixli, **-**-*/*-A-******/**** nömrəli Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialının cavab məktubunda bildirilir ki, mərhum X4 ##.##.1999-##.##.2001-ci il tarixləri arasında hərbi xidmət müddəti də nəzərə alınmaqla ümumi sığorta stajı 5 il 11 ay təşkil etmişdir. Lakin mövcud qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum sığorta stajı 9 il 4 aydır. Beləliklə, iddiaçı övladlarının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün əlavə 3 il 5 ay sığorta stajının olması zəruridir. Qeyd edilməlidir ki, mərhum X4 əmək kitabçasında 2006-cı ildən əvvəlki iş yerlərinə dair məlumatlar əks olunmayıb. Bu səbəbdən mərhumun həmin dövrdəki əmək fəaliyyətinə dair sənədlərin aidiyyəti dövlət orqanları və ya müəssisələr tərəfindən təqdim olunması tələb olunur. Bundan əlavə, mərhum Ikinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak etmiş Azərbaycan Respublikası müharibə veteranıdır. Mərhum X4 hətta Qarabağ ərazisində işlədiyi dövrdə də vətəninə xidmət etmişdir. Kalyon RSY şirkətində işlədiyi dövrdə-xidməti fəaliyyətini yerinə yetirmək üçün Qarabağ ərazisində çalışarkən, vətənin müdafiəsi naminə üzərində qumbara aşkarlanmış erməni kəşfiyyatçısını öz həyatı bahasına müəyyən edərək zərərsizləşdirmiş və iş yerinin rəhbərliyinə təhvil vermişdir. Bu fəaliyyətinə görə ona pul mükafatı verilmiş və təşəkkür edilmişdir. Onun hərbi xidmət müddətləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli təqdim edilmiş Arayışa (əlavə olunur SHXÇDX-nin arayışı) əsasən aşağıdakı kimidir: Müddətli həqiqi hərbi xidmət: ## ####### 1999 - ## ##### 2001; Kursant kimi hərbi hazırlıq: ## #### 2004 - ## ###### 2004; Azərbaycan Respublikası Silahlı Qüvvələrində R: ## ###### 2004 - ## #### 2007. Bildirir ki, ## #### 2025-ci il tarixli, **-**-*/*-A-******/**** nömrəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialının cavab məktubunda mərhum X4 hərbi xidmət müddəti kimi yalnız ## ####### 1999-cu ildən ## ##### 2001-ci ilədək olan dövr nəzərə alınmışdır. Lakin qeyd olunmalıdır ki, mərhumun hərbi xidmət fəaliyyəti bununla məhdudlaşmır. Belə ki, o, əlavə olaraq: ## #### 2004-cü ildən ## ###### 2004-cü ilədək kursant kimi hərbi hazırlıq keçmiş, ## ###### 2004-cü ildən ## #### 2007-ci ilədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində R kimi hərbi xidmətdə olmuşdur. Buna baxmayaraq, yuxarıda qeyd olunan dövrlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzərə alınmamış, ümumi sığorta stajına daxil edilməmişdir. Bu isə əmək pensiyasının təyin olunması üçün tələb olunan minimum sığorta stajının hesablanmasında qeyri-dəqiqlik yaradaraq, hüquqi baxımdan zərərçəkmiş azyaşlıların konstitusion təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Səfərbərlik Xidməti tərəfindən təqdim olunan Arayışa əsasən mərhum X4 və R kimi hərbi xidmət dövrünü ümumi sığorta stajına əlavə etdikdə, ümumi sığorta stajı 8 il 11 ay 28 gün təşkil etməkdədir ki, bu da tələb olunan 9 il 4 ay sığorta stajından 4 ay 28 gün azdır. Bunu da qeyd etmək lazımdır ki, ## ###### 1992-ci il tarixli, *** nömrəli Nazirlər Kabinetinin Qərarının 2-ci maddəsinə əsasən mərhum X4 2004-2007-ci illərdə R kimi fəaliyyət göstərdiyi müddət ümumillikdə 5 il kimi müəyyənləşdirilməlidir. Bu zaman mərhum X4 ümumi sığorta stajı 10 il 11 ay təşkil edir. Əmək kitabçasına əsasən mərhum “Kolyon RSY X9 Ticaret Işletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialında ## ###### 2023-cü il tarixindən sürücü vəzifəsində işə qəbul edilmiş, ## #### 2024-cü il tarixindən isə həmin müəssisədə minik avtomobili sürücüsü vəzifəsinə təyin olunmuşdur. Mərhumun ölümü müəssisəyə məxsus avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranmışdır. Faktla bağlı hazırda Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır. Hadisə ilə əlaqədar müəssisə mərhumun əmək müqaviləsini ləğv etməmişdir ki, bu da mərhumun övladları üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsində hüquqi maneələr yaratmaqdadır. Bunu da qeyd etmək lazımdır ki, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Odur ki, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11rşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, icraatınızda olan *-*(***)- ****/**** saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.1 və 14.1.1.3-cü maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının 18 yaşına çatmamış və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Yuxarıda qeyd olunan şərtlər eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən şəxsə münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirik ki, şəxsə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün 17.1-ci maddənin şərti ödənmir. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildiririk ki, mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 5 il 11 ay olmaqla qanunvericiliklə tələb olunan 9 il 4 aydan azdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 43 yaşlı sığortaolunana tələb olunan sığorta stajı 9 il 4 ay ((43 yaş - 15 yaş= 28 il) x 4 ay = 112 ay/12ay = 9 il 4 ay) təşkil edir. Iddiaçının mərhum həyat yoldaşı X4 mübahisələndirilməyən sığorta stajı Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin ##.##.2025-ci il tarixli arayışının surətində qeyd olunan məlumatlara əsasən ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 3 il 4 ay, ##.##.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınan 2 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 5 il 11 ay təşkil edir. Iddiaçı iddia ərizəsində ## ###### 1992-ci il tarixli *** nömrəli Nazirlər Kabinetinin Qərarının 2-ci maddəsinə əsasən mərhum X4 2004- 2007-ci illərdə R kimi fəaliyyət göstərdiyi müddət ümumillikdə 5 il kimi müəyyənləşdirilməli olduğunu qeyd edir. Iddiaçının qeyd etdiyi məsələyə əks arqument olaraq bildirilir ki, MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən N. Ağayevin fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2007-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 7007,69 manat (##.##.2025-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Qeyd edir ki, hazırki işdə iki şərtdən yalnız biri ödənilir. Belə ki, vəfat etmiş şəxsin övladları 18 yaşına çatmamış olması işin mübahisəsiz halıdır. Lakin vəfat etmiş şəxsin qanunun 12.1-ci maddəsində qeyd olunan sığorta stajına malik olmaması onun övladlarına münasibətdə ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Iddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki hallarına nəzərən göründüyü kimi, verilən imtina qanunauyğun olmuş, iddiaçıların iddia tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Iddiaçı ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan; AZ-III № ****** nömrəli, ##.##.2013-cü il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2013-cü ildə Lənkəran rayonunda doğulmuşdur, ata qrafasında X4, ana qrafasında X19 qeyd edilmişdir. AZ-III № ****** nömrəli, ##.##.2014-cü il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2014-cü ildə Lənkəran rayonunda doğulmuşdur, ata qrafasında X4, ana qrafasında İddiaçı qeyd edilmişdir. ##.##.2025-ci il tarixli, AZ-II№ ****** nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X11 Filialının iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra-Nazirlik) ##.##.2025-ci il tarixində daxil olmuş müraciətlərinizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1.1.1 və 14.1.1.3-cü maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının 18 yaşına çatmamış və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladları ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildiririk ki, mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 5 il 11 ay olmaqla qanunvericiliklə iələb olunan 9 il 4 avdan azdır. Qeyd olunanlara əsasən bildiririk ki, övladlarınız X6 və X5 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən vəfat etmiş şəxsin uşaqlarının - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələbləri nəzərə alınaraq övladlarınız X6 və X5 ##.##.2025-ci il tarixindən 120 manat məbləğində olmaqla ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir, ##.##.2025-ci il tarixindən ödənişi 140 manat məbləğində otmaqla davam etdirilir. Ötən dövr üzrə (##.##.2025-cü il tarixindən) hesablanmış sosial müavinətin məbləği övadlarınızın aylıq müavinətlərinin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Övladlarınıza təyin olunmuş sosial müavinətin ödənilməsi üçün plastik kartı şəxsiyyət vəsiqənizi təqdim etməklə “xxxx” ASC-nin istənilən filialından ala bilərsiniz. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibatı və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin ##.##.2026-ci il tarixli arayışında qeyd edilmişdir ki, verilir Liman şəhər N.Nərimanov küçəsi ev 9-da yaşayan X8 ondan ötrü ki həqiqətən, onun mərhum qardaşı X4 ##.##.1999-cu il tarixdən ##.##.2001-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək kursant, ##.##.2004-cü il tarixdən ##.##.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində R qismində xidmət etmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialına daxil olmuş ##.##.2025-ci il tarixli, *-*-*/*-****/**** nömrəli sorğuya baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1ci maddəsinin tələbinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 43 yaşlı sığortaolunana tələb olunan sığorta stajı 9 il 4 ay ((43 yaş - 15 yaş = 28 il) x 4 ay = 112 ay/12ay = 9 il 4 ay) təşkil edir. Mərhum X4 mübahisələndirilməyən sığorta stajı Mərkəzi Filiala təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinin ##.##.2025-ci il tarixli arayışının surətində qeyd olunan məlumatlara əsasən ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 3 il 4 ay, ##.##.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınan 2 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 5 il 11 ay təşkil edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən N. Ağayevin fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2007-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 7007,69 manat (##.##.2025-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq bildiririk ki, MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Təlim və Tədris Mərkəzi rəisinin ##.##.2007-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 322.2-ci maddələri ilə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2007-ci il tarixli hökmü ilə cəzasım ümumi rejimli cəzacəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Silah və atış kafedrasının zirehli texnika silahları silsiləsinin baş təlimatçısı-laboratoriya rəisi X2, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq. Müdafiə Naziri müavininin 020 gm saylı ##.##.2007-ci il tarixli əmrinə əsasən ##.##.2007-ci il tarixindən həqiqi hərbi xidmətdən X17 edilsin, şəxsi heyətin siyahısından çıxarılsın, sənədləri qeydiyyat üçün Lənkəran rayon hərbi komissarlığına göndərilsin. Müdafiə Nazirlyinin ##.##.2007-ci il tarixli, ***gm nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin «a» bəndinə (törətdikləri cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqları üçün) müvafiq olaraq, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin aşağıda adlan çəkilən Rləri Həqiqi Hərbi Xidmətdən X17 Edilsinlər: ##.##.2007-ci il tarixdən 1. X2, Silah və atış kafedrasının zirehli texnika silahlan silsiləsinin baş təlimatçısı-laboratoriya rəisi Sənədləri qeydiyyat üçün Lənkəran RHK-na göndərilsin Əsas: Ağır Cinayətlərə Dair Işlər üzrə Azerbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 322.2-ci maddələri ilə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiklərinə və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qərarına əsasən həmin hökm dəyişdirilmədən saxlanıldığına görə (Bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişlər). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X11 Filialının məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək xidmət dövrü, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2020-ci il tarixindən ##.##.2021-ci il tarixinədək, ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövr nəzərə alınmaqla 5 il 9 ay 8 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Bildiririk ki, X5 və X6 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum X4 qanunla 9 il 4 ay sığorta stajının olması tələb olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X1 Mərkəzi Filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, N.Ağayevin 2007ci il üzrə məlumatlarını (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edirik. Qeyd etmək istəyir ki, sistemdə N.Ağayevin 2006-cı ilə dair məlumatı əks olunmamışdır. Bildirir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1–7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Iş materiallarından görünür ki, iddiaçının mərhum əri X4 ilə birgə nikahlarından ##.##.2013-cü təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Mərhum X4 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçı mərhum X4 ilə birgə nikahdan dünyaya gələn oğulları X5 və X6, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 5 il 11 ay olmaqla qanunvericiliklə tələb olunan 9 il 4 aydan az olması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Iddiaçı cavabdehin imtina əsasları ilə razılaşmayaraq həmin tələblə məhkəməyə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mərhum X4 ##.##.1999-cu il tarixindən ##.##.2001-ci il tarixinədək hərbi xidmət dövrü, ##.##.2004-cü il tarixindən ##.##.2005-ci il tarixinədək xidmət dövrü, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2007-ci il tarixindən ##.##.2007-ci il tarixinədək, ##.##.2020-ci il tarixindən ##.##.2021-ci il tarixinədək, ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan dövrlər də nəzərə alınmaqla cəmi 5 il 9 ay 8 gün sığorta stajı mövcuddur. Lakin hazırki halda X5 və X6 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum X4 qanunla 9 il 4 ay sığorta stajının olması tələb olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Iddiaçının mərhum ərinin sığorta stajı isə qanunvericlikdə nəzərdə tutulandan azdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-587/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-587/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver