Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-588/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı “qərara izah verilməsinə dair” ərizəsi üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial sığorta stajının müəyyən edilərək təyin olunmuş əmək pensiyasının ##.##.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə, iddia təmin edilərək, iddiaçı İddiaçı ##.##.1975- ##.##.1979-cu illərdə Bakı Sellüloz Kağız və Karton Fabrikində sexdə sellüloz bişirən vəzifəsində işləməsi barədə ## ###### 1975-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və ##.##.1992- ##.##.1996-cı illərdə Bakı Limanının Kür Istismar sahəsində qazantəmizləyici vəzifəsində işləməsi barədə ## ####### 1979-cu il tarixli AT-VI ******* nömrəli əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ##.##.2012-ci il tarixdən təyin olunmuş əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən ##.##.2018-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdeh cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh cavabdeh1 tərəfindən Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ###### 2019-cu il tarixli, *- *(***)-**/**** saylı qərarı ilə, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(***)-**/**** saylı qərarından kassasiya şikayəti verilmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## #### 2019-cu il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə, cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2-1(106)- **/**** nömrəli iş üzrə ## ###### 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2019-cu il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin X3 Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ##.##.2005-ci il tarixdə * nömrəli siyahı üzrə 45 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2006-cı il tarixdən 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablanması öhdəliyi cavabdeh1 üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə minmişdir. Ərizəçi birinci instansiya məhkəməsinə müraciət edərək Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, ## #### 2018-ci il tarixli, 2-1(86)- ****/**** saylı qərarı Ali Məhkəmənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati- Iqtisadi Kollegiyasının ## #### 2019-cu il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə ləğv edilmişdir və heç bir qanuni qüvvəsi yoxdur. Həmçinin mən məhkəmədən həmin qərara izah verilməsini xahiş etməmişəm. Eləcə də Şirvan Inzibati- Iqtisadi Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadında ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarına deyil, ## #### 2018-ci il tarixli, *- *(**)-****/**** saylı qərarına istinad edilməsi texniki səhv deyil, ona görə ki, hakim bütün qərardadın əsaslandırma hissəsini də ## #### 2018-ci il tarixli qərara baxaraq qərardadını əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadında Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına izah verilməsi barədə açıq-aşkar göstəriş verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və ##.##.2019-cu il tarixli, 2- 1(086)- ****/**** nömrəli qərarına izah verilməsi barədə ərizənin təmin edilməsini xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Ərizəçinin nümayəndəsi Coşqun Səmədov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Günel Məmmədova apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərardadının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməlidir. Ilk öncə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsində məhkəmə qərarının izah olunması barədə norma nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə kollegiyası xatırladır ki, qanunvericiliyin tələbinə əsasən qərar onun məzmunu dəyişdirilmədən izah edilməlidir. Qərara izah verilməsinin məqsədi işə mahiyyəti üzrə baxaraq yeni qərar qəbul edilməsi deyil, qərarın icrası zamanı yaranan anlaşılmazlığı aradan qaldırmaqdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının mətnində həmin qərar əsas götürülmüş, nəticə hissəsində qeyd olunmuşdur ki, “iddiaçı İddiaçı Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarına izah verilməsi haqqında ərizəsi təmin edilməsin”. Lakin, ərizəçinin müraciəti Şirvan Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** nömrəli qərarına izah verilməsi ilə bağlıdır. Kollegiya qeyd edir ki,ərizəçi üçün hüquqi nəticə yaratmış qərar izah edilməsi üçün müraciət olunan qərardır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli,ərizə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-9)-588/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-588/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver